Məhkəmə qərarları › İş №e-2(001)-372/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-372/2025

03.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-372/2025 03.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylara münasibətdə bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlak, hərrac vasitəsi ilə satış, ) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylara münasibətdə bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylara münasibətdə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, “Nissan X Trail” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylara münasib olaraq aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə nikahda olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5586/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə olan nikah pozulmuşdur. Nikahda olduqları dövrdə Nissan X Traıl markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi almışlar. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-46/2023 № li iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Nissan X Traıl markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin mülkiyyət hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2581/2023 № li iş üzrə 14 sentyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikatəyi təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-46/2023 № li iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi mübahiləndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Lakin qanuni qüvvəyə minmiş məhkəmə aktının olmasına baxmayaraq cavabdeh bu günə qədər həmin nəqliyyat vasitəsini özündə saxlayaraq ondan istifadə edilməsi üçün ona imkan vermir və eyni zamanda bazar dəyərinin ½ hissəsini ödəməkdən imtina edir. Bu vəziyyət onu qeyd edilən əmlakda olan payı ilə bağlı istədiyi kimi sərəncam vermək hüququndan məhrum edir. Belə ki, cavabdeh ona qeyd edilən əmlakdan istifadə etməyə və qeyd edilən əmlakın ona məxsus olan hissəsi ilə bağlı sərəncam verməyə imkan vermir. Buna görə də ümumi birgə mülkiyyət olan yuxarıda qeyd edilən daşınmaz əmlakda olan payının üzərində sərəncam vermək qərarına gəlmişdir. Bu məqsədlə qeyd edilən əmlaklarda olan payının cavabdeh tərəfindən satın alınması, bu mümkün olmadıqda isə satılaraq bölünməsi ilə bağlı cavabdehə təklif göndərmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh onun təklifinin heç birinə cavab verməmişdir. Buna görə də o, qeyd edilən daşınmaz əmlaka olan hüquqlarını təmin etmək üçün qeyd edilən ümumi birgə əmlakın satılaraq bölünməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd edilən nəqliyyat vasitəsi cavabdehin istifadəsindədir. Əvvəlki məhkəmə çəkişmələri zamanı nəqliyyat vasitəsinin dəyəri 20000 manat məbləğində dəyərləndirilmişdir. İddiaçı tərəfindən cavabdehə həmin məbləğin yarısının verilməsi təklif edilsə də, cavabdeh imtina etmişdir. Hərracın açıq və ya qapalı keçirilməsinin onun üçün xüsusi əhəmiyyət kəsb etmir. Belə ki, paylı mülkiyyətdə olan avtomobil cavabdehin istifadəsindədir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş telefongram əsasında cavabdeh ölkə xaricində olduğundan baxış iclaslarında iştirak edə bilmədiyini, paylı mülkiyyətdə olan nəqliyyat vasitəsinin istifadəsində olduğundan və tam mülkiyyət marağı olduğundan hərracın qapalı keçirilməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2581/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-46/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2024-cü il tarixli ümumi birgə əmlakın bölgüsü ilə bağlı təklifdən görünür ki, İddiaçı “Nissan X Trail” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissədən ibarət olan payını Bakı Apellyasiya Məhkəməsinin 2(103)-46/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 20000 manat qiymətinə münasib olaraq ondan satın almağı, nəqliyyat vasitəsinin satılması və pulunun aralarında bölünməsi barədə Cavabdeh qarşı təklif irəli sürmüşdür. - Xəbərnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ümumi birgə əmlakın bölgüsü ilə bağlı təklif xx.xx.2024-cü il tarixdə şəxsən imzalanaraq əldə edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4917/2024 saylı qərardadı ilə mülki iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və qiymətləndirmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. - 31.05.2024-cü il tarixli, 0052 saylı hesabatdan aşağıdakılar görünür ki, “Nissan X Trail” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin real bazar dəyəri 8730 manat və likvid dəyəri 7850 manat olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4656 nömrəli xx.xx.2022-ci il tarixli rəyin nəticə hissəsindən görünür ki, “Nissan X Trail” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadədə olması nəzərə alınmaqla 2019-cu il tarixə orta bazar qiyməti 20.000 manat müəyyən olunmuşdur. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin sistemli şərhi aşağıdakılara dəlalət edir: ilkin olaraq paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razlaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Əgər tərəflər arasında belə razılq əldə olunmazsa paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3.). Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 220.4 və 220.5-ci maddəsi ayrılan mülkiyyətçiyə onun payının verilməsi və əmlakdakı paya hüququnun itirilməsi qaydasını müəyyən edir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məcəllənin 220.6-cı maddəsinin məzmunundan məlum olur ki, ayrılan mülkiyyətçi ilkin olaraq Məcəllənin 220.3-220.5-ci maddələrdə müəyyən edilmiş qaydalara və ardıcıllığa riayət etməli və yalnız həmin qaydalar və ardıcılıq əsasında ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Hazırkı işin materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 46/2023 № li iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Nissan X Traıl markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin mülkiyyət hüququ müəyyən edilmişdir. Tərəflərin paylı mülkiyyətində olan nəqliyyat vasitəsinin fiziki cəhətdən bölünməsi açıq aşkar mümkün olmadığından, iddiaçı öz payının dəyərinin ödənilməsinə dair təklifinə cavabdeh tərəfindən ödənilmədiyindən, məhkəmə iclasları zamanı digər mülkiyyətçicavabdeh belə bir təkliflə çıxış etmədiyindən, iddiaçı Mülki Məcəllənin 220-ci maddəsi ilə nəzərədə tutulmuş ardıcılığa riayət edilməsi zərurəti olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi zərurəti ortaya çıxmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “ ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. ... mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə, məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə, onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, mübahisəli ümumi paylı mülkiyyətdə olan nəqliyyat vasitəsinin naturada təcrid şəklində bölünməsi texniki cəhətdən qeyri-mümkün olduğundan, nəqliyyat vasitəsi açıq hərracda satılaraq, satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Belə ki, mübahisəli nəqliyyat vasitəsinin tərəflər arasında mübahisəli avtomobilə payın müəyyən edilməsinə dair məhkəmə çəkişmələri zamanı orta bazar dəyəri 20000 manat müəyyən edildiyi halda, iddiaçı tərəfindən cavabdehə 10000 manat təklif edilmiş, iddiaçı isə həmin təkliflə razılaşmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadının 66-cı bəndində qeyd edilir ki, hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Məhkəmə hərracın formasının keçirilməsi qaydası ilə bağlı qeyd edir ki, tərəflərin mövqeləri, avtomobilin daimi olaraq cavabdehin istifadəsində olmaqla sonuncunun avtomobil üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. Maddə 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Maddə 97.4-1. İşdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 99.2. Ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə nəqliyyat vasitəsinin ilkin satış dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, məhkəmə qərardadı əsasında qiymətləndirici tərəfindən hesabat əsasında “Nissan X Trail” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin real bazar dəyəri 8730 manat və likvid dəyəri 7850 manat müəyyən edilməsinə baxmayaraq, tərəflər arasında əmlaka payın müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi zamanı qeyd edilən nəqliyyat vasitəsinin orta bazar dəyərinin müəyyən edilməsi üçün keçirilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4656 nömrəli xx.xx.2022-ci il tarixli rəyi ilə “Nissan X Trail” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadədə olması nəzərə alınmaqla 2019-cu il tarixə orta bazar qiyməti 20.000 manat müəyyən olunmuşdur. Bundan başqa məhkəmə tərəfindən nəqliyyat vasitələrinin satış elanlarına dair məlumatları özündə əks etdirən elektron informasiya portalları –turbo.az, avtomobil.az, avto.az, maşınlar.az və digər resurslar vasitəsi ilə müəyyən edilmişdir ki, 2013-cü il buraxılışlı, 143.103 km yürüş olan “Nissan X Trail” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar dəyəri 20.000 manatdan başlayaraq 25.000 manat məbləğlər arasında dəyişməkdədir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli nəqliyyat vasitəsinin hərrac vasitəsi ilə satışı zamanı ilkin satış dəyərinin 20.000 manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Beləliklə yuxarıda sadalanan işin araşdırılan halları və qanunvericiliyin normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “Nissan X Trail” markalı **- SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 20.000 (iyirmi min) manat müəyyən edilməklə avtomobil açıq hərracdan satılmalı və avtomobilin satışından əldə edilmiş vəsait Cavabdeh və İddiaçı arasında bərabər paylarda bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. “Nissan X Trail” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 20.000 (iyirmi min) manat müəyyən edilməklə avtomobil açıq hərracdan satılsın və avtomobilin satışından əldə edilmiş vəsait Cavabdeh və İddiaçı arasında bərabər paylarda bölünsün. Nəqliyyat vasitəsi ilk öncə yalnız paylı mülkiyyətçilərin iştirakçıları üçün qapalı hərracdan, həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar