Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2895/2025 21.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 7093,81 manat vəsaitin, o cümlədən, dövlət rüsumu və onun ödənilməsinə dair xidmət haqqı olaraq ödədiyi 98,23 manat vəsaitin və gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 679,82 manat həcmində hesablanmış faiz Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (bundan sonra müvafiq olaraq – “Sedent”) proqram təminatında baş vermiş xəta səbəbilə Sedentin pul vəsaitləri qanunda nəzərdə tutulmuş əsas olmadan müvafiq şəxslərin (bundan sonra – “borclular”) bank kartlarına köçürülmüş və nəticə olaraq borclular əsassız olaraq varlanmışdırlar. İş materiallarında olan "xxxx" MMC və "xxxx" ASC (bundan sonra müvafiq olaraq – “Sessionar”) arasında bağlanmış xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqavilənin (bundan sonra – “Müqavilə”) 1.1.-ci maddəsinə əsasən borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə Sedent tərəfindən Sessionara güzəşt edilmişdir. Qeyd edilir ki, borclular həmin Müqaviləyə Əlavə 1-də göstərilmiş, Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən emissiya edilmiş kartların sahibləridir. İş materiallarında olan “X3 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarış”-dan da göründüyü üzrə **********658699 nömrəli bank kartının sahibi əsassız varlanaraq 7093,81 AZN məbləğində pul vəsaiti əldə etmişdir. “Granat” pul köçürmələri sistemindən ("xxxx" MMC) əldə olunan məlumatlara əsasən **********658699 nömrəli kartın sahibi Cavabdehdır (cavabdeh) və müvafiq MAPS arayışına əsasən onun rəsmi qeydiyyat ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Şabandağ-1 Hərbi Şəhərcikdir. İş materiallarında olan “KİVİ BANK” SC (“КИВИ Банк” АО) tərəfindən "xxxx" MMC-yə (“Банк «МБА-МОСКВА” OOO) göndərilən 11-2023-314754/1ПБ nömrəli, xx.xx.2023-cü il tarixli “İnformasiya məktubu”nda qeyd edilmişdir ki, “KİVİ BANK” SC xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Granat” pul köçürmələri xidmətinin işində problemlərin olduğu dövrdə əldə edilmiş reyestrə əsasən əməliyyatların dəqiqləşdirilməsi barədə "xxxx" MMCnin müraciətinə cavab olaraq, QİWİ Cüzdanında olan müştərilərin pul vəsaitlərinin Azərbaycana köçürülməsi üzrə tapşırıqlar əsasında formalaşdırılmış, müştərilər tərəfindən əməliyyatın ləğv edilməsini təsdiq edən və buna görə də “Granat” pul köçürmələri xidməti tərəfindən “300” kodunun və əməliyyat səhvi haqqında “Texniki səbəblərə görə müvafiq əməliyyat həyata keçirilə bilmir. Ödənişi həyata keçirmək üçün sizə xidmət edən banka müraciət etməyinizi xahiş edirik” məzmununda mətnin yer aldığı məktubun göndərildiyi köçürmələr üzrə müvafiq reyestri (əlavə 1) təqdim edirlər. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli, 6-2-41/2-8139/2025 nömrəli bildirişdə qeyd edilmişdir ki, Cavabdeh 7093,81 AZN məbləği həcmində əsassız pul vəsaiti əldə etmiş, müvafiq tələb "xxxx" ASC-yə güzəşt edilmiş, habelə əsassız varlanma nəticəsində əldə etdiyi pul vəsaitlərini 3 gün ərzində geri qaytarması borcludan xahiş edilmişdir. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiklərini "xxxx" müvafiq müddət ərzində ASC-yə qaytarmamışdır. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək, hesab edirlər ki, Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş 7093.81 manat vəsait iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsini qəbul etmədi. Belə ki, banknan arasında heç bir müqaviləsi olmamış, həmin pulu ona bir nəfər gördüyü işə görə kartına köçürtmüşdür. Məhkəmə proses iştirakçıları dinləyib, iş materiallarını araşdırıb və sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Bank "xxxx" MMC (“Hüququ ötürən”) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (“Sessionar”) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 2 saylı Tələbin ötürülməsi (sessiyas) müqaviləsinin 1.1-ci maddəsinə əsasən Hüququ ötürən Sessionara ötürür, Sessionar isə Hüququ ötürənin proqram təminatının nasazlığı səbəbindən borclular tərəfindən əsassız olaraq alınmış və nəticədə Hüququ ötürənin pul vəsaitlərinin qanunla müəyyən edilmiş əsaslar olmadan borcluların bank kartlarına köçürülmüş 55696,23 Azərbaycan manatı, 1739,41 ABŞ dolları və 1204,39 avro məbləğində pul vəsaitlərinin borclulardan müıkiyyətinə alınması tələbini qəbul edir. xx.xx.2025-ci il tarixli, 2 saylı ötürmə Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh məxsus **********658699 nömrəli kart hesabına əsassız olaraq 7093,81 manat məbləğində vəsait köçürülmüşdür. “KİVİ Bank” (SC) tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli informasiya məktubunun surətindən görünür ki, “KİVİ BANK” SC "xxxx" MMC-nin xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər müddətdə “Qranat” pul köçürmələri Servisinin işində qəza baş verdiyi dövrdə alınan reyestrə əsasən əməliyyatlar üzrə məlumatın dəqiqləşdirilməsi barədə müraciətinə cavab olaraq müştərilərin KİVİ Pul kisəsində formalaşdırdığı pul vəsaitlərinin Azərbaycan köçürülməsi tapşırıqlarına əsasən, “Qranat” pul köçürmələri Servisindən “300” kodu və “Texniki səbəblərlə əlaqədar olaraq bu əməliyyat yerinə yetirilə bilməz. Ödəniş etmək üçün sizə xidmət edən banka müraciət edin” mətni ilə məlumat daxil olmuşdur. "xxxx" ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən əsassız varlanmaya görə yaranmış borcun 3 gün müddətində tam yerinə yetirilməsi tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 97,74 manat məbləğində dövlət rüsumu və 0,49 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin proqram təminatında baş vermiş xəta səbəbilə ona məxsus pul vəsaitləri qanunda nəzərdə tutulmuş əsas olmadan müvafiq şəxslərin bank kartlarına köçürülmüş və nəticə olaraq borclular əsassız olaraq varlanmışdırlar. İş materiallarında olan “X3 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarış”-dan göründüyü kimi, **********658699 nömrəli bank kartının sahibi Cavabdeh əsassız varlanaraq 7093,81 manat məbləğində pul vəsaiti əldə etmiş, iddiaçının xəbərdarlığına baxmayaraq cavabdeh həmin pul vəsaitini banka geri qaytarmamışdır. Hazırda cavabdehin iddiaçıya olan borcu 7093,81 manat təşkil edir. Göründüyü kimi, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına varlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan 7093,81 manat məbləğində vəsait və gecikdirilmiş borc məbləğinə görə illik 5% hesablanmaq 679,82 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 7093,81 manat məbləğində vəsait, gecikdirilmiş borc məbləğinə görə illik 5% hesablanmaq 679,82 manat faiz borcu və iş üzrə ödənilmiş 97,74 manat dövlət rüsumunun və 0,49 manat bank xidməti haqqının əvəzi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7093,81 (yeddi min doxsan üç manat, səksən bir qəpik) manat məbləğində pul vəsaiti, gecikdirilmiş borc məbləğinə görə illik 5% hesablanmaq 679,82 (altı yüz yetmiş doqquz manat, səksən iki qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 97,74 (doxsan yedi manat, yetmiş dörd qəpik) manat dövlət rüsumunun və 0,49 (qırx doqquz qəpik) manat bank xidməti haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-2895/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2895/2025
21.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver