Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2187/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinə qarşı (Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi 3-cü şəxs qismində cəlb edilməklə) İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh1 6000 manatın geri qaytarma öhdəliyinin yaranmadığının müəyyən edilməsinə, 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin notariusu X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-4337 saylı icra qeydinin ləğv olunmasına, məhkəmə xərclərinə görə 200 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinə qarşı (Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi 3-cü şəxs qismində cəlb edilməklə) İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh1 6000 manatın geri qaytarma öhdəliyinin yaranmadığının müəyyən edilməsinə, 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin notariusu X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-4337 saylı icra qeydinin ləğv olunmasına, məhkəmə xərclərinə görə 200 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə cavabdeh 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində formal (uydurma) kredit müqaviləsi bağlanmışdır. Cavabdeh1 İddiaçı göndərdiyi xx.xx.2023-cü il tarixli 8İ- 4337 saylı icra qeydi ilə həmin formal kredit müqaviləsinə əsaslanaraq 6000 manatı İddiaçı tələb etmişdir. Həmin kredit müqaviləsində qeyd olunur ki, borc verən Cavabdeh1, bor calan İddiaçı 6000 manat məbləğində pul verir və həmin pulun geri qaytarma tarixi xx.xx.2020-ci ildir. Əslində isə borcverən Cavabdeh1 borcalan S.F. Axundovaya bir manat belə pul verməmiş, onlar arasında pulun verilməsi ilə bağlı hər hansı bir razılaşma olmamış, pulun verildiyinə dair qəbz də mövcud deyildir. Başqa bir ifadə ilə qeyd edilən kredit müqaviləsində Cavabdeh1 üçün İddiaçı 6000 manat borcu vermə öhdəliyi nəzərdə tutulsa da cavabdeh, həmin 6000 manatı iddiaçıya verməmişdir. Bunun səbəbi isə həmin müqavilənin uydurma (formal) müqavilə olması ilə bağlıdır. Belə ki, iddiaçı bildirir ki, İddiaçı ilə bağlı olan məhkəmə işi ilə bağlı cavabdeh S.M.Xəlilov iddiaçıya kömək edəcəyini bildirmiş və həmin məhkəmə işi qismən də olsa İddiaçı xeyrinə yekunlaşmışdır. Bundan sonra S.M.Xəlilov göstərdiyi köməyi həyata keçirmək üçün xərcləri çıxdığını bildirərək İddiaçı pul tələb etməyə başlamışdır. Nəticədə İddiaçı, S.M.Xəlilovdan hər hansı bir pul almadığı halda bu kredit müqaviləsini bağlayaraq cavabdehin qanunsuz tələblərindən yaxa qurtarmağa çalışmışdır. Bu formal borc müqaviləsi əsasında isə 1 saylı Bakı Asan xidmət mərkəzində notariat kontorunun notariusu X2 tərəfindən xx.xx.2023-cü il tarixli 8İ- 4337 saylı icra qeydi tərtib edilmişdir. Həmin icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmiş, bu səbəblə həmin kredit müqaviləsi üzrə iddiaçının, cavabdehə 6000 manat pul qaytarma öhdəliyinin olmadığı müəyyən edilməli, icra qeydi məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, icra qeydi mübahisəli tələb ilə bağlı verilmiş və icra qeydi tərtib olunarkən Notariat haqqında Qanunun 76-cı maddəsinin 2-ci abzasını pozmuşdur. Notariat haqqında Qanunun 76-cı maddəsinin 2-ci abzasında deyilir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Bu sənədlər lazımi formada araşdırılsaydı məlum olacaqdı ki, Cavabdeh1 İddiaçı heç bir borc pul verməmiş, çünki bu pulun verildiyinə dair qəbz yoxdur. Belə ki, qanunvericiliyin tələblərinə görə notarial qaydada bağlanan kredit müqavilələri üzrə verilən borc, borc verən tərəfindən qəbz əsasında notariat kontorunun bank hesabına köçürülür və oradan borc alana qəbz əsasında ödənilir. Bank hesabına belə bir ödəniş olmamış, yəni borc verən Cavabdeh1 bu kredit müqaviləsi üzrə borc alan İddiaçı ödənilməsi üçün 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin bank hesabına bir manat da pul köçürməmiş, nağdsız hesablaşma etməmişdir. Bu fakt belə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış müqavilənin tamamilə formal (uydurma) bir müqavilə olduğunu sübut edir. Çünki Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanunun 3.4.1-ci maddəsinin tələbinə əsasən, vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Əgər Cavabdeh1 İddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə 6000 manat borc (kredit) vermişdirsə qeyd edilən qanunvericilik tələblərinə uyğun olaraq həmin pul notariat kontorunun depozit hesabına köçmüş olmalı idi. Lakin belə bir köçürmə olmamış, belə bir borc (kredit) verilməmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzində notariat kontorunun notariusu X2 bütün bunları araşdırmadan, borcun köçürüldüyü barədə sənədi tələb etmədən tərəflər arasında mübahisəli olan 6000 manat ilə bağlı xx.xx.2023-cü il tarixli 8İ- 4337 saylı icra qeydi tərtib edilmiş, bu isə Notariat haqqında Qanunun 76-cı maddəsinin 2ci abzasının pozulduğunu təsdiq edir. Belə ki, Notariat haqqında Qanunun və Təlimatın tələblərinə əsasən icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Məhz qanunvericiliyə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Notariat ofisi isə ərizə istisna olmaqla ümumiyyətlə heç bir sənəd təqdim edilmədən icra qeydini aparmışdır. Tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Qanunvericilik bəzi tələbləri, o cümlədən bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissəhissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür. İcra qeydi verilmədən 20 gün əvvəl borcluya rəsmi bildiriş göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci bədinin 3-cü abzasına görə, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar bu tələbə əməl etməmiş, lakin cavabdeh notariat ofisi də buna önəm verməmişdir. Bununla cavabdehlər icra qeydini tərtib edərkən qanunvericiliyin tələbini pozmuşlar. Borclunun yaşadığı ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Lakin belə bir qeydiyyat aparılmadan poçt bildirişində təkcə ünvanın bağlı olması qeyd edilərək, əslində cavabdehin bu vəzifəsini icra etmədiyi öz təsdiqini tapır. Yəni cavabdeh bildirişin göndərilməsi ilə qanunun tələbinə əməl etməmişdir. İcra qeydi adiyyat qaydaları pozulmaqla verilmişdir. İcra qeydi Bakı şəhəri Nəsimi rayonunda yerləşən 1 saylı Bakı Asan xidmət mərkəzində Notariat ofisi tərəfindən tərtib olunmuş, borclunun olduğu yer isə Bakı şəhəri Binəqədi rayonudur. Notariat haqqında Qanunun 76-cı maddəsinin 1-ci abzasında deyilir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Buradan məlum olduğu kimi, Notariat ofisi icra qeydini tərtib edərkən aidiyyat qaydalarını da pozmuşdur. Ona görə də İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh1 6000 manatın geri qaytarma öhdəliyinin yaranmadığının müəyyən edilməsinə, 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin notariusu X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-4337 saylı icra qeydinin ləğv olunmasına, vəkilə ödənilən 100 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumu olmaqla cəmi 200 manatın Cavabdeh1 İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinə, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdehlər və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin nümayəndəsinin, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Notariat haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 77. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Maddə 78. İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat: Hissə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. ... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisi tərəfindən Azərbaycan Beynəlxalq Bank ASC-nin Nərimanov filialına ünvanlanmış xx.xx.2018-ci il tarixli 841 saylı məktubun surətindən müəyyən olunur ki, notarius N.M.Səmədov Bakı şəhəri Nəsimi rayonu M.Cəlal küçəsi 40 saylı evin 8 saylı mənzilində qeydiyyatda olan Cavabdeh1 notarial qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzə ödəməli olduğu 6000 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Beynəlxalq Bank ASC-nin Nərimanov filialının xx.xx.2018-ci il tarixli mədaxil orderinin surətindən müəyyən olunur ki, Cavabdeh1 xüsusi notarius X1 depozit hesabına 6000 manat keçirmişdir. Borc verən Cavabdeh1 ilə borc alan İddiaçı arasında 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində təsdiq edilməklə xx.xx.2018-ci il tarixdə bağlanmış reyestrdə № 3M-321 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin surətindən müəyyən olunur ki, borc verən borc alana xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz 6000 manat məbləğində borc verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. Müqavilənin 7-ci bəndinə əsasən, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərilməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Müqavilənin 9-cu bəndinə əsasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadığı isə məhkəmə qaydasında həll olunur. Müqavilədən daha sonra müəyyən olunur ki, tərəflər müqavilə üzrə hüquq və vəzifələrinin onlara izah edilməsini, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdar edilmələrini müqaviləni imzalamaqla təsdiq etmişlər. Borc verən Cavabdeh1 borc alan İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, borc verən xx.xx.2018-ci il tarixli kreit müqaviləsi üzrə 6000 manat borcun 20 gün ərzində ödənilmədiyi halda Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə borc alanı xəbərdar etmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 366 saylı məktubunun surətindən müəyyən olunur ki, notarius N.Səmədov notariat hərəkətlərinin aparılması üçün Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq pr, İ\B, ev 185 qeydiyyatda olan AZE 14159372 saylı şəxsiyyət vəsiqəsinin sahibi İddiaçı hal-hazırda hansı ünvanda qeydiyyatda olması barədə məlumat verilməsini Bakı şəhəri Binəqədi RPİdən xahiş etmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 695 saylı məktubunun surətindən müəyyən olunur ki, borcalan İddiaçı şəxsiyyət vəsiqəsinin qüvvədə olmaması səbəbindən onun qeydiyyatda olduğu ünvan müəyyən oluna bilmədiyindən icra qeydinin aparılması mümkün olmadığı Cavabdeh1 bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə № 8İ- 4337 reyestr nömrəsi ilə qeyd edilmiş icra qeydinin surətindən müəyyən olunur ki, notariat ofisinin xüsusu notariusu X2 Notariat haqqında Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh1 xeyrinə ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı vaxtında ödənilməmiş 6000 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 6025 manatın tutulması barədə icra qeydi verilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-ci il tarixli qərarından müəyyən olunur ki, borclu İddiaçı 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin 8İ-4337 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini 10 gün müddətində könüllü icrası üçün vaxt müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehin ona 6000 manat borc vermədiyini, bağlanmış kredit müqaviləsinin əhəmiyyətsiz əqd olmasını iddia etsə də, iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış, müqavilə bağlanarkən mülki qanuvericiliyin tələblərinə əməl edilmiş, həmin vaxt qanunvericiliyin tələblərinin ona aydın olmasını iddiaçı müqaviləni imzalamaqla təsdiq etmiş, bağlandığı vaxtdan sonra iddiaçı bu müqaviləni mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmiş, borc verən müqavilə üzrə öhdəliyini icra edərək verdiyi borcu əqdi təsdiq edən notariusun depozit hesabına yerləşdirmiş, borc şərtləndirilmiş vaxtda qaytarılmadığından borc verən borc alana rəsmi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu yer üzrə, yəni Bakı şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədbir gördükdən sonra yuxarıda qeyd olunan qanunların tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır, ona görə də iddia ərizəsi tam həcmdə təmin edilmir, iddiaçının çəkdiyi məhkəmə xərcləri isə onun özünə aid edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinə qarşı (Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi 3-cü şəxs qismində cəlb edilməklə) İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh1 6000 manatın geri qaytarma öhdəliyinin yaranmadığının müəyyən edilməsinə, 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin notariusu X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-4337 saylı icra qeydinin ləğv olunmasına, məhkəmə xərclərinə görə 200 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2187/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2187/2023
07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver