Məhkəmə qərarları › İş №e-2(001)-3024/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3024/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3024/2023 20.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində etibarnamə ilə idarə etdiyi **-TC-*** nömrə nişanlı nəqliyyat vasitəsi ilə Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində üzü Ziya Bünyadov prospektinə doğru işıqforda dayanmışdı. Həmin işıqfor rəqəmsaldır və işıqların yerini dəyişməsi saniyə ölçən ilə göstərilir. 01 saniyə olanda hərəkətə hazırlaşmış və sağ tərəfindəki avtomobil hərəkətə başladığı üçün o da hərəkətə başladı, lakin həmin an işıqforun işığı dəyişmədiyini görüb dayandı təqribi 2 saniyə sonra yaşıl işıq yandı və hərəkət etdi. xx.xx.2023-cü il tarixində Asanpay elektron kabinetinə yol hərəkəti haqqında qanunun 327.1-ci maddəsinin yol nişanlarının tələblərinə riayət edilməməsinə görə 40 manat məbləğində cərimə haqqında elektron qərar daxil olmuşdur. Bildirməki istərdi ki, həmin an nəqliyyat vasitəsində olan videoqeydiyyat cihazı ilə ətraflı görüntü mövcuddur. Bu məsələ ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsinə və ona səhvən yazılmış cərimənin silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı faktiki olaraq cavabdeh tərəfindən qəbul edilmiş qərarı mübahisələndirir. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarın mübahisələndirilməsinə iddia icraatı qaydasında deyil, inzibati xəta haqqında iş üzrə icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya narazı qaldığı inzibati xəta haqqında qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə icraat qaydasında şikayət vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya narazı qaldığı inzibati xəta haqqında qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə icraat qaydasında şikayət vermək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar