Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3237/2022 23.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçınının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 13336,48 manat məbləğində pulun, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 130,01 manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, 14100 ABŞ dolları, 7277 manat məbləğində pul vəsaiti, 750 əyar qızıl-zinət əşyaları və “HTC M8” mobil telefonun Cavabdeh2, Cavabdeh1, 13336,48 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq ona qaytarılması xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2278/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 2168,5 manat məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia "xxxx" MMC-yə qarşı 13336,48 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində təmin olunmamışdır. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə qarşı 13336,48 manat iddiaçının həyat yoldaşının vəfat etməsi ilə əlaqədar olaraq əmək haqqının üç misli miqdarında müavinətdir və həmin vəsait "xxxx" MMC tərəfindən xx.xx.2016-ci il tarixdə ölən adamın bank hesabına köçürülmüş və buna görə də "xxxx" MMC heç bir məsuliyyət daşımır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-11125/2019 saylı qərardadı ilə Cavabdeh2 ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli barışıq sazişi təsdiq edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə ləğv edilmiş və onlara münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-11125/2019 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin olunmayaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi kassasiya instansiyasında dəyişdirilmədən saxlanılmışdır. İddiaçının arvadı X3 2016-cı ilin fevral ayından etibarən ağır xəstəliyə tutulmuşdur. xx.xx.2016-cı il tarixdə o, ağır vəziyyətdə X4 yerləşdirilmiş və orada müayinə olunaraq ona “Sol kürək nahiyyəsinin primitiv neyroektodermal tumoru. Yumurtalığın mts İV mərhələ” diaqnozu qoyulmuşdur. Çoxsaylı müalicələr almasına baxmayaraq onun vəziyyəti getdikcə pisləşmiş və xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X1 ağır xəstəliyindən istifadə edən iddiaçının qayınanası Cavabdeh2 və baldızı Cavabdeh1 arvadının ölümünə bir həftə qalmış onların yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları, ev 111, 8 saylı mənzilə icazəsiz və onların xəbəri olmadan daxil olmuş, iddiaçıya və onun arvadına məxsus 9100 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını oğurlamışlar. Həmçinin arvadının əmək haqqı bank kartını götürərək kartda olan bütün vəsaitləri mənmsəmişlər. Belə ki, qeyd edilən kart hesabına iddiaçının arvadının sağ ikən aldığı əmək haqqından başqa işlədiyi "xxxx" MMC tərəfindən arvadının ölümü ilə əlaqədar AR Əmək Məcəlləsinə əsasən onun kart hesabına köçürülmüş sağ ikən aldığı əmək haqqının üç misli miqdarında olan 13336,48 manat müavinət də mənimsənilmişdir. Onlar bunu iddiaçının arvadı tərəfindən yazılmış vəziyyətnamə ilə əsaslandırmışlar. Lakin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verildikdə vərəsə tərəfindən qəbul edilmiş sayılır, ancaq qanun üzrə vərəsələrdən notariat kontoruna iddiaçıdan başqa müraciət edən olmamışdır. Bunun üçün qeyd edilən pul vəsaiti ona və onun vəfat etmiş həyat yoldaşı ilə birgə nikahlarından doğulan X2 (xx.xx.2008-ci il təvəllüdlü) və X5 (xx.xx.2012-ci il təvəllüdlü) çatmalıdır. Əlavə olaraq qeyd edim ki, Cavabdeh2 ilə barəbar iddiaçı və onun vəfat edən həyat yoldaşı ila birgə nikahlarından doğulan uşaqlar da qanun üzrə vərəsədir və qeyd edilən pul vəsaiti üzərində qanun üzrə pay sahibidirlər. Cavabdehlərlə iddiaçı arasında olan mübahisələr üzrə qəbul edilmiş və qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq olunmuşdur ki, həqiqətən iddiaçının arvadının vəfat etməsi ilə bağlı onun işlədiyi "xxxx" MMC tərəfindən 13336,48 manat müavinət onun kart hesabına köçürülmüşdür. Bu iş üzrə subutlardan da aydın görünür. Həmin pul vəsaitinin köçürüldüyü plastik kartın 2016-ci il avqust ayından cavabdehlərdə olması onların özləri tərəfindən də etiraf edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının vəfat etmiş həyat yoldaşı X1 vəfat etməsi ilə əlaqədar kart hesabına "xxxx" MMC tərəfindən köçürülmüş 13336,48 manat pul cavabdehlərin qanunsuz mülkiyyətindən alınaraq iddiaçının mülkiyyətinə verilməlidir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etmədiklərini, iddianın heç bir əsasının olmadığını bildirmişdir. Digər cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməy gəlməmiş, gəlməməsinin üzrlü səbəbləi barədə məhkəməni öncədən məlumatlandırmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 01 noyabr 2019-cu il tarixli, 2(103)-11125/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(001)- 2278/2019 saylı qətnaməsi ilə 2186,5 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2(103)-11125/2019 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilərək Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə ləğv edilmiş və onlara münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2019-cu il tarixli, 2(103)-11125/2019 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinn 31 may 2019-cu il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırki halda iddiaçı "xxxx" MMC tərəfindən mərhum arvadının bank kartına müavinət kimi köçürülmüş 13336,48 manat pulun cavabdehlər tərəfindən götürüldüyünü iddia etsə də, bunu təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur və iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3237/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3237/2022
23.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver