Məhkəmə qərarları › İş №e-2(001)-2181/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2181/2024

07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2181/2024 07.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı öhdəliyin qoyulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında inşa edəcəyi 14 mərtəbəli binadan 116,5 kv.m. yaşayış sahəsini iddiaçıya satmağı və təhvil verməyi öz öhdəliyinə götürmüşdür. 11 dekabr 2017-ci il tarixli müqavilə üzrə öhdəlik iddiaçı tərəfdən tam icra edilmişdir. Bundan sonra iddiaçı həmin müqavilə üzrə öhdəliyi tam icra etdiyi üçün sözügedən mənzilə mülkiyyət hüququnun Daşınmaz Əmlak Dövlət Reystrinə qeydiyata alınması üçün cavabdeh tərəfindən təqdim edilməli olan zərurui sənədləri tələb edildikdə cavabdeh tərəfindən şifahi olaraq əsassız şəkildə həmin sənədlərin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-cı il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh ünvan 1 ünvanında inşa edəcəyi 14 mərtəbəli yaşayış binasının giriş 4, mərtəbə 8, ümumi sahəsi 116,5 kv.m., 3 otaqlı, 228 nömrəli yaşayış mənzilini İddiaçı verməyi, İddiaçı isə mənzilin tam dəyəri olan 151450 manat məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışının əslindən görünür ki, İddiaçı 3 otaqlı, blok 4, mər. 8, 116,5 kv.m., 228 saylı mənzilin tam dəyəri – 151450 manat məbləğində pulu Cavabdeh kassasına ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı hazırkı iş üzrə vəkilin göstərdiyi yardıma görə 600 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında “mülkiyyət” anlayışı ilə bağlı qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanından görünür ki, həmin Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə qəbul edilmiş və bununla əlaqədar bir sıra qurumlara müvafiq tapşırıqlar verilmişdir. Həmin qurumlar tərəfindən tapşırıqlar vaxtında icra edilsə də, “yerlərdə” vətəndaşlara əsassız səbəblərə görə müvafiq sənədlərin verilməməsi nəticə etibarılə adıçəkilən Fərmanın icrasını mümkünsüz edir. Məhkəmə iddia ərizəsinin vəkilin göstərdiyi yardıma görə 600 manat məbləğində pul tələbinə dair hissəsini qismən – 200 manat hissəsində əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış binasının giriş 4, 8-ci mərtəbəsində yerləşən 228 saylı mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə tələb olunan sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, vəkilin göstərdiyi yardıma görə ödənilmiş pulun 200 manat hissəsi Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış binasının giriş 4, 8-ci mərtəbəsində yerləşən 228 saylı mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə tələb olunan sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Vəkilin göstərdiyi yardıma görə ödənilmiş pulun 200 (iki yüz) manat hissəsi və 100 (yüz) manat ödənilmiş dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar