Məhkəmə qərarları › İş №e-2(001)-3210/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3210/2023

28.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3210/2023 28.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, İddiaçı Cavabdehnə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdehnə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC-yə məxsus 99JP462 markalı nəqliyyat vasitəsinə aid olan inzibati cərimələr onun adına yazılır. Halbuki, nə bu qurum haqqında nə də ki, bu nəqliyyat vasitəsi haqqında heç bir məlumatı yoxdur. Bu haqda DYP-ya məktubla müraciət etməyinə və DİN-dən 17 fevral tarixində bu məsələ ilə bağlı iş qeydiyyata alınması bildirilməsinə baxmayaraq hələ də cərimələr onun adında qalıb. Bu haqda dəfərlərlə Daxili İşlər Nazirliyinə şifahi və yazılı məlumatlar verilib. Onu da bildirmək istəyir ki, 99JP462 nömrəli nəqliyyat vasitəsi avtobusdur. Onun isə sürücülük vəsiqəsi B kateqoriyalıdır. Cərimənin ona gəlməsi hüquqi baxımdan heç cür qanuna uyğun deyil. https://asanpay.az/ portalında adında olan cərimələrə nəzər saldıqda xx.xx.2023 tarixinə 1436 AZN cərimə olduğu göstərir. Hansı ki, bu onun ölkə xaricinə getmək istəyinə də maneələr yaratmaqdadır. Qeyd olunanları nəzərə alaraq qanun pozuntusu ilə əlaqədar onun adına yazılan cərimələrin ləğv edilməsi, bu məsələlərə dair ayırdığı vaxt, yaşadığı psixoloji gərginlik və adında cərimənin götürülməməsi onun ölkə xaricinə çıxmağına maneə yaratmağı səbəbindən ona dəymiş olan zərərə görə 2000 AZN kompensasiya verilməsinin təmin edilməsini xahiş edir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı faktiki olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş qərarlar əsasında tətbiq edilmiş cərimələrin ləğv edilməsini xahiş edir. Cavabdeh kimi göstərilən Cavabdehnə qarşı isə hər hansı tələb irəli sürülməmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki, Cavabdeh ümumiyyətlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş qərarlar əsasında tətbiq edilmiş cərimələri ləğv etmək səlahiyyətinə malik olan şəxs də deyil. Göstərilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarların mübahisələndirilməsinə (cərimənin ləğv edilməsinə) iddia icraatı qaydasında deyil, inzibati xəta haqqında iş üzrə icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmçinin onu da qeyd edirəm ki, iddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi təqdirdə isə, həmin cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə deyil, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidir. Çünki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh hüquqi ünvanı AZ1052, ünvan 1ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya narazı qaldığı inzibati xəta haqqında qərarların ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə icraat qaydasında şikayət vermək hüququ izah edilməlidir. Həmçinin iddiaçıya izah edilməlidir ki, o, Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi təqdirdə isə həmin MMC-nin hüquqi ünvanı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdehnə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilməlidir ki, o, narazı qaldığı inzibati xəta haqqında qərarların ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə icraat qaydasında şikayət vermək hüququ var. İddiaçıya izah edilməlidir ki, o, Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi təqdirdə isə həmin MMC-nin hüquqi ünvanı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar