Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2149/2024 05.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh hüquqlarını pozaraq vurduğu zərər görə 10546 manat, icarə müqaviləsi üzrə ödəmədiyi 52 gün üçün 22516 manat icarə haqqı olmaqla, cəmi 33062 manat pulun və ödənilmiş 190 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində cavabdehin ünvanı ünvan 1rimanov rayonu, M.Araz küçəsi 71 qeyd olunsada bunu təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, iddiaçı nə əmlaka mülkiyyət hüququnun tanınması, nə də başqasının qeyri-qanuni sahibliyindən götürülməsini deyil, icarə münasibətlərindən irəli gələn pulun tutulmasını xahiş etmişdir, eyni zamanda iddia tələbi mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan sahibkarın və yaxud qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında da deyildir. Bu səbəbdən mülki iş aidiyyat qaydalarının pozulması ilə icraata qəbul olunduğundan və cavabdehin ünvanı ünvan 3kəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2-ci və 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44- 45, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 (on) gün ərzində şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2149/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2149/2024
05.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver