Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2649/2025 28.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət tədbirlərinin görülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barərə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı işdən çıxarılmağı və tutduğu vəzifələrin dəyişdirilməsi ilə bağlı tərəfindən cavabdeh orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etdiyini, lakin cavabdeh orqanın hərəkətsizliyi nəticəsində "xxxx" ASC barəsində hüquqi tədbirlər görülmədiyini bildirmişdir. Eyni zamanda cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqanın 30 may 2024cü il tarixli məktubu ilə bildirilmişdir ki, məhkəmənin səlahiyyətinə aid olan məsələ üzrə dövlət orqanı fəaliyyət göstərə bilməz. Cavabdeh həmin məktubu ünvanlamaqla öz vəzifələrinin icrasında hərəkətsiz qalmış və "xxxx" ASC işəgötürən barəsində inzibati tənbeh tədbirinin görülməsindən imtina etmişdir. Göründüyü kimi tərəflər arasında hər-hansı bir mülki mübahisə yoxdur. İddiaçı tərəfindən hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsinin cavabdeh olan inzibati orqanın üzərinə qoyulmasını tələb edirki, həmin tələbə mülki məhkəmə qaydasında baxılması yol verilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrinə əsasən barəsində inzibati xəta haqqında protokol əsasında qərar çıxarılmış fiziki şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, hal-hazırda tərəflər arasında mülki mübahisə olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin vəzifəli şəxsinin inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı olan hərəkətlərindən narazı olduğu halda, onun yuxarı səlahiyyətli orqanına və vəzifəli şəxsinə müraciət edə bilər, eyni zamanda işəgötürənlə arasında fərdi əmək mübahisəsi olduğu halda, həmin işəgötürənə qarşı isə ümumi qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ var. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilir ki, hal-hazırda tərəflər arasında mülki mübahisə olmamasını nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin vəzifəli şəxsinin inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı olan hərəkətlərindən narazı olduğu halda, onun yuxarı səlahiyyətli orqanına və vəzifəli şəxsinə müraciət edə bilər, eyni zamanda işəgötürənlə arasında fərdi əmək mübahisəsi olduğu halda isə həmin işəgötürənə qarşı ümumi qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ var. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2649/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2649/2025
28.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver