Məhkəmə qərarları › İş №e-2(001)-3743/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3743/2024

12.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3743/2024 12.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbi iddiasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və X1 ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 21 may 2019-cu il tarixdə bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 590333,34 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə 21 may 2019-cu il tarixdə bağladıqları AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən birgə mülkiyyət üzrə iddiaçılara məxsus olan "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən ümumi sahəsi 4136.6 kv.m olan əmlak kompleksini bankın razılıq məktubu əsasında cavabdehlərə 1090333.34 manat qiymətinə satmışdılar. Qeyd edilir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə iddiaçılara məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti, 7 ünvanında yerləşən əmlak kompleksi İpoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən "xxxx" ASC həmin əmlakın ipoteka yüklülüyündə qalması şərtilə özgəninkiləşdirilməsinə razılıq vermişdir. "xxxx" MMC-nin ləğv prosesində olan "xxxx" ASC qarşısında xx.xx.2019-cu il tarixə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 300000 manat əsas, 26100 manat faiz, cəmi 326100 manat, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 400000 manat əsas, 38133,34 manat, cəmi 438133,34 manat və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 300000 manat əsas, 26100 manat faiz, cəmi 326100 manat borc öhdəliyi olmaqla, ümumilikdə 1090333,34 manat borc öhdəliyi mövcud olmuşdur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən Alıcılar bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğin 500000 manat məbləğini Satıcının razılığı ilə həmin əmlaka dair Satıcıların "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixinə olan borc öhdəliyinin bir hissəsinin icrası üçün notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyirlər. Qalan 590333,34 manat məbləği isə Satıcıların "xxxx" ASC-yə olan borc öhdəliyinin icrası üçün ödəməyi öhdələrinə götürürlər. Ləğv prosesində olan "xxxx" ASC Bakı şəhəri 12 saylı Notariat ofisinə göndərdiyi xx.xx.2019-cu il tarixli məktubda bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipoteka qoyanlara məxsus olan əmlak kompleksinin ipotekada qalmaqla özgəninkiləşdirilməsinə və özgəninkiləşdirilməsindən əldə olunan vəsait hesabına bank, notarial, vergi, dövlət rüsumu və sair məcburi dövlət ödənişləri və xərcləri çıxıldıqdan sonra borclu "xxxx" MMC-nin kreditor "xxxx" ASC qarşısında bütün kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə olan ümumilikdə 1090333,34 manat borc öhdəliyinin icra edilməsi məqsədilə həmin məbləğin tam olaraq bankın hesablaşma hesabına köçürülməsi şərtilə razılıq vermişdir. Alqı-satqı müqaviləsi 21 may 2019-cu il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində AN-İ ******* nömrəli müqavilə bağlanılmışdır. Qeyd olunan müqavilə bağlandıqdan sonra həmin əmlak kompleksi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 və Cavabdeh1 adlarına mülkiyyət hüququ üzrə bərabər paylarla qeydə alınmış və xx.xx.2019-cu il tarixdə bu barədə müvafiq çıxarış verilmişdir. Bununla bağlı tərəflərə pretenziya məktubu ünvanlanmış olsa da heç bir nəticə verməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3743/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasın iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti (kofe, çay, kakao və ədviyyatın pərakəndə satışı) ilə məşğul olan hüquqi şəxs VÖEN (**********) müvəqqəti dayandırmış, Cavabdeh1 sahibkarlıq fəaliyyəti (heyvandarlıq sahəsində xidmətin göstərilməsi) ilə məşğul olan hüquqi şəxs VÖEN (**********), Cavabdeh2 sahibkarlıq fəailyyəti (evlərin kirayəsi) ilə məşğul olan VÖEN (**********) fiziki şəxsdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırki mülki iş üzrə mübahisə pul tələbi ilə bağlı olsa da, həmin pulun bankdan götürülməsi sahibkarlıq fəaliyyəti üçün olmuşdur. Göründüyü kimi, hazırki iş üzrə edən şəxslərin subyektiv tərkibi – sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxs, mübahisə də tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, MPM-in 1ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 31-32, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar