Məhkəmə qərarları › İş №e-2(001)-3581/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3581/2025

12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3581/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Quliyeva Simurq (Samirə) Afət qızının və onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Quliyeva Simurq (Samirə) Afət qızının Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, bu mümkün olmadıqda dəyərinin naturada ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Quliyeva Simurq (Samirə) Afət qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin ödəniş qismində cavabdehə ödədiyi 650,00 (altı yüz əlli) manatın və təmir xərcləri qismində cavabdehə ödədiyi 1.450,00 (bir min dörd yüz əlli) manatın - cəmi 2.100,00 (iki min yüz) manatın cavabdehdən onun xeyrinə ödənilməsi və 1996-cı il buraxılış tarixli, qara rəngli “Hyundai Coupe” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınıb ona qaytarılması, bu mümkün olmadıqda ilkin ödəniş qismində cavabdehə ödədiyi 650,00 (altı yüz əlli) manatın və təmir xərcləri qismində cavabdehə ödədiyi 1.450,00 (min dörd yüz əlli) manatın, 1996-cı il buraxılış tarixli, qara rəngli “Hyundai Coupe” markalı avtomobilin orta bazar qiyməti olan 4.500,00 (dörd min beş yüz) manatın, **-DN-*** dövlət qeydiyyat nişanının əvəzi olaraq 500,00 (beş yüz) manatın, xx.xx.2025-ci il tarixli “Mütəxəssis rəyi”nin əldə olunması üçün ödənilmiş 150,00 (yüz əlli) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93,00 (doxsan üç) manatın, cəmi - 7.343,00 (yeddi min üç yüz qırx üç) manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2-(032)-649/2011 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı (hazırda adı Simurqdur) Afət qızına qarşı iddiası qismən təmin edilərək, ondan 8.153,00 manat və 21,00 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Belə ki, iddiaçı ilə onun arasında xx.xx.2010-cu il tarixdə 11 ay müddətinə olmaqla 6.700,00 ABŞ dollarının (həmin dövrdə 1 ABŞ dollarının manata münasibətdə olan məzənnəsi 0.78 qəpik olduğu üçün 6.700,00 USD x 0.78 =5.226,00 manatın) ondan borca götürməyinə dair “Kredit müqaviləsi” bağlanılmışdır. Qeyd olunan “Kredit Müqaviləsi” Bakı şəhəri 38 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmişdir. Qeyd olunan müqavilənin 2ci bəndinə əsasən, o, həmin məbləği 11-ci ayda, yəni xx.xx.2011-ci il tarixdə geri qaytarmalı idi. Lakin iddiaçı bu müddətə riayət etmədən vaxtından xeyli əvvəl onu məhkəməyə vermiş və onu haqsız olaraq ikiqat borclu vəziyyətə salmışdır. Həmin “Kredit Müqaviləsi”nin bağlanmasına isə real səbəb və təyinat onun iddiaçıdan mexanika sürətlər qutusu olan 1996-cı il buraxılış tarixli, qara rəngli “Hyundai Coupe” markalı, **-DN-*** d.q.n avtomobili almağı və ayda 500 manat olmaqla ona hissə-hissə ödəniş etməyi ilə bağlı aralarında olan şifahi razılaşma olmuşdur. Maşın baş etibarnamə ilə ona aid olduğu üçün Cavabdeh maşını mülki etibarnamə ilə ona vermiş, çünki həmin vaxtı onda sürücülük vəsiqəsi olmamışdır. İlkin ödəniş qismində o, Cavabdeh 650,00 (altı yüz əlli) manat pul ödəmişdir. Daha sonra o, Cavabdeh maşını aldığı gündən təxmini 15 gün sonra maşının mühərrikində ciddi problemlər yarandı və o, onunla bu barədə danışdıqda demiş ki, “maşını apar 7-ci MKR-da tanış usta var, göstər ona o, baxıb düzəldəcək narahat olma.” Usta ilə danışdıqdan sonra maşını aparmış onun ustasının yanına və usta ona demiş ki, “cəmi təmir xərci 1.450,00 (min dörd yüz əlli) manat təşkil edəcək.” Məhz buna görə o, Elmara zəng etmiş və bu məlumatları ona bildirmişdir. Bundan sonra isə onlar belə razılaşmışlar ki, maşında yaranmış həmin xərci o, şəxsən özü ödəyəcəkdir. Ancaq həmin ödəniş sonra tərəfindən ona ödənilməli olan məbləğdən çıxılacaq. Maşın 20 gündən sonra hazır oldu və o, həmin 1.450,00 (min dörd yüz əlli) manat məbləği ustaya ödəmişdir. Qeyd olunan ilkin ödəniş qismində olan 650,00 (altı yüz əlli) manat məbləği və maşındakı nasazlıqlara görə usta xərci olan 1450,00 (min dörd yüz əlli) manat məbləği ustaya ödəyəndə həmin vaxtı Günəş adlı tanışı da onun yanında olmuşdur. Zərurət yaranarsa o, da şahid qismində məhkəmədə ifadə verə bilər. Bütün bunlara baxmayaraq o, səhəri gün maşını idarə etmək üçün saxladığı yerə gələndə görmüş ki, maşını oğurlayıblar. Dərhal 102 xidmətinə zəng edərək polisə şikayət etmişdir. Sonra Bakı şəhəri Binəqədi RPİ-nin 7ci Polis Bölməsindən çağırılmış və maşının Cavabdeh tərəfindən oğurlanıldığı ona bildirilmişdir. Cavabdeh maşını oğurlamasının səbəbi isə ona ödənişləri etməməyi əsas gətirilmişdir. Lakin buna cavab olaraq o, bildirdikdə ki, bəs onda onun ustaya verdiyi xərcləri və ilkin ödənişiş kim ödəyəcək ona? Elmar onun bu sualına cavab verə bilmədi və o, bu məsələdə tam haqlı olduğu üçün polis əməkdaşları maşını sonra onun özünə geri qaytarmışlar. Sonra o, mart ayında avto-qəza etdikdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində ona bildirildi ki, “sizin etibarnamə ləğv edilib.” Məsələni aydınlaşdırmaq üçün Elmarla əlaqə saxlamış və o, bildirmişdir ki, “avtomobil texpasport sahibinin dövlətə vergi borcu olduğuna görə adında olan əmlaklara həbs qoyulduğu üçün iş gəlib bu həddə çatıb, yəni bu məsələ onluq deyil, o, etməyib.” Daha sonra bu iş hələ polisdə olduğu halda ona Şirvan şəhər İcra Şöbəsinin Dəyanət adlı icra məmuru digər əməkdaşlarla birlikdə ona yaxınlaşdılar və maşını onlara təhvil verməyini istədilər. O da onların iştirakı ilə maşını onlara təhvil verdikdə onun tərəfindən maşına ödənilmiş pulların, yəni cəmi 2.450,00 (iki min dörd yüz əlli) manatın hal-hazırda maşına vurulan ziyanla əvəz ediləcəyi ona bildirildi. Müəyyən bir müddətdən sonra onu Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə çağırdılar və orada maşına vurulmuş ziyanın ödənilməsi istənildi. O, isə bunun cavabında demiş ki, “mən ziyanı o halda ödəyərəm ki, maşın mənim özümə geri qaytarılsın, əks əqdirdə ödənişi qəbul etmirəm.” Çünki həmin vaxtı o maşının ümumi dəyəri 4.000,00 manat idi. Sadəcə olaraq kreditlə götürdüyünə görə 1.226,00 manat əlavə ödəyəcəkdi və orada da bildirdi ki, maşının ümumi dəyəri heç 5.000,00 manat deyil. Elmar da orada bildirdi ki, “mən o maşından sizə gətirərəm Gürcüstandan 2.000,00 manata.” O, isə bildirmişdir ki, gətir geridə qalan pulu ödəməyə hazırdır. Daha sonra Dəyanət müəllim dedi ki, sizinlə əlaqə saxlayacağıq, lakin onunla heç kəs sonra əlaqə saxlamadı. Yalnız bu yaxınlarda şəxsiyyət vəsiqəsini dəyişməklə bağlı maraqlandıqda, ona məlum oldu ki, onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində “axtarış qərarı” verilib. Axtarışın hansı məsələ ilə bağlı olduğu öyrəndikdə isə məlum oldu ki, Cavabdeh onun xəbəri və məlumatı olmadan “avtomaşına vurulmuş və qüsur aktında göstərilən maddi ziyanın, 1.000,00 manat mənəvi ziyanın və 21 manat dövlət rüsumunun ondan onun xeyrinə tutulmasına dair qətnamənin çıxarılması tələbi ilə” Şirvan Şəhər Məhkəməsinə müraciət etmiş və barəsində əsassız və qanunsuz məhkəmə qərarının qəbul edilməsinə nail olmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, onun keçirilən bu məhkəmə iclasları ilə bağlı heç birindən xəbəri olmayıb və iddiaçı qəsdən belə etmişdir ki, o, bu mülki işdə öz müdafiəsini təşkil edə bilməsin və haqlı olduğu durumdan haqsız olduğu vəziyyətə düşsün. Hazırda Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-649/2011 nömrəli qətnaməsi ilə o, Cavabdeh qarşısında 8.153,00 manat borclu vəziyyətə düşmüşdür. Halbuki, onun həmin mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarından ümumiyyətlə xəbəri olmamış və qeyd olunan qətnamə onun iştirakı olmadan qəbul edilmişdir. Nəticədə o, bağlanılmış “Kredit müqaviləsi” üzrə müvafiq ödənişlər etməyinə baxmayaraq, həmin ödənişlərlə bağlı qeydlər qətnamədə əks olunmamış (ödənişlər nəzərə alınmamış) və Elmar real həqiqəti məhkəmədən qəsdən gizlətmişdir. Bunun nəticəsində isə o, Cavabdeh qarşısında haqsız olaraq ikiqat borclu vəziyyətə düşmüşdür. Halbuki, onun hazırda Cavabdeh reallıqda cəmi 3.126,00 manat (650,00 (altı yüz əlli) manat ilkin ödəniş + 1.450,00 manat təmir xərci = 2.100,00 iki min yüz) manat, kredit müqaviləsi üzrə 5.226,00 manat - 2.100,00 manat = 3.126,00 manat) borcu vardır. Xüsusilə qeyd olunmalıdır ki, həyata keçirilən icra tədbirləri nəticəsində onun əlindən borcun yaranma əsası olan “Hyundai Coupe” markalı, **-DN-*** d.q.n avtomobil alınmış və bununla bağlı Şirvan şəhər İcra şöbəsində“Təhvil-təslim aktı” (icra məmuru Dəyanət müəllimin iştirakı ilə) da tərtib edilmişdir. Hazırda isə həmin maşının Cavabdeh özündə olmasına baxmayaraq o, bütün borc məbləğini ondan tələb edir. Mühüm bir məqamı da bildirir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-649/2011 nömrəli qətnaməsinin icrası ilə bağlı onun xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin rəisi cənab Anar Qocayevin adına yazdığı “İzahat” vardır. Həmin “İzahat”da əks olunan “icra vərəqəsindəki borcu ödəyirsinizmi?” sualına onun cavabı “Mən bu borcu ödəmirəm, çünki, Cavabdeh ilə aralarında olan məbləğ 6.700,00 ABŞ dolları olubdur. O məbləğdən 650,00 AZN ödənilmiş, 1.450,00 AZN daha sonra ödənilmişdir. Bu borc onlar arasında avtomobil alqı-satqısı ilə yaranmışdır. ödədiyi məbləğ Elmara tam 2.100,00 AZN olub. Geridə qalan borcu da ondan aldığı “Hyundai Coupe” markalı, **-DN-*** d.q.n avtomobilini geri qaytararsa, o, da geridə qalan məbləği ödəyir.” qeydlərlə bir daha sübut olunur ki, onun bu borcu ödəməməyinin real səbəbləri məhz hansı səbəblər olmuşdur. Qeyd olunan “İzahat” icra şöbəsinə sorğu verilməklə də əldə oluna bilər. Göstərilənlərə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-649/2011 nömrəli qətnaməsinin icra olunması ilə bağlı icra işi onun yaşayış yeri üzrə o vaxt Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Daha sonra barəsində “Axtarış qərarı” qəbul edilərək material Binəqədi RPİ-nə göndərilmişdir. Bütün bu qanunsuzluqlardan 2024-cü ilin avqust ayında məlumat əldə etdikdə şəxsən könüllü şəkildə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə yaxınlaşmış və şöbədə icra məmuru Şakir Bahadırova verdiyi “İzahat”da da Elmarın onun başına açdığı bu oyunları ətraflı şəkildə öz “İzahatım”da qeyd etmişdir. Daha sonra onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair “İnzibati xəta haqqında” material Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Qərara”əsasən, onun 500 manat məbləğində inzibati cərimə ödəməyi qərara alındı və o, yaranmış məcburiyyətdən həmin cəriməni ödəməli olmuşdur. Daha sonra barəsində qəbul edilmiş “Axtarış qərarı”nın ləğv olunması ilə bağlı o, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Nəticədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə barəsində olan “axtarış işinə xitam verilməsi barədə” Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət göndərildi və həmin işə xitam verildi. Bu səbəbdən bununla bağlı bütün icra işi materiallarının surətlərinin əldə edilməsi ilə bağlı həm Şirvan şəhər İcra Şöbəsinə, həm də Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə sorğular göndərilmişdir. Şirvan şəhər İcra Şöbəsindən verilən cavabla bildirilmişdir ki, “sorğu icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir.” Lakin Bakı şəhər Binəqədi rayon İcra şöbəsi də sorğunu rəsmi qaydada cavablandırmadığı üçün yalnız müvafiq sənədlərin fotoşəkillərini çəkmək mümkün olmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, Şirvan Məhkəməsinin qərarına illər üzrə hörmətsiz yanaşmaya son qoyub, İddiaçı ona qarşı iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmiş və həmin etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddiası tam əsassız və böhtan xarakterlidir. Həmin iş üzrə Şirvan Şəhər Məhkəməsinin qərarı on dörd il bundan əvvəl qüvvəyə mindiyindən və İddiaçı qeyd olunan məhkəmə qərarı ilə tanış olduğundan yenidən bu işə baxılması Azərbaycan Respublikası qanunverciliyinə ziddir.Əlavə olaraq bildirmək istəyir ki, məhkəmə qərarının surəti Şirvan rayon İcra Şöbəsinin məmuru tərəfindən Goranbay rayonu Goran qəsəbəsi 10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü əsasında məhkum olunmuş İddiaçı qərarla tanış olmuşdur. Buna baxmayaraq İddiaçı həmin vaxt məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdir. Beləliklə, İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Hesab edir ki, iddia tələbləri əsassız olduğundan və iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Quliyeva Simurq (Samirə) Afət qızı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Şirvan şəhər Məhkəməsinin 27 oktyabr 2011-ci il tarixli, 2(032)-649/2011 saylı qətnaməsi ilə ondan artıq olaraq 8153 manat məbləğində pul vəsaiti tutulmuşdur. O, həmin qətnamədən gec məlumat tutmuş, lakin şikayət verməsi üçün müddəti ötürmüşdür. Həmçinin, “Hyundai Cupe” markalı **-DN-*** nömrə nişanlı avtomobil ona verilsə də, hazırda onda deyil. O, maşını cavabdehə saz vəziyyətdə qaytarmışdır. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, “Hyundai Cupe” markalı **-DN-*** nömrə nişanlı avtomobil cavabdehə qaytarıldıqdan sonra, avtomobil yanmışdır. Həmin avtomobilin yanması ilə bağlı akt tərtib edilmiş lakin akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Həmçinin göstərdi ki, avtomobil yanıbsa da, iddiaçıya təhvil verilməlidir. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə vermiş olduğu etirazın məzmununa uyğun izahat verməklə həmçinin bildirmişdir ki, hazırki iddia tələbi əsassız və böhtan xarakterlidir. Belə ki, Şirvan Şəhər Məhkəməsinin qətnaməsi 14 il qabaq qüvvəyə minib və həmin qətnamə ilə iddiaçı tanış olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, Şirvan şəhər İcra Şöbəsinin icra məmuru tərəfindən Şirvan Şəhər Məhkəməsinin qətnaməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü əsasında məhkum edilmiş İddiaçı cəza çəkdiyi Goranboy rayonu Goran qəsəbəsi 10 saylı cəzaçəkmə müəssisəsinə göndərilmiş və iddiaçı həmin vaxt qeyd edilən qətnamə ilə tanış olmuşdur. Lakin buna baxmayaraq iddiaçı həmin vaxt iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Həmçinin, mübahisə predmeti olan avtomobil onun mülkiyyətində olub. Hazırda qeyd edilən avtomobilin qiymətinin nə qədər olmasını bilmir. Şirvan şəhər İcra Şöbəsinin icra məmurları ilə avtomobilə baxış keçirilmiş və yararsız vəziyyətdə olması müəyyən edilmişdir. 2 gün sonra isə avtomobil yandırılmışdır. Hazırda avtomobilin geri qaytarılması mümkün deyil. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadəsini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Quliyeva Simurq (Samirə) Afət qızı ilə 2008-ci ildən dostluq edir. Avtomobil ona veriləndən 15 gün sonra problem yarandı. Avtomobil ustaya aparıldı və İddiaçı təmir üçün 1450 manat pul istənildi. Həmin pulun 250 manatı detalın sökülüb yığılmasına, 1200 manat isə təmirinə istənilmişdir. İddiaçı isə həmin məbləği ödəmişdir. O, həm ustaya gedərkən, həm də ustaya pul verilərkən Quliyeva Simurq (Samirə) Afət qızının yanında olmuşdur. Cavabdehla danışıq belə olmuşdur ki, 3 ay hesablanıb usta pulu üçün ödənilmiş 1450 manat məbləğində pul vəsaiti ümumi borcdan çıxılacaqdır. Mülki işin materiallarında olan: Bakı şəhəri 38 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 15 dekabr 2010-cu il tarixli kredit müqaviləsindən görünü ki, İddiaçı 15 noyabr 2011-ci ildə qaytarmaq şərti ilə Cavabdeh 6700 ABŞ dolları borca pul götürmüşdür. Həmin müqavilədən görünür ki, Quliyeva Simurq (Samirə) Afət qızı qeyd edilən müqavilənin ikinci vərəqəsinə imza etməklə Cavabdeh altı min yeddi yüz ABŞ dolları məbləğində pulu almasını qeyd etmişdir. Şirvan Şəhər Məhkəməsinin 27 oktyabr 2011-ci il tarixli, 2(032)-649/2011 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 20 dekabr 2010-cu il tarixdə ona baş etibarnamə ilə verilmiş “Hyundai Cupe” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün baş etibarnamə ilə cavabdeh İddiaçı vermişdir. Avtomaşını İddiaçı baş etibarnamə ilə verməsinin səbəbi cavabdehin üstündə sürücülük vəsiqəsinin olmaması olmuşdur. O, cavabdeh İddiaçı sürücülük vəsiqəsinin olmadığını öyrənərək baş etibarnaməni ləğv etdirmişdir. Bundan sonra o, dəfələrlə cavabdeh İddiaçı avtomaşını qaytarmağı tələb etmiş, lakin cavabdeh nə avtomaşını qaytarmış, nə də ki, borclu olduğu 6700 ABŞ dolları məbləğində pulu ödəmişdir. Ona görə də avtomaşına və qüsur aktında göstərilən maddi ziyanın, 1000 manat məbləğində mənəvi ziyanın və ödəmiş olduğu 21 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı 8153 (səkkiz min yüz əlli üç) manat və dövlət rüsumu kimi ödənilmiş 21 manat pulun alınıb Cavabdeh verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, cavabdeh İddiaçı Cavabdeh baş etibarnamə ilə “Hyundai Cupe” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, cavabdeh həmin avtomobilin pulunu hissə-hissə ödəyəcəyinə söz vermiş, lakin cavabdeh pulu ödəmədiyindən iddiaçı baş etibarnaməni ləğv etdirərək aidiyyəti orqanlara məlumat vermişdir. Lakin sonradan müəyyən olunmuşdur ki, avtomaşın cavabdeh İddiaçı tərəfindən qəzaya uğrayaraq yarasız hala düşmüş və cavabdeh avtomaşına dəymiş ziyanı iddiaçıya ödəməmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Hyundai Cupe” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8153 manat məbləğində zərər dəymişdir. Şirvan şəhər İcra Bölməsinin icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə 03 noyabr 2011-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı barəsində olan Şirvan şəhər Məhkəməsinin 07 iyul 2011-ci il tarixli, 2(032)-343/2011 sayıl icra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Goranboy şəhər İcra Qrupuna göndərilməsi qərara alınmışdır. Binəqədi rayon İcra Şöbəsinin icra məmuru S.Abbasov, tələbkar Cavabdeh, hal şahidləri X2 və X1 tərəfindən imzalanmış xx.xx.2011-ci il tarixli aktdan görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-343/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı idarə etdiyi “Hyundai Cupe” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuş, həbs qoyulmuş əmlakı bağışlamaq, özgəninkiləşdirmək, məhv etmək İddiaçı qadağan edilməlidir. İcra vərəqəsinin icrası ilə əlaqədar “Hyundai Cupe” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomaşının saxlanıldığı mikrorayonda “Kapital Bankın” 1 saylı Binəqədi filialının qarşısına gəlmişlər, avtomobilə baxış zamanı müəyyən edildi ki, avtomobil tam yararsız vəziyyətdədir. Belə ki, maşını cərimə dayanacağına aparmaq mümkün olmadı. Tələbkar avtomaşının dayanacağa aparmaq üçün evakuator tutmağa imkanının olmadığını bildirdi. Daha sonra “Hyundai Cupe” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomaşının dövlət nömrəsi üzərinə həbs qoyularaq, iş üzrə tələbkar Cavabdeh saxlancına təhvil verilmişdir. İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsində verdiyi xx.xx.2012-ci il tarixli izahatından görünür ki, sonuncu Şirvan Şəhər Məhkəməsinin 27 oktyabr 2011-ci il tarixli, 2(032)-649/2011 saylı icra vərəqəsinə əsasən İddiaçı 8153 manat və dövlət rüsumu kimi ödənilmiş 21 manatın ondan alınıb Cavabdeh verilməsi ilə bağlı borcunu ödəmədiyini bildirərək göstərmişdir ki, Cavabdeh ilə aralarında olan məbləğ 6700 ABŞ dolları olubdur. Həmin məbləğdən 650 manat ödənilmiş və daha sonra 1450 manat ödənildiyini qeyd etmişdir. O, həmçinin göstərmişdir ki, borc onlar arasında avtomobil alqı-satqısı ilə yaranmışdır. Onun Cavabdeh ödədiyi məbləğ tam olaraq 2100 manat olub, geridə qalan borcda onun aldığı Hyundai Cupe **-DN-*** nömrəli avtomobilini geri qaytararsa o, da geridə qalan məbləği qaytaracaqdır. İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 4869/2024 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı Şirvan Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-649/2011 nömrəli icra sənədini icra etməmiş və borcunu məhkəmə qətnaməsi ilə razı olmadığına görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirib və bu səbəblə İddiaçı İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. "xxxx" MMC-nin “Union” Vəkil Bürosunun vəkili Nümayəndə sifarişi əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mexanika surətlər qutusu olan 1996-cı il buraxılış tarixli, qara rəngli “Hyundai Cupe” markalı nəqliyyat vasitəsinin istismara yararlı vəziyyətdə olduğu halda 2010-cu il tarixinə 4500 manat və qeyd edilən nəqliyyat vasitəsinin **-DN-*** qeydiyyat nişanının 2010-cu il üçün orta bazar qiyməti 500 manat məbləğində təşkil edir. "xxxx" MMC-nin 01 aprel 2025-ci il tarixli, 146563 nömrəli kassa mədaxil orderindən görünür ki, “Hyundai Cupe” markalı nəqliyyat vasitəsinin və **-DN-*** dövlət qeydiyyat nişanın qiymətləndirilməsinə Quliyeva (Samirə) Simurq Afət qızı 150 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 01 may 2025-ci il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat imtahan idarəsinin komputer uçot bazasına əsasən hal-hazırda xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur, eyni zamanda qeyd edilmişdir ki, “Hyundai Coupe” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2006-cı il tarixdən X4 adında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 15 dekabr 2010-cu il tarixdə tərəflər arasında Cavabdeh 6700 ABŞ dolları borcun İddiaçı (Simurq) Afət qızına verilməsi barədə kredit müqaviləsi bağlanmış olsa da, əslində həmin müqavilə əsasında Cavabdeh baş etibarnamə ilə onun sahibliyində olmuş “Hyundai Coupe” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı (Simurq) Afət qızına satmış, lakin İddiaçı (Simurq) Afət qızı tərəfindən həmin avtomobilə görə verilməli olan pul vəsaiti ödənilmədiyindən verilmiş etibarnamə ləğv edilmiş və iddiaçı tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində isə mübahisəli nəqliyyat vasitəsi yararsız hala düşmüşdür. Şirvan Şəhər Məhkəməsinin 27 oktyabr 2011-ci il tarixli, 2(032)-649/2011 saylı qətnaməsi ilə isə həmin avtomobilə dəymiş 8153 (səkkiz min yüz əlli üç) manat məbləğində ziyan İddiaçı Cavabdeh xeyrinə tutulmuşdur. Hal-hazırda İddiaçı həmin avtomobilə görə ilkin ödəniş qismində vermiş olduğu 650 manatı, avtomobilin təmiri ilə bağlı çəkdiyi 1.450,00 manat məbləğində pul vəsaitini və eləcə də 1996-cı il buraxılış tarixli, qara rəngli “Hyundai Coupe” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınıb ona qaytarılması, bu mümkün olmadıqda isə həmin avtomobilin orta bazar qiyməti olan 4.500,00 (dörd min beş yüz) manatın alınıb ona verilməsini tələb edir, cavabdeh isə iddia tələbi ilə razılaşmayaraq, həmin tələbin təmin edilməsinə etiraz edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cü maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-cü maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı “Hyundai Cupe” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomaşının və bu mümkün olmadıqda isə onun orta bazar qiyməti olan 4500 manatın və **-DN-*** dövlət qeydiyyat nişanın dəyəri olan avtomobilin ona qaytarılmasını xahiş etmiş olsa da, iddia tələbi həmin hissədə əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətində olması və iddiaçının həmin avtomobilin dəyərinin qarşı tərəfə ödəməsi faktı sübuta yetirilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi xx.xx.2006-cı il tarixdən X4 adına qeydiyyatda olmuş və etibarnamə əsasında Cavabdeh qanuni sahibliyinə verilmişdir. Hal-hazırda isə cavabdehin həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət, sahiblik və istifadə hüquqları mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının ilkin ödəniş qismində ödənilmiş 650,00 (altı yüz əlli) manatın və avtomobilin təmirinə xərclənmiş 1450 manat məbləğində pul vəsaitinin tutulması hissəsində isə, məhkəməyə mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə, həmçinin iddia tələbinin "xxxx" MMC-nin mütəxəssis rəyinin əldə edilməsi üçün ödənilmiş 150 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissəsi törəmə hüquq münasibəti olduğundan, iddia tələbinin avtomobilin orta bazar dəyəri üçün 4500 manat və avtomobilin qeydiyyat nişanının dəyəri üçün 500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində iddia tələbi rədd edildiyindən, iddia mütəxəssis rəyinin əldə edilməsi üçün ödənilmiş 150 manat məbləğində pul vəsaitinin cavabdeh tutulması hissədə də, rədd edilməlidir. Beləliklə, məhkəmə hazırki iddia tələbinə məcmu halda qiymət verərək bildirir ki, iddia tələbində göstərilənlər araşdırma zamanı öz təsdiqini tapmadığından, iddiaçı Quliyeva Simurq (Samirə) Afət qızının Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması bu mümkün olmadıqda dəyərinin naturada ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Quliyeva Simurq (Samirə) Afət qızının Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması bu mümkün olmadıqda dəyərinin naturada ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçı Quliyeva Simurq (Samirə) Afət qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar