Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2936/2024 19.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı cavabdehlər Cavabdeh13, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh13, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 15 aprel 2023-cü il tarixli qərarı ilə qanunvericiliyə müvafiq qaydada binanın idarə edilməsi, ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək və saz vəziyyətdə saxlamaq üçün mənzil mülkiyyətçilərindən tələb edilən aylıq ödənişlərin miqdarı hər kvadrat metr üçün 0.30 manat olamaqla hesablanması qərara alınmışdır. Nəticədə Cavabdeh7 529,35 manat, Cavabdeh13 790,6 manat, Cavabdeh1 1121,1 manat, Cavabdeh3 551,4 manat, Cavabdeh12 1282,35 manat, Cavabdeh8 2240,7 manat, Cavabdeh6 1699,05 manat, Cavabdeh9 Miribrahim qızının 1434 manat, Cavabdeh2 1074,15 manat, Cavabdeh11 Rəfail qızının 2803,2 manat, X2 715,5 manat, Cavabdeh5 1750,4 manat borcları yaranmış dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onlar yığılmış borcu cəmiyyətə ödəməkdən qərəzli şəkildə yayınılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia on üç cavabdehə qarşı irəli sürülmüş, lakin həmin cavabdehlərin və ya onlara qarşı irəli sürülmüş tələblərin bir-biri ilə əlaqəli olması iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunmur. Müxtəlif ünvanlarda qeydiyyatda olan cavabdehlər bir binanın mənzil mülkiyyətçiləri olsalar belə (*halbuki buna dair iddia ərizəsinə müvafiq sənədlər təqdim edilməmiş), onların mülki prosessual qanunvericiliyin cavabdehlər üçün nəzərdə tutulmuş təminatlardan istifadə etmək hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin qeyd olunmalıdır ki, iddia ərizəsi tərtib edilərkən Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinin tələblərinə riayət edilməmiş və hazırkı iddia ərizəsi yenidən veriləcəyi təqdirdə bunun nəzərə alınması zəruridir. Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan xüsusatlara və göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7, 152.1.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh13, Cavabdeh12, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və ödənilmiş 143 (yüz qırx üç) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2936/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2936/2024
19.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver