Məhkəmə qərarları › İş №e-2(001)-307/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-307/2025

19.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-307/2025 19.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cəfərova (Eyvazova) Dilşad Məhəmməd qızı və X27 cəlb edilməklə “maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, sahənin təhvil verilməsi və müdaxilənin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının zirzəmi hissəsində 5 ədəd qeyri yaşayış sahəsini (qarajları) alqı-satqı müqaviləsinə əsasən 100.000 (yüz min) manat məbləğində "xxxx" MMC-nin həmin cəmiyyətin nizamnaməsinə əsasən fəaliyyət göstərən MMC-nin direktoru X2 almışdır.

2. İddiaçı ona məxsus ünvan 1 ünvanda yerləşən, "xxxx" MMC-yə məxsus yaşayış binasının zirzəmi hissəsində, 5 ədəd qeyri yaşayış sahəsindən (qarajlardan) cavabdeh (cavabdehin nümayəndələri və qeyriləri) tərəfindən edilən müdaxilələrin qadağan edilməsi, həmin qeyri yaşayış sahələrindən sərbəst istifadə etməyimə yaradılan bütün maneələrin aradan qaldırılması, cavabdehin həmin sahələrə dair sənədlərinin etibarsız hesab edilməsi, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 4000 manat, mənəvi ziyanın əvəzi olaraq 4000 manat məbləğin tutularaq mənə ödənilməsi, habelə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. 12.07.2024-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının qeyri yaşayış sahəsindən çıxarılması, ona məxsus olan ünvan 1 ünvanda yerləşən, "xxxx" MMC-yə məxsus yaşayış binasının zirzəmi hissəsində, 5 ədəd qeyri yaşayış sahələrindən (qarajlardan) cavabdeh (cavabdehin nümayəndələri və qeyriləri) tərəfindən edilən müdaxilələrin qadağan edilməsi, həmin qeyri yaşayış sahələrindən sərbəst istifadə etməyinə yaradılan bütün maneələrin aradan qaldırılması, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 4000 manat, mənəvi ziyanın əvəzi olaraq 4000 manat məbləğin tutularaq ona ödənilməsi, habelə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. 21.10.2024-cü il tarixdə müstəqil tələb irəli sürən "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı A.Məmmədov küçəsi 10A da yerləşən yaşayış binasının 1-ci mərtəbəsində (zirzəmi hissəsindən) çıxarılması, sahənin "xxxx" MMC-yə təhvil verilməsi, Cavabdeh oglunun həmin qarajlara münasibətdə müdaxiləsinin qeyri qanuni hesab olunmasına dair məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir.

5. Müstəqil tələb irəli sürən "xxxx" MMC Tikinti Şirkəti xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaltmış, yalnız Cavabdeh münasibətdə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir.

İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının zirzəmi hissəsində, 5 ədəd qeyri yaşayış sahələrini (qarajları) alqı-satqı müqaviləsinə əsasən 100.000 (yüz min) manat məbləğində satın almışdır. Alqı-satqı müqaviləsi imzalanan zaman "xxxx" MMC-nin həmin cəmiyyətin nizamnaməsinə əsasən fəaliyyət göstərən MMC-nin direktoru X12 iştirak etmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən MMC-yə məxsus yaşayış binasında qeyri yaşayış sahəsini (qarajları) alıcıya satmaq, alıcı isə həmin sahələri almaq və qabaqcadan müəyyənləşdirilmiş haqqını ödəməyi öhdəsinə götürmüşdür. Pul tam ödənildikdən sonra əmlakın tamamilə iddiaçının öhdəsinə keçməsi barədə alqı-satqı müqaviləsində 7-ci bənd üzrə açıq aydın qeyd edilmişdir. Tərəflərin müqavilə şərtlərinə uyğun olaraq 100.000 (yüz min) manat məbləği ödəmişdir. Həmin tarixdə də ona məbləğin ödənilməsi ilə bağlı maliyyə arayışı təqdim edilmişdir. Maliyyə arayışı da MMC-nin direktoru tərəfindən imzalanaraq möhürlü halda təqdim edilmişdir. Lakin sonradan Cavabdeh binanın zirzəmi hissəsinin ona məxsus olması, guya sonuncu ilə həmin qeyri yaşayış sahələrinin (qarajların) mənzil əvəzi barter olaraq dəyişdirildiyini iddia etmişdir. Lakin təqdim etdiyi sənəd sadəcə X33 ilə X41 arasında bağlanmış və onun əsasında verilmiş sənəd olmaqla X41 tərəfindən imzalanmış sənəddir. Həmin sənəddə Cavabdeh adına hər hansı hüquq müəyyən edilməmişdir. Cavabdeh həmin sənədin digər qonşuların pulu ödəyərək aldıqları zirzəmi qatını tamamilə özbaşına tutaraq istifadə edir. O, əlavə tikililər inşa etdirmiş, qapılar quraşdırmış və iddiaçının əmlakından istifadə etməyinə maneələr yaratmışdır. Cavabdehin bu hərəkətləri ilə iddiaçının gözlənilən mülkiyyət hüquqlarına qəsd edilmiş və mülkiyyətindən sərbəst istifadə etməyinə maneələr yaranmışdır. Bütün hallarda baxmayaraq cavabdehin törətdiyi maneələr aradan qaldırılmadığından, ona görə əmlakından istifadə edə bilmədiyi üçün maddi ziyana məruz qalmışdır. Yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsi (qaraj) mülkiyyət hüququ ilə adına daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasa da, sahənin ona məxsus olması bina sakinləri və təqdim edilmiş binanın rəsmi sənədləri ilə təsdiq edilir. Ən azından iddiaçının istifadəsi və sahiblik hüququ vardır və bu da qanunla qorunan hüquqdur. "xxxx" MMC-yə məxsus yaşayış binasının zirzəmi hissəsində, 100.000 manat ödəmiş 5 ədəd qeyri yaşayış sahəsi (qarajlar) iddiaçıya məxsus hesab edilməlidir. Lakin cavabdeh tərəfindən edilən müdaxilələr nəticəsində iddiaçı özünə məxsus olan əmlakdan istifadə edə bilmir. Belə ki, hər dəfə iddiaçı zirzəmi qatında yerləşən sahəyə daxil olmaq istəyəndə cavabdeh tərəfindən quraşdırılmış qapılar və digər maneələrlə qarşılaşır. Bu isə onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olurş Sadalanan hallar onun bina zirzəmi hissəsinə hər dəfə daxil olan zaman cavabdehin ustaları və birbaşa özü tərəfindən edilən müdaxilələr nəticəsində baş verir. Ustalar tərəfindən divarlara söküntü işləri aparılır, alçaq qapılar çıxarılır, divarlara mayaklar atılır, şkatur işləri aparılır. Müxtəlif hissələrə pəncərələr qoyulur. Qaraj hissəyə aid olmayan tikinti söküntü işləri aparılır. Hər dəfə belə hərəkətlər rastlaşdıqda bu cür maneələri dəf etmək məcburiyyətində qalır, həm qarajlarından təyinatı üzrə istifadə edə bilmir, həm də maddi və mənəvi zərər çəkir. Bütün bu hallar iddiaçının şəxsiyyətinə mənfi təsirsiz ötüşmür. Maddi sərvət gücünə əldə etdiyi qeyri yaşayış sahələrinin sanki cavabdehə məxsus olmaması vəziyyəti yaşayır. Əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirir. Cavabdehin davamlı hərəkətləri ilə iddiaçı psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir və hazırda da çəkməkdədir. Bundan başqa cavabdeh tərəfindən ona maddi zərər dəymişdir. Belə ki, mülkiyyətində olan qarajların istifadəsi mümkün olmadığından uzun müddət saxlanıla bilməmişdir. Bunun nəticəsində maşın hava şəraitindən asılı olaraq müxtəlif təəbii hava təsirlərinə məruz qalmaqla (günəş, yağış,qar) daha tez öz zavod rəng qatının və avtomobilin digər hissələrinin daha təsirli aşınmasına məruz qalmışdır. Bundan başqa qaraj sahələrini bütün bu müddət ərzində seçiminə uyğun icarəyə də verə bilərdi. Butun bu hallar cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın dəyməsinin təkzibolunmaz göstəricisidir. Həmin zərərlərin hər birinin 4000 manat göstərməyi isə cavabdehə qarşı özüməməxsus humanist yanaşmasından irəli gəlir. Onun etdiyi qanunsuzluqların qarşılığında haqlı olaraq bu məbləğin 10 qatını da tələb etmək hüququ vardır. Cavabdehin sənədlərinin (əgər mövcuddursa) etibarsız sayılması zərurəti də vardır. Belə ki, cavabdehin sənədlərinin əsası etibarnamədir. Etibarnamə özü isə etibar edilən şəxsə MMC-nin əmlakının satılmasına səlahiyyət vermir. MMC-də səlahiyyətli şəxs onun direktorudur. Direktorun imzası və MMC-nin möhürü ilə alqı satqını rəsmiləşdirmək mümkündür. Əgər cavabdeh daha çox saxtakarlıq etməyə cəhd göstərməklə, belə bir sənəd də ortaya çıxararsa ona qarşı cinayət işinin qaldırılması ilə bağlı kütləvi müraciətlər ediləcəkdir. Bu günkü gündə ona məlum olan cavabdehin sənədi etibarnamə əsasında etibar edilən şəxslə cavabdeh arasında bağlanmış müqavilədir. Həmin müqavilə də səlahiyyətli şəxs tərəfindən verilmədiyindən (yəni təsisçi MMC əmlakını satmaqla bağlı etibarnamə verə bilməz) etibarsız hesab edilməlidir.

7. 12.07.2024-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının qeyri yaşayış sahəsindən çıxarılması, ona məxsus olan ünvan 1 ünvanda yerləşən, "xxxx" MMC-yə məxsus yaşayış binasının zirzəmi hissəsində, 5 ədəd qeyri yaşayış sahələrindən (qarajlardan) cavabdeh (cavabdehin nümayəndələri və qeyriləri) tərəfindən edilən müdaxilələrin qadağan edilməsi, həmin qeyri yaşayış sahələrindən sərbəst istifadə etməyinə yaradılan bütün maneələrin aradan qaldırılması, həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 4000 manat, mənəvi ziyanın əvəzi olaraq 4000 manat məbləğin tutularaq ona ödənilməsi, habelə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı xx.xx.2025-ci il tarixdə yazılı mülahizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə araşdırılması zamanı digər hallarla yanaşı aşağıda qeyd edilen hallar da müəyyən edilmişdir: 1. Məhkəmə araşdırılması zamanı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 3169-cu mehelle, A.Memmedov kúçesi ile H.Seyidzadə küçəsinin kesişmesində yerləşən binanın (Bakı Şeher İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş) eskiz layihəsinin 2 hissədən ibarət olması (çoxmərtəbəli yaşayış binası və qeyri yaşayış hissəsi) və həmin 2 hissənin birlikdə binanın vahid tikilisini (kompleks şəklində) əks etdirmesi; 2. Menim qarajlarımın binanın Bakı ŞİH tərəfindən təsdiq edilmiş eskiz layihəsinə uyğun (eskiz layihənin qeyri yaşayış hissəsində) qarajlar üçün nəzərdə tutulmuş (-6,6 seviyyədə) sahəsində yerləşməsi; 3. Məhkəmə tərəfindən iddiaçı və cavabdeh tərəfin iştirakı ilə keçirilən mübahisəli yer üzrə yerli baxış iclası zamanı, tərəfimizdən mənə məxsus qarajların yerləşdiyi yeri (binanın -6,6 seviyyəsində yerləşən və faktiki olaraq maşınların girişi, saxlanılması üçün nəzərdə tutulan) göstərmişdim. Məhkəmə araşdırılması neticesində mənim qarajlarımın məhz göstərdiyim yerdə yerləşməsi; 4. Cavabdehin təqdim etdiyi senedlere əsasən (mötəbərliyi şübhə yaratmasına rəğmən) onun yeri ilə mənə ayrılan yerin (yuxarıda qeyd etdiyim xüsusiyyətlərə əsasən) üst üstə düşməməsi; 5. iddiaçıya ayrılmış qaraj sahəsinə hüququnun olması; 6. İddiaçının yerindən istifadə etməyinə cavabdehin maneə yaratması halı (əlindəki sənədlərə istinad etməklə). Hesab edir ki, yuxarıda qeyd edilən hallara zidd olan, digər hallar müəyyən edilməmişdir. Məhkəmədən hazırki mülahizəsində qeyd etdiyi hallara istinad edilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbini əsaslandırması:

9. 21.10.2024-cü il tarixdə müstəqil tələb irəli sürən "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh İddiaçı tərəfindən təqdim edilmiş 03 fevral 2020-ci il tarixli "müqaviləyə" görə "xxxx" MMC-ilə İddiaçı arasında Binəqədi rayounu A. Məmmədov küçəsi 10 unvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən (zirzəmi hissəsidə) 5 ədəd qaraj sahəsinin satılmasına dair müqavilə bağlanmış, müqaviləyə görə satıcı həmin zirzəmi hissəsini alıcıya verməyi alıcı isə təhvil təslim aktından sonra müqavilə üzrə müəyyənləşdirilmiş 100 min manat satış məbləğinin ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə "xxxx" tərəfindən aşağıdakı əsaslara görə ləğv edilmişdir: 1.Belə ki, "alqı satqı" müqaviləsində və pulun ödənməsinə dair maliyyə arayışında müqavilə "direkor" adı ilə imza həmin vaxtı müəssisənin direktoru vəzifəsində işləmiş X28 ogluna məxsus olmamış və onun trəfindən imza edilməmişdir. Eyni zamanda "Maliyyə" arayışında da imza yerindəki imza "direktor"adı ilə C. Məmmədova məxsus olmamaqla saxtalaşdırılmış və həmin sənədləri imza etməyə səllahiyyəti olmayan hansısa şəxs tərəfindən imza edilmişdir. Belə ki, sahibkarlıq fəaliyyəti nəticəsində muqavilələr bağlanılarkən sahibkarı daimi və müstəqil surətdə təmsil edən şəxs kommersiya təmsilçisidir. Kommersiya təmsilçisi isə yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə əsasında, belə göstərişlər olmadıqda isə həmçinin etibarnamə əsasında fəaliyyət göstərir. Cavabdeh ilə MMC arasında bağlanması iddia olunan müqavilə uydurma əqd olmuş, tərəflərin həqiqi niyyətini əks etdirməmişdir. Bu baxımdan da həmin sahə İddiaçı təhvil verilməmiş, "xxxx" ilə onun arasında hər hansı təhvil aktı imzalanmamışdır. E. Ağababayevin həmin qarajlara dair iddia etmə kimi subyektiv huquqları olmamış, belə bir tələb üzrə ona MMC tərəfindən səlahiyyət verilməmiş, əsassız və qanunsuz hərəkətləri ilə MMC-nin mülkiyyətini zəbt etməklə ondan faydalanmış və maddi zərər vurmuşdur. Qeyd olunanlarla əlaqədar həmin zirzəmiyə dair huquqların cavabdehə keçməsinin huquqi sasları olmamış, bu əsasla da, qarajların həmin şəxslərin qanunsuz sahibliyindən alınması və qanuni sahib kimi MMC-yə qaytarılması və təhvil təslim olunması, onların həmin sahədən çıxarılmasının huquqi əsasları yaranmışdır. Eyni zananda Cavabdeh münasibətdə qeyd edilir ki, onun tərəfindən həmin qarajların alınmasına və pulunun ödənilməsinə dair hər hansı müqavilə olmamış və Avro Qrandın həmin sahəyə dair cavabdehə qarşı hər hansı öhdəliyi yaranmamışdır. Bu baxımdan C.Cəfərovun MMC-nin mülkiyyətini təşkil edən qeyri yaşayış sahəsinə "müdaxilə"si özbaşınalıqdır və cinayət mühakimə üsulu qaydasında onun qanunsuz hərəkətlərinə qiymət verilməlidir. Bu səbəbdən İddiaçı A.Məmmədov küçəsi 10 A da yerləşən yaşayış binasının 1- ci mərtəbəsində (zirzəmi hissəsindən) çıxarılması, sahənin "xxxx" MMC-yə təhvil verilməsi, Cavabdeh oglunun həmin qarajlara münasibətdə müdaxiləsinin qeyri qanuni hesab olunmasına dair məhkəmə qərarının qəbul edilməsi xahiş edilmişdir.

10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC Tikinti Şirkəti xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaltmış, cavabdeh İddiaçı qarşı Binəqədi rayonu A.Məmmədov küçəsi 10 ünvanında MMC tərəfindən inşa olunan yaşayış binasının 1-ci mərtəbəsində (zirzəmi hisəsində) çıxarılması, sahənin MMC-yə təhvil verilməsi tələbindən imtina etmişlər. Cavabdeh münasibətdə isə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin etirazları:

11. 07.07.2024 tarixində cavabdeh qismində çıxış edən Cavabdeh iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim edilmiş və qeyd edilmişdir ki, hazırki iddia tələbi ilə ona qarşı "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən yaşayış binasının zirzəmi hissəsində qeyri-yaşayış sahəsinə dair sənədlərin etibarsız hesab edilməsi, həmin qeyriyaşayış sahəsinə edilən maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Aşağıda qeyd edilən əsas və səbəblərə görə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Tərəfindən "xxxx" MMC-yə məxsus yaşayış binasında 7 və 21 saylı mənzillər alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Qeyd edilən yaşayış binasının sahibi Xanlar Cəfərov 2018-ci ildə mübahisəli binada mənzillərin bir neçə şəxslərə satılması faktı ilə əlaqədar barəsində cinayət işi başlanılmışdır. Həmin vaxt Xanlar Cəfərov onunla yaxın dost olduğu üçün ondan xahiş etdi ki, ona satılmış mənzilləri şikayətçi şəxslərə vurulmuş ziyanın əvəzi olaraq onlara verməmi, əvəzində həmin binanın zirzəmi hissəsində yerləşən qarajları mənə verməsini xahiş etdi. Bu məqsədlə tərəfindən Bakı şəhəri, 32 saylı notariat kontorunda ona satılmış 2 ədəd mənzildən imtina edərək Xanlar Cəfərova qaytarmış və əvəzində həmin binanın arxa hissəsində yerləşən binanın zirzəmi hissəsində 630 kv.m olan qarajlara dair alqı-satqı müqaviləsi bağlanılmışdır. O, həmin mənzillərə dair imtina ərizəsi verdikdən sonra həmin mənzillər Elşad (7 saylı mənzil) və Nəriman (21 saylı mənzil) adlı zərərçəkmiş şəxslərə verilmişdir. Bundan sonra Xanlar Cəfərov imtina edilmiş mənzillərin müqabilində qeyd edilən qeyri-yaşayış sahələrini (qarajları) müqavilə əsasında onun həyat yoldaşının adına rəsmiləşdirmişdir. Bu barədə xx.xx.2018 tarixli müqavilə və maliyyə arayışı verilmişdir. Lakin sonradan Xanlar Cəfərov tərəfindən bilmədiyi səbəblərdən iddiaçının adına həmin qeyri-yaşayış sahələrinə dair müxtəlif şəxslərlə müqavilələr bağlanılmışdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı və həmin qeyri-yaşayış sahələrini (qarajların) satıldığı daha 2 şəxs Xanlar Cəfərovla aralarında olan razılaşmaya əsasən, həmin sahələrə dair yazılmış müqavilələr əsasında Xanlar Cəfərova hər hansı bir məbləğdə pul ödəməmiş, əvəzində həmin yaşayış binasına su çəkilməsi və binada baseyni inşa edilməsi ilə bağlı xərcləri öz üzərlərinə götürmüş, lakin vədlərinə əməl etməmiş və hər hansı bir xidmət göstərməmişdir. Bu barədə DİN-də aparılan araşdırma zamanı iddiaçı və qeyri-yaşayış sahələrinin (qarajların) satıldığı şəxslərin ifadələri alınmış, Xanlar Cəfərovla üzləşmə aparılmış, onlara verilmiş müqavilələr üzrə hər hansı bir xidmət göstərmələri təsdiqini tapmadığı üçün onların zərərçəkmiş şəxs kimi tanınmasından imtina edilmişdir. Yuxarıda qeyd etdikləri xx.xx.2023-cü il tarixli ittiham aktında da bir daha öz təsdiqini tapmışdır. Hazırda həmin cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsində araşdırılır. Bundan əlavə həmin imtina etdiyi 7 və 21 saylı mənzillərlə əlaqədar KQMBİ-si tərəfindən Xanlar Cəfərov barəsində aparılan cinayət işi üzrə də izahatı alınmış və orada da öz təsdiqini tapmışdır. Hətta iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair şikayət ərizəsi olmuş, Binəqədi RPİ-nin 7-ci PB-si tərəfindən araşdırma aparılmış, araşdırma zamanı həmin qeyri-yaşayış sahələrinin mənə məxsus olması təsdiqini tapmış və bu səbəbdən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar verilmişdir. Etirazında istinad etdiyim qərar, ittiham aktı, müqavilə və digər sənədləri məhkəməyə təqdim edərək məhkəmədən xahiş edir ki, iddia tələbinin rədd edilməsi barədə qərar verilsin.

Tərəflərin izahatları:

12. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd edilənlərə uyğun izahata verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

13. Cavabdehin nümayəndəsi və vəkili izahatında bildirdi ki, hakim Lətifə xanımın icraatında olan işin Zahid bəyə aidiyyatı yoxdur. Həmin işdə Lətifə xanım özüözünə etiraz edib. İddiaçı bildirir ki, o, ümumiyyətlə məhkəmədə iştirak etmək istəmir. Sadəcə olaraq "xxxx" şirkəti Zahid bəyi işdən kənarlaşdırmağı hədəfləyir. Bu iddiaya cavab verməli olan şəxs deyil. İddiaçının iddia etdiyi sahə ilə Zahidin sahəsi üst-üstə düşmür. Onlara aid olan hissədə iddianın rədd edilməsi xahiş edilir. Əslində "xxxx" şirkətinin vəzifəli şəxsləri barədə xüsusi qərar çıxarılmalı idi. Cavabdehin nümayəndəsi və vəkili həm iddianın, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili ilə eyni məzmunlu izahat verərək həm iddianın, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi.

15. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə baxış iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

16. İş materiallarında olan xx.xx.2020-ci il tarixində "xxxx" MMC-nin direktoru X12 və Bakı şəh.Yasamal ray. H.Zərdabi pr. 190 M-7, M-1 ünvanında yaşayan Azərbaycan Respublikasının vətəndaşı İddiaçı arasında bağlanmış X40-yaşayış alqı-satqı müqaviləsindən müəyyən olunur ki, “MMC” ünvan 2 ünvanında yerləşən tikintidə olan "xxxx" MMC-yə məxsus yaşayış binasında qeyri-yaşayış sahəsini alıcıya satmağa, alıcı isə həmin sahəni almağa və sahənin haqqını (yüz min manat) vaxtında ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən binanın zirzəmi hissəsində 5 ədəd qaraj sahəsi daxili sanitariya və daxili tamamlanma işləri görülmədən bilavasitə alıcın özünə verilməlidir. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin dəyəri yüz min manat təşkil edir. Əlavə xərcləri yaraması təqdirinə alıcı bu xəcləri ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən “MMC”-nin alıcı ilk ödəməni gecikdirdiyi təqdirdə alıcını öhdəlikdən azad etmək ixtiyarı vardır. İlk ödəmədən sonrakı haqqların 30 gündən artıq gecikdirilməsi halında isə ”MMC”-nin müqaviləni bir tərəfli qaydada ləğv etmək ixtiyarı vardır. Bu halda ödənilmiş pulun miqdarı yalnız sahə başqa bir şəxsə verildikdən sonra alıcıya qaytarılmalıdır. Müqaviləyə əsasən sahə yalnız onun haqqı alıcı tərəfindən tam ödənildiyi halda onun mülkünə keçir.

17. İş materiallarında olan xx.xx.2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilən maliyyə arayışından müəyyən olunur ki, bu bianın qeyri yaşayış sahəsinin zirzəmi hissəsində 5 ədəd qaraj sahəsinin ümumi dəyəri yüz min manat alıcı İddiaçı tərəfindən tam ödənilmişdir.

18. İş materiallarında olan İddiaçı, X37 və X20 tərəfindən Cavabdeh göndərilən xx.xx.2024-cü il tarixli təklif (pretenziya) məktubundan müəyyən olunur ki, İddiaçı, X37 və X20 tərəfindən Cavabdeh 5 gün ərzində tələblərinin yerinə yetirilməsini təklif edilmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirmişdir.

19. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş maliyyə -yaşayış sahəsinin ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinin ümumi dəyəri 252.000 (iki yüz əlli iki min) məbləği alıcı X21 tərəfindən tam ödənilmişdir.

20. İş materiallarında olan xx.xx.2018-ci il tarixində "xxxx" MMC-nin direktoru X24 və Azərbaycan Respublikasının vətəndaşı X21 arasında bağlanmış X40-yaşayış alqısatqı müqaviləsindən müəyyən olunur ki, “MMC” ünvan 2 ünvanında yerləşən tikintidə olan “Avro-qrand “MMC yə məxsus yaşayış binasında qeyri-yaşayış sahəsini alıcıya satmağa alıcı isə həmin sahəni almağa və sahənin haqqını (iki yüz əlli iki min manat) vaxtında ödəməyi öhdəsinə götürür. Qeyri-yaşayış sahəsinin 1 kv.metrinin qiyməti 400 manat təşkil edir. Həmin müqaviləyə əsasən binanın 1-ci blok, 1-ci mərtəbədə 630 kv. qeyri-yaşayış sahəsi daxili sanitariya və daxili tamamlanma işləri görülmədən bilavasitə alıcının özünə verilməlidir. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin dəyəri 252000 (iki yüz əlli iki min) manat təşkil edir və alıcı inflyasiya və digər səbəblərdən binanın tikinti xərcləri artarsa əlavə edilmiş məbləği ödəyəcəyini öhdəsinə götürür.

21. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Binəqədi RPİ-nin 7-ci PB-nin qərarının surətindən müəyyən olunur ki, X9 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

22. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ittiham aktından müəyyən olunur ki, “.... Cinayət işinin başlanmasına səbəb və əsas "xxxx" MMC-nin təsisçisi X13 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa edilmiş yaşayış binada olan mənzilləri əvvəlcədən satıldığını gizlədərək həmin mənzilləri saxta alqı-satqı müqavilələri tərtib etməklə sataraq X5, X38, X25 və digərlərinə müxtəlif məbləqlərdə ziyan vurmaqla dələduzluq etməsi ilə bağı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanılnış material olmuşdur. “...Aparılmış istintaqla müəyyən edilmişdir ki, X24 14 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri, Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyatdan keçmiş "xxxx" MMC-nin (VÕEN **********) 10 yanvar 2014-cü il tarixdən 01 mart 2019-cu il tarixə kimi direktoru vəzifəsində işləyərkən MMC-nin 14 aprel 2009-cu il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlar bağlanması, rəsmi sənədlərin imzalanması və sair səlahiyyətlərinə malik təşkilatı- sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşa olunan 1 girişli, 21 mərtəbəli binanın 2-ci mərtəbəsində olan sahəsi 300 kv. metr qeyri yaşayış sahəsini 150 kv. metrini xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə asasən Cavabdeh satdığı halda, həmin qeyri yaşayış sahəsini 21 noyabr 2016-cı il tarixdə cəmiyyətin ünvan 6 ünvanında yerləşən ofisində X22 həmin tarixli alqı-satqı müqaviləsi ilə sataraq ondan 100.000 ABŞ dolları, həmin tarixə olan məzənnə ilə 170.910 manat pul vəsaitini alıb qeyriyaşayış sahəsinin Rövşən Ələkbərova tərtib etdiyi saxta rəsmi sənədlər olan 21 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli tam ödəniş olunması haqqında maliyyə arayışını Rövşən Ələkbərova təqdim etməklə ondan aldığı külli miqdar təşkil edən 170.910 manat məbləğində ələ keçirmişdir...”. “...Şahid qismində ifadəsi alınmış Cavabdeh göstərmişdir ki, Xanlar Cafarov da 2014-cü ildə Bakı şəhəri 9-cu mikrorayon ərazisində 20 mərtəbəli binanın inşasına başladı. Həmin binanın inşasına mişar daşı və aqlay daşını o vermişdir. Xanlara verdiyi daşın və aqlayın əvəzində 26 oktyabr 2014-cü ildə ona 3-cü mərtəbə 21 nömrəli 125 kv metr ölçüdə mənzili, 2015-2016-cı ildə həmin binanın ikinci mərtəbəsində olan 300 kv metr ölçüdə qeyri yaşayış sahəsini və 26 avqust 2016-cı ildə 1ci mərtəbədə 7 saylı 136 kv metr ölçüdə mənzili vermişdir. Həmin iki mənzil və 300 kv metr qeyri yaşayış sahəsinin alqı-satqı müqavilələrini və maliyyə arayışını onun adına sənədləşdirmişdir. Mənzillərin bir kv metr 1000 manata qeyri yaşayış sahəsini isə 1 kv metri 3500 manata qiymətləndirmişdir. 2018-ci ildə ona məlum olmuşdur ki, Xanlar binada olan mənzilləri bir neçə şəxsə satdığına görə həbs olunub. Xanlar və oğlu onunla əlaqə saxlayıb ona verilmiş iki ədəd mənzili şirkətə geri aytarmağını xahiş etmişlər və bunun əvəzində ona binanın 630 kv metr ölçüdə qarajını verəcəyini söz vermişlər. O razılaşmışdır. Mənzillərdən imtina ərizəsi yazmışdır. Xanlar özü həbsdə olduğundan şirkətin direktoru vəzifəsini icra edən Rahib Şükürov binanın 630 kv metr ölçüdə qarajının ona satılması ilə bağlı alqı-satqı müqaviləsi və maliyyə arayışını vermişdir. Qarajın 1 kv metri 400 manata hesablanmışdır, ümumi 252000 manat təşkil etmişdir. Sonradan ona məlum olmuşdur ki, qarajları ondan sonra Qorçuyev Elçin və Səfərov Elçinə satmışlar. Ona satılan obyektin 150 kv metri isə Rövşən Ələkbərovun adına rəsmiləşdirilmişdir...”

23. İş materiallarında olan xx.xx.2020-ci il tarixində “Avro-Qrand “MMC-nin adından təsisçi X24 və fiziki şəxs Cavabdeh arasında 31 saylı natoriat ofisində bağlanmış razılaşma müqaviləsindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən ünvan 7 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının arxasında tikinti planına uyğun olaraq sahəsi 630 kv.m. olan iki mərtəbəli qeyri yaşayış obyektinin müştərək qaydada tikintisinə, tikintiyə bərabər hissədə vəsait qoyulmasını üzərlərinə öhdəlik götürməsinə, sahənin ½ hissəsinə pay hüququna malik olunmalarına, gələcəkdə obyektin satışını digər tərəfin razılığı ilə "xxxx" MMC-nin həyata keçirməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmuşdur.

24. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X18 Agentliyinin xx.xx.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, binanın -6.00, -3.00 səviyyələrində yeraltı avtodayanacaqlar, texniki otaqlar, panduslar, 1-ci və 2-ci mərtəbələrində ticarət sahələri, giriş meydançaları, 3+17-ci mərtəbələrdə 1,2 və 3 otaqlı mənzillər, eyvanlar, texniki mərtəbədə isə liftin maşın şöbəsi, texniki sahə və eyvan nəzərdə tutulmuşdur.

25. 06 sentyabr 2024-cü il tarixində məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, "xxxx" MMC tərəfindən inşa edilmiş binaya birləşik 2 mərtəbəli qeyri-yaşayış sahəsi vardır. Qeyriyaşayış sahəsinə giriş binanın ön hissəsindəndir. Qeyri-yaşayış sahəsinin rigerləri MMC tərəfindən inşa edilən binaya bitişikdir.

26. İş materiallarında olan xx.xx.2015-ci il tarixində "xxxx" MMC-nin direktoru X24 və ünvan 8 ünvanında yaşayan Azərbayacan Respublikası vətəndaşı Cavabdeh arasında bağlanmış X40-yaşayış alqı-satqı müqaviləsindən müəyyən olunur ki, “MMC” ünvan 7 ünvanında yerləşən tikintidə olan "xxxx" MMC yə məxsus yaşayış binasında qeyri-yaşayış sahəsini alıcıya satmağa alıcı isə həmin sahəni almağa və sahənin haqqını (bir milyon yüz doxsan min manat) vaxtında ödəməyi öhdəsinə götürür. Qeyri-yaşayış sahəsinin 1 kv.metrinin qiyməti 3500 manat təşkil edir. Həmin müqaviləyə əsasən binanın 2-ci mərtəbədə məktəb tərəfdən ümumi sahəsi 340 kv.metr olan qeyri-yaşayış sahəsi daxili sanitariya və daxili tamamlanma işləri görülmədən bilavasitə alıcın özünə verilməlidir. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin dəyəri 1.190.000 (bir milyon yüz doxsan min) manat təşkil edir və alıcı inflyasiya və digər səbəblərdən binanın tikinti xərcləri artarsa əlavə edilmiş məbləği ödəyəcəyini öhdəsinə götürür. Müqavilə bağlandığı gün alıcı qeyriyaşayış sahəsinin 100% məbləğində ödəniş edilməsini öhdəsinə götürür və tam ödənildikdən sonra əmlak öhdəsinə keçir.

27. İş materiallarında olan xx.xx.2015-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən binanın qeyri yaşayış sahəsinin binanın 2-ci mərtəbədə məktəb tərəfdən ümumi sahəsi 340 kv.metr olan ümumi dəyəri bir milyon yüz doxsan min manat alıcı Cavabdeh tərəfindən tam ödənilmişdir və “MMC”-yə borcu yoxdur.

28. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışının surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Qaradağ RPİ 10-cu PŞnə müraciət edərək xx.xx.2020-ci il tarixdə özünə məxsus obyektdə baş vermiş yanğın zamanı Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomu, X15 adına olan Badamdar şossesi, ev 413 məxsus bütün sənədlər və Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov 10 ünvanında yerləşən özünə məxsus 340 kv sahəlik obyektin alqı satqı müqaviləsi, maliyyə arayışı və kassa mədaxil orderinin yanması barədə məlumat vermişdir.

29. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 28 may 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolu, 116 B ünvanda yerləşən sahədə baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

30. İş materiallarında olan "Avro-Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor səlahiyyətlərini icra edən Nümayəndə3 bir tərəfdən, digər tərəfdən alıcı adlandırılan Azərbaycan Respublikasının vətəndaşı X27 ilə xx.xx.2024-cü il tarixdə müqavilə bağlanımış, MMC ünvan 11 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının arxa hissəsinə bitişik 630.00 kv.m qeyri-yaşayış sahəsini "Alıcı"ya satmağı, "Alıcı" isə həmin qeyri-yaşayış sahəsini almağı və qabaqcadan müəyyənləşdirilmiş qeyriyaşayış sahəsinin haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayəş sahəsinin 1 kv.m-nin qiyməti 2000 (iki min) manat təşkil etmişdir.

31. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi tikinti X29 Sənədləri İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanladığı məktubdan müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 288 saylı sərəncamı, 13194 saylı inşaat pasportu və 18.112016-cı il tarixli, 18/03-8/3447 saylı məktubla razılaşdırılmış şəhərsalma əsaslandırması əsasında Binəqədi rayonu. Binəqədi şosesi, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində tikintisi nəzərdə tutulan yaşayış binasının təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həllinə baxılaraq (yaşayış binası: 1 girişli 18 mərtəbəli + mansarda (bir hissəsi - yaşayış sahəsi, digər hissəsi - qeyriyaşayış sahəsi), 1-ci mərtəbəsi, -6.00m və -300m səviyyələrindəki mərtəbələri qeyriyaşayış sahəsi; yaşayış binasına bitişik hissə: 1 mərtəbəli qeyri-yaşayış sahəsi və həyət (açıq terras), -6.60m və -3.30m səviyyələrində - avtodayanacaq "AM.M.LİNE” MMC-nin işi, LBM M.Əsgərov] razılaşdırılır.

32. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, "xxxx" MMC ilə X21 arasında bağlanmış xx.xx.2018-ci il tarixli X40-yaşayış alqısatqı müqaviləsində göstərilmiş, ünvan 2 ünvanında yerləşən “Avro-Qrand" MMC-yə məxsus 1 bloklu yaşayış binasının 1-ci blok 1-ci mərtəbəsində (+-0.00 səviyyəsindən yuxarı) 630 m² qeyri-yaşayış sahəsi binanın təsdiq edilmiş eskiz layihəsində nəzərdə tutulmuşdur. “Avro Qrand" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli X40-Yaşayış alqı-satqı müqaviləsinə əsasən, həmin binanın zirzəmi hissəsində (-3.3 m, -6.6 m səviyyələri) binanın təsdiq edilmiş eskiz layihəsi üzrə qaraj sahəsi nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən mübahisələndirilən sahə layihəyə uyğun olaraq "xxxx" MMC-yə məxsus yaşayış binasına bitişik inşa olunmuş 3 mərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində (-6.6 m) yerləşir. Lakin qeyd olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən sahə ilə 03 fevral 2020-ci il tarixli "X40-yaşayış alqı-satqı müqaviləsi"nə əsasən İddiaçı satılan sahə üst- üstə düşmür. Belə ki, 03 fevral 2020ci il tarixli "X40-yaşayış alqı- satqı müqaviləsi"nə əsasən İddiaçı satılan sahə Avro- Qrand" MMC-ə məxsus yaşayış binasında, binanın zirzəmi hissəsində, mübahisə predmeti olan sahə isə "xxxx" MMC-yə məxsus yaşayış binasına bitişik inşa olunmuş 3 mərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində (-6.6 m) yerləşir.

33. İş materiallarında olan xx.xx.2017-ci il tarixli "xxxx" MMC-nin şəxsində MMCnin (VÖEN **********) direktoru X24, digər tərəfdən fiziki şəxs Cavabdeh (s/v AZE № 0*******) arasında bağlanmış razılaşma müqaviləsinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa olunan cox mərtəbəli yaşayış binasınin arxasında tikinti planına uyğun olaraq hər mərtəbəsinin ümumi sahəsi 630 kv/m olan iki mərtəbəli qeyri yaşayış obyektinin müştərək qaydada tikintisinə razılaşmışlar, qeyriyaşayış obyektinin tikintisi üzrə tikinti smeta planına uyğun olaraq 435 000 (dörd yüz otuz beş min) manat təşkil etmiş, tərəflər qeyri-yaşayış sahəsinin tikintisinə bərabər hissədə vəsait qoymağı üzərlərinə öhdəlik götürmüşlər. Tərəflər hər mərtəbənin sahəsi 630 kv/m olan qeyri yaşayış sahəsinə 2/1 (ikidə bir) hissəsinə pay hüququna malikdirlər.

34. İş materiallarında olan DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin İstintaqı şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, vətəndaş X34 Baş İstintaq və Təhqiqat İdarəsinə ərizə ilə müraciət edərək 03 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 630 kvadrat metr qeyri-yaşayış sahəsinə nəzarət etmək üçün gedən zaman Xanlar Cəfərovun həmin qeyri yaşayış sahəsinin 200 kvadrat metr hissəsinin X8 adına satıldığı ona məlum olduğunu bildirib, bu barədə araşdırma aparılmasını xahiş etmiş, toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

35. İş materiallarında olan Abşeron Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1766/2020 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC ilə X30 arasında 20 may 2019-cu il tarixdə ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış "X40yaşayış sahəsinin alqı-satqısı haqqında" alqı-satqı müqavilə və "xxxx" MMC ilə alıcı X34 arasında 27 may 2019-cu il tarixdə bağlanmış "X40-yaşayış sahəsinin alqı-satqısı haqqında" alqı-satqı müqavilə etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, iş üzrə dövlət rüsumu üçün ödənilmiş 10 (on) manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehlər "xxxx" MMC-dən, X16 və X23 müştərək qaydada tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir.

36. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-428/2021 saylı qətnaməsinə əsasən Abşeron Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1766/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/933 saylı ekspert rəyinin surətindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, 25 may 2017-ci il tarixli Razılaşma müqaviləsində "Direktor: X7:" yazısının qarşısındakı imza X24 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 25 may 2017-ci il tarixli Razılaşma müqaviləsində Notariusun imzası" yazısının qarşısındakı imza X10 olunmuşdur. tərəfindən yox, X24 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur.

38. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 5/728 saylı ekspert rəyinin surətindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 25 may 2017-ci il tarixli "Razılaşma” müqaviləsinin arxa tərəfində olan "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notarius X1 №107 möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdurlar. Həmin möhür əksləri təqdim edilmiş 3M 3M-2, 3M-3, 3M-4, 3M-7.3 11, 3M-12, 3M-13, 3M-14,3M- 15 nömrəli işlərdə olan sənədlərdəki Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri X6 (X52 Notarıat ofisi) məzmunlu möhürün nümunələri ilə eynilik təşkil etmirlər. Tədqiq olunan möhür əksləri təqdim edilmiş 3M-81, 3m-85, 3m-83, 3m-84, 3m-78, 79, 3m-80, 3m-81, 3m-82 nömrəli işlərdə olan sənədlərdəki "Azərbaycan espublikasının Ədliyyə Nazirliyi* Bakı şəhəri* Notarius Gülməmmədova Şövkəт Firudin qızı şəhadətnamə №107" məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər.

39. İş materiallarında olan Avro Qrand MMC tərəfindən xx.xx.2016-cı il tarixində verilmiş maliyyə arayışının surətindən müəyyən olunur ki, ünvan 13 ünvanında yerləşən kooperativ bina "xxxx" MMC-yə məxsusdur. Bu binanın giriş yaşayış mərtəbəsində yerləşən ümümi sahəsi 136.6 m² olan 7 saylı mənzilin ümumi dəyəri yüz otuz altı min altı yüz (136.600) manat Cavabdeh tərəfindən tam ödənilmişdir, MMC-yə borcu yoxdur.

Tətbiq edilən hüquq:

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; 14.2.6. Başqa şəxsə zərər vurulması. - Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. - Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. - Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. - Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. - Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

42. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, iddia ərizəsinə dair etirazı, əlavə edilmiş sənədləri nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassızdır.

43. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, mülki məhkəmə icraatı ölkənin əsas qanunu olan Konstitusiyada nəzərdə tutulmuş icraatın növlərindən biri olub bu icraatın həyata keçirilməsinin məqsədi həqiqətin müəyyən edilməsindən ibarətdir. Hüquq ədəbiyyatında həqiqətin iki növü fərqləndirilir ki, onlardan biri “formal həqiqət”, digəri isə “obyektiv həqiqət”dir. Həqiqətin növlərinə əsasən məhkəmə icraatları da mülki, cinayət və inzibati məhkəmə icraatı kimi növlətə ayrılmışdır. Bərabərhüquqlu subyektlər arasındakı mübahisələrə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələri və kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki mübahisə də bərabərhüquqlu subyektlər arasındakı mübahisə olub bu tip mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

44. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında inzibati məhkəmə icraatından fərqli olaraq obyektiv həqiqətin deyil, formal həqiqətin müəyyən edilməsi məhkəmənin vəzifəsi olaraq təsbit edilmiş və buna görə də çəkişmə prinsipi (AR MPMnin 9-cu maddəsi) mülki məhkəmə icraatının, işin hallarının araşdırılması prinsipi (AR İPM-nin 12-ci maddəsi) isə inzibati məhkəmə icraatının ana prinsipi olaraq müəyyən edilmişdir. Bu prinsiplərin fərqləri ondan ibarətdir ki, çəkişmə prinsipi zamanı məhkəmə yalnız tərəflərin bərabərliyini təmin etməklə öz qərarını yalnız onların çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırır, amma inzibati məhkəmə icraatında tətbiq edilən işin hallarının araşdırılması prinsipinə əsasən isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırır. Bu isə onu göstərir ki, mülki məhkəmə icraatında hakimin səlahiyyətləri yalnız tərəflərin təqdim etdikləri sübutlarla məhdudlaşdırılmışdır.

45. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin istinad edilmiş normalarının imperativ tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə o deməkdir ki, məhkəmə tərəflərin və ya onlardan hər hansı birinin yerinə sübut toplayan bir orqan və ya qurum deyildir. Əks halda bu məhkəmənin işin hallarını obyektiv və şəffaf araşdırılması prinsipinə zidd olmaqla məhkəmənin də tərəf rolunda çıxış etməsinə səbəb ola bilərdi. Mülki prosessual qanunvericiliyin digər bir imperativ tələbinə əsasən tərəflərin tələb və ya etirazlarını əsaslandırmaq üçün əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Bu da onu deməyə əsas verir ki, sübutları məhkəmə deyil, tərəflər əldə etməli və öz tələblərini və ya etirazlarını da həmin sübutlar əsasında əsaslandırmalıdırlar. Mülki prosessual qanunvericiliyinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Burdan da aydın olur ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları özü sübut etməlidir.

46. Məhkəmə işin hallarını, eləcə də təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi iddiaçı tərəfindən sübut edilə bilinmədiyindən, başqa sözlə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, hazırki iddia rədd edilməlidir.

47. Belə ki, mülki iş materiallarında olan ekspert rəyindən, eləcə də məhkəmə tərəfindən keçirilmiş yerində müayinənin nəticələrindən də göründüyü kimi iddiaçının ona məxsus olduğunu iddia etdiyi qaraj sahələri cavabdehin sahiblik və istifadəsində olan qaraj sahələri ilə üst-üstə düşməməklə yanaşı, iddiaçı ilə bağlanmış müqavilədə həmin qaraj sahələrinin yaşayış binasının zirzəmisində yerləşdiyi qeyd edilmişdir. Lakin, yaşayış binasının eskiz layihəsindən də müəyyən edilir ki, 1 girişli 18 mərtəbəli yaşayış binasının zirzəmisi mövcud deyildir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında istinad edilən müqavilə bağlanarkən tərəflər arasında sahələrin təhvil-təslimi aparılmamış, sahələr iddiaçının bildirdiyinə görə sadəcə olaraq ona göstərilmişdir. Ona görə də məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılmasına dair iddiası əsassız olduğundan rədd edilməlidir. Cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılmasına dair tələbi ilə bağlı iddiaçının qeyd etdiyi hallar təsdiq edilmədiyindən, başqa sözlə iddiaçının ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsi ilə cavabdehin istifadəsində olan qeyri-yaşayış sahələri üst-üstə düşmədiyindən məhkəmə qeyd edir ki, iddiaçının həmin tələbinə bağlı olan digər tələbləri də rədd edilməlidir. Bununla yanaşı məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı onunla "xxxx" MMC arasında rəsmiləşdirilmiş müqavilədəən irəli gələn hüquqlarını həyata keçirmək məqsədi ilə "xxxx" MMC-yə qarşı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

48. Məhkəmə Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddia tələbinə münasibətdə bu qətnamənin 44-46-ci bəndlərində qeyd edilənləri rəhbər tutaraq bildirir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs olan MMC iddia tələbində qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmin halları sübuta yetirə bilmədiyindən, bunun əksi olaraq öz tələbini inkar edən sübutları məhkəməyə təqdim etdiyindən sözügedən tələb də öz təsdiqini tapmır, ona görə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən "xxxx" MMC-nin də tələbi rədd edilməlidir.

49. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərci olaraq iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddialar təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları da onların özünə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza ilə bağlı ekspertiza xərcinə münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən ekspertiza iddiaçının iddiasına görə keçirildiyindən və iddia tələbi də rədd edildiyindən ekspertiza xərci olaraq müəyyən edilmiş 100 manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

NƏTİCƏ HİSSƏSİ:

50. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cəfərova (Eyvazova) Dilşad Məhəmməd qızı və X27 cəlb edilməklə) “maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddiası rədd edilsin.

2. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.

3. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, sahənin təhvil verilməsi və müdaxilənin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin.

4. Ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMCyə aid edilsin.

5. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq X14, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

7. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar