Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3408/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X20 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh2, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh1 mülkiyyətində olan 2012-ci il buraxılışlı, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 22500 manat ödəməklə əldə etmişdir. Həmin avtomobil ona zədəsiz, rənglənməmiş, heç bir texniki problemi olmaması və bütün sənədlərinin tam qaydasında olması adı ilə satıldığı halda, o, avtomobili X1 adına verilmiş etibarnamədən istifadə etməklə öz adına sənədləşdirmək üçün X22 İdarəsinin qeydiyyat İmtahan şöbəsinə müraciət etdikdə ona məlum olmuşdur ki, aldığı avtomobilin ban nömrəsi olan hissədə qaynaq işləri aparılmışdır. Bu səbəbdən də, o, avtomobili öz adına sənədləşdirə bilməmişdir. Həmin vaxt ona BDYPİ-nin Qİİ-nin rəis müavini Afəddin Leysanovun adına ərizə yazdırılmış və bu məsələnin araşdırılmasına başlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, mühərrik nömrəsinin həkk edilməsi nəzərdə tutulan hissəsində mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri yoxdur, onda qaynaq işləri aparılmışdır, bu hallar BDYPİ-yə bildirilməmiş və sənədləşdirilməmişdir. Bu isə avtomobilin bütün göstəricilərini şübhə altına alır ki, avtomobilin istehsal ilinin də yanlış olması əsasına gəlinir. Həmçinin cavabdeh ona avtomobilin mühərrik həcminin 2.0 olduğunu desə də, faktiki olaraq 2.4 olduğu üzə çıxmışdır. Cavabdehin avtomobil satış elanı saytı olan “turbo.az” saytında eyni şəkillə avtomobili 2 fərqli məlumatlarla satışa qoyduğunu öyrəndikdə onun özünü bu kimi nöqsanlardan xəbərsiz göstərməyə çalışmasının yalan olduğunu anlasa da, barəsində heç bir ciddi tədbir görülmədiyindən məhkəməyə müraciət edərək, pulunu tələb etmək məcburiyyətində qalmışdır. Bundan sonra o, cavabdehə onu aldatması və qüsurlu avtomobil satması ilə bağlı müraciət edərək pulunu qaytarmasını tələb etsə də, o, xəbəri olmadığını, polisə şikayət etməsini məsləhət görərək pulunu qaytarmaqdan imtina etmişdir. Onun polisə etdiyi şikayətlərin də heç bir nəticəsi yoxdur. Artıq hadisədən uzun bir müddət keçməsinə baxmayaraq, nə pulunu qaytarmış, nə də dəymiş ziyanın ödənilməsi ilə bağlı bir addım atılmışdır. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmə qaydasını və maddi zərərin əvəzinin alınması üçün hansı addım atmalı olduğunu bilmədiyindən vəkilə müraciət edərək ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin xidmətin göstərilməsi üçün Xidmət müqaviləsi bağlanmış və bu xidmətə görə ödəniş etməli olmuşdur ki, bu xərc də cavabdehlərdən tutulmalıdır. Bununla yanaşı o, hesab edir ki, cavabdehlərin birinin qeydiyyatı Binəqədi rayonu, digəri isə Abşeron rayonu olduğundan və onun aidiyyət seçim hüququ olduğundan, iddianı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verməkdə haqlıdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 386.1, 567, 568.1, 568.2, 587.1, 587.2, 606.1, 646.1, 648.1, 648.2, 649, 1096 və 1097.1-ci maddələri ilə əsaslandıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 22500 manatın, vurulmuş 1000 manat maddi zərərin, vəkilə ödənilmiş 320 manat və 157 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda, mübahisə predmeti olan avtomobilin geri qaytarılmasına hazır olduqlarını, həmçinin iddiaçının avtomobilin rənglənməsindən xəbərdar olduğunu bildirmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı bildirmişdir ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili 11 fevral 2024-cü il tarixdə “turbo.az” saytında satışa çıxarılması ilə bağlı elanı görmüş, dərhal elanda olan nömrə ilə əlaqə saxlayaraq avtomobil barədə məlumat almış, daha sonra nəqliyyat vasitəsinə vizual baxış keçirtmiş, avtomobil onu qane etdiyi üçün bəyənmişdir. Daha sonra nəqliyyat vasitəsi onun tərəfindən sürülmüşdür, avtomobili öz ustasına apararaq yoxlatdırmışdır. Bundan sonra alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər və avtomobil baş etibarnamə verilməklə ona satılmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, avtomobildə aşkar olunmuş qüsurla bağlı, yəni avtomobilin ban nömrəsini ətrafında qaynaq işlərinin aparılması barədə ona məlumat verilməmiş, həmin qüsurla bağlı hələ ona maddi zərər dəyməmişdir, lakin hesab edir ki, avtomobili satanda bu fakt avtomobilin dəyərini aşağı salacaqdır. Məhkəmə iclasında Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 həmçinin sözügedən mübahisəli avtomobilin iddiaçı tərəfindən istifadə edilməsini də məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh2 eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən mübahisəli avtomobil alınarkən yoxlanılmış, avtomobildə olan qüsurlar barədə iddiaçıya məlumat verilmiş, bundan sonra aralarında ödəniş həyata keçirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlərin və Cavabdeh2 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin 12 iyun 2024-cü il tarixli məktubuna əlavə edilmiş avtomobillərin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən alqısatqı müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan 12 avqust 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə satıcı X10 ilə alıcı Cavabdeh1 Yasıf oğlu arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il, mühərrik nömrəsi N-Z SİL, Ban nömrəsi KNAGN412BC284277 olan nəqliyyat vasitəsi 17000 manata Cavabdeh1 Yasıf oğluna satılmışdır. İş materiallarında olan Abşeron rayon 1 saylı notariat ofisində təsdiqlənmiş 7E-15866 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X6 məxsus “Kia Optima” minik markalı, **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər xx.xx.2023-cü il tarixədək müddətə X2 etibar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7r. İş materiallarında olan Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yolnəqliyyat hissələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X11 tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixli rəyin surətindən görünür ki, X4 ərizəsi əsasında toplanmış material üzrə Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hissələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X11 tərəfindən rəy verilmiş və rəyə əsasən “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, G4KECH118827 mühərrik nömrəli, KNAGN412BC5284277 ban nömrəli, 2012-ci il buraxılışlı qara rəngli avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmiş-nömrəsiz olması barədə müvafiq qeyd aparılması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X8r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən BDYPİ-nin Qİİ-nin rəis müavini, polis polkovnik-leytenantı cənab Afəddin Leysanova ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-5/2-3392/2024 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, 15 fevral 2023-cü il tarixdə Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 mülkiyyətində olan, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı etibarnamə əsasında idarə etdiyi “Kia Optima” minik markalı, **- KE-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması ilə bağlı araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma Fəyyar İlyasova həvalə edilmiş və material üzrə tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobil etibarnamə əsasında özünə məxsusdur. Həmin avtomobil “turbo.az” saytında satışa çıxarılmışdır. Avtomobili satan Cavabdeh2 elanda olan nömrəsi ilə əlaqə saxlamış avtomobil barədə danışmışdır. Sonra gedib avtomobilə baxmışdır. Avtomobil onu qane etdiyi üçün razılaşıb almışdır. Avtomobilə görə qohumu X1 adına etibarnamə almışdır ki, avtomobili öz adına qeydiyyat etdirə bilsin. 12 fevral 2024-cü il tarixdə ona avtomobilə görə etibarnamə verilmişdir. Etibarnamə alandan sonra sənədləşmə aparılması üçün avtomobili BDYPİ-nə təqdim etmişdir. Orada avtomobilin texniki baxışı keçirilən zamanı avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aprılması müəyyən edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Pərvizə bu barədə məlumat vermişdir. Pərviz avtomobildə belə bir qüsur olmasından xəbərsiz olmasını demişdir. Hazırda avtomobil duracağa qoyulmuşdur. Avtomobili alan zamanı avtomobilin belə bir qüsuru olmasını bilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21 fevral 2024-cü il tarixli 24/54 nömrəli tədqiqat haqqında arayışından görünür ki, “Kia Optima” minik markalı, üzərində **-KE-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “KNAGN412BC5284277” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilmişdir. Avtomobilin müəyyən hissələri qopmuş yapışqan kağız olan zavod lövhəsinin (birka) üzərində ban nömrəsini göstərən “KNAGN412BC52S4277” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində ban nömrəsini göstərən “KNAGN412BC52K4277” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissədə mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri aşkar edilməmişdir, yoxdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə edilməklə avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməmiş və bu fakt sənədləşdirilməmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi, yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansı ki, qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi, həmçinin ban nömrəsinin kəsilib qaynaq edilməsi (banın dəyişdirilməsi ehtimalı) həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin, həmçinin istehsal ilinin fərqli olmasına dəlalət edir. Araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən har hansı bir fakt müəyyən edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat işlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin səlahiyyətinə daxildir. Göründüyü kimi “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə olunmaqla ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və va şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki cənab Vüqar Əhmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli 16-/2-26107/2024 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, “Kia Optima” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki müayinədən keçirilərkən ban nömrəsi ətrafında qaynaq işləri aparılması barədə DİN Baş X21 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini A.Leysanovun raportu aidiyyəti üzrə göndərilmiş və bildirilmişdir ki, həmin avtomobilə müvafiq akt tərtib olunaraq BDYPİ “Siqnal” İLİİ-nin mühafizə olunan duracağında saxlanılması üçün verilməmişdir. İş materiallarında olan Qeydiyyat İmtahan İdarəsinin baş inspektoru, polis mayoru Mətin Abdulayev tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı cənab Pərvin Səfərəliyeva ünvanlanmış raportun təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə nömrə nişanı: **-KE- ***, şəhadətnamə: BD424250, markası: “Kia Optima” minik, b/ili: 2012, rəngi: qara, mühərrik: N-Z SİL, ban: KNAGN412BC5284277, sahibi: Cavabdeh1, sahibinin qeydiyyat ünvanı: ünvan 3at vasitəsi qeydiyyat işlərin aparılması məqsədilə DİN-in Baş X21 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə müraciət etmişdir. Avtomobil texniki müayinədən keçirilərkən ban nömrəsi ətrafında qaynaq işləri aparılması tərəflərindən aşkarlanmışdır. Göstərilənlər barədə avtomobilə müvafiq akt tərtib olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin “Siqnal” İLİİ-in mühafizə olunan duracağına saxlanılması üçün təhvil verilməmişdir. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və 7E-2540 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus “Kia Optima” minik markalı, **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə səlahiyyətlər xx.xx.2025-ci il tarixədək X5 etibar edilmişdir. Nəqliyyat vasitəsinin mülkiyyətçisi adından Cavabdeh2 etibarnamə əsasında hərəkət etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş izahatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki cənab Vüqar Əhmədova ünvanlanmış olduğu izahatında bildirmişdir ki, “Kia Optima” minik markalı, ** KE *** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobil etibarnamə əsasında onun özünə məxsusdur. Həmin avtomobil “turbo.az” saytında satışa çıxarılmışdır. O, avtomobili satan Cavabdeh2 elanda olan nömrəsi ilə əlaqə saxlamış və avtomobil barədə danışmışdır. Sonra gedib avtomobilə baxmışdır. Avtomobil onu qane etdiyi üçün razılaşıb almışdır. Avtomobilə görə qohumu X1 adına etibarnamə almışdır ki, avtomobili öz adına qeydiyyat etdirə bilsin. 12 fevral 2024-cü il tarixdə avtomobilə görə etibarnamə verilmişdir. Etibarnamə aldıqdan sonra sənədləşmə aparılması üçün avtomobili BDYPİ-nə təqdim etmiş, orada avtomobilin texniki baxışı keçirilən zaman avtomobilin ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması müəyyən edilmiş və bu səbəbdən də, qeydiyyat hərəkətləri aparılmamışdır. O, Pərvizə bu barədə məlumat vermiş, Pərviz avtomobildə belə bir qüsurun olmasından xəbərsiz olduğunu bildirmişdir. Hazırda avtomobil duracağa qoyulmuşdur və o, avtomobili alan zaman belə bir qüsurun olmasını bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 24/54 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat idarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin 3-13-5/2- 3115/2024 №-li, 20 fevral 2024-cü il tarixli təliqəsilə Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar idarəsinə “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil təqdim olunmuşdur. Tədqiqat qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. Təqdim edilən “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban və mühərrik nömrələri hansı üsulla vurulmuşdur? “Kia Optima” minik markalı, baxış zamanı üzərində **-KE-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış Bakı şəhərində keçirilmişdir. Avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, o qara boya ilə rənglənmişdir. (Bax: Fotocədvəl-1, Foto-1). Trasoloji tədqiqat qarşısında qoyulan suallara cavab vermək üçün avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin hissədə həkk edilmiş “KNAGN412BC5284277” hərf və rəqəmləri aşkar edilmişdir. Həmin hərf və rəqəmlərin səthi sumbata kağızı (təmizləyici kağız) vasitəsilə boyadan metal səthədək təmizlənmiş və 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, avtomobilin ban nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “KNAGN412BC5284277” hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. (Bax: Fotocədvəl-1, Foto - 2). Lakin avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirinin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilmişdir. (Bax: Fotocədvəl - 1, Foto-4) Avtomobilin zavod lövhəsinin (birka) vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə müəyyən hissələri qopmuş yapışqan kağız üzərində birka aşkar edilmişdir. Zavod lövhəsinin üzərində olan avtomobilin texniki göstəriciləri və ban nömrəsini göstərən “KNAGN412BC5284277” hərf və rəqəmləri olan hissəsi 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, zavod lövhəsinin üzərində avtomobilin ban nömrəsinin göstərən hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. (Bax: Fotocədvəl – 1, Foto - 3). Sonra avtomobilin qabaq ön şüşəsinin alt hissəsinə baxış zamanı həmin hissədə lövhə üzərində ban nömrəsini göstərən “KNAGN412BC5284277” hərf və rəqəmləri aşkar edilmişdir. Həmin hərf və rəqəmlər 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, həmin hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. (Bax: Fotocədvəl - 1, Foto-5). Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsinə diaqnostik güzgü və fanar vasitəsilə baxış zamanı həmin hissədə mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri aşkar edilməmiş, yoxdur. (Bax: Fotocədvəl - 1, Foto-6). Tədqiqata nəqliyyat vasitəsinin BD424250 nömrəli qeydiyyat şəhadətnaməsinin surəti təqdim edilmişdir. Qeydiyyat şəhadətnaməsinin bir üzündə qeydiyyat nişanları: **-KE-***, istehsal tarixi: 2012, qeydiyyat tarixi, avtomobil sahibi haqqında məlumatlar, şəhadətnamənin ikinci üzündə marka: Kia, model: Optima minik, tip: sedan, mühərrik: N-Z sil, ban: KNAGN412BC5284277, rəngi: qara və şəhadətnaməni verən orqan haqqında məlumatlar vardır. “Kia Optima” minik markalı, üzərində **-KE-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış gündüz vaxtı, təbii işıqda aparılmışdır. Beləliklə aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, “Kia Optima” minik markalı, üzərində **-KE-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “KNAGN412BC5284277” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirinin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilmişdir. Avtomobilin müəyyən hissələri qopmuş yapışqan kağız olan zavod lövhəsinin (birka) üzərində ban nömrəsini göstərən “KNAGN412BC5284277” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində ban nömrəsini göstərən “KNAGN412BC5284277” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissədə mühərrik nömrəsinin hərf və ya rəqəm göstəriciləri aşkar edilməmişdir, yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli, 12 saylı arayışdan görünür ki, 2012-ci il buraxılışlı “Kia Optima” markalı avtomobilin 2023-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayı tarixlərinə olan bazar dəyərinə dair müvafiq rəyin verilməsinə dair yazılı sorğu əsasında mütəxəssisləri (qiymətləndiriciləri) tərəfindən qiymətləndirilmiş və əldə edilmiş rəsmi və qeyri-rəsmi məlumatlara görə müəyyən edilmişdir ki, 2012-ci il buraxılışlı “Kia Optima” markalı avtomobilin xx.xx.2024-cü il tarixə olan bazar dəyəri texniki və digər göstəricilərdən asılı olaraq 19000-21000 manat arası təşkil edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.3-cü maddəsinə əsasən əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin. Alış qiymətinin mütənasib azaldılması. (maddə 587.1.1.) Əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması. (maddə 587.1.2.) Əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. (maddə 587.1.3.) Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: Alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. (maddə 587.2.1) Lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. (maddə 587.2.2) Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin Vİ hissəsinə müvafiq olaraq, nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin Vİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla): istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1. Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin № Q6-001-12 saylı 16 may 2012-ci il tarixli Qərarı ilə təadiq edimiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X19 nəzarəti qaydaları barədə Təlimatda dövlət texniki baxışının keçirilməsinin məqsədlərinə aşağıdakılar aid edilmişdir: 2.1. Nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkət təhlükəsizliyi qaydalarının, normativlərinin və standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək; 2.2. Nəqliyyat vasitələrinin mənsubiyyətini, sayını və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək; 2.3. Nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati xətaların qarşısını almaq; Həmin Təlimatda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsində DYP-nin əsas vəzifələrinə nəqliyyat vasitələrinin konstruksiyalarının zavod üsulu ilə beynəlxalq standartlara uyğun bir model çərçivəsində ban və ban hissələrinin hazırlanması və yenidən quraşdırılması, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə icazə vermək, nəqliyyat vasitələrinin yol hərəkəti təhlükəsizliyinin tələblərinə, dövlət standartlarına, normativ sənədlərə uyğun olmasına nəzarət etmək; nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərə, müəyyən olunmuş standartlara uyğun gəlməyən, habelə konstruksiyalarında özbaşına dəyişiklik aparılmış və icazəsiz yenidən quraşdırılmış nəqliyyat vasitələrinin istismarını qadağan etmək vəzifələri aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 2012ci il buraxılışlı, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili 22500 manat məbləğində pul vəsaiti ödənilməklə əldə etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli məktuba və iş materiallarında olan digər sənədlərə əsasən xx.xx.2023-cü il tarixdən həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi alqı-satqı müqaviləsi əsasında Cavabdeh1dur və sözügedən avtomobil hazırda onun mülkiyyətindədir. İddiaçı həmin avtomobilin 11 fevral 2024-cü il tarixdə “turbo.az” saytında satışa çıxarılması ilə bağlı elanı görmüş, dərhal elanda olan nömrə ilə əlaqə saxlayaraq avtomobil barədə məlumat almış, daha sonra nəqliyyat vasitəsinə vizual baxış keçirtmiş, avtomobil onu qane etdiyi üçün bəyənmişdir. Daha sonra nəqliyyat vasitəsi onun tərəfindən sürülmüş, bununla kifayətlənməyən iddiaçı avtomobili öz ustasına apararaq yoxlatdırmışdır. Həmçinin qeyd edilməlidir ki, avtomobildə aparılan kosmetik və rənglənmə işləri barədə də iddiaçıya məlumat verilmişdir. Daha sonra tərəflər, yəni Cavabdeh2 və İddiaçı rəsmi qaydada alqı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər. Lakin alqı-satqı müqaviləsini rəsmiləşdirmək əvəzinə avtomobil baş etibarnamə verilməklə iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçı etibarnamə əsasında “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili BDYPİ-də rəsmiləşdirmək istəyərkən, avtomobilə texniki baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmış və bu səbəbdən də, qeydiyyat hərəkətləri aparılmamışdır. Daha sonra bu məqsədlə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, “Kia Optima” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, mühərrik silinmə-nömrəsiz, KNAGN412BC5284277 ban nömrəli, qara rəngli, 2012-ci il buraxılışlı avtomobilin ban nömrəsinə müdaxilə edilməklə avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən har hansı bir fakt müəyyən edilməmişdir. Tərəflərin izahatları ilə də təsdiq edilmişdir ki, həmin avtomobil hazırda İddiaçı faktiki istifadəsindədir və onun tərəfindən sürülməkdədir. Bu faktı iddiaçının özü də məhkəmə iclasında təsdiq etmişdir. Mülki məcəllənin yuxarıda qeyd edilmiş normalarının tələbinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə ya alış qiymətinin mütənasib azaldılmasını (maddə 587.1.1.), ya əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını (maddə 587.1.2.), ya da əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. (maddə 587.1.3.) tələb etsin. İddiaçı avtomobili əldə edərkən öz ustasına apararaq yoxlatdırdığını, həmin yoxlama zamanı hər hansı qüsurun aşkar olunmadığını bildirdiyindən, məhkəmə satıcının da həmin fakt barədə məlumatlı olmamasını ağlabatan hesab edir. Bununla yanaşı məhkəməyə DYP tərəfindən təqdim edilmiş məlumatlara əsasən sözügedən mübahisəli avtomobilin qeydiyyat hərəkətlərinə nəzər yetirdikdə müəyyən edilir ki, sözügedən avtomobillə bağlı bir neçə alqı-satqı müqavilələri bağlanmış, 2017-ci il üçün həmin nəqliyyat vasitəsinin sahibi X12, 2019-cu il üçün X3, 2020-ci il üçün X10, 2023-cü il üçün isə Cavabdeh1 olmuşdur. Bu müddət ərzində qanunun tələbinə uyğun olaraq həmin avtomobilə texniki baxışlar keçirilmişdir. Nəzərə alaraq ki, yuxarıda qeyd edilmiş Təlimata uyğun olaraq nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərə, müəyyən olunmuş standartlara uyğun gəlməyən, habelə konstruksiyalarında özbaşına dəyişiklik aparılmış və icazəsiz yenidən quraşdırılmış nəqliyyat vasitələrinin istismarını qadağan etmək DYP-nin üzərinə qoyulmuş vəzifələrə aid edilmişdir və mübahisəni predmeti olan avtomobillə bağlı texniki baxışlar keçirilmişdir, avtomobildə hər hansı dəyişikliyin daha əvvəl aşkar edilməməsində avtomobilin mülkiyyətçisinin və səlahiyyətli sahiblərinin təqsiri olmamışdır və onların bu barədə məlumatının olmaması ağlabatandır. İşin bu faktiki halı Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar idarəsininin apardığı araşdırmanın nəticəsində tərtib edilmiş rəylə də təsdiq edilmişdir. Belə ki, məhz həmin araşdırma nəticəsində müəyyən edilmişdir ki, avtomobilin qabaq sağ sərnişin oturacağının altında gücləndirici köndələn tirinin üzərində həkk edilmiş ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilmişdir. Lakin bununla yanaşı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hər hansı bir fakt müəyyən edilməmiş, eyni zamanda “Kia Optima” minik markalı, **- KE-*** dövlət qeydiyyat nişanlı, G4KECH118827 mühərrik nömrəli, KNAGN412BC5284277 ban nömrəli, 2012-ci il buraxılışlı qara rəngli avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmiş-nömrəsiz olması barədə müvafiq qeyd aparılması məqsədəmüvafiq hesab edilmişdir. Hazırda iddiaçı Mülki Məcəllənin 21-ci maddəsinə, 1096 və 1097-ci maddələrinə əsaslanaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7 aydan artıq istismar etdiyi avtomobilə görə ödədiyi 22500 manatın, vurulmuş 1000 manat maddi zərərin tutulmasını tələb etsə də, eyni zamanda avtomobilin istismarında hər hansı problemin olmadığını, avtomobillə bağlı hər hansı maddi zərərə məruz qalmadığını bildirmişdir. Məhkəmə qeyd edilmiş maddi və prosessual hüquq normalara əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh1 qarşı irəli sürdüyü tələblərinin əsası kimi göstərdiyi Mülki Məcəllənin 21-ci maddəsində və 1096-cı maddəsində müəyyən olunmuş dispozisiya şərtləri mövcud olmadığından, iddiaçıya real zərərin dəyməsi müəyyən edilmədiyindən, həmçinin iddia tələbi digər Cavabdeh1 qarşı əsaslandırılmadığından iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə məhkəmə xərcləri hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat məbləğində vəsaitdən və 157 manat məbləğində dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin edilmədiyinə görə, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-3408/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3408/2024
18.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver