Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3018/2023 07.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində dair istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi RİH-in xx.xx.2001-ci il tarixli 897 saylı Sərəncamı ilə Biləcəri qəsəbəsində Hərbi şəhərcikdə yerləşən MN-nin MİH-nə məxsus 600 kv.metr torpaq sahəsi təqdim edilmiş cizgi əsasında fərdi yaşayış evi tikmək üçün həmin ərazidə uzun müddət bağ-bostan sahəsi kimi istifadə etmiş onun adına keçirilməsi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi RİH-in xx.xx.2022-ci il tarixli 02 saylı Sərəncamı ilə sözügedən ünvanda, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən sahəsi 61,2 kv.m olan 4 yaşayış otağından, 37,0 kv.m olan xoldan, 15,0 kv.m olam mətbəxdən, 6,0 kv.m olan hamam və ayaqyolundan, həyətdə sahəsi 24,0 kv.m olan qarajdan ibarət 2 mərtəbəli 7A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması müəyyən edilmişdir. Sərəncama yaşayış sahəsinin cizgisi də əlavə edilmişdir. Göründüyü kimi, sözügedən tikilinin mülkiyyətçisi və faktiki sahibi odur. O, 1990cı illərdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan bir pvladları dünyaya gəlmişdir. Onlar qısa bir müddət sözügedən ünvanda birlikdə yaşasalar da, sonradan münasibətləri pisləşmiş və Cavabdeh1 evə tərk edib çıxıb getmişdir. Tərəflər arasında rəsmi nikaha xx.xx.2004-cü il tarixində pozulmuş və onlarda olan məlumata görə, 2005-ci ildən etibarən cavabdeh xarici ölkəyə köçüb getmişdir. Bugünədək Cavabdeh1 yaşayış yerinə gəlməmiş, əlaqə belə saxlamamışdır. Artıq 15-20 ildir ki, cavabdeh sözügedən yaşayış sahəsində yaşamır, istifadə etmir, cavabdeh barəsində ümumiyyətlə heç bir məlumat yoxdur. Lakin cavabdehin qeydiyyatda qalması onun hüquq və mənafelərini pozur. Belə olan halda, hesab edir ki, Cavabdeh1 qeydiyyatdan çıxarılmalıdır. Digər tərəfdən, o, cavabdeh xx.xx.1957-ci il təvəllüdlü X4 isə ümumiyyətlə tanımır. Həmin şəxsin kim olması, onun özünə məxsus evə necə qeydiyyata düşməsi barədə heç bir məlumatı yoxdur. Həmin şəxs heç vaxt ona məxsus evdə yaşamamış, həmin evdən istifadə etməmişdir. Hal-hazırda cavabdehin harada olması barədə heç bir məlumatları yoxdur. Qeyd edir ki, onun artıq 20 ildən çoxdur ki, qonşuları olan X6, X11, X1 Bakı şəhəri 43 saylı notariat ofisində verdikləri xx.xx.2023-cü il tarixli notarial ərizə ilə təsdiq etmişlər ki, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər həqiqətən də həmin fərdi yaşayış evində 2005-ci ildən etibarən yaşamırlar. Göründüyü kimi, qonşuların xx.xx.2023-cü il tarixli notarial ərizəsinə əsasən, cavabdehlərin həmin yaşayış sahəsində heç vaxt yaşamadıqları, istifadə etmədikləri öz təsdiqini tapmışdır. Ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış sahəsindən yalnız o və onun övladı istifadə edirlər və yaşayırlar. Həmin yaşayış sahəsinin kommunal xidmətləri də hazırda onun adınadır və o, müntəzəm olaraq kommunal xidmətlərə görə pul ödəyir. Hazırda sözügedən yaşayış sahəsində cavabdehlərin qeydiyyatda qalmağı ona maddi cəhətdən ziyan vurduğundan o, əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Həmçinin bu hal onun mülkiyyətində olan evindən istədiyi kimi istifadə və sahiblik etməsinə, evinə dair sənədləşmələr aparmağına və s. imkan vermir. Bu da onun mülkiyyətçi kimi milli qanunvericilik və beynəlxalq hüquq normaları ilə qorunan mülkiyyıt hüquqlarının pozulması deməkdir. Ona görə də hesab edir ki, cavabdehlərin ona məxsus evə dair istifadə hüququna xitam verilməlidir. O, qanuni gözlənti hüququna malikdir. Belə ki, uzun illər ərzində sözügedən yaşayış sahəsindən mübahisəsiz istifadə etdiyinə və yeganə mülkiyyətçisi olduğuna görə öz hüquqlarını gələcəkdə rəsmiləşdirmək niyyətindədir. Binəqədi RİH-in Sərəncamlarından da göründüyü kimi, sözügedən ünvanda yerləşən fərdi yaşayış sahəsi ona məxsusdur. Belə olan halda, cavabdehlərin istifadə hüququnun olmaması xüsusatı məhkəmə tərəfindən müəyyən edilməlidir. Onu da qeyd edir ki, cavabdehlərin uzun müddət ərzində mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədardır. Belə ki, Cavabdeh1 2005-ci illərdə xaricə kpçüb getmiş və daimi olaraq başqa yaşayış yeri seçməklə, sözügedən yaşayış sahəsi ilə əlaqəsini tamamilə kəsmişdir. Digər cavabdeh X2 isə kim olması, harada yaşaması ümumiyyətlə məlum deyil. Lakin dəqiq məlum odur ki, cavabdeh sözügedən yaşayış sahəsində heç vaxt yaşamamış, istifadə etməmişdir. Belə olan halda, cavabdehlərin uzun müddət ərzində yaşayış sahəsindı yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də iddia təmin edilərək, cavabdehlərin hər ikisinin mənzildən istifadə hüququ itirilməlidir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində dair istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X7 məhkəmə iclasına gələrək onu tanımadığını, sözügedən yaşayış sahəsində heç vaxt yaşamadığını etiraf etmişdir. Belə olan halda, onun istifadə hüququnun ümumiyyətlə yaranmaması öz təsdiqini tapır. İstifadə hüququ yaranmadığı halda onun xitam edilməsindən isə ümumiyyətlə söhbət gedə bilməz. Odur ki, hazırda iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Əvvəlki iddia tələbi onun tərəfindən Cavabdeh1 və cavabdeh X3 qarşı yönəldilmişdir. Hazırda cavabdeh X3 qarşı tələbi olmadığına görə ona qarşı qətnamə qəbul edilməsini istəmir. Odur ki, hazırki ərizə ilə iddia tələbinin həcmini azaldaraq tələbini yalnız Cavabdeh1 qarşı yönəldir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən cavab İddiaçı izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki o, həmin mənzilə 2004-cü ildə məhkəmənin qətnaməsi ilə qeydiyyata düşmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 037210 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 532 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi RİH-in xx.xx.2002-ci il tarixli 02 nömrəli Sərəncamının surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün Biləcəri qəsəbəsi ərazisində İddiaçı ayrılmış 600,0 kv.m. torpaq sahəsində inşası başa çatdırılmış, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən, sahəsi 61,2 kv.m. olan 4 yaşayış otağından, 37,0 kv.m. olan xoldan, 15,0 kv.m. olan mətbəxdən, 6,0 kv.m. olan hamam və ayaqyolundan, həyətdə sahəsi 24,0 kv.m. olan qarajdan ibarət 2 mərtəbəli 7A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi hüquq qeydiyyata alınmışdır. X6, X11 və X8 tərəfindən xx.xx.2023-cü il tarixdə notarial qaydada verilmiş ərizədən görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1 və X7 həqiqətən də həmin fərdi yaşayış evində 2005-ci ildən etibarən yaşamırlar. Bu məlumatın düzgünlüyünü öz imzaları ilə təsdiqləmişdirlər. Bakı şəhəri Binəqədi RİH-in xx.xx.2001-ci il tarixli 897 nömrəli Sərəncamının surətindən görünür ki, Biləcəri qəsəbəsində Hərbi şəhərcikdə yerləşən MN-nin MİH-nə məxsus 600 kv.metr torpaq sahəsi təqdim edilmiş cizgi əsasında, fərdi yaşayış evi tikmək üçün, həmin ərazidən uzun müddət bağ-bostan sahəsi kimi istifadə etmiş İddiaçı adına keçirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, Cavabdeh1, X7, X12, X9, X13, X14 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının DİN BPQMİ-nin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2005-ci il və xx.xx.1957-ci il təvəllüdlü X7 xx.xx.2004-cü il traixdən hal-hazıradək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 dövlət sərhədindən çıxışı xx.xx.2017-cı il tarixdə, X2 dövlət sərhədinə girişi xx.xx.2016-cı il tarixdə olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2059/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, vətəndaş T.Nümayəndə ərizəsi təmin edilmiş, X5 və onun ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 7 “a” evə yaşayış hüquqlarının tanınması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X10 xüsusi mülkiyyıtindədir. Cavabdeh1 və X2 adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlak obyekti barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, hazırda cavabdeh qeyd olunan ünvanda qeydiyyatda olsa da, lakin orada yaşamır. Məhkəmə eyni zamanda qeyd edir ki, Cavabdeh1 ilə İddiaçı 1990-cı illərdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar, lakin onlar arasında olan rəsmi nikah xx.xx.2004-cü il tarixdə pozulmuş, cavabdeh həmin fərdi yaşayış evindən köçmüş və həmin evdə heç bir təsərrüfat aparmamışdır. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 7A saylı evə istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 7A saylı evə istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-3018/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3018/2023
07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver