Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2935/2022 08.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkil Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9000 manat məbləğində pulun və ödənilmiş 110 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə əvvəllər birlikdə maşın alveri ilə məşğul olmuş və bir neçə dəfə müxtəlif məbləğlərdə xeyir qazanmışlar. Bu səbəbdən də aralarında etibarlı münasibətlər olmuş, cavabdehdən bundan istifdə etməklə iddiaçını aldadaraq pulunu ələ keçirmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində cavabdeh “Toyota Prius” markalı avtomobili alıb-satmaq üçün cavabdeh iddiaçıya uydurma təklif irəli sürmüş, iddiaçı da buna inanaraq, ünvan 1 ünvanında yerləşən binanın qarşısında cavabdehə 10.000 manat pul vermişdir. Pulu verdikdən bir müddət sonra o, cavabdehlə telefon əlaqəsi saxlamaq istəsə də, buna nail ola bilməmişdir. Bir müddət sonra Vüqarı şəxsən tapıb məsələni aydınlaşdırarkən, məlum olmuşdur ki, cavabdeh pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş və iddiaçını aldatmışdır. Aparılmış çoxsaylı danışıqlardan sonra cavabdeh 12 oktyabr 2021-ci il tarixdə ümumi borcdan 9000 manat ödəmiş, qalan hissəni isə ödəməkdən boyun qaçırtmışdır. Bir müddət gözlədikdən sonra iddiaçı polisə müraciət etsə də, cavabdehin əməlində cinayət tərkibi aşkar edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı pulunu başqa qaydada ala bilmədiyindən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehlə iddiaçı qonşudurlar və uzun illərdir bir-birlərini tanıyırlar. Cavabdeh iddiaçı ilə avtomobil alveri ilə məşğul olan X2 tanış etmiş və cavabdehin iştirakı ilə iddiaçı bir neçə dəfə qazanc əldə etmək məqsədi ilə E.Musayevə müxtəlif məbləğlərdə pul vermiş və məhz cavabdehin iştirakı ilə E.Musayev həmin pulları geri qaytarmışdır. Sonuncu dəfə də üçünün iştirakı ilə iddiaçı X3 10 000 manat məbləğində pul vermişdir. Hal-hazırda E.Musayevlə bağlı cinayət işi başlandığından iddiaçı iddia tələbini Cavabdeh yönəltmişdir. Cavabdeh mübahisə üzrə sadəcə vasitəçidir. Belə ki, Cavabdeh birbaşa heç kimdən pul almayıb. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ərizəsi əsasında toplanmış cinayət işi üzrə qərardan müəyyən edilir ki, toplanmış materialda hər-hansı bir cinayət tərkibi əlamətlərinin olmaması əsası ilə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. Həmçinin araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, bir müddət əvvəl uzun müddət tanışı olan İddiaçıla avtomobil alveri ilə məşğul olaraq müxtəlif məbləğlərdə qazanc əldə etmişlər. Sonuncu dəfə Toyota markalı avtomobil alıb satmaq üçün Orxan ona 10000 manat pul vermiş və o, həmin pulu avtomobil almaq üçün digər şəriki X3 vermiş, lakin sonuncu ondan aldığı pulları rastlaşdığı bir problemlə əlaqədar xərclədiyi üçün ondan pulu ala bilməmiş və sonradan həmin puldan 1000 manat pulu Orxana qaytarmışdır. Qalan 9000 manat pulu isə yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi pul vəsaitini tələb etməkdə haqlıdır və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 10000 manat pul məbləğinin alması cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə müəyyən olunduğundan, hazırkı iş üzrə Cavabdeh iddiaçıdan pul vəsaitini alması hissəsində həmin qərar məhkəmə üçün məcburidir. Həmçinini iddiaçı həmin puldan 1000 manat qaytarıldığını etiraf etmişdir. Odur ki, hazırkı iş üzrə Cavabdeh İddiaçı 9000 manat borcunun olması işin mübahisəsiz halıdır. Beləliklə, iddia tələbi Cavabdeh 9000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi hissəsində əsaslıdır. Buna görə də, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat pul məbləği və ödənilmiş 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-2935/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2935/2022
08.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver