Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2170/2024 16.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" ASC-nin bank hesabında qalan 5.58 USD, 1,92943 USD və 6,831.00 AZN məbəğində pul vəsaitinin və 89 manat dövlət rüsumunun cavabdehlər Əmanətlərin Sığortalanması Fondundan və Ləğv prosesində olan AG BANK ASC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40” və cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin hüquqi ünvanı isə “ünvan 2baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, cavabdehlərin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyindən həmin işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon məhkəməsində deyil, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələblərinə uyğun olaraq ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. -114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. -114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə cavabdeh hüquqi şəxslərin olduğu yer üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməli və iddiaçının nümayəndəsi(vəkili) Vəkil tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 89 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ var. İddiaçı nümayəndəsi(vəkili) Vəkil tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 89 (səksən doqquz) manat məbləğində (xx.xx.2024-cü il tarixli ********** №-li qəbz) dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2170/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2170/2024
16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver