Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-308/2023 30.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil1, Cavabdeh3 nümayəndəsi, Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 12 saylı notariat ofisinə, Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 32,6 kv.m olan əmlakın (qeyri-yaşayış sahəsinin) mərhum qardaşı X4 miras qalmış əmlak kütləsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri 12 saylı dövlət Notariat Kontorunda onunla, yəni İddiaçılə X14 arasında bağlanmış, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 32,6 kv.m olan daşınmaz əmlaka (qeyri yaşayış sahəsinə) dair 22 yanvar 2015-ci il tarixli, 4Ə-48 nömrəli bağışlama müqaviləsinin etibarsız edilməsi və bununla bağlı X7 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 32,6 kv.m olan daşınmaz əmlakı (qeyri-yaşayış sahəsi) mərhum qardaşı X8 bağışlamışdır. Lakin həmin müqavilə formal olaraq bağlanmışdır. Belə ki, həmin vaxt ailəsi ilə birlikdə İsrail Respublikasına köçməli idi. Həmin əmlakı idarə etmək və əmlakdan gəlir əldə etmək üçün müvəqqəti olaraq qardaşı Marikə bağışlamaq məcburiyyətində qalmışdır. Əslində mülkiyyətində olan əmlakı heç vaxt bağışlamaq və ya satmaq niyyəti olmayıb. Sözügedən əmlak hər zaman ona məxsus olmuş, əmlak tərəfindən idarə olunmuş, həmin əmlakda sahibkarlıq fəaliyyəti ilə özü məşğul olmuş, bütün kommunal və digər xərclər tərəfindən ödənilmişdir. Bundan başqa bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın onda olması bir daha qeyd edilən müqavilənin uydurma əqd olduğunu və həmin əmlakın ona məxsus olduğunu sübut edir. Bakı şəhəri Nəsimi rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 139920 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən mərhum qardaşı X14 xx.xx.2021-ci il tarixdə şəkərli diabet səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 450 nömrə ilə qeyd edilmişdir. Mərhum qardaşı X9 vərəsəlik işi ilə əlaqədar onun övladları Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X1. Hazırda qardaşı X4 miras qalmış əmlaklar onun vərəsələri arasında paylarına uyğun olaraq bölünməlidir. Bu səbəbdən o, qardaşının vərəsələri olan övladları Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X3, eləcə də qardaşımın həyat yoldaşı X5 müraciət edərək, sözügedən əmlakın, yəni ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 32,6 kv.m olan daşınmaz əmlakın (qeyri-yaşayış sahəsi) ona məxsus olduğunu və həmin əmlakın yenidən öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Mərhum qardaşım X7 vərəsələrindən olan arvadı X12, qızları Cavabdeh1 və X10 həmin əmlakın ona məxsus olduğunu təsdiq etdiklərini və həmin əmlakın ona geri qaytarılmasına heç bir etirazlarının olmadığını bildirsələr də, mərhum qardaşının digər vərəsələri olan oğlanları həmin əmlakın yenidən onun öz adıma rəsmiləşdirilməsinə etiraz edərək, həmin əmlakın vərəsə kimi onlara məxsus olduğunu iddia edirlər. Halbuki, yuxarıda qeyd etdiyi kimi, sözügedən qeyriyaşayış sahəsini müvəqqəti olaraq mərhum qardaşına bağışlamışdır. Aralarında olan razılaşmaya əsasən özü İsraildən qayıtdıqdan sonra həmin əmlak yenidən ona bağışlanmalı idi. Çünki, bağışlama müvəqqəti xarakter daşıyırdı. Mərhum qardaşının vərəsələrindən olan arvadı X12, qızları Cavabdeh1 və X10 bu halı təsdiq edirlər. Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatlarında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 32,6 kv.m olan qeyri-yaşayış sahəsi tərəflərin baba mülküdür. Belə ki, obyekt əvvəllər zərgər emalatxanası olmuşdur. İddiaçı 2015-ci ildə obyekti qardaşı Marikə bağışlamışdır. Lakin bu müqavilə formal xarakter daşımışdır. İddiaçı ailəsi ilə birlikdə İsrailə köçəcəyindən əmlakı idarə etmək və gəlir əldə etmək üçün əmlakı qardaşına bağışlamışdır. Obyekt Marikin adında olsa da, onun sahibi iddiaçı olmuş və gəlirlərini də iddiaçı götürmüşdür. Hazırda Marik öldüyündən bu əmlak ondan qalan miras kütləsinə daxildir. İddiaçı obyektin onun mülkiyyətinə verilməsi ilə bağlı Marikin vərəsələrinə müraciət etmiş və hazırki cavabdehlərdən Olesya və Zeynəb ona etiraz etməmişdir. Marikin oğulları Ruslan və David iddiaçı ilə razılaşmırlar. Cavabdehlərdən Olesya və Zeynəb hazırda İsraildə olduqlarından onları məhkəməyə gətirib iddianı etiraf etmələrini təmin edə bilmirlər. Lakin Yasamal Rayon Məhkəməsinin icraatında olmuş mülki işin protokollarında həmin cavabdehlərin iddianı etiraf etmələrinə dair izahatları vardır. Digər cavabdehlər Ruslan və Davidin Marikin vərəsəsi olması Elxana Marik xəstələnəndə, ölümündən qabaq məlum olmuşdur. Əmlak hazırda Elxanın istifadəsindədir. Obyekt icarəyə verilib. Elxan icarədən gələn gəliri götürərək vərəsələr arasında bölüşdürür.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Miras mübahisəsinə İddiaçı aidiyyəti yoxdur.
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatlarında bildirmişdir ki, Elxanla Marik arasında əmlak məsələsi həll olunub. Elxan İsrailə uzun müddət yaşamaq üçün getməyib. Sadəcə oraya gedib-gəlmişdir. Onun bu məqsədlə bağışlama etməsi inandırıcı deyil. Marikin şirkəti olmuşdur. Bu obyekt də şirkətin balansında olmuşdur. Daha sonra obyekti şirkətin balansından çıxarmaq üçün Elxanın adına keçirib. Bəzi məsələləri həll etdikdən sonra Marik obyekti yenidən öz adına qaytarıb. Əmlak əvvəldən Marikin olub. Sadəcə olaraq şirkətin borcları ilə bağlı Elxanın adına keçirib, daha sonra isə bağışlama müqaviləsi ilə özünə qaytarıb. Obyekt hazırda mirasın müvəqqəti idarəçisi Zeynəb xanım tərəfindən idarə olunur və gəlir götürülür. Marikin 4 vərəsəsi var. Notariusda miras işi də dayandırılıb. Məhkəmə iddiaları ilə bağlı miras əmlak bölünə bilmir. Obyekt hazırda icarədədir, Marikin sağlığında bağladığı icarə müqaviləsi hələ də qüvvədədir. İddiaçı Yasamal Rayon Məhkəməsində bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia qaldırsa da, sonradan həmin iddianı geri götürmüşdür. Hazırda Elxan həmin obyektdə fəaliyyət göstərmir. Zeynəb notarial qaydada mirasın idarəedicisi müəyyən olunduğundan obyektdən o, istifadə edir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər.
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
10. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 32,6 kv.m qeyri-yaşayış sahəsi on beş milyon dörd yüz əlli bir min manata "xxxx" firması tərəfindən alınmışdır və alanın toxunulmaz mülkiyyətidir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" firmasının adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixində ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir.
12. "xxxx" firmasının təsisçisi X14 ilə X18 arasında bağlanan xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, "xxxx" firmasına məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X16 bağışlanılmışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X2 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixində ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir.
14. İddiaçı Rambom oğlu ilə X14 arasında bağlanan xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı Rambom oğlu ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini hədiyyə alan X7 mülkiyyətinə verir. Müqavilənin 2-ci bəndinə əsasən bağışlanan daşınmaz əmlak hədiyyə verənə məxsusdur.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X7 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2015-ci il tarixində ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
16. Mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli binanın 1ci mərtəbəsindəki 32,6 kv.m qeyri-yaşayış sahəsi "xxxx" firmasının təsisçisi olan X8 məxsus olmuş daha sonra xx.xx.2014-cü il tarixində X11 bağışlanılmışdır.
17. Daha sonra İddiaçı Rambom oğlu ilə X14 arasında xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanmış və əmlak X8 bağışlanılmışdır.
18. X14 xx.xx.2021-ci il tarxində ölmüş, ölümü ilə bağlı vərəsəlik işi açılmışdır.
19. X15 isə həmin əmlakın əslində özünə məxsus olduğunu, qardaşına formal olaraq bağışlama müqaviləsi ilə verdiyini, faktiki olaraq öz istifadəsində olduğunu və bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir.
20. Cavabdeh3 isə iddia tələbini qəbul etməyərək, əmlakın əvvəldə Marikə məxsus olduğunu, Marik tərəfindən Elxana bağışlanıldığını, daha sonra isə əmlakın qanuni sahibinə Elxan tərəfindən qaytarıldığını iddia edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
21. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi "xxxx" Firmasının mülkiyyətində olmuş, xx.xx.2014-cü il tarixdə firmanın təsisçisi olan X14 tərəfindən qardaşı X6 bağışlanılmışdır. xx.xx.2015-ci ildə isə X13 həmin əmlakı yenidən X8 bağışlamışdır. Həmin dövrdən X14 vəfat edən xx.xx.2021-ci il tarixə qədər mübahisənin obyekti olan qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə tərəfləri arasında hər hansı mübahisə olmamışdır. X14 vəfat etdikdən sonra sözügedən əmlak miras əmlak kütləsinə daxil olmuş və X7 nikahdan kənar övladları iş üzrə cavabdehlər Cavabdeh2 və Yaqubov David də qanun üzrə vərəsələrin siyahısına daxil olmuşdur. Bundan sonra sözügedən əmlakla bağlı mübahisə yaranmışdır.
23. Hazırda iddiaçı qeyd edilən əmlakın formal bağışlama müqaviləsi əsasında miras qoyana bağışlandığını və əslində həmin əmlakın bütün ailəyə məxsus olduğunu və ondan istifadə edildiyini iddia edir. Eyni zamanda hesab edir ki, əslində həmin əmlak kimin adına qeydə alınmasından asılı olmayaraq bütün bacı və qardaşlarının ümumi mülkiyyətidir. Bundan əlavə iddiaçı bildirir ki, əgər qardaşının nikahdan kənar başqa övladlarının olduğundan xəbərdar olsa idi, əmlakı ona bağışlamazdı. Belə ki, digər vərəsələrlə onun arasında mübahisə yoxdur.
24. Göründüyü kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin iki qanuni əsası mövcuddur. Birincisi əqdin uydurma olması, ikincisi əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması.
25. Bununla bağlı aşağıdakı normalara nəzər yetirək.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
28. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır;
29. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir;
30. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;
31. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
32. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər;
33. 347.2. Vacib əhəmiyyətli yanılma bunlardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir;
34. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir;
35. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur;
36. 354.2. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər;
37. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
38. Əvvəla qeyd edilməlidir ki, mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə(əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).
39. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
40. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
41. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar).
42. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
43. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).
44. Bundan əlavə bağışlama müqaviləsi bir sıra fərqləndirici xüsusiyyətlərə malikdir: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur.
45. Sadalanan normalardan və işin hallarından o qənaətə gəlmək olar ki, iddiaçı göstərilən məqamların mövcudluğu aspektindən yanaşaraq müqavilənin etibarsız olduğu qənaətindədir. Lakin iddiaçı istinad etdiyi hallara dair hər hansı sübut təqdim etməmiş, iddia ərizəsinin məzmununda qeyd edilənləri sadalamaqla kifayətlənmişdir. Halbuki hazırki mübahisədə sübutetmə yükü əqdin edibarsızlığını tələb edən tərəfin üzərinə düşür.
46. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
47. Eyni zamanda nəzərə alınmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
48. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
49. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və bu səbəbdən iddia tələbi əsaslı hesab edilə bilməz. Tətbiq edilən prosessual normalar:
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
51. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
34. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 12 saylı notariat ofisinə, Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
35. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
36. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 12 saylı notariat ofisinə, Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev