Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2783/2023 19.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflərin anası X3 13 sentyabr 2019-cu il tarixdə rəhmətə getmişdir. İddiaçı anası rəhmətə getdikdən sonra onun mülkiyyətində olan daşınmaz və daşınar əmlakları rəsmilləşdirmək üçün mirasın açılması ilə bağlı qanunvericiliklə müddəti ötürmədən Bakı şəhəri, 27 saylı Notariat Kontoruna ərizə ilə müraciət etmişdir. Cavabdeh notariat kontoruna gəlmədiyindən torpaq sahəsinə yalnız iddiaçının payı tanınmış, cavabdehə aid olan hissədə isə torpaq sahəsindəki pay açıq qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Çıxarışına əsasən ünvan 1 ünvanda 0,0250 ha, ünvan 2nə iddiaçının 4/5 hissədə payı tanınmışdır. Həmin torpaq sahəsində olan cavabdehin payı isə 1/5 hissədə açıq qalmışdır. İddiaçıya məxsus olan torpaq sahəsindəki paylarını müəyyən etmək üçün cavabdehlə arasında razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçıya mülkiyyət hüququnun tanınmasında, vərəsəlik hüququnun həyata keçirilməsi zamanı süni manelər yaratmışdır. Mübahisəli torpaq sahəsi paylı mülkiyyət olduğundan iddiaçıya məxsus payın üzərində mülkiyyət və istifadə hüquqlarından istifadə zamanı cavabdehlə aralarında mütəmadi olaraq gərginlik yaranır. Cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus hissəsindən istifadəsinə maneəçilik törədir və nəticədə iddiaçını mülkiyyət və istifadə hüququndan məhrum edir. Qeyd olunanlara əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən 0,0250 ha və ünvan 3ən 0.06 ha torpaq sahələrinin iddiaçı ilə cavabdehin paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 42 saylı mənzilin, ünvan 1 ünvanında yerləşən 0,0250 ha və ünvan 3ən 0.06 ha torpaq sahələrinin iddiaçıya aid olan hissədə payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı mülki işin gedişiatı zamanı cavabdeh iddiaçıya məxsus mənzilə hegemonluq etmək iddiasına düşməkdədir. Mənzilin qapısını qırmaqla və ora gedib özbaşına olaraq mənzilə kirayəçilərin buraxamaqla iddiaçını hədələyir. Aralarında yaranmış mübahisə iddiaçını bir qardaş kimi yormuşdur. Həmin mənzil iddiaçının vəsaitim hesabına alınmış, orada hətta arvadının cehiz əşyaları mövcuddur. Cavabdehin həmin mənzildə heç bir əşyası belə yoxdur. Sadəcə iddiaçı həmin mənzili anasının adına rəsmiləşdirilimiş, cavabdeh orada formal qeydiyyata düşmüş və orada heç bir zaman yaşamamışdır. Hal-hazırda cavabdeh faktiki olaraq Sumqayıt şəhəri, Novxanı bağ massivi 978 B ünvanındakı iddiaçıya məxsus bağ sahəsində yaşamaqdadır. Lakin aralarında olan mübahsiəyə son qoyulması üçün iddia tələbinə dəqiqşləmə vermək məcburiyyətindədir. Mübahisəli mənzil paylı mülkiyyət olduğundan iddiaçıya məxsus payın üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən kobud qaydada pozulmaqdadır. Halbuki, cavabdeh həmin mənzilə dair payı qəbul etmədiyi və iddiaçıya aid olan hissədə payının cüzi olduğu halda qanuna zidd hərəkətlər etmək niyyətini iddiaçıya açıqcasına nümayiş etdirir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 429/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh mirasın faktiki qəbul etməyini öz əskini tapmışdır. Belə olan halda cavabdehin qanuni vərəsə Cavabdeh olması əsaslıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1936F, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 882, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 42 4/5 hissədə İddiaçı xüsusi mülkiyyətindədir, hüquq sahibi X1 olduğu 1/5 pay isə açıq saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5483 saylı ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 42, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1936F və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 882 ünvanında yerləşən daşınmaz əmlaklardan ayrıca giriş-çıxış nəzərdə tutulmaqla İddiaçı payının naturada ayrılması texniki cəhətdən cəhətdən mümkün deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. ... Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). ... Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının tələbi paylı mülkiyyətdə olan daşınmaz əmlaklardan payının naturada ayrılmasından ibarətdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5483 saylı ekspert rəyi ilə isə bunun texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. İddiaçının tələbi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində qeyd olunanları mərhələləri şəkildə əhatə etmədiyindən, məhkəmə məhz verilmiş tələb üzrə qətnamə çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2783/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2783/2023
19.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver