Məhkəmə qərarları › İş №e-2(001)-208/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-208/2024

13.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-208/2024 13.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh3 MMC-nin direktoru Nümayəndə və Cavabdeh3 MMC-nin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə və (Cavabdeh3 MMC-nin həkimi) Cavabdeh1 qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Elmed Klinikası (ELMED MEDİCAL MMC) və Elmed Klinikasının həkimi Cavabdeh1 düşdüyü maddi ziyana görə 5000 manat, mənəvi zərərə görə isə 5000 manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı dəymiş maddi zərərin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 tərəfindən ona dəymiş 2749 azn maddi və 5000 azn mənəvi ziyanın cavabdehlər tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini, eləcə də, çəkilmiş maddi zərərlər: xx.xx.2022-ci il tarixində ilk olaraq Stimul hospitalda analizlər vermiş (48 azn). Elmed Klinikasında xx.xx.2022 tarixində kart test vermiş (18 azn). xx.xx.2022 tarixində Avrasiya klinikasında infeksionist müainəsinə getmiş (25 azn) və eyni gün həmin klinikada FibroScan test olunub (100 azn). və Qaraciyər sıxlığı 26 nöqtədə müəyyən olunmuşdur. Qaraciyərdə fıbrozlaşmanın ilkin mərhələdə olduğu görünmüşdür. HCV müalicə xarici dərman pereparatı olan Ledifos vasitəsi ilə 3 ay müddətində davam etmişdir (3*400 azn= 1200azn). xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində Stimul hospitalda müxtəlif müainələrdən keçmiş (120+74+95- 289 azn). HCV müalicəsi bittikdən sonra həkim məsləhəti ilə qaraciyər müalicəsi almışdır. Preparatlar: Meloma N30 (54 azn), Liberon N60 (32azn), Xoludeksan N40 (18 azn). Binəqədi rayon məhkəməsinə xx.xx.2023-cü il tarixində şikayət ərizəsi vermiş (121 azn). Memorial klinikasında xx.xx.2023 tarixində analiz vermiş (44 azn). Son olaraq xx.xx.2023 cü il tarixində Stimul hospitalda analiz vermiş (60 azn). 2022-ci il iyun ayında Hepatit C Virusunun aşkarlanması ilə əlaqədar Azərbaycan Hava Yolları QSC-də yay müddətində Stajor-bort bələdçi olaraq işləyə bilməmiş və uçuşlarda iştirak etməməsini nəzərə alınmasını xahiş edir. Səhəti ilə bağlı Azərbaycan Hava Yollarının nəzdində olan xəstəxanada daima müainələrdən keçir. İl ərzində ən az 2 dəfə özəl xəstəxanada analiz verir və analiz cavablarını onlara təqdim edir. HCV antitellərinin ən az 5 il müddətində olacağını nəzərə alsaq hər il 2 dəfə HCV keyfıyyət (60_azn), ALT(7 azn). AST analizləri verəcək (7 azn) və gələcəkdə hər hansısa bir əməliyyat olacaqsa xüsusi şəraitdə izolyasiyalı olmalıdır və qiyməti sadə əməliyyatdan baha olacaqdır. Analizlərin qiyməti həmçinin analizlərin qarşısında qeyd olunmuşdur. Qaraciyər müalicə preparatları ölkədə mövcuddur və rəsmi satış qiymətləri qeyd olunub. Ledifos Hindistan ücün istehsal olunmuşdur ordaki satış qiyməti 20000 rupi = 400 azndir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı Aviasiya Universitetinin ‘‘Uçuş mühəndisliyi’’ ixtisasında ali təhsil alır. Burun çəpər əyriliyindən əziyyət çəkdiyi üçün tədris ilinin sonunda testlər olacağı səbəbilə əməliyyat etdirmək qərarına gəlmişdir. Bu məqsədlə 2022-ci ilin yanvar ayının sonlarında “Elmed Tibb” mərkəzinə müraciət etmiş, orada onu lor həkimi Natəvan xanım qəbul etdi və müəyyən qan analizləri verilməsi üçün göndəriş verdi. Vermiş olduğu qan analizlərində “Hepatit” və digər infeksiyalar aşkar edilməmiş kimi cavab verildi. xx.xx.2022-ci il tarixdə Natəvan həkim tərəfindən əməliyyat olunmuş, səhəri gün ev şəraitində müalicəyə buraxılmışdır. Bundan sonra bir neçə dəfə xəstəxanaya gedərək sarğıları dəyişdirilmişdir. Beləliklə, tam sağalmasını düşünərək universitetdə təhsilə davam etmişdir. Təxminən 2022-ci ilin iyul ayının əvvəllərində universitetlə bağlı tibbi yoxlanışdan keçmiş, yoxlanış zamanı ona “Hepatit C”-yə şübhəli diaqnozu qoyuldu. xx.xx.2022-ci il tarixdə göndəriş əsasında “Stimul Hospital”-a müraciət etmiş orada yenidən qan analizi verərək həqiqətəndə onda “Hepatit C” virusunun olması təsdiqlənmişdir. Elə həmin gün “Elmed” Tibb” mərkəzinə də müraciət edərək analiz vermiş, lakin “Elmed Tibb” mərkəzində aparılan yoxlama zamanı ona qərəzli olaraq “Hepatit C” virusunun olmamasına dair cavab verilmişdir. Bundan sonra narazı olduğunu bildirərək “Stimul Hospital”-a verdiyi analizdə virusun aşkar edildiyini və yalandan virusun olmamasını ona bildirmələrini söyləmişdir. Bundan sonra həmin analizlər “İF” test üsulu ilə bir daha yoxlanılmış, bu dəfə onda “Hepatit C” virusu aşakr edilmişdir. Natəvan həkimin yanına gedərək onu əməliyyat zamanı virusa yoluxdurduqlarını bildirdiyi zaman o, etiraf edərək, onu Canpolad Vəliyevin qəbuluna göndərmiş, müalicəsi və dəymiş ziyanı onlar tərəfindən ödəniləcəyini demişdir. X8 həmin virusa bir çox səbəblərdən yoluxa biləcəyini deyərək köməklik etməkdən imtina etmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə “Avrasiya” Klinikasında “Fibro Scan” analizi vermiş, orada da ona birinci fazalı “Hepatit C” virusuna yoluxması öz təsdiqini tapmışdır. Belə ki, üç aylıq müalicəyə başlamış və hazırda müəlicələri başa çatmışdır. Lakin yenidən analizlər verilməli və bədənində “Hepatit C” virusunu dondursalar belə, mütəmadi olaraq yoxlanışlardan keçmək məcburiyyətində qalmışdır. Belə ki, hazırki günədək müayinə, müalicələr və dərman preparatlarının alınmasına 3000 manat məbləğində pul xərcləmişdir. Sonraki müayinə və müalicələrinə isə 2000 manat məbləğində pul lazımdır. Bundan başqa əməliyyat zamanı onu “Hepatit C” virusuna yoluxdurduqlarına görə 5000 manat mənəvi zərər tələb edir. Onu da qeyd edir ki, şikayəti əsasında Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış, lakin hansısa səbəbdən cinayət işinin başlanıması rədd edilmişdir. Həmin qərarda komisyon məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli KEŞ-669 saylı rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə “X14”ndə aparılmış müayinələr zamanı İddiaçı “Hepatit C” virus infeksiyasının neqativ olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə isə “Hepatit C” virus infeksiyasınının təyini ilə əlaqədar aparılmış müayinlərdə nəticənin zəif müsbət olduğu müəyyən edilmişdir. “Hepatit C” virus infeksiyasına yoluxma qan vasitəsilə müxtəlif şəraitlərdə baş verir və inkubasiya dövrünün 2 həftədən 6 aya qədər davam etməsini nəzərə alaraq, “X14”ndə onun üzərinə xx.xx.2022-ci il tarixdə icra edilmiş “Septoplastika” cərrahiyyə əməliyyatı zamanı onun “Hepatit C” virus infeksiyasına yoluxması istisna edilmir kimi rəy verilmişdir. Odur ki, sağlamlığının, bərpası üçün “Elmed” klinikasının ona vurmuş olduğu mənəvi zərərin əvəzinin ödənilməsi üçün uğursuz əməliyyat edən klinikanı və həkimi məhkəməyə vermək məcburiyyətində qaldı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini və iddia tələbinə vermiş olduğu dəqiqləşdirmə barədə ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Aviyasiya Akademiyasında təhsil alır. Hər il müayinədən keçir. Elmed Tibb müəssisəsinə əməliyyat üçün gəlmiş və ondan əməliyyat qabağı Hepatit-C yoxlanılması üçün analiz götürülmüş. Cavabları neqativ çıxmışdır. 5 ay sonra təkrar müayinədən keçmiş Hepatit-C aşkar edildi və bildirildi ki, serrozlaşmanın ilk stadiyasıdır. 5 ay ərzində istənilən vaxt həmin xəstəlikdən tutmaq olar. Ancaq o, təhsil aldığı akademiyada burun əməliyyatına qədər mütəmadi olaraq analizlər vermiş və onun həmişə analiz cavabları neqativ çıxmışdır. O, Hepatit-C tutduğunu bilən kimi həkimi Cavabdeh1 müraciət etmiş, o, isə ona gedib Elmed Klinikasında təkrar analiz verməsini təklif etmişdir. O, Elmed Klinikasında təkrar analiz vermiş və onun analizin cavabının neqativ çıxmışdır. Halbu ki, həmin vaxt onda Hepatit-C xəstəliyi olub. Şübhələri onda yarandı ki, klinikanın laborotoriyası Hepatit-C xəstəliyini müəyyən edə bilmir. O, qeyd edilən məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etmiş və ona cavab vermişlər ki, qeyd edilən klinikada sterlizə aparatları təmiz və şəffaf vəziyyətdədir. Bundan əlavə göstərmişdir ki, həkimlərin fikrincə onda aşkar olunan xəstəliyin biruzə (inkubasiyası) vermə dövrü 2 həftədən 6 ayadəkdir. O, həmçinin həkim Cavabdeh1 ona göndərdiyi səs yazılarını əks etdirən yaddaş kartı (fleş kart) məhkəməyə təqdim edərək, sübut növü kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı ilk öncə Binəqədi rayon prokurorıuğuna müraciət etmiş, orada araşdırma aparılaraq, ekspertiza təyin edilmiş və iddiaçının şikayəti sübuta yetirilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçının qeyd edilən xəstəliyi harda və necə tutulmasının hüquqlarını müdafiə etdiyi klinikaya heç bir aidiyyəti yoxdur. O, həmçinin bildirmişdir ki, klinika 17 ildir fəaliyyət göstərir və heç vaxt bu kimi şikayətlər həmin klinikaya daxil olmamışdır. Bundan əlavə yoxlanış avadanlıqları kart-test vasitəsi ilə aparılır, o, elə bir avadanlıqdır ki, hər bir xəstəxanada ondan istifadə olunur və cavablar eyni olur. Hesab edir ki, iddiaçı bu 5 ay ərzində başqa bir yerdə qeyd edilən xəstəliyə tutula bilər. Yəni, adı çəkilən xəstəlik elə bir xəstəlik növüdür ki, bərbərdə, iaşə obyektlərində və başqa yerlərdə tutulma riski yüksəkdir. İddiaçının Səhiyyə Nazirliyinə şikayəti əsasında klinikanın əməkdaşları tərəfindən araşdırma aparılmış və araşdırma zamanı da, fəaliyyətlərində, eləcə də klinikanın təmiz saxlanılmasında heç bir natamamlıq aşkar edilməmişdir. Ona görə də hesab edir ki, iddiaçı, məhz onun nümayəndəsi olduğu klinikada qeyd edilən xəstəliyə tutulmasına dair sübut təqdim etmədiyindən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin direktoru Nümayəndə iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı əməliyyatdan 5 ay sonra heç bir sübutu olmadığı halda iddia qaldırıb ki, o, Hepatit-C xəstəliyinə məhz onun direktoru olduğu klinikada tutulub. Bəkə bərbərxanad atutub, bəkə dırnağını kəsəndə tutub. Həmçinin göstərmişdir ki, elə insanlar var ki, Hepatit-C xəstəliyinin yoxlanılması çün hə gün və yaxud bir gün sonra analiz verənlər var. Hazırki vaxtadək də heç bir narazılıq olmamışdır. O ki, qaldı aparatlara, klinikada olan bütün aparatlar vaxtlı-vaxtında sterlizə olunur. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil iddia tələbinə etiraz edərək izahatında göstərmişir ki, iddiaçı izahatında da, qeyd etmişdir ki, həkimlərin fikrincə onda aşkar olunan xəstəliyin biruzə (inkubasiyası) vermə dövrü 2 həftədən 6 ayadəkdir. Hazırki işdə isə iddiaçının Cavabdeh3 MMC-nə məxsus klinikada əməliyyat olunduqdan 5 ay sonra Hepatit-C xəstəliyinə tutulması bu yalnız fərziyə ola bilər. Bundan əlavə Səhiyyə Nazirliyinə daxil olan müraciət klinikaya göndərilmiş və qeyd edilən müraciət əsasında klinikada araşdırma aparılıb və şikayətdə göstərilənlərin həqiqətə uyğun olmadığı müəyyən edilmiş, eləcə də prokurorluqda araşdırma aparılaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bütün göstərdiklərinə əsasən hesab edir ki, iddiaçının Cavabdeh3 MMC-nə məxsus klinikada Hepatit-C xəstəliyinə tutulması barədə heç bir sübut aşkar edilməmişdir. Mülki iş materiallarında olan: Binəqədi rayon prokurorluğunun cinayət işinin rədd edilməsi haqqında 20 dekabr 2022-ci il tarixli qərarından ögrünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "Etməd Tibb" mərkəzində əməliyyat olunduqdan sonra 2022-ci ilin iyul ayının əvvəlləri universitetlə bağlı tibbi yoxlanışdan kəçən zaman “Hepatit C” virusuna (“Elmed Tibb” mərkəzidə) yoluxmasına dair şikayət ərizəsi ilə Binəqədi Rayon Prokurorluğuna müraciət etmiş və araşdırma zamanı izahatı alınmış X6 göstərmişdir kl, o, 2021 ci ildən "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işləyir. «Elmed Tibb» mərkəzi isə "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərir. İddiaçı 2022-ci ilin yanvar ayının sonlarında «Elmed» Tibb mərkəzinə müraciət edərək lor həkimi Natəvan xanımın qəbulunda olmuş, burun əməliyyatı etdirmək istədiyini bildirmişdir. İddiaçı burun çəpər əyriliyi diaqnozu qoyulmuş, əməliyyata hazırlıq üçün İddiaçı laborator analizlərdən keçmiş, ekspress (kart-test) üsulu ilə “Hepatit-B”, “Hepatit-C”, “AİDS”, “RV” analizlər vermişdir. Analizlərin nəticələri əməliyyat üçün qənaətbəxş olunduğundan xəstə xx.xx.2022-ci il tarixdə Septoplastika əməliyyatına götürülmüş, əməliyyat uğurla başa çatmışdır. Cavd Yusuplunun analiz olunduğu ekspress testlər «X15. San Tıc. AŞ» tərəfində istehsal olunmaqla satışı "xxxx" MMC tərəfindən rəhbərlik etdiyi xəstəxanaya təşkil olunmuşdur. Əməliyyatın səhərisi gün İddiaçı ev şəraitində müalicəyə buraxılmişdir. Xəstəxanada hər bir xəstənin əməliyyat olunması üçün istifadə edilən tibbi əvadanlıqlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq təlimatlarına əsasən xüsusi avtoklab vasitəsi İlə distilə edilir. Ona görə də həmin tibbi avadanlıqlarda hər hansı virusun olması qeyri-mümkündür. 04.07 2022-ci il tarixdə X3 yenididən xəstəxanaya müraciət etmiş, «Hepatrt» virusu ilə bağlı analiz vermək istədiyini bildirmişdir. Cavid kart-test vasitəsi ilə qan analizi vermiş, nəticəsi neqavit olmuşdur. Həmin gün Ramidə səs-küy salaraq başqa xəstəxanalarda verdiyi analizlərdə Cavidin «Hepatit C» (virusunun aşkar olunduğunu, onların kart/testlərinin düzgün işləmədiyin bildirmişdir. O Ramidə Yusupovanı qəbul etmiş, kart/testln həssaslığının və spesifikliyinin aşağı olan test üsulu olduğunu, həmin təstlərdə yanlış nəticə almaq ehtimalının olduğunu izah etmişdir. Ramidəyə yenidən daha dəqiq yoxlama üsulu olan «İF» analizi ilə yoxlama aparmağı təkif etmişdir. Caviddən kart/test üçün götürülmüş nümunələr «İF» analizi ilə yoxlanılmış və onda «Hepatit» virusu aşkar edilmişdir. Ramidə Cavidin həmin xəstəliyə onun rəhbərik etdiy xəstəxanada 04.02,2022-ci il tarixdə əməliyyat olunan zaman yoluxduğunu bildirmişdir. O, isə əməliyyatda istifadə edilən bütün tibbi avadanlıqların müvafiq qaydada distilə olunduğunu, həmçinin əməliyyatdan sonra 5 aydan artıq vaxt keçdiyini izah etmişdir. İddiaçı onun rəhbərlik etdiyi xəstəxanada əməliyyat olunan zaman «Hepatit C» virusuna yoluxmamışdır. Belə hallar olsa idi, digər xəstələr də şikayət edərdilər. Həmçinin Cavid 5 ay ərzində müxtəlif şəraitlərdə «Hepatit C» virusuna yoluxa bilərdi. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, o, “Elmed Tibb” mərkəzində həkim otorinobrinloroq vəzifəsində işləyir. İddiaçı 2022-ci ilin yanvar ayının sonlarında «Elmed» Tibb mərkəzinə müraciət edərək onun qəbulunda olmuş, burun əməliyyatı etdirmək istədiyini büdirmişdır. Cavidə burun çəpər əyriliyi diaqnozu qoyulmu, əməliyyata hazırlıq üçün Cavid laborator analizlərdən keçmiş və ekspress ilə «Hepatit B», «Hepatit C», «AİDS», «RV» analizləri vermişdir. Analizlərin cavabı əməliyyat üçün qənaətbəxş olunduğundan, o, xx.xx.2022-ci li tarixdə Septoptastika əməliyyatına götürülmüş, əməliyyat uğurla başa çatmışdır. İddiaçı analiz olduğu ekspress testlər «X16. San. Tic. AİŞ» tərəfindən istehsal olunmaqla satışı "xxxx" MMC tərəfindən təşkil olunmuşdur. Əməliyyatın səhərisi günü Cavid ev şəraitində müalicəyə buraxılmışdır. İşlədiyi xəstəxanada hər br xəstənin əməliyyat olunması üçün istifadə edilən tibbi avadanlıqlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq təlimatlarına əsasən xüsusi avtoklab vasitəsi ilə sterilizə edilir. Ona görə də həmin tibbi avadanlıqlarda hər hansı virusun olması qeyri-mümkündür. xx.xx.2022-ci il tərixdə X4 yenidən xəstəxanaya müraciət etmiş, «Hepatit» virusu ilə bağlı analiz vermək istədiyini bildirmişdir. Cavid kart/test vasitəsi İlə qan analizi vermiş nəticəsi neqativ olmuşdur. Hamin gün Ramidə səsküy salaraq başqa xəstəxanalarda verdiyi analizlərdə Caviddə «Hepatit C» virusunun aşkar olunduğu, onların kart/testiərin düzgün işləmədiyini bildirmişdir. O, Ramidə Yusupovanı qəbul etmiş və təcili olaraq oğlunu müalicə etdirməsini, hətta bir həkim kimi onları uzun müddət tanıdığını və maddi imkanlarının aşağı otduğunu bildiyindən özünün də onlara dəstək olacağını izah etmişdir. Lakin Ramidə ondan heç bir maddi dəstək qəbul etməmiş, onun təqsirinin olmadığını bildirmişdir. Daha sonra Ramidə və Cavıd mərkəzin baş direktoru Canpolad Vəliyevin qəbulunda olmuşlar Sonradan ona məlum olmuşdur ki, Cavid «İF» analizi vermış və onda «Hepatit» virusu aşkar edimişdir. Ramidə Cavidin həmin xəstəliyə onun işlədiyi xəstəxanada xx.xx.2022-ci il tarixdə əməliyyat olunan zaman yoluxduğunu bildirmişdir. O, isə Ramidəyə əməliyyatda istifadə edilən bütün tibbi avadanlıqların müvafiq qaydada yoxlanıldığını, həmçinin əməliyyatdan sonra 5 aydan artıq vaxt keçdiyini izah etmişdir. İddiaçı «Hepatit C» virusuna onur işlədiyi xəstəxanada əməliyyat onuna zaman yoluxmamışdır. Əgər belə hallar olsa idi, digər xəstələrdə şikayət edərdi. Həmçinin Cavid 5 ay ərzində müxtəlif şəraitlərdə «Hepafit C» virusuna yoluxa bilərdi. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 04 02.2022-ci il tarixdə "xxxx" MMC-nin nərdində fəaliyyət göstərən «Elmed Tibb» mərkəzində septoplastika əməliyyatı olunmuş, 2022-ci ilin iyul ayının əvvəllərində o, universitetlə bağlı tibbi yoxlanışdan keçmiş, yoxlanış zamanı Cavidə «Hepatlt C»-yə şübhəli diaqnoz qoyulmuş və xx.xx.2022-ci il tarixdə «Stimul Hospitaln-da «Hepatit C» virusuna yoluxması barədə diaqnoz qoyulmuşdur. Göstərilənlər nəzərə alınaraq, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən Cavabdeh1 və "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “Elmed Tibb” mərkəzinin tibb işçilərinin barəsində cinayət təqibinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə yəni, Azərbaycan Respublikasının CPM-nln 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “Elmed Tibb” mərkəzinin İddiaçı xx.xx.2022ci il tarixli laboratoriya muayinələrinə dair epikrizindən görünür ki, İddiaçı Hepatit-B neqativ, Hepatit-C neqativ, RV-neqativ, AİDS-neqativ, Hemoqlobin 142-g/l, eritrositlər-5.3x10, xronibositlər-223x10, İNR-1.16, APTT-san 35.4 qeyd edilmişdir. "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “Elmed Tibb” mərkəzinin İddiaçı xx.xx.2022ci il tarixli analizinin cavabından görünür ki, onun (infeksiya) Anti HCV-nin (kart test) nəticəsi neqativ, norma neqativ çıxmışdır. "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “Elmed Tibb” mərkəzinin İddiaçı xx.xx.2022ci il tarixli analizinin cavabından görünür ki, onun Hepatitlər, Vahid-COL, nəticə 17.52pozitiv, norma 0.9 neqativ, 0.9-1.0 şübhəli zona 1.0 pozitiv. "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “Elmed Tibb” mərkəzinin İddiaçı xx.xx.2022ci il tarixli analizinin cavabından görünür ki, onun İnfeksiya, Anti HCV-nin (kart test) nəticəsi şüphəli, norma neqativ çıxmışdır. "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “Avrasiya Klinikası”nın İddiaçı xx.xx.2022-ci il tarixli müayinənin nəticəsindən görünür ki, qaraciyərin fibroz dəyişiklərinin diaqnostikasının elastometrik müayinənin nəticəsinə əsasən, İddiaçı qaraciyərin sıxlığı 26 nöqtədə müayinə edildi. Müxtəlif fibrotic aktivlik qeyd edildi: 4.6-5.3-6.4 KPa (bu da METAVİR göstəricisinə görə F0-F1 uyğundur). “Stimul Hospital”ın xx.xx.2022-ci il tarixli müayinənin nəticəsindən görünür ki, İddiaçı Hepatit C – Anti HCV, nəticə-16,67, vahid-CO1 (Neqativ), Hepatit B – HBs-ağ, nəticə 0,64, CO1 (Pozitiv) olması qeyd edilmişdir. “Stimul Hospital”ın xx.xx.2022-ci il tarixli müayinənin nəticəsindən görünür ki, İddiaçı HCV RNT Real-time PCR-in (keyfiyyət) nəticə-neqativ, vahid-Kop/ml, Referans-Neqativ, həmçinin HCV RNT Real-time PCR-in (kəmiyyət) nəticə-neqativ, vahid-İU/ml, Referans- Neqativ olması qeyd edilmişdir. “Stimul Hospital”ın xx.xx.2022-ci il tarixli müayinənin nəticəsindən görünür ki, İddiaçı HCV RNT Real-Time PCR (keyfiyyət), nəticə-neqativ, Vahid-BV/ml, Referans-Neqativ olması qeyd edilmişdir. “Stimul Hospital”ın xx.xx.2022-ci il tarixli müayinənin nəticəsindən görünür ki, İddiaçı HCV (RNA) –keyfiyyət nəticə-neqativ(-), Vahid-BV/ml, Referans-Neqativ(-) olması qeyd edilmişdir. “Stimul Hospital”ın xx.xx.2022-ci il tarixli müayinənin nəticəsindən görünür ki, İddiaçı HCV RNT Real-Time PCR (keyfiyyət), nəticə-neqativ, Vahid-BV/ml, Referans-Neqativ olması qeyd edilmişdir. “Sağlam Ailə” Klinikasının 25.11.202-ci il tarixli İnfeksiyaların flüoressentinin yoxlanılmasının nəticəsindən görünür ki, Cavabdeh1 Anti HCV nəticə-0,02 neqativ, HBsAg nəticə-0,27 neqativ olması qeyd edilmişdir. “Stimul Hospital”ın xx.xx.2023-cü il tarixli müayinənin nəticəsindən görünür ki, İddiaçı HCV RNT Real-Time PCR (keyfiyyət), nəticə-neqativ, Vahid-BV/ml, Referans-Neqativ olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X7” X13 xx.xx.2024-cü il tarixli, 940/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2002-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məlikəmə-tibbi və instrumental müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. “Elmed” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə klinikaya daxil olduqdan sonra aparılmış müvafiq müayinələrdən sonra ona “Burun çəpəri əyriliyi” diaqnozu düzgün təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində həmin tarixdə “Septoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir.

2. “Elmed” Klinikasında tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixdə İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından əvvəl aparılmış laborator müayinələr zamanı onda “Hepatit C” virus xəstəliyi neqativ olmuşdur. “Elmed” Klinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli laborator müayinə nəticələrindən görünür ki, İddiaçı “Hepatit C” virus xəstəliyi pozitiv olmuşdur.

3. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı aparılmış laborator müayinənin nəticəsinə əsasən, onda hazırda “Hepatit C” virus xəstəliyinin pozitiv olduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunun 24.cü maddəsinin, 10-cu bəndinə əsasən pasiyentin hüquqları pozulduqda, o, müalicəprofilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 57-ci maddəsinin, 1-ci bəndinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Həmin Qanunun 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin (mənəvi zərərlə bağlı) araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı maddi ziyana düşməsinin əsasını onda xx.xx.2022-ci il tarixdə “Elmed” Tibb” mərkəzində burun əməliyyatından sonra “Hepatit C” xəstəliyinin aşkar edilməsi və bununla əlaqədar mütəmadi analizlər verməsi nəticəsində maddi ziyana düşməsi ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Beləliklə də, Mülki Məcəllənin 21-ci, 1096-cı və 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də, delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər. Məhkəmə iş materiallarına əlavə edilmiş analiz nəticələrini, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X7” X13 xx.xx.2024-cü il tarixli, 940/KEŞ nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, İddiaçı hazırda “Hepatit-C” virusunun daşıyıcısı olması işin mübahisəsiz halıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı 2022-ci ilin yanvar ayının sonlarında «Elmed» Tibb mərkəzinə müraciət edərək burun əməliyyatı etdirmək istədiyini büdirmiş, ona burun çəpər əyriliyi diaqnozu qoyulmuş və əməliyyata hazırlıq üçün o, laborator analizlərdən keçmiş və ekspress ilə «Hepatit B», «Hepatit C», «AİDS», «RV» analizləri vermişdir. Analizlərin cavabı əməliyyat üçün qənaətbəxş olunduğundan, o, xx.xx.2022-ci li tarixdə Septoptastika əməliyyatına götürülmüş, əməliyyat uğurla başa çatmışdır. Əməliyyatın səhərisi günü İddiaçı ev şəraitində müalicəyə buraxılmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı 2022-ci ilin iyul ayının əvvəllərində universitetlə bağlı tibbi yoxlanışdan keçmiş, yoxlanış zamanı ona “Hepatit C”-yə şübhəli diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə göndəriş əsasında “Stimul Hospital”-a müraciət etmiş, orada yenidən qan analizi verərək həqiqətən də onda “Hepatit C” virusunun olması təsdiqlənmişdir. Həmin gün İddiaçı anası Ramidə Yusupova ilə yenidən «Elmed» Tibb mərkəzinə müraciət etmiş, «Hepatit» virusu ilə bağlı analiz vermək istədiklərini bildirmişlər. İddiaçı kart/test vasitəsi İlə qan analizi vermiş və nəticəsi neqativ olmuşdur. İddiaçı anası Ramidə səs-küy salaraq başqa xəstəxanalarda verdiyi analizlərdə İddiaçı «Hepatit C» virusunun aşkar olunduğu, onların kart/testiərin düzgün işləmədiyini bildirmişdir. Bundan sonra İddiaçı həmin analizləri “İF” test üsulu ilə bir daha yoxlanılmış və bu dəfə onda “Hepatit C” virusu aşakr edilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı tam olaraq onun «Elmed» Tibb mərkəzində «Hepatit C» virusuna yoluxmasına dair rəsmi sübut təqdim edə bilməsə də, onun, xx.xx.2022-ci il tarixdə “Stimul Hospital”-a analiz nəticələrinin pozitiv, «Elmed» Tibb mərkəzinə isə neqativ çıxmasından sonra ehtimal etdiyini bildirmişdir ki, məhz «Elmed» Tibb mərkəzinin laborotoriyası Hepatit-C xəstəliyini müəyyən edə bilmir. Halbu ki, qeyd edilən məsələ ilə bağlı Binəqədi rayon prokurorluğunda İddiaçı şikayəti əsasında araşdırma aparılmış və həmin orqanın 20 dekabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh1 və "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “Elmed Tibb” mərkəzinin tibb işçilərinin barəsində cinayət təqibinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Səhiyyə Nazirliyinə şikayəti əsasında klinikanın əməkdaşları tərəfindən araşdırma aparılmış və əməliyyatda, eləcə də klinikada istifadə edilən bütün tibbi avadanlıqların müvafiq qaydada distilə olunduğu müəyyən edilmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci li tarixdə İddiaçı üzərində aparılmış Septoptastika əməliyyatından sonra evə buraxılmış, o, isə “Hepatit-C” virusu şübhəsi ilə xx.xx.2022-ci il tarixdə, yəni təxminən 5 ay sonra “Stimul Hospital”-da analizinin nəticələrinin pozitiv çıxdıqdan sonra «Elmed» Tibb mərkəzinə müraciət etmişdir. Göründüyü kimi onun üzərində aparılmış əməliyyatdan 5 aydan artıq vaxt keçməsi, eləcə də “Hepatit-C” virus infeksiyasına yoluxmanın qan vasitəsi ilə müxtəlif şəraitlərdə baş verməsi və inkubasiya dövrünün 2 həftədən 6 aya qədər davam etməsi və bu vaxt ərzində iddiaçının istənilən yerdə, müxtəlif şəraitlərdə (bərbərdə, iaşə obyektlərində və s.) adı çəkilən virusa yoluxma riskinin yüksək olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci li tarixdə üzərində "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “Elmed Tibb” mərkəzinin həkimi Cavabdeh1 tərəfindən aparılmış Septoptastika əməliyyatı zamanı “Hepatit-C” virusuna yoluxması sübuta yetirilmir. Məhkəmə həmçinin İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həkim Cavabdeh1 ona göndərdiyi səs yazılarını əks etdirən yaddaş kartına (fleş kart) sübut növü kimi qəbul edilərək qiymət verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin səs yazıları dinlənilərkən danışıqlarda klinikanın fəaliyyəti, analizlər qəbul edilərkən ucuzlu kart/testlərdən istifdə edildiyi, həmçinin həmin səs yazısında adı çəkilməyən şəxsin işdən çıxma barədə ərizə verməsi, eləcə də maddi ziyanın ödənilməsi ilə bağlı həkimə yaxınlaşaraq pulun ödənilməsni tələb etmək kimi səs yazıları öz əksini tapmışdır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, həmin səs yazısının Cavabdeh1 məxsus olması ilə bağlı hər hansı bir sübut təqdim edilməməklə yanaşı, səs yazısının ona məxsus olduğu güman edildiyi təqdirdə də bu yazıda qeyd olunanların iddiaçının məhz xx.xx.2022-ci li tarixində «Elmed» Tibb mərkəzində icra edilmiş “Septoplastika” cərrahiyyə əməliyyatı zamanı onun “Hepatit C” virus infeksiyasına yoluxmasına dəlalət etmir. Məhkəmə mülki hüquq pozuntusunu müəyyən edən normalara əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin maddi ziyanla bağlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin 5000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının bilavasitə zərər vuran şəxs tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməsini, hazırki işdə isə cavabdehlər tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq, iddiaçının iddia tələbində bununla bağlı istinad etdiyi halların əsassız olması qənaətinə gəlir və belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə və (Cavabdeh3 MMC-nin həkimi) Cavabdeh1 qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. İş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar