Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3352/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X21rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, məhkəmədən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2590/2019 saylı 06 avqust 2019-cu il tarixli qərarının icrasının gecikdirilməsi qanunsuz hesab edilməklə, həmin qərar əsasında İddiaçı1 xeyrinə tutulmalı olan 150.000 manat pul məbləğinə, 4,5 il üçün hesablanmış 33.750 (otuz üç min yeddi yüz əlli) manat faiz məbləği, mənəvi zərərə görə 1500 (min beş yüz) manat, hüquqi yardıma görə 350 (üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 151 (yüz əlli bir) manat, İddiaçı2 xeyrinə tutulmalı olan 150.000 manat pul məbləğinə, 4,5 il üçün hesablanmış 33.750 (otuz üç min yeddi yüz əlli) manat faiz məbləği, mənəvi zərərə görə 1500 (min beş yüz) manat, hüquqi yardıma görə 350 (üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 151 (yüz əlli bir) manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar X9, X10, İddiaçı2 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahələrinin hər sotu 6000 manat olmaqla X5 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 manat, X7 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 manat, İddiaçı2 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 və cavabdehin qanunsuz davranışı nəticəsində 50.000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər və iddialarını onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X19 inkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və X16 ərazisindəki 1037 a/b nömrəli bağın istifadəyə verilməsi haqqında iddiaçıya 26 sentyabr 2006-cı il tarixində 38573 saylı 0,25 hektar torpaq sahəsinə dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X20 inkişafı Departamenti BağlarTəsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə biz iddiaçılar arasında Goradil ərazisindəki 1145 a/b nömrəli bağın istifadəyə verilməsi haqqında 24 sentyabr 2007-ci il tarixində 40166 saylı 0,25 hektar torpaq sahəsinə dair müqavilə, 1073 a/b nömrəli bağın istifadəyə verilməsi haqqında onunla 10 yanvar 2007-cı il tarixində 39212 saylı 0,25 hektar torpaq sahəsinə dair müqavilə bağlanmışdır. Həmin bağ sahəsi qanuni əsaslarla sahibliyində və istifadəsində olmuş, faktiki mülkiyyət kimi davranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 08 iyul tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər əlavə Tədbirlər olanının davamı layihəsi çərçivəsində iddiaçılara məxsus daşınmaz əmlakın tikinti altına düşmüş və kompnesasiya verilməmişdir. Həmin ərazilər dövlət ehtiyacları üçün alınsa da bu günə qədər iddiaçılara dəymiş ziyan ödənilməmiş və cavabdeh quruma müraciət etdidkə,rəsmi qaydada cavab verilməsə də, iddiaçıların məhkəməyə müraciət etmələri və məhkəmə qərarları əsasında onlara kompensasiya ödəniləcəyi bildirilmişdir. Cavabdehin hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasına və qanunların tələblərinə tamamilə ziddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2590/2019 saylı 06 avqust 2019-cu il tarixli qərarı ilə iddianın qismən təmin olunması, Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahələrinin hər sotu 6000 manat olmaqla, X5 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 manat, X7 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 manat, İddiaçı2 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərar alınmışdır. Həmin qərardan şikayət verilməmiş və uzun müddətdən sonra, yəni xx.xx.2023-cü il tarixdə kompensasiya məbləği mülkiyyətçilərə ödənilmişdir. Əmlak kompleksinə görə kompensasiya məbləği 15 il gecikdirilməklə mülkiyyətçiyə ödənilmişdir. Mülkiyyətçinin bu müddət ərzində həmin vəsaitdən istifadə edə bilməməsi onun əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd edildiyi kimi əmlak kompleksi 2008-ci ilin yay aylarında sökülmüş, müvafiq kompensasiya isə iddiaçılara 2023-cü ilin noyabr ayının 22-də ödənilmişdir. Ona görə hesab edir ki, kompensasiya məbləğinin 2008-ci ildən xx.xx.2023- cü il tarixədək ödənilməyərək gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 75000 manat pul Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən iddiaçıların xeyrinə tutulmalıdır. Sözügedən məbləğin ödənilməsi üçün məktubla cavabdehə müraciət etsək də, lakin cavabdeh iddiaçının nəinki tələbini təmin etməmiş və ümumiyyətlə həmin məktub cavablandırlmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1- ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan normalardan göründüyü kimi öhdəlik, o cümlədən pul öhdəliyi zərər vurulması əsası ilə də yarana bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya məxsus əmlak kompleksi dövlət ehtiyacı üçün söküldüyünə görə cavabdehin həmin zərərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Lakin cavabdeh həmin öhdəliyi gecikdirərək icra etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazını müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddiaya yazılı etirazında göstərir: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2590/2019 saylı 06 avqust 2019-cu il tarixli qərarının icrasının gecikdirilməsi qanunsuz hesab edilməklə, həmin qərar əsasında iddiaçıların xeyrinə tutulmalı olan 300.000 manat pul məbləğinə, 4,5 il üçün hesablanmış 67,500 (altmış yeddi min beş yüz manat) faiz məbləği, mənəvi zərərə görə 3000 (üç min) manat, hüquqi yardıma görə 700 (yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun 302 (üç yüz iki) manat dövlət rüsumunun iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirik ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçılar X9, X10, İddiaçı2 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahələrinin hər sotu 6000 manat olmaqla X5 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 manat, X7 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 manat, İddiaçı2 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 və cavabdehin qanunsuz davranışı nəticəsində 50.000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2590/2019 saylı 06 avqust 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin olunması, Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahələrinin hər sotu 6000 manat olmaqla, X5 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 manat, X7 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 manat, İddiaçı2 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçıların qeyd etdiyi kimi Qərar qanuni qüvvəsini almış, icraya yönəlmiş və 22 noyabr 2023-cü il tarixində həmin məbləğ "xxxx" ASC vasitəsilə cavabdeh tərəfindən ödənilmişdir. Hazırda isə iddiaçı öna ödənilməli olan məbləğin indeksasiyasını tələb edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prossesində mübahisələndirilmir və yenidən sübut edilmir. X2 şikayəti üzrə Azərbaycan Respublikası Konstiutusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyrimümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfü deyildir ki, Mülki Prosessual Məcəllənin 233-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər. Habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cü maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onlrın bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş bütün dövlət orqanları və vəziəli şəxslər tərəfindən qanunla müəyyən olunmuş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbdə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Belə mövqe insan hüquqları üzrə Avropa məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumınyaya qarşı” 28 oktyabr 1999-cu il tarixlə qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə həll olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, “res yudicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi) nəzərdə tutur. Eyni zamanda bir məsələyə ikili yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Göstərilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan X1rşı pul tutulması tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2590/2019 saylı qərarı ilə iddiaçılar X3, X4, İddiaçı2 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) qarşı kompensasiya ödənilməsi tələbinə dair iddiasi qismən təmin edilmiş, Novxanı- Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahələrinin hər sotu 6000 manat olmaqla, X5 məxsus Göradil bağ massivində yerləşən 0,25 ha sahəsi üçün 150000 manat, X8 məxsus Goradil bağ massivində yerləşən 0,25 hektar sahəsi üçün 150000 manat, İddiaçı2 məxsus Goradil bağ massivində yerləşən 0,25 hektar sahəsi üçün 150000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
7. Qərarda göstərilir ki, işdə olan Azərbaycan Respublikası Bakı ŞİH Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Goradil ərazisindəki 1001 a/b nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 33856 saylı müqaviləyə əsasən Binəqədi rayonu, Goradil ərazisində 0.25 ha torpaq sahəsi olan 1001 a/b nömrəli bağ sahəsi İddiaçı2 istifadəsinə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Bakı ŞİH Başçısı Aparatının Abadlaşdırma və ParkBağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Goradil ərazisindəki 1037 a/b nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2006-ci il tarixli, 38573 saylı müqaviləyə əsasən Binəqədi rayonu, Goradil ərazisində 0.25 ha torpaq sahəsi olan 1037 a/b nömrəli bağ sahəsi X6 istifadəsinə verilmişdir
8. Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2014-cü il tarixli, 1016 saylı arayışdan görünür ki, X9 və X14 arasında nikah haqqında xx.xx.1975-ci il tarixdə, 1213 №-li akt qeydi tərtib olunmuşdur. Nikah qeydə alındıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdatəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda göstərilir: mərhum X12 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsə İddiaçı1 tərəfindən müraciət olunmuşdur, vərəsələrin dairəsi müəyyən edilmişdir, məlum olmuşdur ki, İddiaçı1 – X13 vərəsəsidir, mərhumdan qalan miras əmlaka tərəfimizdən vərəsəlik işi açılmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar olaraq, mərhum X17nun adına olan ünvan 2 ünvanda yerləşən 0,25 ha torpaq sahəsinə çıxarış verməyinizi sizdən xahiş edirəm.
10. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 2/985 saylı arayışda göstərilir: verilir Sabunçu RİHB-nın Nardaran qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfidən ki, X17 AZ-İİ 078251 saylı ölüm haqqında şəhadətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə vəfat edən günə kimi Nardaran qəsəbəsindəki Həsənbəy ünvan 3 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Aşağıda adı qeyd olunan ( xx.xx.1950-ci il təvəllüdlü İddiaçı1 (gəlini) yoldaşı onunla birlikdə həmin ünvanda yaşamış və hal-hazırda da qeydiyyatdadır və yaşayır. Onun vəfatından sonra ünvana faktiki sahiblik edir və kommunal xərcləri ödəyir.
11. İddiaçılar tərəfindən məhkəmədə iddia qaldırılması üçün 302 (151+151) manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 08 iyul tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər planının davamı layihəsi çərçivəsində iddiaçılara məxsus daşınmaz əmlaklar həmin tikintinin altına düşmüş, ərazilər dövlət ehtiyacları üçün alınsa da iddiaçılara dəymiş ziyan ödənilməmişdir. İddiaçılar hüquqlarının müdafiəsi üçün məhkəmyə müraciət edirlər və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2590/2019 saylı qərarı ilə Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahələrinin hər sotu 6000 manat olmaqla, X5 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 manat, İddiaçı2 məxsus Goradil bağ massivində yerləşən 0.25 hektar sahəsi üçün 150.000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmişdir.
13. İddiaçıların iddiasına görə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2590/2019 saylı qərarının icrası gecikdirilmişdir. Belə ki, iddiaçıların əmlakları 2008-ci ildən sökülmüş (dövlət ehtiyacları üçün), həmin tarixdən onlara kompensasiya ödənilməmiş, kompensasiya məbləği xx.xx.2019-cu il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş, lakin həmin məhkəmə qərarının da icrası gecikdirməklə, ödənilməli olan kompensasiya məbləği xx.xx.2023-cü il tarixində ödənilmişdir.
14. Odur ki, hər iki iddiaçı onlara ödənilməli olan 150.000 manat pul məbləğinə, 4,5 il üçün hesablanmış 33.750 (otuz üç min yeddi yüz əlli) manat faiz məbləğinin və mənəvi zərərə görə 1500 manat pul vəsaitinin cavabdehdən öz xeyirlərinə tutulmasını xahiş edir.
15. İddiaçılardan İddiaçı1 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(82)-2590/2019 saylı qərarı ilə kompensasiya ödənilməli olan Hüseynov X3 arvadı, hazırda isə vərəsəsidir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
18. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 38.
19. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
22. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır
23. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin
24. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
25. 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
26. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin norma yeni redaksiyada belədir: Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
27. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
29. Yuxarıda qeyd olunan dispozisiya şərtlərinə əsasən, hazırkı iddia tələbinin qanuni əsasının şərtləri öhdəliyin icra vaxtının çatması, borclunun icranı gecikdirməsi və borclunun bunda təqsirli olmasıdır ki, işin faktiki halları da cavabdeh tərəfindən iddiaçıların əmlakının sökülməsinə baxmayaraq, onlara cavabdeh tərəfindən müvafiq kompensasiyanın ödənilmədiyini, iddiaçıların iddiası əsasında çıxarılan məhkəmə qərarının icrasının isə gecikdirilməsini təsdiq edir. Belə ki, gecikmə dedikdə razılaşdırılmış vaxtda, xəbərdarlıq olunmasına baxmayaraq, ondan sonra öhdəliliyin borclu tərəfindən icra edilməməsi başa düşülür.
30. Məhkəmənin mövqeyinə görə, illik 5% zərərin hansı müddət üçün hesablanmasının müəyyən edilməsi məqsədi ilə ilk öncə cavabdehin ərazinin dəyərini ödəmək vəzifəsinin hansı tarixdən yaranması aydınlaşdırılmalıdır. Belə ki, iddiaçılara məxsus əmlaklar dövlət ehtiyacları üçün 2008-ci ildə sökülsə də, həmin əmlaklara görə ödənilməli olan kompensasiya məbləği xx.xx.2019-cu il tarixli məhkəmə qərarı əsasında müəyyən edilmiş və qərar 1 ay sonra xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. Məlum məsələdir ki, qərarın icra edilməsi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən onun qanuni qüvvəyə minməsindən sonra mümkündür. Odur ki, məhkəmənin mövqeyinə görə iddiaçıların hər birinə ayrılıqda ödənilməli olan 150000 manat pul məbləğinin gecikdirilmə müddəti xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixədək olan 4 il 3 ay (51 ay) müddəti əhatə etməsi nəzərə alınaraq, həmin müddətə görə gecikdirilmiş vaxt üçün illik 5% görə hesablanmış məbləğ 31875 manat (5%12=0,416 (aylıq) x 3 (ay) = 1,25%; 4 il x 5 % = 20%; 20% + 1,25% =21,25%; 150000x21,25%) təşkil edir.
31. Odur ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıların hər birinə ayrılıqda ödənilməli olan 150000 manat pul məbləğinin 4 il 3 ay üçün illik 5% görə hesablanmış gecikdirilmiş faiz məbləği 31875 manat olduğuna görə, cavabdehdən iddiaçıların hər birinin xeyrinə 31875 manat olmaqla, ümumilikdə 63750 manat məbləğində pul vəsaiti tutulmalıdır.
32. Məhkəmə, iddiaçıların iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsini əsaslı hesab edir. İş materiallarından görünür ki, iddiaçıların əmlakı 2008-ci ildən cavabdeh tərəfindən sökülsə də, onalra müvafiq kompensasiya verilməmiş, bu səbəbdən o, məhkəməyə müraciət edərək məhkəmə çəkişməsinin tərəfi olmağa məcbur qalmış, onun iddiası əsasında xx.xx.2019-ci il tarixdə məhkəmə qərarı çıxarılsa da, cavabdeh həmin qərarın icrasından da yayınmaqla yalnız xx.xx.2023-cü il tarixdə iddiaçılara verilməli olan pul vəsaitini ödəmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsinə görə, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
33. Həmçinin qeyd edilməlidir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit olunmuşdur.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
35. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd).
36. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci mad-dəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarında göstərilir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.
38. Qeyd edilənləri nəzərə alan məhkəmə, cavabdehdən iddiaçıların xeyrinə tələb edilən mənəvi zərərin məbləğini ağlabatan hesab etməklə, cavabdehdən iddiaçıların hər birinin xeyrinə 1500 manat mənəvi zərərin ödənilməsini işin hallarına uyğun olaraq ədalətli hesab edir.
39. Hüquqi yardım üçün iddiaçıların hər birinin ayrılıqda vəkilə ödədiyi 350 manat məbləğ işin mahiyyəti, keçirilən iclasların sayı(1 hazırlıq, 1 baxış) nəzərə alındıqda minimal həddə olmaqla ağlabatandır. Tətbiq edilən prosessual normalar:
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
44. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır;
45. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
46. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4169/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın icrasının gecikdirilməsi səbəbindən illik 5 % dərəcəsi ilə İddiaçı1 xeyrinə 31875 manat, mənəvi zərərə görə 1500 manat olmaqla, ümumilikdə 33,375 manat, İddiaçı2 xeyrinə 31875 manat, mənəvi zərərə görə 1500 manat olmaqla, ümumilikdə 33,375 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Avtomobil Yolları X26 Hüquqi Şəxsindən tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
47. Hüquqi yardım üçün İddiaçı1 tərəfindən ödənilmiş 350 manat, İddiaçı2 tərəfindən ödənilmiş 350 manat məbləğində pul vəsaitinin əvəzi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X27 hər iki iddiaçının xeyrinə tutulmalıdır.
48. Hər iki iddiaçı tərəfindən ayrı-ayrılıqda ödənilmiş 151 (cəmi 302) manat dövlət rüsumunun əvəzi cavabdeh Azərbaycan Avtomobil Yolları X26 Hüquqi Şəxsindən iddiaçıların xeyrinə tutulmalıdır.
49. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4169/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın icrasının gecikdirilməsinə görə 31875 manat, mənəvi zərərə görə 1500 manat, o cümlədən hüquqi yardım üçün ödənilmiş vəsaitə görə 350 manat, dövlət rüsumunun əvəzi qismində 151 manat olmaqla, ümumilikdə 33876 (otuz üç min səkkiz yüz yetmiş altı) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Avtomobil Yolları X26 Hüquqi Şəxsindən tutularaq, İddiaçı1 ödənilsin. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4169/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın icrasının gecikdirilməsinə görə 31875 manat, mənəvi zərərə görə 1500 manat, o cümlədən hüquqi yardım üçün ödənilmiş vəsaitə görə 350 manat, dövlət rüsumunun əvəzi qismində 151 manat olmaqla, ümumilikdə 33876 (otuz üç min səkkiz yüz yetmiş altı) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Avtomobil Yolları X26 Hüquqi Şəxsindən tutularaq, İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev