Məhkəmə qərarları › İş №e-2(001)-2257/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2257/2024

16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2257/2024 16.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Cavabdeh ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, prosessual müdətin bərpa edilməsinə dair ərizə təqdim edilmədiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7658/2014 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəni nəzərdən keçirərkən məlum olur ki, ərizə Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 149.2.2 və 149.2.3-cü maddələrinin tələblərinə cavab vermir. Həmin maddələrin tələbinə görə ərizədə işdə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, cavabdehə qarşı yönələn tələb göstərilməlidir. Hazırki ərizə ümumiyyətlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, sənədin başlıq hissəsində iddia ərizəsi kimi qeyd olunmuş, daha sonra Cavabdeh qismində qeyd olunmuş, iddiaçı göstərilməmiş, adı və rekvizitləri yazılmamış, ünvanı əlaqə nömrəsi həmçinin ona qarşı yönələn tələb ümumiyyətlə qeyd edilməmişdir. Sənədin aşağı hissəsində isə iddia ərizəsi deyil, ərizə kimi qeyd edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi tərəfindən geri qaytarılması xahiş olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7658/2014 saylı, xx.xx.2023-cü il tarixli qərardadı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Etibar Mustafayev tərəfindən qəbul olunmaşıdır, bununla bağlı icrratda iş mövcud deyi. . Qeyd olunan qərardaddan şikayət verilməsi ayrıca icraat formasında deyil, həmin iş üzrə müvafiq olaraq işə baxan hakimin icraatı üzrə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Cavabdeh ərizəsi geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar