Məhkəmə qərarları › İş №e-2(001)-2219/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2219/2025

07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2219/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 90500 ABŞ dolları məbləğində pulun və ödədiyi dövlət rüsumu 444 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 6 ildir ki tanıyır. Cavabdeh həkim stamatologdur. O, həm stomotoloq kimi fəaliyyət göstərir, həm də əlavə olaraq bizneslə məşğul olur. 2023-cü ildə Cavabdeh, İddiaçı bizneslə məşğul olmağı təklif edib və Türkmənistan Respublikasından “karbomit” alıb, Türkiyə Respublikasında satmaqla yaxşı gəlir əldə edə biləcəklərini bildirib. İddiaçıya işi birgə görməyi təklif edib. İşlə bağlı geniş məlumat verib, iddiaçını bu işə inandırmağı bacarıb və iddiaçıdan 100000 ABŞ dolları pul istəyib. Vəd edib ki, iddiaçı ona 100000 ABŞ dolları versə, hər ay iddiaçıya 5000 ABŞ dolları qazanc verəcək və sonda iddiaçının verdiyi 100000 ABŞ dollarını ona geri qaytaracaq. Cavabdehin verdiyi vədlərə inanan iddiaçı, ona hissə-hissə 90500 ABŞ dolları verib. Onuda qeyd edir ki, iddiaçı Cavabdeh 85000 ABŞ dollarını ünvan 1 ünvanında yerləşən fəaliyyət göstərdiyi Stomatoloji Klinikada, 5500 ABŞ dollarını isə 2023-cü ilin mart ayının 24-də X4 yaxınlığında verib. Üzərindən müəyyən müddət keçdikdən sonra iddiaçıya məlum oldu ki, Cavabdeh onu, 6 illik tanışlıqlarından və etibarından istifadə edərək aldadıb və verdiyi 90500 ABŞ dollarını şəxsi istifadəsi üçün mənimsəyib. Dəfələrlə iddiaçı, cavabdehdən pulu geri tələb edib. Cavabdeh hər dəfə aldığı pulu qaytaracağı vədləri ilə iddiaçını aldadıb. İddiaçı cavabdehin əməllərinin araşdırılması, pulun qaytarılması ilə bağlı Sabunçu RPİ-nin 12-ci PŞ-nə müraciət etmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-də İddiaçı ərizəsi üzrə müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı əldə olunmuş razılığa əsasən Cavabdeh pulun bir qismini həmin vaxt, qalan məbləği isə sonra qısa müddət ərzində ödəyəcəyini bildirmiş, İddiaçı isə həmin şərtlə razılaşmışdır. Cavabdeh pulun bir qisminin əvəzi olaraq özünə məxsus 2014-cü il buraxılış “RANGE ROVER” SPORT markalı avtomobilini alqı-satqı yolu ilə iddiaçının həyat yoldaşı X1 adına rəsmiləşdirmişdir. Razılaşmaya əsasən avtomobil satılaraq əldə olunmuş məbləğ borcdan cıxılmalı və ya borc tamamilə ödəniləcəyi təqdirdə avtomobil cavabdehə geri qaytarılmalı idi. Sonradan iddiaçıya məlum olub ki, polisin iştirakı ilə imzaladığı sənədlərdə borcun tam bağlanması qeyd edilib. Halbuki, iddiaçı hüquq mühafizə orqanlarının əməkdaşına inanaraq sənədi oxumadan imzalamışdır. Hal-hazırda avtomobil istifadə olunmur və qiyməti baha olduğu üçün satılmır. İddiaçı 2024-cü ilin yanvar ayının 9 da, xx.xx.2023-cü il tarixdə aldığı pulu xx.xx.2024-cü ildə qaytaracağı ilə bağlı iddiaçını inandırmaq üçün öz xətti ilə yazaraq, yazılı vəd verib və bu vədinədə əməl etməyib. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaçını yeni vədlərlə aldadır, heç bir vədinə əməl etmir, aldığı pulu geri qaytarmır. Yuxarıda sadalanan xüsusatlara və qanunvericiliyin tələbinə görə, hesab edir ki, Cavabdeh 90500 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdilər. Belə ki, cavabdeh ilə iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh iddiaçıya olan borcu qarşılığında özünə məxsus nəqliyyat vasitəsini iddiaçıya satmış, bundan sonra iddiaçı polis şöbəsində ərizə yazaraq bildirmişdir ki, borc tam şəkildə ödənilib və bununla bağlı heç bir tələbi yoxdur. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə aldığı 90000 ABŞ dolları pulu xx.xx.2024-cü il tarixində İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh 90500 ABŞ dollarını 5 gün ərzində geri ödənilməsi, əks halda aralarında məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “X8” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə X2 adına qeydiyyata alınmış, xx.xx.2024cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-NS-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası DİN Sabunçu RPİ-nin 12-ci PŞ-də verilmiş izahatından görünür ki, “ona verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı 5- 6 ilə yaxındır ki tanıyır. Mehmanla dost münasibəti vardır. Mehman ona 2015 ildə 100000 manat pulu faizə vermişdi. O, Mehmandan götürdüyü 100000 manat pulu faizi ilə birlikdə artıqlaması ilə Mehmana ödəmişdir. Beləliklə, Mehmanın ona etibarı yaranmışdır. Sonuncu dəfə 2023-cü ilin mart ayında Mehmandan 45000 ABŞ dolları pul amışdır. Pulu almaqda məqsədi Mehmanla iş birliyi qurub Türkmənistan Respublikasından Türkiyə Respublikasına gübrə gətirməli idi. O, Mehmandan pulu aldıqdan sonra malı Türkiyəyə satdıqdan sonra malın pulunu ala bilməmişdir. Belə olan halda Mehmanın pulu da batmışdır. O, Mehmandan vaxt istəmişdir ki, Mehmandan aldığı 45000 ABŞ dollarını qısa vaxtda qaytaracaq. Sonradan Mehman ona verdiyi pulun üzərinə 55000 ABŞ dolları faiz gəldi. O, Mehmana söz vermişdir ki, Mehmandan aldığı 45000 ABŞ dollarının üstündə 55000 ABŞ dolları faizi ödəyəcək. İddiaçı Sabunçu RPİ-nin 12-ci PŞ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh onun 90500 manat pulunu tam şəkildə ödədiyi üçün ona qarşı şikayəti və tələbi yoxdur. Onun ziyanı tam şəkildə ödənildiyi üçün Cavabdeh məsuliyyətdən azad edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə ümumilikdə 444 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallan məhkəmə mövcud olmayan kımı rəod edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, mülki iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə 90500 ABŞ dolları məbləğində pul vəsaiti vermiş, cavabdeh də həmin vəsaiti iddiaçıya qaytarması barədə öz üzərinə öhdəlik götürsə də, öhdəliyi lazımınca yerinə yetirməmişdir. Daha sonra iddiaçı bununla bağlı Sabunçu RPİ-nin 12-ci PŞ-yə müraciət etmiş, cavabdeh verdiyi izahatda həmin vəsaiti iddiaçıya qaytaracağı barədə söz vermişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdeh tərəfindən ona ödənilmədiyini qeyd etsə də, iş materiallarında olan iddiaçının ərizəsinin surətindən görünür ki, cavabdeh onun pulunu tam şəkildə ödədiyi üçün ona qarşı şikayəti və tələbi olmamış, cavabdehin ziyanı tam şəkildə ödədiyi üçün məsuliyyətdən azad edilməsini xahiş etmiş və bununla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, hazırda da həmin qərar ləğv edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən tələb olunan pul vəsaitinin ona ödənilməməsini mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar