Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2860/2024 30.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 may 2024-cü il tarixdə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanda yerləşən mənzilinə maneəsiz giriş-çıxışın təmin edilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək ünvan 1 ünvanda yerləşən mənzilin təhvil-təslim aktı əsasında İddiaçı təhvil (açarları ilə) verilməsi, mənzilə maneəsiz giriş-çıxışın təmin edilməsi və görüləcək təmir işlərinə maneçilik törədilməməsi Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 dekabr 2020-ci il tarixli yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında 276 nömrəli Müqavilənin 1.1-ci bəndinə əsasən “Payçı” ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, 113.93 kv.m. təşkil edən 2 otaqdan ibarət, 2 nömrəli mənzilinin 136716 (bir yüz otuz altı min yeddi yüz on altı) manat təşkil edən pay dəyərini “kooperativ”ə tam ödəmiş və həmin yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 28.12 2020-ci il tarixli Arayışa əsasən ünvan 1 mənzil daşınmaz əmlakın dövlət reyestrində 3660 nömrəli reyestr kitabının 342817 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin, hazırkı müqavilə üzrə o, tərəf olaraq kooperativ tərəfindən yaradılmış səbəbi məlum olmayan süni maneələr səbəbindən mənzilinə daxil ola bilmir, ondan istifadə edə bilmir, ona dair sərəncam verə bilmir. xx.xx.2024-cü il tarixdə Mənzil Tikinti Kooperativinin rəhbərliyinə Pritenziya irəli sürməyinə baxmayaraq mənzilinə daxil ola bilməmişdir. Aralarında bağlanmış Müqavilənin 1.2-ci bəndinə əsasən “Kooperativ” pay haqqı tam ödənilmiş yaşayış sahəsinə dair hüquqmüəyyənedici bütün sənədləri, o cümlədən də maliyyə arayışını “Payçı”ya təqdim edir. Bu Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə ttutulmuş şərtlərin pozulmasına görə tərəflər qüvvədə olan qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar. Həmçinin qeyd etmişdir ki, mənzilə maneəsiz giriş-çıxışın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən mənzilin təhvil-təslim aktı əsasında iddiaçıya təhvil (açarları ilə) verilməsi və gərüləcək təmir işlərinə maneçilik törədilməməsini Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativindən açarları güc-bəla ilə əldə etmişlər. MTK-dan bildirdilər ki, binaya qaz verilmədiyindən, bina hələ təhvil verilməyib. Ona görə də təmir etməyimizə, ümumilikdə giriş-çıxışa maneələr yaradılır. Göstərdiklərini nəzərə laraq iddianın təmin edilərək ünvan 1 ünvanda yerləşən mənzilin təhvil-təslim aktı əsasında İddiaçı təhvil (açarları ilə) verilməsi, mənzilə maneəsiz girişçıxışın təmin edilməsi və görüləcək təmir işlərinə maneçilik törədilməməsi Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X4 ilə İddiaçı arasında bağlanan yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında 12 dekabr 2020-ci il tarixli, 776 nömrəli müqavilədən görünür ki, “Payçı” Bakı şəhəri Binoqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyııl 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının, 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən, 113.93 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50% hissəsi daxildir) təşkil edən 2 otaqdan ibarət, 2 nömrəli mənzilin 136716 (bir yüz otuz altı min yeddi yüz on altı) manat təşkil edən pay "dəyərini “kooperativ”ə tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. - Müqavilənin 1.2-ci bəndinə əsasən “Kooperativ” pay haqqı tam ödənilmiş yaşayış sahəsinə dair hüquqmüəyyənedici bütün sənədləri, o cümlədən də maliyyə arayışını “Payçı”-ya təqdim edir. - Müqavilənin 4.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə nəzərdə tutulmuş şərtlərin pozulmasına görə tərəflər qüvvədə olsan qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar. - hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 2, 4, 6, 6A, mənzil 2 (yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən mənzil xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 3660 nömrəli reyestr kitabının 342817 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı nümayəndəsi (vəkil) Vəkil Cavabdeh Mənzil Tikinti Kooperativinə 5 (beş) gün müddətində maneələrin aradan qaldırılması məqsədilə aidiyyəti işçilərə göstəriş verilməsi xahiş olunmuş, əks təqdirdə mübahisənin qanuni məcburiliyinin həll edilməsi məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 85/2024 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023cü il tarixli, 1(101)-139/2023 saylı hökmünə əsasən X5 CM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 20 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan, maddi sübut, mülki iddia, əmlak üzərinə həbs məsələləri də həll edilmişdir. Qeyd edilən hökmdən hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X3 tərəfndən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin X2 CM-in 178.4-cü maddəsi ilə məhkum edilməsinə dair 16 avqust 2023-cü il tarixli, 1(101)-139/2023 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsini (vəkil) dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; - 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; - 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; - 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi; - 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; - 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; - 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli stifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmənin mövqeyi: Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 12 dekabr 2020-ci il tarixli yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında 276 nömrəli Müqaviləyə əsasən “Payçı” ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, 113.93 kv.m. təşkil edən 2 otaqdan ibarət, 2 nömrəli mənzilinin 136716 (bir yüz otuz altı min yeddi yüz on altı) manat təşkil edən pay dəyərini “kooperativ”ə tam ödəmiş və həmin yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrinin 28.12 2020-ci il tarixli Arayışi ilə isə İddiaçı ünvan 1 mənzil daşınmaz əmlakın dövlət reyestrində 3660 nömrəli reyestr kitabının 342817 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Cavabdeh iddiaçıya qarşı hazırda tələb irəli sürməsə də, Mahal” Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəmə iclasının təxirə salınması ilə bağlı ərizəsində bildirmişdir ki, İddiaçı mübahisə predmeti olan ünvan 4 ünvanında, yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 113.93 kv.metr təşkil edən mənzili hal-hazırda Azərbaycan Respubliksası CM-nin 178.4-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş X5 adlı şəxsin vasitəsi ilə əldə etmişdir. Həmçinin qeyd etmişir ki, X5 "xxxx" MTK-nın etibarından sui istifadə etməklə əldə etdiyi mənzillləri MTK-ya dəyəri ödənilmədən İddiaçıla bərabər bir neçə şəxsə satmışdır. Seyhun Salahov bu əməlləri ilə MTK-ya külli miqdarda ziyan vurmuşdur. Hal-hazırda "xxxx" MTK tərəfindən Seyhun Salahov və MTK-dan onun vasitəsi ilə mənzil əldən edən İddiaçı və qeyrilərinə qarşı məhkəməyə "müqavilələrin ləğvi və onların hüquqi nəticələrinin etibarsız hesab olunması" tələbi barədə iddia ərizəsi ilə müraciət etməyə hazırlaşır. Hal-hazırda müəyyən sübutların toplanması prosesi gedir. Aidiyyəti üzrə məhkəməyə qeyd olunan tələblə bağlı iddia ərizəsi verildiyi təqdirdə hazırki iddia tələbinə baxılmasının dayandırılması ilə bağlı vəsatət verilməsi nəzərdə tutulmuşdur. Göstərilənləri və "xxxx" MTK tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsini nəzərə laraq məhkəmənin hazırlıq iclasının 2 həftə müddətinə təxirə salınmasını xahiş etmişdir. Göründüyü kimi cavabdeh MTK, tərəflər arasında bağlanmış 12 dekabr 2020-ci il tarixli yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında 276 nömrəli Müqavilənin ləğvi və onların hüquqi nəticələrinin etibarsız hesab olunması mövqeyindən çıxış edir. Bu səbəbdən öz mövqeyini sübut etməlidir. Digər tərəfdən öz mövqeyini sübut edib-etməməsindən asılı olmayaraq, bu müqavilələrin doğruluğuna (etibarlı olub-olmamasına), uydurma əqd olub-olmamasına və digər sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Belə ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hazırki vəziyyətdə də bu barədə tələb olmadığı halda belə, müqavilə üzrə tələb hüququnun yaranıb-yaranmamasını, yəni müqavilənin etibarlı-olub-olmamasını müəyyən etmək üçün onun etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Başqa sözlə, müqavilənin etibarlı olubolmaması məsələsinə bu barədə tələbin olub-olmamasından asılı olmayaraq hüquqi qiymət verilməlidir. Hazırki işdən isə Mahal” Mənzil Tikinti Kooperativinin ərizəsində göstərdiyi İddiaçı və qeyrilərinə qarşı məhkəməyə "müqavilələrin ləğvi və onların hüquqi nəticələrinin etibarsız hesab olunması" tələbi barədə iddia ərizəsi ilə hər hansı məhkəməyə müraciət etməsinə dair sübut aşkar edilməmidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına istinadən qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Bununla belə, məhkəmə qanunvericiliyin bu sahəni tənzimləyən müddəalarının tələblərini, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı formalaşmış hüquqi mövqeyini nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, (MTKnin əvvəlki sədri) X5 CM-in 178.4-cü maddəsi təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(101)-139/2023 saylı hökmü və həmin hökmün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 85/2024 saylı qərarına əsasən dəyişdirilmədən saxlanılması hazırki mübahisəyə hər hansı preyudisial əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin məhkəmə aktları ilə (cinayət işi üzrə) müəyyən edilmiş hallar hazırda mübahisə predmetini təşkil edən 12 dekabr 2020-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bununla belə, məhkəmə hesab edir ki, tərəflər mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə və razılaşdırılmış iradə ifadələrini bildirməklə qeyd edilən mənzillə bağlı öz aralarında 12 dekabr 2020-ci il tarixdə müqavilə bağlamışlar və bununla da onların arasında mülki hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməsinə, o cümlədən mənzilin müəyyən edilmiş dəyərini ödəməsinə, eləcə də qeyd edilən mənzillə bağlı hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış əldə etməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya mənzilin çarlarını təhvil verməli olduğu mənzili müqavilədə nəzərdə tutulan qaydada ona təhvil verməmiş, eləcə də iddiaçının maneəsiz giriş-çıxışının təmin edilməsi və təmir işlərinə maneəçilik törmiş və bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, həmin müqavilədə göstərilən mənzillə bağlı bütün vəzifələri yerinə yetirməlidr. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, hazırda İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmasa da, onun adına hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış təqdim edilmiş, yəni onun gələcəkdə bu mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirməsi ilə bağlı gözləntisi var və mənzilinin açarlarının ona təhvil verilməməsi onu bu hüququn həyata keçirməsinə də maneə yaradır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi nəzərdə tutulmuşdur. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ünvan 5 ünvanda yerləşən mənzillə bağlı Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən yaradılmış maneələr qanunsuz hesab edilməli, həmin mənzilin açarları ona təqdim edilməsi Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin mənzilə maneəsiz giriş-çıxışın təmin edilməsi və görüləcək təmir işlərinə maneçilik törədilməməsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə olunması ilə bağlı hissəyə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin mənzilin açarlarının iddiçıya təqdim edilməsi Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilmə hissəsi təmin edildiyindən, mənzilə maneəsiz giriş-çıxışın təmin edilməsi və görüləcək təmir işlərinə maneçilik törədilməməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən mənzilin təhvil-təslim aktı əsasında İddiaçı təhvil (açarları ilə) verilməsi, mənzilə maneəsiz giriş-çıxışın təmin edilməsi və görüləcək təmir işlərinə maneçilik törədilməməsi Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzilin təhvil-təslim aktı əsasında İddiaçı təhvil (açarları ilə birlikdə) verilməsi, mənzilə maneəsiz giriş-çıxışın təmin edilməsi və görüləcək təmir işlərinə maneçilik törədilməməsi Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2860/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2860/2024
30.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver