Məhkəmə qərarları › İş №e-2(001)-3187/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3187/2025

04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3187/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı xeyrinə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 5 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin tikintisinə çəkilmiş 25535 (iyirmi beş min beş yüz otuz beş) manat pulun və 167 (bir yüz altmış yeddi) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh və X7 ilə aralarındakı razılığa əsasən xx.xx.2016-cı il tarixdə alqı-satqı niyyəti ilə vətəndaş X2 istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 5 saylı binanın qarşısında yerləşən qarajı 4000 (dörd min) manat məbləğində X4 ödəməklə həmin qarajı S.Ninanın yaxın qohumu X3, İddiaçı, X5 və Cavabdeh iştirakları ilə tərtib edilmiş AKT əsasında Cavabdeh adına alqı-satqı edilərək rəsmiləşdirilmişdir. Cavabdehlə Əli Həsənov həmin vaxtlarda birgə ortaqlıq kimi çıxış etmiş lakin maddi imkanlarının olmadığından aralarında belə razılığa gəlmişlər ki, alqı-satqı məqsədilə Cavabdeh adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 5 saylı binanın qarşısında yerləşən qarajın yerində İddiaçı vəsaiti hesabına qeyri-yaşayış sahəsi tikilsin və həmin tikili sonradan satılaraq onun satışından əldə olunan gəlirdən İddiaçı tərəfindən çəkilmiş xərclər İddiaçı geri qaytarıldıqdan sonra əldə olunmuş qazanc İddiaçı ½ pay, Cavabdeh və Əli Həsənova isə ½ pay olmaqla paylar bölünməli imiş. Qeyd etmək istəyirik ki, İddiaçı şəxsi vəsaiti hesabına 2016-cı ilin dekabrında qeyri-yaşayış sahəsinin tikintisinə ümumilikdə 25535 (iyirmi beş min beş yüz otuz beş) manat xərc çəkilmiş və həmin xərcin doğruluğunu həmçinin həmin qeyriyaşayış sahəsinə İddiaçı sahiblik etdiyini Cavabdeh, X7, X1, eləcədə qeyd edilən qarajın tikintisində iştirak edən Seymur Hacıyev, (plastik korpusun düzəlməsi), İlqar Atakişiyev (giriş qapısının qoyulması), Dam örtüyü panellərinin çatdırılmısını və quraşdırılmasını təşkil edən Vaqif Əliyev təsdiqləyə bilərlər. Sözügedən qeyri-yaşayış sahəsi tikilib başa çatdıqdan sonra Cavabdeh həmin qeyri-yaşayış sahəsinin satışını həyata keçirməyi öz üzərinə götürsə də lakin 2 il müddət ərzində həmin qeyri-yaşayış sahəsinin satışını bizə məlum olmayan səbəblərdən nədənsə həyata keçirə bilməmiş, xüsusən də İddiaçı aldadaraq tezliklə satılacağına inandırmağa çalışmış və sonradan İddiaçı məlum olmuşdur ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsini ümumiyyətlə satmaq niyyətində olmamışdır. Belə olan halda sonradan razılığa gələrək həmin qeyri-yaşayış sahəsi bir müddət İddiaçı istifadəsinə verilmiş, lakin sonradan həmin sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh istifadəsində olmaqla aylıq icarəyə verilmişdir. Cavabdeh bu illər ərzində həmin qeyriyaşayış sahəsinin satmaq niyyətində olmadığını etiraf etsə də lakin İddiaçı şəxsi vəsaiti hesabına həmin qeyri-yaşayış sahəsinin tikintisinə qoyduğu 25535 (iyirmi beş min beş yüz otuz beş) manat pulun İddiaçı geri qaytarılmasından açıq-aşkar boyun qaçırmışdır. Dəfələrlə pulun qaytarılması barədə Cavabdehlə İddiaçı arasında danışıqlar aparılsa da nəticə etibarilə məsələ öz həllini bu günədək tapmamışdır. Pulun qaytarılması ilə bağlı Cavabdeh № 18VB-2243VK/03/25 saylı xx.xx.2025-ci il tarixli Pretenziya məktubu göndərilmiş lakin həmin Pretenziya məktubuna Cavabdeh tərəfindən bu günədək heç bir münasibət bildirməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, İddiaçı tərəfindən tikilmiş sözügedən qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq, İddiaçı müraciəti və iştirakı ilə "xxxx" ASC və "xxxx" ASC-dən Texniki Şərtlər alınmış və müvafiq sayğaclar quraşdırılmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. -39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir -151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki iş materiallarından görünür ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Quba rayonu ikinci Nügədi kəndidir. Lakin iddiaçı mübahisənin obyekti olan qeyri-yaşayış sahəsinin Binəqədi rayonu ərazisində yerləşdiyinə əsaslanaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Buna baxmayaraq hesab edirəm ki, iddia tələbi müstəsna aidiyyətin təsir dairəsinə düşmür. Belə ki, iddia ərizəsinin əsaslandırılmasından müəyyən edildiyi kimi, tərəflər arasında olan razılaşma ilə iddiaçı tərəfindən cavabdehə məxsus qaraj tikilisinin yerində gələcəkdə satılması məqsədilə qeyri-yaşayış sahəsi inşa edilmiş və tikiliyə 25535 manat vəsait xərclənmişdir. İddia edildiyinə görə cavabdeh həmin qeyri-yaşayış sahəsinin satışını təmin edə bilmədiyindən, iddiaçı orada apardığı tikintiyə sərf etdiyi vəsaiti hazırda cavabdehdən tələb edir. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə,daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Lakin müəyyən edildiyi kimi iddia tikintiyə çəkilən xərcin ödənilməsi, yəni pul tələbi ilə bağlıdır. Bu səbəbdən hazırki iddia tələbinə cavabdehin rəsmi qeyə alındığı yerin məhkəməsində baxılmalıdır. Odur ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməməli və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş 167 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır və izah olunmalıdır ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,36, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş 167 (yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar