Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-287/2023 28.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12, Ərizəçi İddiaçı, Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər qismində Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi və Balakən rayon qeydiyyat şöbəsi cəlb edilməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası xx.xx.1985-ci il tarixdə vəfat etmiş Daanova (Albuşova) Gövhər Əhmədullah qızının 1930-cu ildə doğulması, atası X25, anası X35 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-ci il tarixdə Balakən rayonunda doğulmuşdur. Ərizəsinə əlavə etdiyi xx.xx.2022 tarixli ölüm haqqında arayışdan görünür ki, anası Daanova (ər soyadı Albuşova) Gövhər Əhmədullah qızı xx.xx.1985-ci il tarixdə sağ süd vəzinin xərçəngi səbəbi ilə vəfat etmişdir. Ərizəsinə əlavə etdiyi İ-ИЕ 030780 saylı doğum haqqında şəhadətnaməsində qeyd olunub ki, o, xx.xx.1956-ci il tarixdə doğulmuş, anası mərhum X10 atası da mərhum Albuşov İsmixan MollaTəyib oğludur. Anası 1930-ci il təvəllüdlü Balakəndə doğulmuş X3 doğum haqqında şəhadətnaməsi Balakən rayon qeydiyyat şöbəsində və Balakən Rayon Dövlət Arxiv İdarəsində çıxmır. Qeyd edir ki, ölənə qədər SSR sovet pasportu olub, əlbətdə doğum haqqında şəhadətnamə əsasında verilib. Qeyd edir ki, anasının qardaşı (dayısı) mərhum X2 (1934-xx.xx.2005) və bacısı (xalası) mərhum X4 (xx.xx.1942-xx.xx.2021) doğumu haqqında arayışları Balakən RQŞdan aşkar edildi, hamsınında ataları anaları birdi, ataları X17r, anaları da X29r. Balakən rayon qeydiyyat Şöbəsi və Balakən Rayon Dövlət Arxiv İdarəsi məktubla müraciətinə eyni məzmunlu cavab verərək qeyd etmişdir ki, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Bildirir ki, ərizəçi olaraq ərizəsində göstərdikləri və ərizəsinə əlavə olunmuş sənədlər biri-birini tamamlayır. Təsdiq olunur ki, X3 və X1 və ata adları birdir. Üstəlik ölənə qədər X3 SSRİ sovet pasportu olub, ordada doğum tarixi 1930-ci il göstərilib və Balakən rayonu Tülü kəndi doğum yeri kimi göstərilib, bunu da və digər kök arxiv sənədləri də Balakən Rayon Polis Şöbəsində və Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinə sorğu ilə araşdırıla bilinər. Ərizəsinə əlavə etdiyi Bakı Şəhər “ASAN” xidmət mərkəzi tərəfindən verilən şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnaməsinin və anasının ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, onun adı Səmayə anasının soyadı Daanova (Albuşova), anasının adı Gövhər, anasının ata adı isə Əhmədullah. Qeyd olunan sənəd şəxsiyyəti təsdiq edən əsas sənəd sayıldığından və bütün digər sənədlər də onun əsasında verildiyindən, mötəbər sübut hesab olunmalıdır. Mərhum anası xx.xx.1985-ci il tarixdə vəfat etmiş Daanova (Albuşova) Gövhər Əhmədullah qızının 1930-ci il tarixdə doğulmağı atası X25 olması anasıda X35 olması olmasına dair sənəd təqdim etməlidir. Hazırda anasının doğum haqqında məlumatları olmadığından o, sübut edə bilmir ki, Asadullah qardaşıdı Taman bacısıdı, sübut edə bilmir ki, 1930-cu ildə doğulub, sübut edə bilmir ki, atası X17 anası da X29r. Həm Balakən RQŞ həmdə Balakən Rayon Dövlət Arxivi qeyd edir ki, uzun illər əvvəl (1929-1931) olan sənədlər arxivdə saxlanılmır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra ərizəçi İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası xx.xx.1985-ci il tarixdə vəfat etmiş Daanova (Albuşova) Gövhər Əhmədullah qızının xx.xx.1930-cu il tarixdə Balakən rayonunun Tülü kəndində doğulması, atası X25, anası X35 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizədə qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin nümayəndəsi X18 ərizəyə etiraz etdiyini, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər maraqlı şəxs Balakən rayon qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, üzürlü səbəbə görə (yol uzaq olduğu üçün) mülki iş üzrə məhkəmə baxışı iclasında iştirak edə bilmirlər. Odur ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasının səlahiyyətli nümayəndələrinin iştirakı olmadan keçirilməsini və işin nəticəsi barədə şöbəyə məlumat verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X22 ifadəsində göstərdi ki, o, ərizəçinin həm qohumu həm də qonşusudur. Belə ki, mərhum Gövhər xx.xx.1930-cu ildə anadan olub, xx.xx.1985-ci ildə vəfat etmişdir. Gövhərin atası X25, anası X29r. Gövhərin qızlıq soyadı Daanova olmuş, nikaha daxil olduqdan sonra isə Albuşova soyadını qəbul etmişdir. Məhkəmədə şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, o, ərizəçinin qohumudur. Belə ki, mərhum Gövhər xanım onun baldızı Zaftanın doğma bacısıdır. Gövhər xx.xx.1930-cu ildə Balakən rayonu, Tülü kəndində anadan olub, xx.xx.1985-ci ildə vəfat etmişdir. Gövhərin atası X25, anası X29r. Gövhərin qızlıq soyadı Daanova olmuş, nikaha daxil olduqdan sonra isə Albuşova soyadını qəbul etmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Balakən rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/69-417 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X14 arasında xx.xx.1963-cü il tarixdə 103 nömrə ilə nikah haqqında akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Albuşova soyadı verilmişdir. Qeyd: Nikaha G.Ə.Albuşovanın xx.xx.1985-ci il tarixdə ölməsi (ölüm xx.xx.1985-ci il tarixdə 22 nömrəli akt qeydi ilə Balakən rayon Tülü kənd icra nümayəndəliyində dövlət qeydiyyatına alınmış), İ.M. Albuşovun isə xx.xx.1993-cü il tarixdə ölməsi (ölüm xx.xx.1993-cü il tarixdə 29 nömrəli akt qeydi ilə Balakən rayon Tülü kənd icra nümayəndəliyində dövlət qeydiyyatına alınmış) ilə bağlı xitam verilmişdir. Balakən rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/69-416 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1985-ci il tarixdə ölmüşdür. Ölümün qeydə alındığı yer Balakən rayon qeydiyyat Tülü kənd icra nümayəndəliyidir. Balakən rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/69-418 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1931-ci il tarixdə Balakən rayonunun Tülü kəndində anadan olmuş Daanova (Albuşova) Gövhər Əhmədullah qızının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 1946-cı ildən xx.xx.1985-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamuşdur. Qeyd: xx.xx.1985ci il tarixdə vəfat etmiş G.Ə.Albuşovanın ölümü xx.xx.1985-ci il tarixdə 22 nömrə li akt qeydi ilə Balakən rayon Tülü kənd icra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. Balakən rayon qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun anasının xx.xx.1931-ci il təvəllüdlü X3 doğumunun qeydiyyat şöbəsi tərəfindən qeydə alınması mümkün deyildir. Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Balakən rayonu VVAQ/VAQ/şöbəsinin 1929-cu ilə aid doğum qeydi aktları Dövlət Arxivinə təhvil verilməyib. 1938-940, 1940-1941, 1942- 1943, 1944-1945-ci illərə aid doğum haqqında aktların qeydiyyatı (bərpa) kitablarında X3 doğumu barədə qeydiyyat aparılmamışdır. Balakən rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/69-553 nömrəli arayışının surətindən görünür ki, X5 1934-cü il tarixdə Balakən rayonunun Tülü kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1953-cü il tarixdə Balakən rayon qeydiyyat şöbəsində 784 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib edilmiş, atası X25, anası X29r. Qeyd: xx.xx.2005-ci il tarixdə vəfat etmiş A.Ə.Daanovun ölümü xx.xx.2005-ci il tarixdə 06 nömrəli akt qeydi ilə Balakən rayon Tülü kənd icra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. AZ-T 182272 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1985-ci il tarixdə Tülü kəndində anadan olmuş, atası X5, anası X7r. AZ-İ 100896 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə ölmüş, ölümün qeydə alındığı yer Balakən rayon qeydiyyat Tülü kənd icra nümayəndəliyidir. Balakən rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 935 nömrəli arayışının surətindən görünür ki, X15 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.2021-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. AZE 00725381 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1951-ci il tarixdə Tülü kəndində anadan olmuş, yaşayış yeri Balakən rayonu, Tülü kəndidir. AZ-İİ 200479 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə ölmüş, ölümün qeydə alındığı yer Balakən rayon qeydiyyat şöbəsidir. Balakən rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/69-553 nömrəli arayışının surətindən görünür ki, X15 xx.xx.1942-ci il tarixdə anadan olmuşdur. Bu barədə xx.xx.1942-ci il tarixdə Balakən rayon Tülü kənd icra nümayəndəliyində 45 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş, atası X25, anası X29r. Balakən Rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin məhkəmə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Albuşova (Daanova) Gövhər Əhmədullah qızı xx.xx.1930-cu ildə anadan olub, xx.xx.1985-ci ildə vəfat etmişdir. Yaxın qohumlarının deməsinə görə onun atası X30, anası X29r. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)- 766/2022 saylı qətnaməsindən görünür ki, ərizəçi X16 mərhum anası X8, atası - X25 və anası - X35 olmaqla xx.xx.1932-ci il tarixdə doğulması faktının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Daanova (Albuşova) Gövhər Əhmədullah qızının nikahının xx.xx.1963-cü ildə Balakən rayonunun Talalar icra nümayəndəliyində, ölümünün isə xx.xx.1985-ci ildə həmin rayonun Tülü icra nümayəndəliyində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında” Təlimata əsasən nikaha daxil olmaq haqqında ərizələr, dövlət rüsumunun ödənilməsinə dair ərizələrə əlavə edilən digər sənədlərin saxlanma müddəti 5 il, ölüm haqqında tibbi şəhadətnamələr və məhkəmə-tibb ekspertizasının rəyləri sənədlərin saxlanma müddəti 1 ildir. Bu səbəbdən nikah və ölümün qeydə alınmasına əsas olmuş sənədlərin göndərilməsi mümkün deyildir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022ci il tarixli məktubundan görünür ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il müddətinə (dövlət arxivlərinə verilənə qədər) həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Əlavə olaraq bildirilir ki, pasport və partiya biletləri ümumiyyətlə Dövlət Arxivlərində mühafizə olunmur. Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, pasport və partiya biletləri ümumiyyətlə Dövlət Arxivlərində mühafizə olunmur. Balakən rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 05/69-30 nömrəli arayışının surətindən görünür ki, X19 xx.xx.1932-ci il tarixdə Balakən rayonunun Tülü kəndində anadan olmuş, atası X25, anası X29r. Balakən rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1930-cu il tarixdə Balakən rayonu, Tülü kəndində anadan olmuş Daanova (Albuşova) Gövhər Əhmədullah qızı tərəfindən vəfat etdiyi günə qədər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin dəyişdiriliməsi və ya alınmasına dair Balakən rayon polis şöbəsinə müraciət daxil olmamışdır. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi doğum qeydinin bərpası ilə bağlı müvafiq orqanlara müraciət etsə də, bunun üçün kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin mərhum anasının doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sənədlərə və şahid ifadələrinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1985-ci il tarixdə vəfat etmiş Daanova (Albuşova) Gövhər Əhmədullah qızının xx.xx.1930-cu il tarixdə Balakən rayonun Tülü kəndində doğulması, atasının X25, anasının X35 olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1985-ci il tarixdə vəfat etmiş Daanova (Albuşova) Gövhər Əhmədullah qızının xx.xx.1930-cu il tarixdə Balakən rayonunun Tülü kəndində doğulması, atasının X25, anasının X35 olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-287/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-287/2023
28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver