Məhkəmə qərarları › İş №e-2(001)-2840/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2840/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2840/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq subroqasiya qaydasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 695,02 manat məbləğində ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus **-CT-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 280” markalı avtonəqliyyat vasitəsi xx xxxxxx 2019-cu il tarixində “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx xxxx 2019-cu il tarixində Cavabdeh1 idarə etdiyi **-CT-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 280” markalı avtonəqliyyat vasitəsilə **-NN-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-NN-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 695,02 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASCnin xx xxxxxxxx 2019-cu il tarixli sığorta aktına əsasən 695,02 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli qərardadına əsasən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq ərizəsini onunla əsaslandırmışdır ki, o 2(001)-2840/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli iş üzrə bildirişi almış və aidiyyəti üzrə bir neçə məqamı sənədlərlə diqqətə çatdırmaq və qərar verilərkən nəzərə alınmasını xahiş edir. Onun ailəsinə məxsus **-CT-*** dövlət nömrə nişanlı avtomobil 2015-ci ildən onların istismarındadır və 2015-ci ildən bu günə qədər bütün illər ərzində onun adına etibarnamə olmuşdur. O bu illər ərzində hər il iddiaçı “xxxx” ASC tərəfindən sığortalanmış və 625 manat, bu illər ərzində sığorta haqqı ödəmişdir. O 20 ildir ki, Təhsil Nazirliyinin “Peşə təhsili və insan kapitalı” jurnalında şöbə redaktoru olaraq çalışır və 423 manat əmək haqqı alır. Kapital Bankda 4.800 manat kredit borcu var, 2.400 manat “1 kart”a borcu var. Hadisə vaxtı onun etibarnaməsinin müddəti bitsə də oğlu Elton Əhədovun adına etibarnamə mövcud idi və onun yanında idi, lakin nə DYP-i, nə də Sığorta şirkətinin əməkdaşı bunu nəzərə almadı. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AD seriyalı 260944 nömrəli X2 Şəhadətnaməsinin surətindən görünür ki, **-CT-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 280” minik markalı avtomobil Cavabdeh2 mülkiyyətindədir; ƏN-Vİ seriyalı 282397 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 istifadəsinə vermişdir. Etibarnamə xx xxx 2018-ci il tarixində verilmiş və xx xxx 2019-cu il tarixinədək qüvvədədir; ƏN-İV seriyalı 718826 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X5 istifadəsinə vermişdir. Etibarnamə xx xxxxxx 2018-ci il tarixində verilmiş və xx xxxxxx 2028-ci il tarixinədək qüvvədədir; AD seriyalı 386137 saylı X2 Şəhadətnaməsinin surətindən görünür ki, **-NN-*** dövlət qeydiyyat nişanlı, “Toyota Land-Cruiser” minik markalı avtomobil X6 mülkiyyətindədir; ƏN-İV seriyalı 939775 saylı etibarnamənin surətindən görünür ki, X10 mülkiyyətində olan “Toyota Land-Cruiser” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X7 istifadəsinə vermişdir. Etibarnamə xx xxxx 2019-cu il tarixində verilmiş və xx xxxx 2024-cü il tarixinədək qüvvədədir; Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Bakı şəhər DYPİ-si bildirir ki, xx xxxx 2019-cu il tarixdə saat 21:33 radələrində Cavadxan-20 Yanvar küçəsində toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsiri olan şəxs barədə məlumat qrafasında avtonəqliyyat vasitəsinin markası “Mercedes Benz 280”, dövlət qeydiyyat nişanı **-CT-***, mülkiyyətçisi Cavabdeh2, hadisə baş verdiyi anda sürücü Cavabdeh1 göstərilmişdir; Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektor polis baş leytenantı X8 tərəfindən tərtib olunan inzibati xəta haqqında İXP ******* saylı, xx xxxx 2019-cu il tarixli protokolun surətindən görünür ki, xx xxxx 2019-cu il tarixində, saat 21:33 radələrində “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1.-ci maddəsinə əsasən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, 332.1.-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsinə olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi halına yol vermişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1. və 332.1.-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx xxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır; İcbari Sığorta müqaviləsinə dair xx xxxxxx 2019-cu il tarixli PPA********** saylı məlumatdan görünür ki, dövlət qeydiyyat nişanlı **-CT-*** olan “Mercedes Benz 280” minik markalı nəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən əmlaka vurulan zərər görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi xx xxxxxx 2019-cu il, müqavilənin qüvvədən düşmə vaxtı xx xxxxxx 2020-ci ildir; “xxxx” ASC-nin xx xxxxxxxx 2019-cu il tarixli sığorta aktının və xx xxxxxxxx 2019-cu il tarixli ödəniş tapşırığının surətlərindən görünür ki, “xxxx” ASC tərəfindən **-NN-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser” minik markalı avtomobilə dəymiş ziyana görə 695,02 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxs X6 avtomobilinin təmiri üçün “xxxx CO” MMC-nin hesabına köçürülmüşdür; “xxxx” ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx xxxxxx 2019-cu il tarixli subroqasiya hüququ ilə əlaqədar məktubun surətindən görünür ki, onlardan 695,02 manat vəsaitin 15 təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda onlara qarşı məhkəmədə sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə tələb irəli sürüləcəyi bildirilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili və X11-praktiki, metodiki jurnalının xx xxxx 2021-ci il tarixli, 0/851 saylı arayışından görünür ki, Cavabdeh1, “Peşə təhsili və insan kapitalı” jurnalında tərcüməçi-redaktor vəzifəsində işləyir, aylıq əmək haqqı 423 manatdır; “Elektron notariat” X1 çıxarışdan görünür ki, X3 mülkiyyətində olan “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 istifadəsinə vermişdir. Etibarnamə xx xxxxx 2014-cü il tarixində verilmiş və xx xxxxx 2015-ci il tarixinədək qüvvədədir; “Elektron notariat” X1 çıxarışdan görünür ki, X3 mülkiyyətində olan “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X4 istifadəsinə vermişdir. Etibarnamə xx xxxx 2016-cı il tarixində verilmiş və xx xxxx 2012-ci il tarixinədək qüvvədədir; “Elektron notariat” X1 çıxarışdan görünür ki, X3 mülkiyyətində olan “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 istifadəsinə vermişdir. Etibarnamə xx xxxxxxxx 2014-cü il tarixində verilmiş və xx xxxxx 2015-ci il tarixinədək qüvvədədir; “Elektron notariat” X1 çıxarışdan görünür ki, X3 mülkiyyətində olan “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 istifadəsinə vermişdir. Etibarnamə xx xxx 2015-ci il tarixində verilmiş və xx xxx 2016-cı il tarixinədək qüvvədədir; “Elektron notariat” X1 çıxarışdan görünür ki, X3 mülkiyyətində olan “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 istifadəsinə vermişdir. Etibarnamə xx xxxx 2016-cı il tarixində verilmiş və xx xxxx 2017-ci il tarixinədək qüvvədədir; “Elektron notariat” X1 çıxarışdan görünür ki, X3 mülkiyyətində olan “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 istifadəsinə vermişdir. Etibarnamə xx xxxx 2017-ci il tarixində verilmiş və xx xxxx 2018-ci il tarixinədək qüvvədədir; “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 istifadəsinə vermişdir. Etibarnamə xx xxx 2018-ci il tarixində verilmiş və xx xxx 2019-cu il tarixinədək qüvvədədir; “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X5 istifadəsinə vermişdir. Etibarnamə xx xxxxxx 2018-ci il tarixində verilmiş və xx xxxxxx 2028-ci il tarixinədək qüvvədədir; “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 istifadəsinə vermişdir. Etibarnamə xx xxxx 2019-cu il tarixində verilmiş və xx xxxx 2028-ci il tarixinədək qüvvədədir; İcbari Sığorta müqaviləsinə dair xx xxxxxx 2015-ci il tarixli 884190 saylı məlumatdan görünür ki, dövlət qeydiyyat nişanlı **-CT-*** olan “Mercedes Benz 280” minik markalı nəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən əmlaka vurulan zərər görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır; İcbari Sığorta müqaviləsinə dair xx xxxxxx 2017-ci il tarixli PPA********** saylı məlumatdan görünür ki, dövlət qeydiyyat nişanlı **-CT-*** olan “Mercedes Benz 280” minik markalı nəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən əmlaka vurulan zərər görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır; İcbari Sığorta müqaviləsinə dair xx xxxxxx 2018-ci il tarixli PPA********** saylı məlumatdan görünür ki, dövlət qeydiyyat nişanlı **-CT-*** olan “Mercedes Benz 280” minik markalı nəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən əmlaka vurulan zərər görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır; İcbari Sığorta müqaviləsinə dair xx xxxxxx 2019-cu il tarixli PPA********** saylı məlumatdan görünür ki, dövlət qeydiyyat nişanlı **-CT-*** olan “Mercedes Benz 280” minik markalı nəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən əmlaka vurulan zərər görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır; İcbari Sığorta müqaviləsinə dair xx xxxxxx 2020-ci il tarixli PPA********** saylı məlumatdan görünür ki, dövlət qeydiyyat nişanlı **-CT-*** olan “Mercedes Benz 280” minik markalı nəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən əmlaka vurulan zərər görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır; İcbari Sığorta müqaviləsinə dair xx xxxxxx 2021-ci il tarixli PPA********** saylı məlumatdan görünür ki, dövlət qeydiyyat nişanlı **-CT-*** olan “Mercedes Benz 280” minik markalı nəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən əmlaka vurulan zərər görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır; Elektron qaydada ödənilmiş ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsnə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə Cavabdeh1 etibarnamə olmadan, Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolnəqliyyat hadisəsi törətmiş, nəticədə “Toyota Land-Cruiser” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 695,02 manat məbləğində zərər dəymiş, həmin məbləğdə sığorta ödənişi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkən şəxs X6 avtomobilinin təmiri üçün “xxxx CO” MMC-nin hesabına köçürülmüşdür. Göründüyü kimi, “Mercedes Benz 280” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi – Cavabdeh2 həmin avtomobilin hadisə baş verən tarixdə etibarnamə olmadan, yəni hüquqazidd olaraq digər Cavabdeh1 tərəfindən idarə edilməsində təqsirli olması, sonuncu tərəfindən yol-nəqliyyat hadisəsinin törədilməsi və nəticədə üçüncü şəxsin əmlakına zərər vurulması iş materialları ilə təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdehlərin birlikdə məsuliyyət daşıması, iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehlərə qarşı iddia tələbi əsaslıdır və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 695,02 manat məbləğində sığorta ödənişinin əvəzi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı 30,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etsə də, məhz bu məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 695,02 (altı yüz doxsan beş manat, iki qəpik) manat məbləğində sığorta ödənişinin əvəzi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar