Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3669/2025 25.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı cavabdeh 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı maraqlı şəxs Cavabdeh cəlb edilməsi ilə aktın etibarsız sayılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı aktın etibarsız sayılması tələbinə dair ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizənin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məzmununa riayət edilməmiş, belə ki, ərizəyə hazırki məzmunda məhkəmə qaydasında baxıla bilməz. Məhkəmənin tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmənin mövqeyi Ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı hazırki halda cavabdeh olduğu başqa bir mülki mübahisə üzrə qarşı tərəfin təqdim etmiş olduğu MKİS tərəfindən tərtib edilmiş “aktı” mübahisələndirir. Halbuki, irəli sürülmüş tələb üzrə məhkəmə müstəvisinin predmeti olması üçün hər hansı hüquqi mübahisə mövcud deyil. Tərəfin mübahisələndirdiyi “akt” hüquqi əhəmiyyətli sənəd olmamaqla yanaşı, hər hansı hüquq münsibətinin yaranması, dəyişməsi və ya xitamına səbəb olan qüvvəyə malik deyil və məzmunca müvafiq mənzil istismar sahəsinin öz fəaliyyəti ilə əlaqədar apardığı texniki baxışın nəticəsində gəlmiş olduğu bir qənaətdir. Yəni göstərilən sənəd - akt özü-özlüyündə hər hansı bir hüquqi nəticə doğurmamaqla, İİİ şəxslərin hüquqularının məhdudlaşdırılması və ya pozulması kimi də qiymətləndirilə bilməz. Hazırki sənəd iddiaçı Cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi üzrə 2(001)-3155/2025 saylı mülki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar sırasındadır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbulu natamam, hüquqi mübahisə xarakteri daşımayan bir iddianın icraata götürülüb məhkəmə müstəvisində müzakirəsi ilə nəticələnə bilər. Bu səbəbdən də iddianın icraata götürülməsindən imtina olunmalı və iddiaçıya - tərəf olduğu mülki mübahisə üzrə 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinin tərtib etdiyi sözügedən xx.xx.2025-ci il tarixli aktını qarşı tərəfin əsaslandığı sübut kimi mülki prosessual qanunvericiliyinin çəkişmə prinsipi çərçivəsində bir cavabdeh tərəf kimi mübahisələndirmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı cavabdeh 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı aktın etibarsız sayılması tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, tərəf olduğu mülki mübahisə üzrə (2(001)-3155/2025 saylı mülki iş) qarşı tərəfin əsaslandığı sübut qismində təqdim etdiyi 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli aktını mülki prosessual qanunvericiliyinin çəkişmə prinsipi çərçivəsində bir cavabdeh tərəf kimi mübahisələndirmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (elektron kabinet vasitəsilə) Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(001)-3669/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3669/2025
25.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver