Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3676/2023 17.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı borc və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh İddiaçı 17000 manat məbləğində borc pul almış, bu günə qədər həmin puldan ümumilikdə 1000 manat qaytarmışdır. Bu faktın özü də borcun etirafı kimi qiymətləndirilməlidir. Cavabdeh hazırda borcun geri qalanını ödəməkdən imtina edir. Cavabdehin Binəqədi RPİ-də verdiyi izahatı və Binəqədi RPİ tərəfindən çıxarılmış yekun protokol da onun İddiaçı 17000 manat məbləğində borc pulu almasını təsdiq edir. Belə ki, X1 Binəqədi RPİ-yə olan şikayəti əsasında Cavabdeh polis idarəsinə çağırılmış və onun izahatı alınmışdır. Cavabdeh izahatında həyat yoldaşı X1 atası olan İddiaçı 17000 manat məbləğində borc pul almasını, həmin borc pul məbləğinə görə həyat yoldaşı ilə arasında mübahisə yaranmasını, sözügedən mübahisə zəminində X2 xəsarət yetirməsini, onun baş barmağını sındırmasını göstərmişdir. Beləliklə, cavabdeh özü borc aldığını etiraf etmişdir. Binəqədi RPİ tərəfindən verilmiş 09.02.23-cü il tarixli yekun protokolda da həmin faktlar təsdiqlənir. Cavabdeh tərəfindən hazırki, borc məbləği ödənilmədiyindən və borcun ödənilməsindən imtina olunduğundan mübahisənin məhkəmə qaydasında həll olunması zərurəti vardır. Bundan başqa iddiaçı hazırki iddia ərizəsini məhkəməyə təqdim etmək üçün çəkdiyi əlavə xərcləri də cavabdehdən tələb edir. Ona görə də borca görə 16000 manatın, dövlət rüsumuna görə 140 manatın, iddiaçıya görstərilən hüquqi xidmət üçün vəkilə ödənilmiş 120 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Cavabdeh Binəqədi RPİ-nin təhqiqatçısı R.Məmmədova verdiyi izahatından müəyyən olunur ki, işi ilə əlaqədar həyat yoldaşı X3 atasından 17000 manat borc alaraq ona vermiş, o, həmin borcu atasına qaytaracağını həyat yoldaşına bildirmiş, bundan sonra həyat yoldaşı ilə arasında borcla bağlı mübahisə yaranmış, sonuncu mübahisələri xx.xx.2023-cü il tarixdə olmuş, o, çox əsəbi olduğundan həyat yoldaşının sağ ayağına vurmuş, sonuncu baş barmağından xəsarət almışdır. Binəqədi RPİ-nin təhqiqatçısı R.Məmmədov tərəfindən tərtib olunmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair xx.xx.2023-cü il tarixli yekun protokoldan müəyyən olunur ki, məhkəməyədək sadələşdirilmiş icraat zamanı ifadəsi alınmış Cavabdeh ifadəsində 2022ci ilin mart ayında işi ilə əlaqədar olaraq həyat yoldaşı Arifə Zərbəliyeva ona atasından 17000 manat pul borc alaraq verməsini göstərmişdir. ABB-da olan İddiaçı məxsus ******************** saylı hesabdan çıxarışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə hesaba 995 manat ödəniş edilmişdir. Espressbank ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı Fides Vəkil Bürosuna Vəkil1 xidmətlərinə görə 120 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan 2022-ci ilin mart ayında aldığı 17000 manat borcdan 1000 manat qytardıqdan sonra qalan 16000 manat borcu qaytarmamışdır. Ona görə də məhkəmə iddiaçının cavabdehə qarşı 16000 manat borc tələbini əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə araşdırması zamanı iddiaçının 138 manat dövlət rüsumu və hüquqi xidmətə görə 120 manat ödəməsi müəyyən olunduğundan məhkəmə, məhkəmə xərclərinə görə iddiaçının tələbini qismən təmin edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 16000 manat, məhkəmə xərclərinə görə 258 manat olmaqla cəmi 16258 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-3676/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3676/2023
17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver