Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2111/2024 09.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş ziyanın ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ona olan borcun ödənilməsi, onun tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş ziyanın ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ona olan borcun ödənilməsi, onun tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdehlərdən biri – Cavabdeh2 rəsmi qeydə alındığı ünvan Sabirabad şəhəri,Şəhriyar küçəsi, ev 9 digər cavabdehin - Cavabdeh1 isə rəsmi qeydə alındığı ünvan ünvan 2ı Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə cavabdehlərdən biri Binəqədi rayonunda rəsmi qeydiyyatda olmadığından, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı ilə cavabdehlərdən birinin rəsmi yaşayış yerləri üzrə Sabirabad Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Eyni zamanda hesab edirəm ki, İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 181,60 (yüz səksən bir manat 60 qəpik) manat (xx.xx.2024-cü il tarixli ********** №-li qəbz) məbləğində dövlət rüsumunun Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-2(001)-1992/2024 saylı qərardadı ilə iddiaçının özünə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş ziyanın ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ona olan borcun ödənilməsi və onun tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia ərizəsi ilə cavabdehlərdən birinin rəsmi yaşayış yeri üzrə Sabirabad Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2111/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2111/2024
09.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver