Məhkəmə qərarları › İş №e-2(001)-2443/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2443/2022

14.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2443/2022 14.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçıların nümayəndəsi, vəkil Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoruna qarşı (X17, X19 və X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "ərizənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən 21 sentyabr 2021-ci il tarixində 8i-3087 nömrə ilə qeydiyyata alınmış İddiaçı2 ərizəsinin, 20 saylı notariat ofisi tərəfindən 30 sentyabr 2021-ci il tarixində 8i-3222 nömrə ilə qeydiyyata alınmış İddiaçı3 ərizəsinin, 26 oktyabr 2021-ci il tarixində 8i-3499 nömrə ilə qeydiyyata alınmış İddiaçı1 ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağalarov X18 rayonundan məcburi köçkün olduqdan sonra Rusiya köçmüş və uzun müddətdir ki, Rusiyada yaşayır. Azərbaycan yaşamadığı üçün anası X1 qalmış miras əmlaklarla məşgul ola bilməmişdir. Buna görə də qardaşı Rızvan Ağalarovla razışlaşmışlar ki, miras əmlakdan onun xeyrinə imtina etsin, vərəsəlik işi yekunlaşdıqdan sonra Rızvan Ağalarov həmin əmlakı satıb payını pul əvəzi olaraq versin. Buna görə də 20 saylı notariat ofisinə yaxınlaşıb ərizə yazmışdır. Lakin ona sonradan məlum olmuşdur ki, notariat ofisində onun ərizəsi iradəsini tam əks etdirməyəcək formada yazılmış və mən latın əlifbasını bilmədiyi üçün həmin ərizəyə imza etmişdir. O, anasından qalmış miras əmlakdan imtina edir, ancaq qardaşı Rızvan Ağalarovun xeyrinə imtina edir. İddiaçı1slan qızı ağır xərcəng xəstəsidir. Latın dilində oxuyub yaza bilmir. Xəstəliyi ilə əlaqədar anası X1 qalmış miras əmlaklarla məşgul ola bilməmişdir. Buna görədə qardaşı Rızvan Ağalarovla razışlaşmışlarki, o, miras əmlakdan onun xeyrinə imtina edir, vərəsəlik işi yekunlaşdıqdan sonra Rızvan Ağalarov həmin əmlakı satıb payını pul əvəzi olaraq ona verir. Buna görə də ərizə yazmışdır. Lakin ona sonradan məlum olmuşdur ki, notariat ofisi ərizəsini iradəsini tam əks etdirməyəcək formada yazmış və o latın əlifbasını bilmədiyi üçün həmin ərizəyə imza etmişdir. O, anasından qalmış miras əmlakdan imtina edir, ancaq qardaşı Rızvan Ağalarovun xeyrinə imtina edir. İddiaçı3 ailə vəziyyəti ilə əlaqədar anası X1 qalmış miras əmlaklarla məşgul ola bilməmişdir. Buna görədə qardaşı Rızvan Ağalarovla razılaşmışlar ki, miras əmlakdan onun xeyrinə imtina etsin, vərəsəlik işi yekunlaşdıqdan sonra RızvanAğalarov həmin əmlakı satıb payını pul əvəzi olaraq versin. Buna görə də 20 saylı notariat ofisinə yaxınlaşıb ərizə yazmışdır. Lakin ona sonradan məlum olmuşdur ki, notariat ofisi onun ərizəsini iradəsini tam əks etdirməyəcək formada yazmış və o tam mənasını bilmədiy üçün həmin ərizəyə imza etmişdir. O anasından qalmış miras əmlakdan imtina edir, ancaq qardaşı Rızvan Ağalarovun xeyrinə imtina edir. Ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçıların anası X5 25 iyul 2021-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 20 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixdə 8İ-3087 nömrə ilə qeydiyyata alınmış ərizədən görünür ki, İddiaçı2 25 iyul 2021-ci il tarixdə ölmüş anası X1 irs qalmış miras əmlakdan ona çatası hissəsindən imtina etmişdir. Bakı şəhəri 20 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixdə 8İ-3222 nömrə ilə qeydiyyata alınmış ərizədən görünür ki, İddiaçı3 25 iyul 2021-ci il tarixdə ölmüş anasıX1 irs qalmış miras əmlakdan ona çatası hissəsindən imtina etmişdir. Bakı şəhəri 20 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixdə 8İ-3499 nömrə ilə qeydiyyata alınmış ərizədən görünür ki, İddiaçı1 25 iyul 2021-ci il tarixdə ölmüş anası X1 irs qalmış miras əmlakdan ona çatası hissəsindən imtina etmişdir. İddiaçılar hüquqlarının pozulduğu 21 yanvar 2022-ci il tarixdə bilmişlər və dərhal notariat ofisinə yazılı ərizə ilə müraciət etmişdirlər. Bakı şəhəri 20 saylı notariat ofisinin iddiaçılar təqdim etdiyi eyni məzmunlu məktublardan görünür ki, məhkəməyə müraciət olunmaq tövsiyyə olunmuşdur. İddiaçıların məqsədi o olmuşdur ki, xaricdə və xəstə olduqları üçün dəfələrlə notariat ofisinə və reyestr xidmətinə getmədən bir nəfərin adına çıxarış alınması mümkün olsun. Lakin notariat ofisi tərəfindən iddiaçıların iradəsinə zidd olaraq başqa məzmumlu ərizə yazılmış, ərizənin məzmunu onlara izah olunmamış, iddiaçılar ərizənin yazıldığı əlifbanı (latın) bilmədiyi üçün kortəbii şəkildə imzalanmışdırlar. İmzanın yanındanki familyadan görünür ki,iddiaçılar başqa əlifba(kiril) ilə yazmışdır.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi, vəkil Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçıların nümayəndəsi,vəkil izahatlarında bildirmişdir ki, iddiaçıların anası Şirinbəyim Ağalarova 25 iyul 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçılar miras əmlakdan qardaşları Rzavan Ağalarovun xeyrinə imtina etmək istəmişlər. Lakin notariat ofisində iddiaçıların iradəsinə zidd başqa məzmunlu ərizə yazılmış, ərizənin məzmunu onlara izah olunmamış və iddiaçılar latın qrafikasını bilmədiklərindən kortəbii şəkildə ərizəni imzalamışlar. İddiaçılar tez-tez notariat ofisinə gedib-gələ bilmədiklərinə görə hamısı Rzavanın xeyrinə mirasdan imtina etmək niyyətində olmuşlar. Rzavan isə əmlakı satıb vərəsələrin payını verməli idi. Mərhumun 5 vərəsəsi vardır: İddiaçı1, İddiaçı2, İddiaçı3, X17 və X19. Nazim hazırda Rusiyada yaşayır. İddiaçılar imtina ərizələrini Bakı şəhəri 20 saylı notariat ofisində vermişlər. Lakin vərəsəlik işi Bakı şəhəri 14 saylı notariat kontorunda açılmışdır. İddiaçılar Rzavanın xeyrinə miras əmlakdan imtina etmək istəmişlər. Lakin səhvən ümumiyyətlə mirasdan imtina ərizəsi imzalamışlar. İddiaçılardan Mətanətin həm görmə, həm də eşitmə qabiliyyəti olduqca aşağıdır. Solmaz xanım onkoloji xəstədir. Fazil isə Rusiya Federasiyası vətəndaşıdır və azərbaycan dilini bilmir. İddiaçılar və Rzavan Ağalarovdan başqa X19 və X20 da vərəsələrin sırasına daxildir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17 və X19 notarial qaydada təsdiq edilmiş ərizələrlə məhkəməyə müraciət edərək hazırki iddia ərizəsinə etiraz etmədikləri bildirmiş və ərizələrin etirazsız hesab edilməsini xahiş etmişlər. Digər üçüncü şəxs X20 da iddiaya etiraz etmir və təmin edilməsinə razıdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında bildirmişdir ki, öz miras payından Rzavanın xeyrinə imtina etmək niyyətində olmuşdur. Lakin notariat ofisi ərizənin məzmununu düzgün yazmamış və o da, ərizənin məzmununu bilmədən imzalamışdır.

6. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 izahatında bildirmişdir ki, ərizələrin etibarsız hesab edilməsinə etiraz etmir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 izahatında bildirmişdir ki, iddiaya etirazı yoxdur. X5 onun nənəsi olmuşdur və onun vərəsələrindən biridir. Ərizələrin etibarsız hesab edilməsi və vərəsəlik işinin əvvəlki vəziyyətinə qayıtmasını xahiş edir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin 31 may 2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, bütün məhkəmə iclaslarının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəməyə təqdim edilən tərəfindən yazılan 24 may 2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilən iddia ərizəsinə etiraz etmir. Buna əsasən də həmin şəxslər tərəfindən verilmiş ərizələrin etibarsız hesab edilməsini xahiş etmişdir.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatında bildirmişdir ki, iddiaçılar ilə aralarında miras əmlakdan onun xeyrinə imtina edilməsi və onun da əmlakı sataraq hamının payını verəcəyi barədə razılıq olmuşdur. Lakin notariat ofisində iddiaçılar səhvən ümumiyyətlə mirasın onlara çatan hissəsindən imtina etmişlər.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəməyə təqdim edilən tərəfindən yazılan 31 may 2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilən iddia ərizəsinə etiraz etmədini bildirməklə, buna əsasən həmin şəxslər tərəfindən verilmiş ərizələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən İddiaçı3 ünvanlanan 21 yanvar 2022-ci il tarixli 29 saylı ərizəsindən görünür ki, Bakı şəhəri 20 saylı notariat ofisində miras payının imtinası ilə bağlı xx.xx.2021-ci il tarixli ərizəsinin geri götürülməsi imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən İddiaçı1 ünvanlanan 21 yanvar 2022-ci il tarixli 32 saylı ərizəsindən görünür ki, Bakı şəhəri 20 saylı notariat ofisində miras payının imtinası ilə bağlı xx.xx.2021-ci il tarixli ərizəsinin geri götürülməsi imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən İddiaçı2 ünvanlanan 21 yanvar 2022-ci il tarixli 30 saylı ərizəsindən görünür ki, Bakı şəhəri 20 saylı notariat ofisində miras payının imtinası ilə bağlı xx.xx.2021-ci il tarixli ərizəsinin geri götürülməsi imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

15. X17 tərəfindən 14 saylı notariat ofisində yazılan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, anasından qalmış miras əmlaklara dair vərəsəlik işinin açılması üçün Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində 8V-279 reyestr nömrəli vərəsəlik işi açılmışdır. xx.xx.2022-ci il tarixdə qardaşı X19 da, Bakı şəhəru 14 saylı notariat ofisinə müraciət edərək, vərəsəlik işinin açılmasını xahiş etmişdir. X6 ilə onun arasında miras qalmış əmlaklarla əlaqədar ixtilaf yaranmışdır. Odur ki, X1 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mübahisə məhkəmədə həll edilənədək dayandırılması xahiş edilmişdir.

16. İddiaçı3 tərəfindən 20 saylı notariat ofisində yazılan 30 sentyabr 2021-ci il tarixli, 8İ-3222 saylı ərizədən görünür ki, o, 25 iyul 2021-ci ildə ölmüş anası X1 qalmış (yaşayış (ev, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən ibarət, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatmış hissəsindən imtina etdiyini bildirmişdir.

17. İddiaçı2 tərəfindən 20 saylı notariat ofisində yazılan 21 sentyabr 2021-ci il tarixli, 8İ-3087 saylı ərizədən görünür ki, o, 25 iyul 2021-ci ildə ölmüş anası X1 qalmış (yaşayış (ev, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən ibarət, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatmış hissəsindən imtina etdiyini bildirmişdir.

18. İddiaçı1 tərəfindən 20 saylı notariat ofisində yazılan 26 oktyabr 2021-ci il tarixli, 8İ-3499 saylı ərizədən görünür ki, o, 25 iyul 2021-ci ildə ölmüş anası X1 qalmış (yaşayış (ev, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən ibarət, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatmış hissəsindən imtina etdiyini bildirmişdir.

19. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 201488 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 25 iyul 2021ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 avqust 2021-ci il tarixində 643 № ilə qeyd edilmişdir.

20. AA seriyalı, 368403 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı3 Zəngilan rayonundan məcburi köçkündür.

21. AA seriyalı, 008920 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı2 rayonundan məcburi köçkündür.

22. VVARX tərəfindən verilən 26 aprel 2018-ci il tarixli, 05/2-419-13 saylı doğum haqqında arayışdan görünür ki, İddiaçı2 xx xxxxxx 1965-ci il tarixində Zəngilan rayonunun, Şəfibəyli kəndində doğulmuşdur. X4, anası X3r.

23. VVARX tərəfindən verilən 23 sentyabr 2013-cü il tarixli, 05/2-1024-01 saylı doğum haqqında arayışdan görünür ki, X13 xx xxxxxxxx 1953-cü il tarixində anadan olmuşdur. X4, anası X3r.

24. АЗ seriyalı, 205628 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx xxxxx 1962-ci il tarixində Zəngilan rayonunda doğulmuşdur. X4, anası X3r.

25. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən olan MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən, 52 nömrəli, 5 mərtəbəli binada, 41,37 kv.m ümumi, 28,07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 17 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 933 nömrəli reyestr kitabının 86599 nömrəli vərəqində 11 aprel 2009-cu il tarixində qeydiyyata alınmışdır.

26. 14 saylı Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilən V-279 saylı vərəsəlik işindən görünür:

27. Miras qoyan X2 mirasını qəbul edənlər X17, X19, X14r.

28. Miras əmlak Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 52, mənzil 17 və Bakı şəhəri Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsi, ev 23, mənzil 27-dən ibarətdir.

29. İ-ИE seriyalı, 749597 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 28 dekabr 1959-cu ildə doğulmuş, X4, anası X3r.

30. AZ-İİİ seriyalı, 884553 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 01 iyun 1957-ci ildə doğulmuş, X4, anası X3r.

31. VVARX tərəfindən verilən 24 sentyabr 2008-ci il tarixli, 05/2-2265-01 saylı arayışdan görünür ki, X21 və X5 barəsində vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində nikah haqqında akt qeydi aşkar edilməmişdir.

32. Zəngilan rayon VVADQ şöbəsi tərəfindən verilən 124307 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 09 sentyabr 2002-ci il tarixində ölmüşdür.

33. Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən verilən 25 yanvar 2022-ci il tarixli 05/12 saylı doğum haqqında arayışdan görünür ki, X22 05 sentyabr 1952-ci il tarixində Zəngilan rayonunda anadan olmuş, X4, anası X3r.

34. 12 yanvar 2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 15 sentyabr 2008-ci il tarixində Rusiya Federasiyasının Sabinskiy rayonunda ölmüşdür.

35. İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

36. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2021-ci ildə vəfat edən miras qoyan X2 övladlarıdır. Miras əmlak isə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 52, mənzil 17 və Bakı şəhəri Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsi, ev 23, mənzil 27-dən ibarətdir. Miras açıldıqdan sonra xx.xx.2021-ci ildə X7 ərizəsinə əsasən Bakı şəhəri 14 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Ağalarov Rzavan eyni zamanda digər vərəsələr İddiaçı1 xx.xx.2021-ci il tarixdə, İddiaçı3 xx.xx.2021-ci il tarixdə, İddiaçı2 xx.xx.2021-ci il tarixində mirasdan imtina barədə Bakı şəhəri 20 saylı notariat ofisində təsdiqlənmiş ərizələrini də Bakı şəhəri 14 saylı notariat ofisinə təqdim etmişdir. Həmin vaxt onlardan başqa vərəsənin olmaması barədə notariusa məlumat verilmişdir. Daha sonra X19 19.01 2022-ci il tarixdə, X20 da xx.xx.2022-ci il tarixdə vərəsəlik şəhadətnaməsi verilməsi üçün Bakı şəhəri 14 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Bundan sonra iddiaçılara mirası qəbul edənlərin sayının 4 yox 6 olduğu məlum olmuşdur. Nəticədə mirasdan payların bölünməsi ilə bağlı vərəsələr arasında ixtilaf yaranmış və notariusdan vərəsəlik haqqında şəhadətnamənin verilməsinin mübahisənin məhkəmədə həll edilənədək dayandırılması xahiş edilmişdir.

37. Bundan sonra iddiaçılara mirasdan X8 xeyrinə deyil, mirasdan kimin xeyrinə olduğu göstərilmədən ümumiyyətlə imtina etdikləri məlum olmuşdur.

38. İddiaçılar bu səbəbdən mirasdan imtina barədə ərizələrin etibarsız hesab edilməsini xahiş edir, cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş digər vərəsələr iddiaya etiraz etməmişlər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

39. Məhkəmə əvvəla mübahisə ilə bağlı qeyd edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən yazılmış mirasdan imtina barədə ərizələrə birtərəfli əqd kimi qiymət verilməlidir.

40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

41. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

42. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

43. Ərizələrin mahiyyətindən görünür ki, həmin ərizələr bir tərəfin hüquqlarına xitam verməklə başqa şəxsə münasibətdə hüquq münasibəti yaradır.Yəni həmin ərizələr əsasında mülki hüquq münasibəti yaranır, eyni zamanda xitam olunur.

44. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Mülki Məcəllənin “əqdlərin etibarsızlığı” ilə bağlı fəslinə müraciət edilməli olması qənaətinə gəlir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

46. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

47. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır;

48. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;

49. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

50. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.

51. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

52. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

53. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

54. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçılar mirasdan digər vərəsənin xeyrinə imtina etmək istəsələr də, həmin vərəsədən başqa vərəsələrin olmadığını düşünərək kimin xeyrinə imtina etdiklərini göstərməməklə bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişlər. Bu səbəbdən onlar vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlamışlar. Bu fakt həmçinin onunla təsdiq olunur ki, digər vərəsələr mirasın qəbulunun təqribən sonuncu günü notariusa müraciət etmişlər. Yəni həqiqətən də iddiaçılar özlərindən başqa digər vərəsə olaraq yalnız X8 olması barədə yanılmışlar.Nəticədə 4 vərəsədən 3-nün bir vərəsənin xeyrinə imtina etmək barədə bağlamağı arzu etdikləri əqdin məzmunu barədə səhv etmişlər.

55. Odur ki, qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlərə: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt aiddir. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur.

56. Hazırki mübahisədə isə iddiaçıların ərizə yazarkən arzu etdikləri hüquqi nəticə bu olmamış və bağlamağı arzuladıqları əqdin məzmunu barəsində səhv etmişlər. Bu səbəbdən həmin əqdlər mübahisə edilən əqd olmaqla bağlandığı andan etibarsız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

58. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun:

62. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərdövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

63. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 20 saylı notariat kontoru tərəfindən 30 sentyabr 2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 8İ-3222№ ilə qeydiyyata alınmış İddiaçı3 miras əmlakdan ona çatası paydan imtina edilməsi barədə ərizəsi, Bakı şəhəri 20 saylı notariat kontoru tərəfindən 21 sentyabr 2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 8İ-3087 № ilə qeydiyyata alınmış İddiaçı2 miras əmlakdan ona çatası paydan imtina edilməsi barədə ərizəsi və Bakı şəhəri 20 saylı notariat kontoru tərəfindən 26 oktyabr 2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 8İ-3499 № ilə qeydiyyata alınmış İddiaçı1 miras əmlakdan ona çatası paydan imtina edilməsi barədə ərizəsi etibarsız hesab edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməlidir.

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri 20 saylı notariat kontoru tərəfindən 30 sentyabr 2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 8İ-3222№ ilə qeydiyyata alınmış İddiaçı3 miras əmlakdan ona çatası paydan imtina edilməsi barədə ərizəsi, Bakı şəhəri 20 saylı notariat kontoru tərəfindən 21 sentyabr 2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 8İ-3087 № ilə qeydiyyata alınmış İddiaçı2 miras əmlakdan ona çatası paydan imtina edilməsi barədə ərizəsi və Bakı şəhəri 20 saylı notariat kontoru tərəfindən 26 oktyabr 2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 8İ-3499 № ilə qeydiyyata alınmış İddiaçı1 miras əmlakdan ona çatası paydan imtina edilməsi barədə ərizəsi etibarsız hesabedilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar