Məhkəmə qərarları › İş №e-2(001)-2357/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2357/2023

05.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2357/2023 05.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən göstərilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə etdiyi müraciət əsasında ünvan 1 evə dair torpaq sahəsinin ayrılmasına dair sənədlər, ilkin texniki pasport haqqında məlumatın və surətinin verilməsi təmin edilmişdir. Hazırki ərizəyə əlavə olunmuş ünvan 1 evə dair Binəqədi rayon İcra Hakimiyyətinin 782 saylı xx.xx.1992ci il tarixli sərəncam və 1996-cı ildə tərib edilmiş texniki pasportun surətindən görünür ki, 600 kv.m torpaq sahəsimənim sahiblik və istifadəmə verilmişdir. Həmin torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsi və çıxarışla təmin olunması zəruridir. Yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1 evə dair Binəqədi rayon İcra Hakimiyyətinin 782 saylı xx.xx.1992-ci il tarixli sərəncam və 1996-cı ildə tərib edilmiş texniki pasportuna əsasən göstərilən ərazidə yerləşən 600 kv.m torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına və müvafiq çıxarış ilə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı şəhəri Ərazi İdarəsi xx.xx.2022-ci il tarixində cavab məktubu göndərərək, sözügedən torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisinin sənədlər toplusuna əlavə edilməməsi bildirilmişdir. Yenidən bütün sənədləri göndərərək, ünvan 1 evə dair Binəqədi rayon İcra Hakimiyyətinin 782 saylı xx.xx.1992-ci il tarixli sərəncam və 1996-cı ildə tərib edilmiş texniki pasportuna əsasən göstərilən ərazidə yerləşən 600 kv.m torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına və müvafiq çıxarış ilə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsində üçüncü şəxs kimi qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı şəhəri Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məkubuna əsasən müraciətə baxılması və torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə müvafiq şərait yaradılmaması qeyd edilmişdir. Sözügedən evə dair Binəqədi rayon İcra Hakimiyyətinin 782 saylı xx.xx.1992-ci il tarixli sərəncam və 1996-cı ildə tərib edilmiş texniki pasportun surətindən görünür ki, 600 kv.m torpaq sahəsi onun sahiblik və istifadəmə verilməsinə baxmayaraq, hazırki iş üzrə Cavabdeh həmin torpaq sahəsini zəbt etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı şəhəri Ərazi İdarəsnin əməkdaşlarına orada texniki baxış keçirməyə maneçilik törətmişdir. Qeyd edir ki, artıq ikinci dəfədir ki, Cavabdeh onun qanuni sahiblik və istifadəsinə verilmiş torpaq sahəsi üzərində dövlət orqanının qanuni səlahiyyətilərini icra etməyə maneçilik törədir. Cavabdeh qanunsuz hərəkətləri səbəbindən sözügedən torpaq sahəsi üzərində hazırki vaxtadək çıxarış ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əvvəlki məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun atasının olub. Hazırda öz sahəsini özəlləşdirmək istəyir ki, orada ev tikib yaşasın. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında (xx.xx.2023) iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə aralarında olan mübahisə neçə vaxtdır ki, davam edir. O, torpaq sahəsinin özəlləşdirilməsinə etiraz edir. Necə var elə də qalsın. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 192/2018 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi X2 qeydiyyatdan imtinaya dair vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 30, 193 saylı evə yaşayış hüquqlarının tanınması və onları həmin evə pasport qeydiyyatına alınmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-863/2007 nömrəli qətnaməsi ilə ərizə təmin edilməklə X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 30, 193 saylı evə yaşamaq hüquqlarının tanınması, Binəqədi RPİ-nin Q və ŞVŞ-nə onların həmin ünvanda daimi qeydiyyata götürülməsinin tapşırılması qət edilmişdir. Həmin qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı apellyasiya şikayəti vermiş, onun apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2007-ci il tarixli, 2-863/2007 nömrəli qətnaməsi qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı apelyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 782 nömrəli Sərəncamından görünür ki, İddiaçı 14 nəfər ailə üzvü ilə ümumi sahəsi 75,8 kv.m olan evdə yaşadığından ona Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmış və bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsinin yerini dəqiq tanımadığına, həmçinin sözügedən torpaq sahəsi faktiki istifadəsində olmadığına görə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən texniki baxışın keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmış və bildirilmişdir ki, sözügedən torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi sənədlər toplusuna əlavə edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sonuncunun ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmış və bildirilmişdir ki, torpaq sahəsinə texniki baxış keçirmək çöl-çölçü işlərinin aparılması üçün icarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin presenent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 782 nömrəli Sərəncamı ilə İddiaçı Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi ünvan 1 ünvanda yerləşir. Hazırki mövcud qanunverciliyə əsasən iddiaçının torpağa mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli və ünvan 1 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi üzərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki baxış keçirilməsinə və çöl-ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən müharibə veteranları məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi üzərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən texniki baxış keçirilməsinə və çöl-ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar