Məhkəmə qərarları › İş №e-2(001)-3113/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3113/2024

11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3113/2024 11.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1-ci bina, 2-ci giriş, 17-ci mərtəbəsində yerləşən 103.4 kv.m olan №112K saylı qeyri yaşayış sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün Cavabdehn üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və protokoldan çıxarışı İddiaçı verilməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehndən 21 sentyabr 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış evinin 1-ci bina, 2-ci giriş, 17-ci mərtəbəsində yerləşən 103.4 kv.m olan №112K saylı qeyri yaşayış sahəsinin pulunu tam ödəyərək cavabdehdən almışdır. Mənzili 21 sentyabr 2007-ci il tarixdən aldığı ilk gündən Cavabdeh MTK onun hüquqlarını pozmuş, vəzifəsi olan mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində alınması ilə bağlı və binanın dövlət qeydiyyatına salınmasına dair MTK tərəfindən tədbir görülməmişdir. Bundan başqa aldığı mənzilin müqaviləsinin 2.1-ci maddəsinin 5-ci abzasına əsasən verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (“payçı”nın hesabına orderin və kupçanın verilməsi və s) Cavabdeh MTK-nın vəzifəsi kimi müəyyən edilmişdir. Aldığı mənzil üzərində mülkiyyət hüqüqunun dövlət reyestrində qeydə alınması üçün Cavabdeh MTK tərəfindən heç bir tədbir görülməmiş, başqa sözlə mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Dəfələrlə bu barədə MTK rəhbərliyinə müraciət etsə də, sonuncular təhvil-təslim aktını imzalamaqdan və mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinin 1-ci bina, 2-ci giriş, 17-ci mərtəbəsində yerləşən 103.4 kv.m olan №112K saylı qeyri yaşayış sahəsinin pulunu tam ödəmişdir. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, Cavabdeh MTK ona, protokoldan çıxarışı və maliyyə arayışını səbəbi göstərilmədən verməkdən imtina etmişlər. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçiriklməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh MTK məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: “Podratçı” olaraq Cavabdeh MTK-nin sədri C.Xasayevlə “Sifarişçi” adlanan İddiaçı arasında bağlanmış 21 sentyabr 2007-ci il tarixli müqavilə”dən görünür ki, İcraçı ünvan 2 ünvanında yerləşən yaşayış evinin 1-ci bina, 2-ci giriş, 17-ci mərtəbəsində yerləşən 103.4 kv.m olan №112K saylı qeyri yaşayış sahəsini payçıya verməyi öz öhdəsinə götürmüş, payçı isə öz növbəsində qeyri yaşayış sahəsinin 1 kv/metri üçün 500 manat , ümumi məbləğ 51700 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci maddəsinin 5-ci abzasına əsasən verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (“payçı”nın hesabına orderin və kupçanın verilməsi və s) Cavabdeh MTK-nın vəzifəsi kimi müəyyən edilmişdir. 30 mart 2015-ci il tarixli, 702 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinin 1-ci bina, 2-ci giriş, 17-ci mərtəbəsində yerləşən 103.4 kv.m olan №112K saylı qeyri yaşayış sahəsinə dair payçı İddiaçı qeyd edilən yaşayış sahəsi üçün borcu yoxdur. İddiaçı Cavabdeh MTK-nın rəhbərliyinə edilmiş xx.xx.2023-cü il tarixli müraciətindən görünür ki, əmlak üzərində hüquqlarının dövlət qeydiyatına alınması üçün müvafiq sənədlərlə "xxxx" xidmət mərkəzinə müraciət etdiyini, ona çıxarışı almaq üçün MTK-nın protokolundan çıxarışı və maliyyə arayışının lazım olduğu bildirilmişdir. Ona görə də ona məxsus əmlakın üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazım olan protokoldan çıxarış və maliyyə arayışının 10 (on ) iş günü ərzində ona təqdim edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1-ci və 139-1.1.6-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən edilən hallarına görə tərəflər arasında 21 sentyabr 2007-ci il tarixli müqavilə”dən görünür ki, İcraçı ünvan 2 ünvanında yerləşən yaşayış evinin 1-ci bina, 2-ci giriş, 17-ci mərtəbəsində yerləşən 103.4 kv.m olan №112K saylı qeyri yaşayış sahəsini payçıya verməyi öz öhdəsinə götürmüş, payçı isə öz növbəsində qeyri yaşayış sahəsinin 1 kv/metri üçün 500 manat , ümumi məbləğ 51700 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərin icra edilməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı sözügedən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı zəruri sənədlərin cavabdeh tərəfindən verilməməsi ilə bağlıdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən, iddiaçının dəlilləri ilə razılaşır. İlk növbədə qeyd olunamılıdır ki, iddiaçının mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmasa da, həmin mənzil sonuncunun qanuni sahibliyi və istifadəsindədir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “....Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri¬¬yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.”. Həmin Qərarda belə nəticəyə gəlinmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.”. Hazırkı halda iddiaçı tərəfindən mübahisəli mənzilə dair pay haqqını tam ödəməsi iş üzrə mübahisələndirilmir. Cavabdeh isə qeyd edilən qeyri yaşayış sahəsinin sənədlərinin iddiaçıya hansı səbəbdən verməməsinə dair heç bir səbəb göstərməmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin faktiki halları və təqdim edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı Aydən oğlu arasında 21 sentyabr 2007-ci il tarixdə müqavilə bağlanmış və bununla da onlar arasında öhdəlik münasibətləri yaranmışdır. İddiaçı mənzilin müqavilədə razılaşdırılmış dəyərini tam olaraq cavabdehə ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qeyri yaşayış sahəsinə görə 21 sentyabr 2007-ci il tarixli müqavilə üzrə pulun ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyə tam əməl etmiş və qeyri yaşayış sahəsi ona təhvil verilmişdir. Belə olan halda iddiaçının qanuni sahibliyində və istifadəsində olan ünvan 2 ünvanında yerləşən yaşayış evinin 1-ci bina, 2ci giriş, 17-ci mərtəbəsində yerləşən 103.4 kv.m olan №112K saylı qeyri yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün zəruri sənədlərin cavabdeh MTK tərəfindən verilməsindən imtina olunması əsassızdır və iddiaçının mülkiyyət hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə də ziddir. Odur ki, iddia təmin edilməlidir. İddia təmin edildiyindən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış evinin 1-ci bina, 2-ci giriş, 17-ci mərtəbəsində yerləşən 103.4 kv.m olan №112K saylı qeyri yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi üçün həmin qeyri yaşayış sahəsinin ona verilməsi barədə mənzil-tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın İddiaçı verilməsi öhdəliyi Cavabdehnə həvalə olunsun. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar