Məhkəmə qərarları › İş №e-2(001)-2888/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2888/2025

30.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2888/2025 30.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Hacıyeva Nigar Zahid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı “icra qeydinin və onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının vəkili tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasın dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı “icra qeydinin və onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi ilə iddiaçı Bakı şəhəri 32 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ- 1281 reyestr nömrəli icra qeydinin və onun yaratdığı hüquqi nəticələrin, eyni zamanda hərrac prosesinin nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin icraata qəbul edilməsinə dair xx.xx.2025-ci il tarixində keçirilən məhkəmənin iclası zamanı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

4. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onu vermiş şəxsə geri qaytarılmalıdır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir.

6. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəsi təmin edilsin.

2. İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı “icra qeydinin və onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar