Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-371/2023 31.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi, Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinə qarşı "yalan əqdin etibarsız hesab edilməsi və doğurduğu nəticələrin ləğvi" tələbinə dair ilkin, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “özgənin sahibliyində olan əmlakın geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus NX 200” minik markalı, universal tipli, qara rəngli, **-SJ-*** dövlət nömrə nişanlı, 2018-ci il buraxılışlı, JTJYERBZ702035446 ban nömrəli avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış bütün əqdlərin və sənədləşmə işlərinin etibarsız hesab edilməsi, habelə DİN BDYPİ tərəfindən verilmiş AD seriyalı 285001 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin şəhadətnamənin ləğvi, sözügedən avtomobilə dair nəqliyyat vasitələrinin reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və həmin avtomobilin İddiaçı adına rəsmiləşdirilməsinin cavabdeh DİN BDYPİ-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Babək prospektində yerləşən avtosalonla barter razılaşması apararaq aralarındakı şifahi razılığa əsasən mülkiyyətindəki avtomobili artıq köhnəldiyindən və təmir xərcləri artdığından üzərində əlavə pul məbləği verməklə həmin avtosalona verib əvəzində onlardan “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı 2018-ci il buraxılışlı avtomobili almışdır. Qeyd olunan faktı həmin avtosalonun sahibi və əməkdaşları təsdiq edə bilər. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan avtomobil alınarkən ona təhkim edilən dövlət nömrə nişanı (10SJ400) onun barter üçün avtosalona verilən əvvəlki avtomobilinin ona məxsus dövlət nömrə nişanı olmuş və xahişi ilə yeni avtomobilə təhkim edilmişdir. Lakin ailə-nikah münasibətlərində və vərəsəlik məsələlərində ailədaxili problem yaşadığından, bu münaqişələr məhkəmə mübahisəsi həddinə çatdığından, boşanma və s. hallarla müşayiət olunduğundan sözügedən avtomobilin gələcəkdə bu mübahisələrin predmetinə çevrilməməsi üçün avtomobili şərti olaraq qızı Cavabdeh1 adına rəsmiləşdirmiş və bununla bağlı onun adına AD 285001 saylı 14 iyul 2018-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi almışdır. Bununla yanaşı həmin avtomobili idarə etmək üçün ondan özünə nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 18 iyul 2018-ci il tarixli Etibarnamə almışdır. Məlumat üçün bildirir ki, qızı Cavabdeh1 heç vaxt həmin avtomobili idarə etməmişdir. Bu faktı şahidlər və zərurət yarandığı halda DYP-dəki məlumatlar da təsdiq edə bilər. Avtomobil daim onun istifadəsində və faktiki sahibliyində olmuşdur. Eyni zamanda avtomobili aldığı avtosalonun sahibi və əməkdaşları da onun dəyərinin əvvəlki avtomobili və pulla məhz tərəfindən ödənildiyini təsdiq edə bilər. Bütün bunlar onu göstərir ki, qeyd olunan avtomobillə bağlı aparılmış əqd əsl əqdi, yəni onunla həmin avtosalon arasındakı barter və alqı-satqı müqaviləsini pərdələmək məqsədi daşımış, əqdin bu formada pərdələnməsinin əsas məqsədi isə onu mövcud və perspektiv ailə-nikah və məişət əmlak mübahisələrinin predmetinə çevrilməkdən kənarlaşdırmaq olmuşdur. Qızının heç vaxt həmin avtomobili idarə etməməsi, faktiki sahibliyində saxlamaması, əmlakın dəyərini ödəmək üçün zəruri maddi imkana malik olmaması, əmlakın dəyərinin avtomobil və pul müqabilində məhz özü tərəfindən ödənilməsi, həmçinin avtomobilə qeydiyyat şəhadətnaməsi verilərkən ona təhkim edilən dövlət nömrə nişanının məhz əvvəlki avtomobilinin nömrə nişanı olması, habelə avtomobilin ötən müddətdə məhz onun faktiki sahibliyində və istifadəsində olması, yalnız tərəfindən idarə olunması qeyd olunan halları və mübahisələndirilən əqdin həqiqətən də yalan əqd olmasını təsdiq edir. Məhkəmə prosesində zərurət yarandığı halda istinad olunan ailə-məişət mübahisələri ilə bağlı məhkəmə qərarlarını da təqdim etməyə hazırdır. Məsələ burasındadır ki, qızı Cavabdeh1 onunla münaqişə şəraitində olan və ona qarşı əmlak iddiaları olan digər ailə üzvlərinin təsiri altında avtomobilin idarə olunması ilə bağlı sözügedən etibarnaməni ləğv etdirmiş və avtomobili tələb etməyə başlamışdır. Belə olan halda o, aralarındakı yalan əqdin onun pərdələdiyi əsl əqdlə əvəz olunması və etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmağa məcbur qalmışdır. Ona görə də hesab edir ki, “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı 2018-ci il buraxılışlı avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı bütün əqdlər və aparılmış sənədləşmə işləri etibarsız hesab edilməli və avtomobil onun mülkiyyətinə qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi, vəkil iddia ərizəsinə əlavə təqdim edərək, iddianın əsasını dəyişdirmişdir. Əlavədə göstərilir: İddia ərizəsində göstərilmiş bir sıra xüsusatları dəqiqləşdirmə məqsədilə qeyd qeyd etməyi zəruri hesab edir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı ilə vəkil xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanması çərçivəsində hazırki mülki iş üzrə mübahise predmeti olan münasibətləri və epizodları müzakirə edərkən aralarında anlaşılmazlıq yaranmış, İddiaçı hadisələri rabitəsiz, qeyri-ardıcıl və emosional nəql etməsi, eyni zamanda müzakirə əsnasında hazırki mübahisə predmeti ilə bilavasitə əlaqəsinin olub-olmamasından asılı olmayaraq gündəlik həyatında qarşılaşdığı bütün hüquqi problemlərdən, habelə şəxsi ailə münaqişəsindən bəhs etməsi nəticəsində onda belə bir yalnış qənaət formalaşmışdır ki, sanki İddiaçı ailə-nikah münasibətlərində və vərəsəlik məsələlərində ailədaxili problem yaşadığından, bu münaqişələr məhkəmə mübahisəsi həddinə çatdığından, boşanma, eyni şəxslə yenidən nikah ve s. hallarla müşayiət olunduğundan hazırki mübahisə predmeti olan avtomobilin gələcəkdə bu mübahisələrin predmetinə çevrilməməsi üçün şərti olaraq onu qızı Cavabdeh1 adına rəsmiləşdirmişdir. Məhz belə yalnış qənaət nəticəsində tərəfindən iddia ərizəsi tərtib edilərkən mübahisələndirilən yalan əqdin bağlanması və əsas əqdin pərdələnməsi motivi kimi qeyd olunan əsas göstərilmişdir. Lakin, proseslerin sonrakı axarı və hüquqlarını müdafiə etdiyi şəxslə hadisələrin ve epizodların təkrar müzakirələri nəticəsində ona aydın olmuşdur ki, salondan aldığı “Lexus NX 200” minik markalı, **-SJ- *** dövlət nömrə nişanlı 2018-ci il buraxılışlı avtomobilin alqı-satıqısını qızı Cavabdeh1 adına rəsmiləşdirməklə əslində özü ilə bağlanmış alqı-satqını bu formada pərdələməkdə İddiaçı əsas motivi və məqsədi həmin nəqliyyat vasitəsini borclu qismində müştərək borclu olduğu ödənilməmiş kredit öhdəliyi üzrə məhkəmə qərarının icrası çərçivəsində həyata keçirilən məcburi icra tədbirlərindən yayındırmaqdan ibarət olmuşdur.Belə ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə borclu olmuş, lakin kredit öhdəlikləri icra olunmadığından bank tərəfindən borcun müştərək qaydada X1, X3 və İddiaçı tutulması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmə tərəfindən e-2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri çıxarılmış, həmin məhkəmə əmrinə əsasən İddiaçı və digərlərindən cəmi 3912 ABŞ dolları məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumunun tələbkar "xxxx" ASC-nin xeyrinə tutulması müəyyən edilmişdir. Qeyd: Yuxarıda göstərilən kredit müqavilesi üzre borcalan İddiaçı olsada faktiki kredit vəsatini Emilin dostu və kredit müqaviləsi üzrə zamini X7 tərəfindən istifadə edilmişdir. Suraxanı rayon icra və probasiya şöbəsinin icra məmuru Anar Qurbanovun 14 mart 2018-ci il tarixli qərarı ilə icraata başlanılmış, qərarın 2-ci hissəsinə əsasən İddiaçı 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmiş, qərarın 2-ci hissəsinin b) bəndinə əsasən əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin tarixdə İddiaçı icra məmuru tərəfndən könüllü icra bildirişi də göndərilmişdir.İddiaçı deməsinə görə öz mülahizələri əsasında kredit müqaviləsi üzrə pulu özü deyil, məhz dostunun götürməsini, dostuna onun xahişi ilə zamin durmasını, bununla bağlı heç bir maddi marağının olmamasını, götürülən məbləğdən yalnız dostunun bəhrələnməsini və belə olan halda borcu da onun qaytarmalı olmasını əsas gətirərək, prinsipial olaraq məhkəmə əmri üzrə borcu ödəməmiş, lakin əmlakının da məcburi icra tədbirlərinə - siyahıya alınmaya, üzərinə həbs qoyulmasına, tələbkara təklif olunması və s. məruz qalmaması üçün aldığı yeni avtomobil üzrə sənədləşmə işlərini qızının adına aparmış, bununla da faktiki olaraq özü ilə bağlı olan alqı-satqını qeyd olunan məqsədlə qızının adına bağlanmış əqd kimi pərdələmişdir. Həmçinin bildirilir ki, kredit borcu yalnız 17 sentyabr 2019-cu il tarixdə ödənilmiş və bununla bağlı tələbkar "xxxx" ASC borcun ödənilməsi ilə əlaqədar icra sənədi üzrə icraata xitam verilməsi barədə icra şöbəsinə müraciət ünvanlamışdır. Beləliklə, müştərək qaydada həm də İddiaçı bankın xeyrinə müvafiq borcun ödənilməsinin qət edildiyi sözügedən icra sənədi 14 mart 2018-ci il tarixdən 17 sentyabr 2019-cu il tarixə kimi məcburi icra mərhələsində olmuş ve İddiaçı əmlak mənsubiyyəti də qeyd olunan tarix intervalında potensial məcburi icra tədbirləri predmetinə çevrilmişdir. Təsadüfi deyildir ki, AD 285001 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də göründüyü kimi mübahisəli nəqliyyat vasitəsinin alğısatqısı məhz 14 İyul 2018-ci il tarixdə, yəni qeyd olunan məhkəmə əmrinin icrası üzrə icra məmuru tərəfindən başladılmış icraatdan, könüllü icra müddətinin başa çatmasından və məcburi icra tədbirlərinin başlanmasından sonra (25 mart 2018-ci il tarixden sonra) aparılmışdır. Bununla da qeyd olunan yalan əqdlə İddiaçı öz vəsaiti hesabına aldığı nəqliyyat vasitəsinin qeyd olunan məhkəmə əmrinin icrası ilə bağlı məcburi icra tədbirlərinə məruz qalmaması üçün qızının adına rəsmiləşdirmişdir. Həmçinin, iddiaçı Bakı şəhəri, Babək prospektində yerləşən avtosalonla barter razılaşması apararaq aralarındakı şifahi razılığa əsasən mülkiyyətindəki avtomobili artiq köhnəldiyindən və təmir xərcləri artdığından üzərində əlavə pul məbləği verməklə həmin avtosalona verib, əvəzində onlardan “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobili 2018-ci il buraxılışlı avtomobili almışdır. Qeyd olunan faktı həmin avtosalonun sahibi və əməkdaşları təsdiq edə bilər. Hemçinin qeyd etmeyi zəruri hesab edir ki, mübahisə predmeti olan avtomobil alınarkən ona təhkim edilən dövlət nömrə nişanı (10SJ400) iddiaçının barter üçün avtosalona verilən, yəni əvvəlki avtomobilinin sonuncuya məxsus dövlət nömrə nişanı olmuş və iddiaçının xahişi ilə avtomobilə təhkim edilmişdir. Lakin sözügedən avtomobilin gələcəkdə Yasamal Rayon Mhkəməsinin e-2(004)- 2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinin icrası ilə əlaqədar məcburi icra tədbirlərinin predmetinə çevrilməməsi üçün avtomobili şərti olaraq qızı Cavabdeh1 adına rəsmiləşdirmiş və bununla bağlı onun adına AD 285001 saylı 14 iyul 2018-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi almışdır. Bununla yanaşı həmin avtomobili idarə etmək üçün ondan özünə nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 18 iyul 2018-ci il tarixli Etibarname almışdır. Bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qızı Cavabdeh1 heç vaxt həmin avtomobili idarə etməmişdir. Bu faktı şahidlər və zərurət yarandığı halda DYP-dəki məlumatlar da təsdiq edə bilər. Avtomobil daim iddiaçının istifadəsində və faktiki sahibliyində olmuşdur. Bütün bunlar onu göstərir ki, qeyd olunan avtomobillə bağlı aparılmış formal əqd əsl əqdi, yeni iddiaçı ilə həmin avtosalon arasındakı barter və alqı-satqı müqaviləsini pərdələmək məqsədi daşımış, əqdin bu formada pərdələnməsinin esas məqsədi isə onu müvafiq icra sənədi üzrə məcburi icra tərdbirlərinin predmetinə çevrilməkdən kənarlaşdırmaq olmuşdur.
4. Daha sonra Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının təmin edilməməsinə, qarşılıqlı iddianın təmin edilməsinə, İddiaçı (iddiaçının) qanunsuz sahibliyində olan **-SJ-*** dövlət nömrə nişanlı, 2018-ci il buraxılışlı, Lexus NX 200 markalı minik avtomobilinin işlək vəziyyətdə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki: İddiaçı atası İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Bakı şəhəri, Babək prospektində yerləşən avtosalonla barter razılaşması apararaq aralarında şifahi razılığa əsasən mülkiyyətindəki avtomobiln köhnəldiyindən və təmir xərcləri artdığından üzərində əlavə pul məbləği verməklə həmin avtosalondan 10-SJ -400 dövlət nömrə nişanlı, 2018-ci il buraxılışlı, “Lexsus NX 200” markalı minik avtomobili almışdır. Eyni zamanda bildirir ki, ailə-nikah münasibətlərində və vərəsəlik məsələlərində ailədaxili problem yaşadığından, bu münaqişələr məhkəmə mübahisələrinin predmetinə çevirilməməsi üçün avtomobili şərti olaraq onun adına rəsmiləşdirmiş və bununla bağlı adına AD 285001 saylı 14 iyul 2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi almışdır. Həmçinin avtomobilin idarə edilməsi üçün ondan nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında 18 iyul 2018ci il tarixli etibarnamə almışdır. Məhkəmənin diqqətinə çatdırır ki, həmin avtomobil alınarkən atasının nikahı olmamış və babası X2 olduğundan hansısa vərəsəlik məsələsindən və ailədaxili problemdən söhbət gedə bilməzdi. Qeyd edir ki, sözügedən avtomobil ona və digər avtomobil **-SV-*** dövlət nömrə nişanlı, 2019-cu il buraxılışlı, MAZDA 3 minik avtomobili xx.xx.2019-cu il tarixdə bacısı X6 mərhum babaları X8 tərəfindən hədiyyə kimi alınmışdır. Babası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Atası onun maşınını sürmək istədiyi üçün ona etibarnamə vermişdi. Hal-hazırda bacısı öz avtomobilini idarə edir. Lakin bir müddət keçdikdən sonra onun evinin yaxınlığında yerləşən və onlara məxsus olan qeyri-yaşayış sahəsini (obyekti) icarəyə götürən şəxs anasına zəng vurararaq bildirmişdir ki, “Emil avtomobili idarə etmir, atıb hǝyǝtə, avtomobil pis vəziyyətdədir, bəzi hissələrini satıb, gəlin əmlakınıza sahib çıxın heyfdir”. Bundan sonra atasının onun mülkiyyətində olan avtomobilin beynini və ötürücü qutusunu satdığına görə məcburiyyət qarşısında qalaraq xx.xx.2021-ci il tarixdə ona verdiyi etibarnamǝni ləğv etdirərək avtomobilin işlək vəziyyətə gətirilməsini ondan tələb etsə də, atası maşını təmir etdirmək əvəzinə yaşadığı evdən qeydiyyatdan çıxarılması ilə bağlı Suraxanı Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, hətta avtomobili həmin vəziyyətdə evdən götürülməsinə razılıq verməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
6. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, bankdan kredit götürən şəxs öldüyündən, borcu ödəmək öhdəliyi İddiaçı keçmişdir. İddiaçı da, borcla bağlı mübahisələr zamanı keçmiş ağ rəngli “Lexus” markalı avtomobili qızının adına keçirmişdir. Daha sonra həmin avtomobili qara rəngli “Lexus” markalı avtomobillə dəyişən zaman rəsmiləşdirmə qızının adına olmuşdur. Mülkiyyət hüququnun əsas tərkib əlamətlərindən biri də əmlakdan istifadədir ki, cavabdeh heç vaxt həmin avtomobildən istifadə etməmişdir. Ailə daxili münasibətlərdə gərginliklər olsa da, hətta Emil qızına ev belə bağışlamışdır. Rəsmi bağışlama müqaviləsi olmasa da, öz adına olan evi qızına vermişdir. Oğlu üçündə ev almışdır. Özü isə hazırda atası evində yaşayır. Emil hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən 6 ay əvvəl ailədaxili problemlər nəticəsində qızı avtomobilin idarə edilməsi üçün atasına verdiyi etibarnaməni ləğv etdirir. Bunların nəticəsində Emil məhkəmədə iddia qaldırmağa məcbur olur.
8. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia ərizəsinin dəlillərində ilkin iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddanın əsasını ilkin iddiaya dair etirazın dəlillərinin təşkil etdiyini, ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci və 259-cu maddələrinin tələblərinə əsasən işə təkrar məhkəmə baxışı iclasında iştirak etməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Lazımi qaydada məlumatlandırılmış digər cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi nümayəndəsinin iştirakını təmin etməmiş, sorğulara cavab verməklə kifayətlənmişdir.
10. Sonuncu məhkəmə baxışı iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, İddiaçı onun bibisinin oğludur. Cavabdeh1 böyük qızı, bibisinin nəvəsidir. Qohumluq əlaqələri var və mütəmadi olaraq bir-birlərinin evinə qonaq gedib-gəlirlər, vaxtaşırı zəngləşirlər. Özü Gəncədə olur və Emil onların Gəncədəki evinə qonaq gəlibgedir. 2004-cü ildən, yəni tələbəlik illərindən Bakı şəhərindədir. “400” nömrəsi həmişə Emilin istifadəsində olub və həmişə “Lexus” markalı avtomobildə olub. Mübahisəli avtomobildən əvvəl Emilin maşını “ LX4.7 ya da LX5.7 Lexus” markalı avtomobil olub ki, hazırki avtomobildən daha böyük və rəngi ağ rəng olmuşdur. Avtomobil hər zaman, hətta pandemiya ərəfəsi, ondan əvvəl Emilin istifadəsində olmuşdur. Həmin avtomobil heç vaxt Elza tərəfindən idarə edilməyib. Ümumiyyətlə Elzanın avtomobil idarə etməsinin şahidi olmamışdır. Təzəlikcə eşitmişdir ki, avtomobil başqasının adınadır. Emilin müəyyən dövr maddi sıxıntısı olduğundan, ödəməli olduğu kreditləri var idi. Kreditlərinin olması barədə Emil özü ona məlumat vermişdir. Bibioğlu kimi dəfələrlə bir-birləri ilə söhbətləri olduğundan, Emil ona dostunun adına kredit götürdüyünü demişdir. Belə hesab edir ki, avtomobilin başqasının adına qeydiyyata alınması Emilin kredit borclarına görə atdığı addımdır. Ona verilən suala cavab olaraq bildirmişdir ki, avtomobil təzə alınan zaman Elzanı yox, Emili təbrik etmişdir. Emilin həmişə avtomobilləri dəyişməsi kimi adəti olmuşdur. Çünki o, maşın alır, 3-4 il sürür, köhnəldiyi təqdirdə ,yenisi ilə dəyişdirirdi. Mərhum bibisinin yoldaşı Vaqifin nəvəsi Elzaya avtomobil həddiyə etməsi kimi bir elanını eşitməmişdir.
11. Sonuncu məhkəmə baxışı iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, Emilin atasının sürücüsü olmuşdur. 11 yaşından Emilgil ilə eyni məhəllədə böyümüşdür. 2016-cı ildən mərhum Vaqif Əsgərov vəfat edənə qədər onun sürücüsü olmuşdur. Emilin özünə və onun ailəsinə sürücülük etməmişdir. **-NA-*** dövlət qeydiyyat nişanlı, “Lexus 5.7” markalı (rəngi qara) avtomobil Vaqif Əsgərovun istifadəsində olmuşdur. Hətta eyni markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil (rəngi ağ) isə Emilin istifadəsində olmuşdur. Hər iki avtomobilin alışı zamanı iştirak etmişdir. Avtomobillər “Lexus Service”-dən 2012-ci ildə alınmışdır. Lakin onların satışı zamanı iştirakı olmamışdır. Qara rəngli **-SJ-*** dövlət qeydiyyat nişanlı, “Lexus NX 200” markalı avtomobil Emil tərəfindən öz puluna alınmışdır. Avtomobillərin polisdə qeydiyyatını hər özü etmişdir. Emil ailəsi ilə şəhərdə yaşamış, Vaqif müəllimlə özü isə Qaraçuxurda yaşamışlar. **-SJ-*** dövlət qeydiyyat nişanlı, “Lexus NX 200” markalı avtomobilin Elza tərəfindən idarə edilməsinin şahidi olmamışdır. Hətta qonaq gediş-gəlişlərində də, bu hala şahid olmamışdır. Ümumiyyətlə, Emilin ailəsi ilə yaxın münasibəti olmamışdır. **-SJ-*** dövlət qeydiyyat nişanlı, “Lexus NX 200” markalı avtomobili həmişə Emilin istifadəsində görmüşdür. Avtomobili təmirə, qulluğa, avtoyuyucuya Emil özü aparıb. Avtomobil alınanda Emilə xeyirli olsun desə də, Emil avtomobilin qızının adına olması ilə bağlı ona heçnə deməmişdir. Ona verilən suala cavab olaraq bildirir ki, Emil, atası Vaqif və özü həyətdə olarkən, Emil onlara adına kreditin olduğunu bu səbəbdən (keçmiş ağ rəngli “Lexus”) avtomobili qızının adına keçirdəcəyini demişdir. Atası da, Emilə “maşın özünündür necə istəyirsən et” demişdir. Ailənin başqa avtomobili olmamışdır. Onun bildiyi avtomobillər Vaqif müəllimin ağ “lexus” markalı avtomobili və emilin istifadəsində olan qara “lexus” markalı avtomobil olmuşdur.
12. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində dindirilən Kadir Kuzu ifadəsində bildirmişdir ki, 1994-cü ildən Azərbaycanda yaşayır. Şəxsi avto salonu var. İddiaçıya “Lexus NX200” markalı maşın satmışdır. Belə ki, “Lexus” rəsmi mağazasından alıb satışla məşğul olur. Maşını iddiaçının adına almış və onun adına rəsmiləşdirmişdir. Ödədiyi pulun qəbzini “Lexus” verir, alıcı olaraq iddiaçının adı göstərilir. İddiaçının köhnə bir lexusu var idi, onu gətirib yenisi ilə dəyişmək istədiyini bildirmişdir. Maşının qiyməti 43000 dollar idi. Köhnə maşını 40000 dollar qiymətləndirib, 3000 dollar üstündə alıb dəyişmişdir. Nömrəsini də təzə maşına keçirtmişlər. Bundan sonra iddiaçı ilə görüşməmişlər. Lakin bir dəfə iddiaçı ona zəng etmiş, maşını vurduğunu və buna görə də ona maşının hissəsinin lazım olduğunu bildirmişdir. Suallara cavab olaraq isə bildirmişdir ki, iddiaçının qızını tanımır, avtomobili qızının adına almamışdı, öz adına olmaqla, özü üçün alırdı. Lakin “Lexus” da arayış yazılır, iddiaçı kimin adını qeyd edibsə onun adına rəsmiləşir. Bu barədə məlumatı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
13. Bakı şəhəri Suraxanı Rayon İcra və probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, ona e-2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icranı könüllü təmin etməsi təklif edilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, Suraxanı Rayon Məhkəməsinə göndəriləcəyi barədə məlumat verilmiş, daha sonra isə AR CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət ediləcəyi barədə məlumat verilmişdir.
14. Suraxanı rayon icra və probasiya şöbəsinin icra məmuru Anar Qurbanov tərəfindən qəbul edilən xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, borclular İddiaçı, X4 və X3 müştərək qaydada cəmi 3912 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
15. "xxxx" ASC tərəfindən Yasamal rayon İcra Şöbəsinə ünvanlanan icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizədən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-2536/2018 saylı məhkəmə əmri üzrə borc ödənildiyindən icraata xitam verilməsi xahiş edilmişdir.
16. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Qurbanov tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır.
17. AD seriyalı, 285001 saylı nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsinin surətindən görünrü ki, “Lexus NX200” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixindən Cavabdeh1 mülkiyyətindədir.
18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən İddiaçı adına qeydiyyatdan çıxarılan nəqliyyat vasitələri barədə məlumatların komputer çıxarışından görünür (xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilən): -**-SJ-*** dövlət qeydiyyat nişanlı, “Lexus LX570” minik markalı ağ rəngli avtomobilə İddiaçı adına şəhadətnamə xx.xx.2012-ci il tarixində verilmişdir. -**-SJ-*** dövlət qeydiyyat nişanlı, “Lexus LX470” minik markalı ağ mirvari rəngli avtomobilə İddiaçı adına şəhadətnamə xx.xx.2009-cu il tarixdə verilmişdir. -**-SJ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prado” minik markalı qara rəngli avtomobilə İddiaçı adına şəhadətnamə xx.xx.2006-cı il tarixdə verilmişdir. -**-RC-*** dövlət qeydiyyat nişanlı, “X17” minik markalı avtomobil İddiaçı adına şəhadətnamə xx.xx.2006-cı il tarixində verilmişdir.
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(001)-5945/2022 saylı sorğusuna cavab olaraq bildirmişdir:
20. “Lexus LX570” markalı, ban nömrəsi JTJHY00W804084672 olan **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə komisyon mağazada satılması üçün onun adından qeydiyyatdan çıxarılmış və 695TR18 tranzit nişanı təhkim edilmişdir. Həmin gün də, **-SJ-*** qeydiyyat nişanı gömrük bəyannamə 745458 nömrəli hesab-arayış əsasında “Lexus NX200” markalı, ban nömrəsi: JTJYERBZ702035446 olan nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
21. "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə verilən AA seriyalı, 745458 saylı arayış-hesab vərəqinin surətindən görünür ki, “LexusNX200” markalı, qara rəngli avtomobil 56500 manata Cavabdeh1 satılmışdır.
22. Nəqliyyat vasitəsinə zəmanət haqqında Sazişdən görünür ki, bir tərəfdən satıcı "xxxx" MMC ilə digər tərəfdən alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən tərəflər razılaşırlar ki, alıcıya təhvil verilmiş avtomobilə hansı halın tez baş verməsindən asılı olaraq, 3 il və ya 100000 km zəmanət verilir.
23. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
24. İddiaçı Cavabdeh1 tərəfindən qarşılılı iddia ərizəsinin verlməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
25. Yasamal Rayon Məhkəməsinin 2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən 3912 ABŞ dolları məbləğində pulun müştərək qaydada (iddiaçı) İddiaçı, X7 və X3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir.
26. Yasamal Rayon Məhkəməsinin 2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri tam icra edildiyindən tələbkar tərəfindən icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixində Yasamal Rayon İcra Şöbəsinə rəsmi qaydada müraciət edilmiş, icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Yəni məcburi icra tədbirləri xx.xx.2018-ci il tarixindən-xx.xx.2020-ci il tarixinədək davam etmişdir.
27. İlkin iddia üzrə iddiaçı iddia edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinin icrası mərhələsində məcburi icra tədbirlərinə məruz qalmaması üçün hazırki mübahisə predmeti olan **-SJ-*** qeydiyyat nişanlı, “Lexus NX200” markalı avtomobili alan zaman qızının adına rəsmiləşdirmişdir. Avtomobili almaq üçün isə keçmiş “Lexus LX570” minik markalı avtomobili satmış və əldə edilən pulun üstünə əlavə pul qoymuşdur. Həmin avtomobili mütəmadi olaraq özü ona verilən etibarnamə ilə idarə etmişdir. Avtomobilə təhkim edilmiş **-SJ-*** qeydiyyat nişanı isə özünə aid olmuş və idarə etdiyi maşınlarda istifadə edilmişdir.
28. Məhkəmə tərəfindən ilkin iddia üzrə mübahisənin həlli ilə bağlı əhəmiyyət kəsb edən məlumatların əldə edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinə sorğu ünvanlanmış və sorğunun nəticəsində müəyyən edilmişdir ki, **- SJ-*** dövlət qeydiyyat nişanı 2006, 2009, 2012-ci illər ərzində İddiaçı mülkiyyətində və istifadəsində olan avtomobillərin üzərində olmuşdur. İddiaçı adına qeydiyyatdan çıxarılan nəqliyyat vasitələri barədə məlumatların komputer çıxarışına əsasən isə sonuncu dəfə “Lexus LX570” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə komisyon mağazada satılması üçün onun adından qeydiyyatdan çıxarılmışdır. Həmin tarixdə “Lexus NX200” markalı, ban nömrəsi: JTJYERBZ702035446 olan nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
29. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə “Lexus NX200” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona babasının Əsgərov Vaqifin hədiyyəsi olduğunu, atasına idarə etməsi üçün etibarnamə verdiyini, bildirməklə, mülkiyyətində olan avtomobilini atasından (qarşılıqlı iddia üzrə cavabdehdən) tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
30. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığına görə hər iki iddiaya münasibətdə vahid hüquqi dəyərləndirmə aparılmalıdır. Bu səbəbdən də hər iki iddia üzrə tərəflər iddiaçı və cavabdeh olaraq adlandırılmışdır.
31. Belə ki, ilkin iddianın əsasını əqdin etibarsızlığının hüquqi nəticələrinin tətbiqi təşkil etdiyi halda, qarşılıqlı iddianın əsasını etibarlı əqdə əsaslanmaqla mülkiyyətin müdafiəsi təşkil edir(Mülki Məcəllənin 337,340 və 157-ci maddələri).
32. Bu səbəbdən də məhkəmə əvvəla Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq ilk öncə əqdin etibarlılığına qiymət verilməsi qənaətindədir.
33. İşin müəyyən edildiyi hallarından görünür ki, “Lexus NX200” markalı, **-SJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır.
34. Belə ki, “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.10-cu bəndində( göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X18ndə uçota alınmış və nəqliyyat vasitələrinin alqı-satqısı üzrə ixtisaslaşmış hüquqi şəxs statuslu müəssisə, təşkilat və firmalar tərəfindən respublikaya satış üçün gətirilmiş təzə nəqliyyat vasitələri, onları almış hüquqi və fiziki şəxslərin adına, həmin nəqliyyat vasitələrinin respublikaya gətirilməsinə dair gömrük sənədləri, alqı-satqı müqaviləsi, tranzit nişanları və bu Əsasnamənin 2.8.-ci bəndində nəzərdə tutulmuş digər müvafiq sənədlər əsasında qeydiyyata alınır.
35. Həmin bəndin əvvəlki redaksiyasında qeyd edilən “satılmaq barədə arayışhesab” sözləri “alqı-satqı müqaviləsi” sözləri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı na əsasən əvəz edilmişdir.
36. Göründüyü kimi 2020-ci il tarixə kimi arayış-hesab vərəqəsi alqı-satqı müqaviləsini əvəz etmişdir.
37. Lakin iddiaçı Lexus NX 200 minik markalı, **-SJ-*** qeydiyyat nişanlı avtomobili ticarət nümayəndəsi və ya Komisyonçu olan və məhkəmə iclasında şahid qismində dindirilən Kadir Kuzu adlı şəxsdən aldığını və formal olaraq iş üzrə cavabdeh olan qızının adına rəsmiləşdirdiyini iddia edir. Baxmayaraq ki, Kadir Kuzu adlı şəxsin Lexus rəsmi servisi ilə hansı müqavilə münasibətlərində olduğu qeyri-müəyyən olsa da, tədqiq edilmiş sübutlar onu göstərir ki, iddiaçının tələbinin dəlilləri həqiqətə uyğundur.
38. Belə ki, həqiqətən də mübahisəli avtomobilin nömrə nişanı hər zaman iddiaçının mülkiyyətində olduğu avtomobillərə təhkim edilmişdir. Həqiqətən də LPO "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi (kreditin müddəti:xx.xx.2015-xx.xx.2016) üzrə iddiaçı zamindir və həmin kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə borclulardan 3912 Abş dolları məbləğində pulun tutulması barədə məhkəmə tərəfindən əmr verilmişdir. Bundan başqa icra orqanı tərəfindən icra sənədinin icrası ilə bağlı məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
39. Bundan əlavə tərəflərlə qohumluq münasibəti və mübahisənin həllində marağı olmayan neytral şəxs kimi məhkəmə iclaslarında dindirilmiş şahidlər Kadir Kuzu və X5 ifadələrində məhz mübahisəli avtomobilin faktiki olaraq iddiaçıya məxsus olduğunu təsdiq etmişlər. Belə ki, şahid qismində dindirilən Kadir Kuzu bildirmişdir ki, Lexus NX 200 markalı avtomobilin pulu ona ödənilmiş və o, avtomobilin sənədlərini iddiaçıya təqdim edərək Lexus rəsmi servisdən birbaşa öz adına rəsmiləşdirilə biləcəyini izah etmişdir. Belə ki, onun "xxxx" MMC-ilə razılaşması bu formada olmuşdur ki, avtomobillərin dəyərini ödəməklə rəsmi servisdən alıb digər şəxslərə satmaq və rəsmiləşdirməni birbaşa Rəsmi servisə həvalə etmək. Eyni zamanda o, iddiaçının digər Lexus markalı avtomobilini barter edərək, üzərində əlavə vəsait əldə etməklə iddiaçıya satdığını təsdiqləmişdir.
40. Bundan əlavə nəqliyyat vasitələri barədə məlumatların komputer çıxarışından görünür ki, Lexus LX570 minik markalı, **-SJ-*** nömrə nişanlı, Ban nömrəsi JTHY00W804084672 olan, ağ rəngli nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə İddiaçı adına birbaşa rəsmiləşdirilmişdir. Qeydiyyat üçün əsas QİŞ-nin 016-Q-13326 ARAYİŞİ olmuşdur. Bundan sonra həmin avtomobil alqı-satqı müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına keçmiş və həmin gün İddiaçı təqribən 7 il müddətinə etibarnamə verilmişdir. Eyni zamanda digər şahid də Lexus LX570 minik markalı, **-SJ-*** nömrə nişanlı avtomobili bütün vaxtlarda iddiaçının idarə etdiyinin şahidinin olduğunu bildirmişdir. Bundan başqa iddiaçı tərəf cavabdehin həmin vaxtlar heç sürücülük hüququnun olmadığını bildirmişlər və cavabdehin həqiqətən də 2019-cu ildə sürücülük vəsiqəsi aldığı Elektron informasiya sistemindən müəyyən edilmişdir.
41. Odur ki, atasına məxsus olan nəqliyyat vasitəsinin 5 il sonra sürücülük hüququ olmayan qızının adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilməsi, avtomobilin əvvəlki nömrəsinin yenidən yeni mülkiyyətçiyə verilməsi(halbuki əgər əvvəlki mülkiyyətçinin avtomobili satmaq və özünə yeni avtomobil almaq niyyəti olsaydı 10 ildən artıq onun sərəncamında olan avtomobil nömrəsini itirmək istəməsi məntiqə sığmır), eyni tarixdə əvvəlki mülkiyyətçiyə etibarnamə verilməsi, avtomobilin yeni mülkiyyətçisi kimi hər hansı iradənin(sürmək, istifadə etmək) ifadə edilməməsi, avtomobilin başqa avtomobillə dəyişdirilərkən belə etirazın olmaması əqdin uydurma olduğu qənaətini formalaşdırır. Yəni hətta xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin də görüntü yaratmaq üçün bağlandığı mübahisə doğurmur.
42. Belə ki, əqdin etibarlılığı dedikdə onun arzu olunan hüquqi nəticəyə səbəb olması başa düşülür. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Yəni əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
43. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
44. Bunun davamı olaraq mübahisə predmeti olan Lexus NX 200 minik markalı, **-SJ-*** nömrə nişanlı avtomobilin də birbaşa cavabdehin adına rəsmiləşdirilməsi başqa əqdin pərdələnməsi kimi çıxış etmişdir. Yəni əslində iddiaçı mülkiyyəti hesab etdiyi avtomobili əlavə pul ödəməklə mübahisə predmeti olan avtomobillə dəyişdirərkən, hansı ki, bu dəyişmə prosedur olaraq 2 eyni tarixli alqı-satqı müqaviləsinin nəticəsində baş vermişdir, həmin dəyişməni ikinci alqı-satqı müqaviləsi ilə pərdələmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 662.2-ci maddəsinin tələbi baxımından dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir və dəyişdirilməli malların qiyməti tərəflərin razılığı ilə müəyyən edilə bilər.
45. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarxdə alqı-satqı müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirdiyi Lexus LX570 minik markalı, **-SJ-*** nömrə nişanlı, Ban nömrəsi JTHY00W804084672 olan, ağ rəngli avtomobili xx.xx.2018-ci il tarixdə Kadir Kuzu adlı şəxsə satmış və həmin tarixdə faktiki olaraq onun vasitəçiliyi ilə Lexus rəsmi servisi ilə alqı-satqı müqaviləsi əsasında Lexus NX 200 minik markalı, **-SJ-*** nömrə nişanlı avtomobili qızının adına rəsmiləşdirmişdir. Yenə eyni tarixdə özünə avtomobili idarə etmək üçün cavabdehdən etibarnamə almışdır.
46. Göründüyü kimi iddiaçının Kadir Kuzunun vasitəçiliyi ilə Lexus rəsmi servislə bağladığı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi (faktiki olaraq Kadir Kuzu ilə dəyişdirmə və "xxxx" MMC ilə alqı-satqı müqaviləsi) Cavabdeh1 ilə Lexus rəsmi servisi arasında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ilə pərdələnmişdir.
47. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
48. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir.
49. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
50. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
51. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
52. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
53. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.
54. Cavabdeh tərəfin mübahisəli avtomobilin əslində babası tərəfindən ona hədiyyə edildiyi və avtomobili idarə etmək niyyəti ilə atasına verdiyi barədə etirazının dəlillərini isə məhkəmə hər hansı sübuta söykənməyən formal mülahizə olaraq qiymətləndirərək əsassız hesab edir. Belə ki, cavabdeh etirazının dəlilləri ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
55. Beləliklə məhkəmə o qənaətə gəlir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir.
56. Odur ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız olduğundan və hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.
57. İlkin iddia üzrə iddiaçı tələbində məhkəmədən “Lexus NX 200” minik markalı, universal tipli, qara rəngli, **-SJ-*** dövlət nömrə nişanlı, 2018-ci il buraxılışlı, JTJYERBZ702035446 ban nömrəli avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış bütün əqdlərin və sənədləşmə işlərinin etibarsız hesab edilməsi, habelə DİN BDYPİ tərəfindən verilmiş AD seriyalı 285001 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin şəhadətnamənin ləğvi, sözügedən avtomobilə dair nəqliyyat vasitələrinin reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və həmin avtomobilin İddiaçı adına rəsmiləşdirilməsinin cavabdeh DİN BDYPİ-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, onun tələbi faktiki olaraq yalan əqdin hüquqi nəticələrinin tətbiq edilməsidir.
58. Yəni “Lexus NX 200” minik markalı, universal tipli, qara rəngli, **-SJ-*** dövlət nömrə nişanlı, 2018-ci il buraxılışlı, JTJYERBZ702035446 ban nömrəli avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış bütün əqdlərin və sənədləşmə işlərinin etibarsız hesab edilməsi, avtomobilə dair nəqliyyat vasitələrinin reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi kimi tələb ümumi anlamda sadalanmış və arzu olunan hüquqi nəticə isə avtomobilin cavabdehin adına rəsmiləşdirilməsinə əsas olmuş əqdlərin və sənədləşmələrin müvafiq olaraq etibarsız və ləğv edilməsi ilə avtomobilin iddiaçının adına rəsmiləşdirilməsinin təmin edilməsi olmuşdur.
59. Bu səbəbdən də məhkəmə iddia tələbinə məhz bu aspektdən yanaşmışdır. Belə ki, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.
60. Beləliklə məhkəmə hesab edir ki, “Lexus NX 200” minik markalı, universal tipli, qara rəngli, **-SJ-*** dövlət nömrə nişanlı, 2018-ci il buraxılışlı, JTJYERBZ702035446 ban nömrəli avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış bütün əqdlər və sənədləşdirilmələr etibarsız hesab edilməli və həmin avtomobilin İddiaçı adına rəsmiləşdirilməsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinə həvalə edilməlidir.
61. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə hesab edir ki, hazırki mübahisədə ilkin iddianın əsaslılığı qarşılıqlı iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığından və ilkin iddia təmin edildiyindən qarşılıqlı iddia əsassızdır. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən hər iki iddia üzrə vahid hüquqi dəyərləndirmə aparılmışdır. Tətbiq edilən prosessual normalar:
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
63. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
66. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, “Lexus NX 200” minik markalı, universal tipli, qara rəngli, **-SJ-*** dövlət nömrə nişanlı, 2018-ci il buraxılışlı, JTJYERBZ702035446 ban nömrəli avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış bütün əqdlər və sənədləşdirilmələr etibarsız hesab edilməli və həmin avtomobilin İddiaçı adına rəsmiləşdirilməsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinə həvalə edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir.
67. Hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir.
68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinə qarşı "yalan əqdin etibarsız hesab edilməsi və doğurduğu nəticələrin ləğvi" tələbinə dair ilkin iddiası təmin edilsin. “Lexus NX 200” minik markalı, universal tipli, qara rəngli, **-SJ-*** dövlət nömrə nişanlı, 2018-ci il buraxılışlı, JTJYERBZ702035446 ban nömrəli avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış bütün əqdlər və sənədləşdirilmələr etibarsız hesab edilsin və həmin avtomobilin İddiaçı adına rəsmiləşdirilməsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinə həvalə edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “özgənin sahibliyində olan əmlakın geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev