Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2778/2025 06.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “məhkəmə xərcinin tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsində təmsil üçün vəkilə ödənilmiş 330 manat vəkil xərcinin və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 360 manat vəsaitin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır: “Tərəfimdən Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində 1500 (bir min beş yüz) manat, həmçinin mediasiya üçün ödənilmiş 50 (əlli) manat və mediasiyada hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat və məhkəmədə təmsil üçün vəkilə ödənilmiş 400 (dörd yüz) manat olmaqla, cəmi 2250 (iki min iki yüz əlli) manat məbləğində vəsaitin Cavabdeh tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1808/2024 nömrəli 18 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində maddi ziyan, 50 (əlli) manat məbləğində ödənilmiş mediasiya xərci və 696 (altı yüz doxsan altı) manat məbləğində hüquqi xidmət haqqının alınaraq mənə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sözügedən qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi üçün 16 dekabr 2024-cü il tarixdə tərəfimdən vəkilə müraciət edilmiş və 330 manat ödəniş həyata keçirilmişdir (qəbz qoşmaya əlavə edilir). Lakin Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1808/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, tərəfimdən hüquqi yardım üçün vəkilə ödənilmiş həmin 330 manat ödənişin və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılması zərurəti yaranmışdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1916/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə eyni məzmunlu iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir və iddiaçıya izah edilmişdir ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə ayrıca iddia icraatı qaydasında baxıla bilməz. Lakin iddiaçı məhkəmənin ləğv edilməmiş həmin qərardadını nəzərə almadan yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “məhkəmə xərcinin tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə(Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-2778/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2778/2025
06.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver