Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-281/2023 20.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə 20 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehə məxsus əşyaların çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov pr., 21a saylı evin 21 saylı mənzili iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu ilə nişanlı olduğu ərəfədə öz əmlakını iddiaçıya məxsus həmin mənzilə yerləşdirmişdir. İddiaçının oğlu ilə cavabdeh arasında nikah baş tutmamış, ailə qurmamışlar. Buna baxmayaraq, cavabdeh əşyalarını götürmür, iddiaçının ona verdiyi qızılları da qaytarmır. Hazırda cavabdehin əşyalarının iddiaçının mülkiyyətində olan mənzildə yerləşməsi iddiaçının mülkiyyət hüquqlarını pozur. Həmçinin, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən qızıl-zinət əşyalarının – qiyməti 1200 manat olan 750 əyarlı, ağ qızıldan, çəkisi 2,6 qram, brilyant daşların çəkisi 0,46 karat olan üzüyün; qiyməti 400 manat olan 750 əyarlı, kiçik səpmə brilyantlarla bəzədilmiş üzüyün; qiyməti 7000 manat olan 750 əyarlı, ağ qızıldan, brilyant daşlarla bəzədilmiş komplekti (kolye 13,42 qram, brilyant daşların çəkisi 1,65 karat, qolbaq 6,63 qram, brilyantların çəkisi 0,89 karat, sırğa 5,08 qram, brilyantların çəkisi 0,91 karat, üzük 3 qram, brilyantların çəkisi 0,66 karat) natura şəklində ona qaytarılması, əşyaların naturada verilməsi mümkün olmadıqda, onların dəyəri kimi 8600 manatın cavabdehdən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının oğlu ilə nişanlı olmuşlar. Nişan mərasimi 01 iyun 2022-ci il tarixdə keçirilmişdir. Toy mərasimini və nikahın bağlanmasını 25 iyun 2022-ci il tarixə planlaşdırmışlar. Lakin, nikah baş tutmamış, toy olmamış, münasibət pozulmuşdur. Lakin, cavabdeh iddiaçı tərəfindən ona verilmiş qızılları qaytarmır. Həmin mülki işdə İbişova X6 Sveta Ərəş qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, həmçinin, planlaşdırılmış nikah ərəfəsində X7 xərclədiyi 27700 manat pulun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və X11 arasında nikah olmuşdur. Toy mərasiminin keçirilməsini və rəsmi nikahın bağlanmasını 25 iyun 2022-ci il tarixdə həyata keçirməyi planlaşdırmışlar, Cavabdeh toy mərasiminin və rəsmi nikaha daxil olacağına mütləq şəkildə inansa da, toya az müddət cavabdehin oğlu Əzimov Karl rəsmi nikaha daxil olmaqdan imtina etmişdir. X14 İbişovanı tam şəkildə özünə inandırmış, evlilik vədi ilə onu aldadaraq, ondan müxtəlif vaxtlarda pul istəmiş və ya dəyəri yüksək olan müxtəlif əşyaların alınmasını istəmişdir. Karl Əzimov müxtəlif vaxtlarda Cavabdeh maşın almaq üçün 17000 manat (10000 ABŞ dolları) məbləğində pul almış, 2400 manat dəyərində “iPhone 12 pro” modelli mobil telefonu, 900 manat dəyərində “Apple watch” saatını aldırmışdır. Bundan başqa, Cavabdeh restoranın dekoru üçün “Dreamland” şirkətinə 3000 manat, restoran üçün 3600 manat, restoranın bağlatdırılması üçün 500 manat, fotoqraf üçün 300 manat pul xərcləmişdir. Lakin toy ərəfəsində Karl Əzimovun yoxa çıxması onu göstərir ki, o, iddiaçını özünə inanıdırıb aldadaraq əmlakını ələ keçirmək niyyətində olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(073)-1907/2022 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-5284/2022 saylı mülki işlə birgə baxılması üçün bu məhkəməyə göndərilmişdir. Sonradan İddiaçı tərəfindən “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilmiş, cavabdeh tərəfindən əşyaların iddiaçının mənzilindən çıxadılması əsası ilə ilk iddia tələbi əşyaların çıxarılması hissəsində azaldılmışdır. İşdə iştirak edən şəxslərin izahatları, şahid ifadəsi: İlk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, X1, o camlədən Cavabdeh puluna ehtiyacı olmamışdır. Nərmin heç vaxt Karl Əzimova pul verməmiş, xərcləməmiş, əksinə Karl Nərminə pul xərcləmiş, hədiyyələr almışdır. Cavabdeh tələbdə göstərilən qədər pulu da yoxdur, anası ilə kirayədə yaşayır, anası da işləmir. Nərminin məqsədi İddiaçı və Karl Əzimovun hesabına əsassız varlanmaqdır. Sonda qarşılıqlı iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə ilk iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, ilk iddia tələbində göstərilən qızıllar toy üçün cavabdehə hədiyyə edilmişdi. Lakin, toy baş tutmadığından həmin qızıllar iddiaçıya qaytarılmalıdır. Qızılların cavabdehdə olması onun əvvəlki məhkəmə iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapır. Həminin, cavabdehin anası ilə iddiaçı arasında telefon yazışmalarında cavabdehin anası “qızın qızılları taxıb, güzgüdə özünə baxıb ağlayır” ifadəsini işlətmişdir. Digər tərəfdən, qızılların qaytarılması ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılmış, Cavabdeh qızılların qaytarılması tələb edilmiş, Nərminin polisə gətirdiyi qızıl-zinət əşyaları iddiaçının toy hədiyyəsi kimi ona verdiyi əşyalarla tamlıq təşkil etmədiyindən, qızılların hamısının qaytarılması tələb olunmuşdur. Nərmin isə gətirdiyi qızılları özü ilə aparmışdır. Qızıllar üzərilərində birkaları ilə birlikdə hədiyyə edilmiş, iddiaçı qızılları aldığı mağazadakı qiymətlərə uyğun hazırki iddia tələbinin həcmini müəyyənləşdirmişdir. Qarşılıqlı iddiaya münasibətdə isə, yazılı etirazda göstərilənləri müdafiə edir. Qarşılıqlı iddiada göstərilənlərlə bağlı heç bir sübut mövcud deyil. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı ilk iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiklərini bildirdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil3 ilk iddianı qəbul etmədiklərini, qarşılıqlı iddianı müdafiə etdiklərini bildirib, qarşılıqlı iddiada göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərdi ki, onda olan məlumatlara görə qızıllar iddiaçıya qaytarılmışdır. Sonda Vəkil3 məhkəmədən göstərilənləri nəzərə alıb, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin 12 sentyabr 2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı iddiasını qəbul edir, əşyalarını iddiaçının mənzilindən çıxarmağa razıdır. Həqiqətdə iddiaçı əşyaların götürülməsinə maneə yaradır və bunun yalnız ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının qaytarılması müqabilində mümkün olduğunu bildirir. Halbuki, qızıl-zinət əşyaları ona hədiyyə verilmişdir və o, həmin əşyaları qaytarmaq niyyətində deyil... Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, İddiaçı baldızıdır. Sveta ilə münasibətləri çox yaxındır. Karlla Nərminin həm “həri” mərasimində, həm də nişanında iştirak etmişdir. Toy mərasimi baş tutmadığından, tərəflərin münasibətləri pozulmuş, bundan sonra Sveta Nərminə verdiyi qızılları geri tələb etmişdir. Polisdəki icraat zamanı Nərmin qızılların az hissəsini polisə göstərmək üçün gətirmiş, lakin Sveta qızılları götürməyərək, bütün qızılların qaytarılmasını tələb etmişdir. Nərmin isə gətirdiyi qızılları özü ilə aparmışdır. Sveta tərəfindən Nərminə verilmiş qızıllar bir ədəd təkqaş brilyant qaşlı qızıl üzük, bir ədəd nişan üzüyü, bir dəst komplektdən ibarət olmuşdur. İlk iddia üzrə iddiaçının nümayəndəsinin vəsatəti üzrə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində sahə inspektoru işləyən X5 şahid qismində məhkəməyə dəvət edilsə də, o, məhkəməyə gəlməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2 və 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəziffələrin əmələ gəlməsi əsaslarından biridir. - 386.1-ci maddəsinə əsasən, əsassız varlanma hallarında öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olması tələb olunmur. - 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, ilk iddianın təmin edilməsi üçün əsaslar mövcud olduğu halda, qarşılıqlı iddianın təmin edilməsi üçün əsas yoxdur. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İddiaçı oğlu ilə Cavabdeh arasında nişan mərasiminin olduğu, sonradan toyun baş tutmadığı, tərəflər arasındakı münasibətin pozulması işin aşkar halıdır. İddiaçı Cavabdeh toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verdiyi də işin mübahisələndirilməyən halıdır. Belə olan halda qızılların Cavabdeh tərəfindən İddiaçı qaytarılmasını sübut etmə yükü məhz Cavabdeh üzərinə düşür. Cavabdeh tərəfindən qızılların qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, bundan əlavə, məhkəmənin 12 sentyabr 2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları ona hədiyyə verilmişdir və o, həmin əşyaları qaytarmaq niyyətində deyil... Məhkəmə qeyd edir ki, ilk iddia tələbində qızıl-zinət əşyalarının növü, çəkisi, əyarı, qiyməti və s. göstəriciləri qeyd edilmiş, Cavabdeh həmin iddia ərizəsi ilə tanış olduqdan sonra məhkəmə iclasında qızılların ona hədiyyə verildiyini, qaytarmaq niyyətinin olmadığını bildirmiş, qızılların iddia ərizəsində göstərilənlərdən fərqli olmalarını, dəyərinin artıq göstərilməsini və s. mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının əsassız olaraq Cavabdeh tərəfindən İddiaçı qaytarılmaması sübuta yetirildiyindən həmin əşyalar, onların naturada mövcud olmadığı təqdirsə isə ümumi dəyəri kimi 8600 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Cavabdeh X7 xərclədiyi 27700 manatın İddiaçı tutularaq ona ödənilməsini tələb etsə də, tələb olunan məbləğlə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, hazırki halda Cavabdeh 27700 manat pulu İddiaçı oğlu Karl Əzimova xərclədiyini iddia etdiyi halda, bu pulu hansı əsasla İddiaçı tələb etməsi də məlum deyil. Buna görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, ilk iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilməli (ödənilmiş) 106 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qarşılıqlı iddia tələbi rədd edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair ilk iddiası təmin edilsin. Qiyməti 1200 manat olan 750 əyarlı, ağ qızıldan, çəkisi 2,6 qram, brilyant daşların çəkisi 0,46 karat olan üzük; qiyməti 400 manat olan 750 əyarlı, kiçik səpmə brilyantlarla bəzədilmiş üzük; qiyməti 7000 manat olan 750 əyarlı, ağ qızıldan, brilyant daşlarla bəzədilmiş komplekt (kolye 13,42 qram, brilyant daşların çəkisi 1,65 karat, qolbaq 6,63 qram, brilyantların çəkisi 0,89 karat, sırğa 5,08 qram, brilyantların çəkisi 0,91 karat, üzük 3 qram, brilyantların çəkisi 0,66 karat) natura şəklində, əşyaların naturada verilməsi mümkün olmadıqda, onların dəyəri kimi 8600 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Bu iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin, bu iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-281/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-281/2023
20.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver