Məhkəmə qərarları › İş №e-2(001)-2839/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2839/2023

05.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2839/2023 05.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzilin giriş qapısının sökülməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi 4C, blok 2, 12-ci mərtəbədə yerləşən 142 saylı mənzilin giriş qapısının cavabdehin maddi vəsaiti hesabına sökülərək, layihədə nəzərdə tutulan yerində quraşdırılmasının cavabdehə həvalə edilməsi və dövlət rüsumu kimi ödənilmiş 110 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan həm iddiaçı, həm də cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, aralarında mübahisənin həlli ilə bağlı aşağıda göstərilən şərtlərlə bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etmişlər:

1. Tərəflər razılaşırlar ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi 4C, blok 2, 12-ci mərtəbədə yerləşən 142 saylı mənzilin giriş qapısını sökərək layihədə nəzərdə tutulan yerindən təxminən 20-30 sm. İddiaçı mənzilinin qapısına tərəf quraşdırır.

2. Tərəflər razılaşırlar ki, hazırda bir-birilərinə qarşı başqa maddi, əmlak və digər tələb üzrə hər hansı iddia və şikayətləri yoxdur.

3. Barışıq sazişinin bağlanmasının hüquqi nəticələri bütün tərəflər üçün tam və aydın şəkildə izah edilmişdir.

4. Tərəflər hazırki Barışıq sazişi ilə bağlı Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin məzmunundan məlumatlıdırlar.

5. Tərəflər razılaşırlar ki, Barışıq sazişi 3(üç) nüsxədə təsdiq olunaraq, 1(bir) nüsxəsi təsdiq olunmaq üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunacaqdır. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər razılaşırlar ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi 4C, blok 2, 12-ci mərtəbədə yerləşən 142 saylı mənzilin giriş qapısını sökərək layihədə nəzərdə tutulan yerindən təxminən 20-30 sm. İddiaçı mənzilinin qapısına tərəf quraşdırır.

2. Tərəflər razılaşırlar ki, hazırda bir-birilərinə qarşı başqa maddi, əmlak və digər tələb üzrə hər hansı iddia və şikayətləri yoxdur.

3. Barışıq sazişinin bağlanmasının hüquqi nəticələri bütün tərəflər üçün tam və aydın şəkildə izah edilmişdir.

4. Tərəflər hazırki Barışıq sazişi ilə bağlı Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin məzmunundan məlumatlıdırlar.

5. Tərəflər razılaşırlar ki, Barışıq sazişi 3 (üç) nüsxədə təsdiq olunaraq, 1(bir) nüsxəsi təsdiq olunmaq üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunacaqdır. İddiaçı Cavabdeh qarşı “mənzilin giriş qapısının sökülməsi və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar