Məhkəmə qərarları › İş №e-2(001)-2562/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2562/2023

31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2562/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami rayon icra şöbəsi cəlb edilməklə) “hesabatın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami rayon icra şöbəsi cəlb edilməklə) “hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli ES- 43/2022 saylı hesabatın etibarsız hesab edilməsi, ona məxsus “BMW 750i” markalı, **-SS- *** dövlət qeydiyyat nişanlı avtomobilin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2562/2023 saylı qərardadı ilə göstərilən iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının keçmiş arvadı X4 da eyni tələblə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, həmin mülki iş üzrə ekspertiza təyin edilmişdir. Hazırda eyni tələblər üzrə iki mülki işə ayrılıqda baxılması yolverilməzdir. İşdə iştirak edən digər şəxslərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə hazırlıq iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş iddiaçı X2 cavabdehlər Cavabdehnə və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və təkrar qiymətləndirmə keçirilməsi” tələbinə dair 2(005)-951/2023 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı X4 cavabdehlər Cavabdehnə və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və təkrar qiymətləndirmə keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Cavabdeh ES-43/2022 saylı, xx.xx.2022-ci il tarixli “nəqliyyat vasitəsinin dəyərləndirilməsi barədə hesabatının” və "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələriinin etibarsız hesab edilməsi, başqa qiymətləndirici təyin edilməklə borclu X3 məxsus “BMW 750i” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməklə təkrar qiymətləndirilməsi və həmin qiymətə təkrar hərrac keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 951/2023 saylı qərardadından görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdehnə və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və təkrar qiymətləndirmə keçirilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 951/2023 saylı qərardadından görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdehnə və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və təkrar qiymətləndirmə keçirilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Göründüyü kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi ilə Nərimanov Rayon Məhkəməsinin icraatında biri-biri ilə əlaqəli eyni növlü iki mülki iş vardır. Nərimanov Rayon Məhkəməsinin icraatında olan iş xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədə müvafiqdir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami rayon icra şöbəsi cəlb edilməklə) “hesabatın etibarsız hesab edilməsi” tələbinə dair 2(001)-2562/2023 nömrəli mülki iş iddiaçı X2 cavabdehlər Cavabdehnə və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və təkrar qiymətləndirmə keçirilməsi” tələbinə dair 2(005)- 951/2023 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar