Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2095/2024 09.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbasova Günel Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh şikayət qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞB/9/2023-02547 nömrəli barışıq sazişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin formasına və məzmununa əməl edilməmişdir. - 152-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forması və məzmununa riayət edilməlidir. Qanunvericiliyin göstərilən tələblərinə riayət edilmədikdə isə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1774/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, tərəflər arasında barışıq sazişi təsdiq edilmişdir. Yuxarıda sadalanan normalara əsasən, məhkəməyə müraciət edən şəxsin ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmununa qoyulan tələblərə uyğun olmalıdır. Lakin məhkəməyə müraciət edən şəxs, yəni İddiaçı MPM-nin 149-cu maddəsinin tələblərini pozmaqla şikayət ilə deyil, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia ərizəsinin məzmununda əqdin etibarsızlığına əsaslansa da, tələbində barışıq sazişinin ləğv edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsi geri qaytarılmalı, İddiaçı Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş xx.xx.2024-cü il tarixli, ********** qəbz nömrəli 100 (bir yüz) manat iddiaçıya qaytarılsın. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-2095/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2095/2024
09.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver