Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2132/2024 21.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər məhkəməyə barışıq sazişi bağlamalarını bildirdilər və məhkəmədən barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Hər iki tərəf barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələri barədə məlumatlı olduqlarını məhkəməyə bildirdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə müvafiq olaraq, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə tərəflər arasında bağlanmış barışıq sazişini araşdırıb hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Cavabdeh öhdəlikləri:
1. Birgə nikah dövründə Binəqədi rayonu, 28 May qəsəbəsində aldıqları torpaq sahəsi və onun üzərində inşa etdikləri fərdi yaşayış evinə İddiaçı payı müqabilində ona 24000 (iyirmi dörd min) manat pul məbləğini verməyi öhdəsinə götürür. Cavabdeh birgə nikah dövründə əldə etdikləri “Chery Tiggo T11” markalı, 99GJ818 dövlət qeydiyyat nişanlı avtomaşının dəyərini İddiaçıla aralarında olan qarşılıqlı razılıq əsasında 10000 (on min) manat məbləğində qiymətləndirdikləri üçün, özünə düşən pay məbləği olan 5000 (beş min) manatı İddiaçı veriləcək 24000 (iyirmi dörd min) manat məbləğindən çıxaraq, yekun məbləğ olaraq İddiaçı həmin məbləğin 10000 (on min) manatı 10 iyun 2024-cü il tarixədək, yerdə qalan 9000 (doqquz min) manatı isə 15 iyul 2024-cü il tarixdə verməyi öhdəsinə götürür.
2. Birgə nikah dövründə əldə etdikləri “Chery TiggoT11” markalı, 99GJ818 dövlət qeydiyyat nişanlı avtomaşına dair gələcəkdə hər hansı tələbi omayacaqdır. İddiaçı öhdəlikləri:
1. Cavabdeh tərəfindən ona 19000 (on doqquz min) manat pul məbləğinin verilməsi qarşılığında birgə nikah dövründə Binəqədi rayonu, 28 May qəsəbəsində aldıqları torpaq sahəsi və onun üzərində inşa etdikləri fərdi yaşayış evinə olan payından imtina edir və gələcəkdə Cavabdeh qarşı hər-hansı daşınmaz əmlak tələbi omayacaqdır.
2. Cavabdeh birgə nikah dövründə əldə etdikləri “Chery Tiggo T11” markalı, 99GJ818 dövlət qeydiyyat nişanlı avtomaşının dəyərini Cavabdeh ilə aralarında olan qarşılıqlı razılıq əsasında 10000 (on min) manat məbləğində qiymətləndirdikləri üçün, Cavabdeh düşən pay məbləği olan 5000 (beş min) manatı özünə veriləcək 24000 (iyirmi dörd min) manat məbləğindən çıxaraq, yekun məbləğ olaraq Cavabdeh həmin məbləğin 10000 (on min) manatını 10 iyun 2024-cü il tarixədək, yerdə qalan 9000 (doqquz min) manatı isə 15 iyul 2024-cü il tarixdə alacaqdır.
3. Barışıq sazişi təsdiq olunub, 15 iyul 2024-cü il tarixdə 9000 (doqquz min) manat pul vəsaitini aldığı gün, Binəqədi rayonu, 28 May qəsəbəsində aldıqları torpaq sahəsi və onun üzərində inşa etdikləri fərdi yaşayış evinə dair bütün kommunal xidmətləri (müqavilələri) (elektrik, su, qaz və s.) Cavabdeh adına keçirəcək.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair e-2(001)-2132/2024 nömrəli mülki iş üzrə iddiasından imtina edir və həmin iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Saziş üzrə tərəflər:
1. İddiaçı qismində İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə uyğun olaraq müvcud iddiasından imtina edir.
2. Cavabdeh iddiaçı tərəfindən verilmiş xitamla bağlı ərizəyə etiraz etmir.
3. Bu Sazişin qanuna zidd olmamasına və ya hər hansı bir şəxsin hüquqlarına və qanunla qorunan mənafelərini pozmamasına əmindirlər.
4. Mövcud iddia ərizəsi üzrə iddiaçı tərəfindən çəkilən xərclər Mülki Prosessual Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq cavabdehdən tələb olunmur.
5. Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin və 262.2-ci maddəsinin tələblərini başa düşürlər”. İddiaçı Cavabdeh qarşı istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Nigar Nəbizadə