Məhkəmə qərarları › İş №e-2(001)-376/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-376/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-376/2023 13.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Paşa Sığorta ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Paşa Sığorta ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 məxsus X5 tərəfindən idarə olunan **-UR-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsilə 11:35-də yol nəqliyyat hadisəsi törədilmişdir. Nəticədə, Paşa Sığorta ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Xətai RPİ İŞ-nin polis kapitanı tərəfindən cinayət işi üzrə icraatın xitam olunması barədə qərar qəbul edilərək sürücü E.Cavabdeh1 Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən təqsirli bilinmiş, lakin təqsirləndirilən şəxs öldüyündən cinayət işi üzrə icraata xitam verilmişdir. Baku Bus MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 11395,33 manat olaraq müəyyən edilmişdir. Paşa Sığorta ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 11395,33 manat məbləğində sığorta ödənişi zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. E.Cavabdeh1 mülki məsuliyyəti Standard İnsurance Sığorta Şirkəti ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığından sürücünün məsuliyyəti üzrə sığortaçı tərəfindən 5000 manat miqdarında məbləğ Paşa Sığorta ASC-yə ödənilmişdir. Vərəsəlik işlərinin açılıbaçılmaması barədə məlumatın verilməsi ilə əlaqədar elektron xidmətindən əldə edilmiş məlumat əsasında məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı Asan xidmət mərkəzində olan notariat ofisində vərəsəlik qəbul edilmişdir. Sığortaçı tərəfindən ödənilmiş məbləğdən qalan 6395,33 manat vəsaitin Paşa Sığorta ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə xx.xx.2022-ci il tarixdə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. Mülki hüquq pozuntusu cavabdeh X5 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtonəqliyyat vasitəsi sahibinə maddi zərər yetirilmişdir. İş üzrə keçirilən ekspertiza rəyi ilə iddiaçı razı deyildir. İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı Paşa Sığorta ASC-nin xeyrinə sığorta ödənişinə görə 6395,33 manatın, dövlət rüsumuna görə 83,95 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, sığorta hadisəsindən 3 il keçəndən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Müqavilə münasibətləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti keçmişdir. İddiaçı cavabdehlərdən subroqasiya qaydasında 6395 manat tələb edir. Tələb onunla əsaslandırılır ki, Baku Bus MMC tərəfindən tərtib edilmiş qüsur aktında avtobusa dəymiş zərər 11395 manat müəyyən edilmişdir. Cavabdeh bu məbləğlə razı deyildir. Belə ki, iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışda avtobusun sağ yan hissəsinin zədələnməsi göstərilmişdir. İş materiallarında olan cinayət işi üzrə icraatın xitam olunması barədə qərarda avtobusun sürücüsü İqbal Həsənov izahatında zərbənin avtobusun arxa sağ təkərinin üstünə dəyməsini göstərmişdir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin sığorta hadisəsinə və zərərinə dair ilkin aktdan görünür ki, avtobusun orta və arxa qapılara və onların arasında olan şüşə və panellərə, iç plasmaslara, təkər üzlüyünə zərər dəymiş, lakin bundan fərli olaraq zərər aktında bundan ikiqat çox detal və işlər göstərilmişdir. İş materiallarında olan zərər aktından görünür ki, həmin akt sığorta müqaviləsi üzrə zərər məbləğini alan şəxs Baku Bus MMC tərəfindən tərtib edilmişdir. X10 MMC daha çox zərər yazıb daha çox pul vəsaiti almaqda maraqlıdır. Zərər aktı maraqlı şəxs tərəfindən tərtib edildiyindən sübuti əhəmiyyətə malik deyildir. İş materiallarında olan sığorta şəhadətnaməsində 1000 manat şərtsiz azadolma tətbiq ediləcəyi göstərilsə də, ödəniş barədə qəbzdən görünür ki, Baku Bus MMC-nin yazdığı 11395 manatı Paşa Sığorta tam ödəmişdir. Bu həmin təşkilatların əlbir olduğunu təsdiq edir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh zərərin 5000 manatı aşmadığını hesab edib, icbari sığortanın ödədiyi ziyanı kifayət hesab edir. Beləliklə Paşa Sığorta ASC-yə cavabdeh heç nə ödənməməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyib təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. AC N 490217 saylı xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsi Baku Bus MMC-nin mülkiyyətindədir. Paşa Sığorta ASC-nin xx.xx.2018-ci il tarixli C-MİC-0631/18 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər şərtsiz azadolma məbləği 1000 manat, sığorta məbləği 219243,09 manat, sığorta haqqı 4046,79 manat olmaqla Paşa Sığorta ASC-də sığortalanmışdır. Paşa Sığorta ASC-nin xx.xx.2018-ci il tarixli C-MİC-0631/18 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin ayrılmaz hissəsi sayılan 2 saylı əlavənin 4-cü bəndindən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində təqsirli şəxs 3-cü şəxs olarsa bu halda azadolma məbləği tətbiq edilmir. Paşa Sığorta ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktından müəyyən olunur ki, Paşa Sığorta ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtomobilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Y.Səfərov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 11395,33 manat, sığorta ödənişi 11395,33 manat müəyyən edilmiş, 11395,33 manat zərər məbləği avtomobilin təmiri üçün Baku Bus MMC-nin hesabına köçürülmüşdür. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, **-UR-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtonəqliyyat vasitəsi ilə X3 törətdiyi yol nəqliyyat hadisəsində Baku Bus MMC-nin mülkiyyətində olan **- JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Baku Bus MMC tərəfindən tərtib olunmuş zərər aktının surətindən müəyyən olunur ki, **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 11395,33 manat təşkil edir. Bakı şəhəri Xətai RPİ-nin xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, sürücü X5 xx.xx.2019-cu il tarixdə saat 11:35-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Kia Rio markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu Babək prospekti ilə üzü Heydər Əliyev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirərək, yol kənarındakı səkinin üzərindən düzünə keçib yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyərək, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, həmin vaxt Yusif Səfərov küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olmuş X2 yol vərəqəsi əsasında idarə etdiyi Baku Bus MMC-yə məxsus İveco markalı, **- JX-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa sağ təkərinin üst hissəsi ilə toqquşmuşdur. X9 markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sifət və burun sümükqapalı sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda dərialtı qansızmalar, başın sol gicgah nahiyəsində şişkinli qançır və üzərində sol qaş üstü nahiyədə əzilmiş yara, sol gicgah nahiyəsində qançır ilə müşayiət olunan baş beyinin əzilməsi, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, döş qəfəsinin ön səthinin sağ yarısında, sağ körpücük sümüyünün, sağ 1-Vİİ, sol yarısında sol 1-Xİİ qabırğaların və döş sümüyünün yerini dəyişmiş sınıqları, sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalar; ağciyərin hər iki payında cırılmış yaralar və yaralar ətrafında qansızmalar: qara ciyərin böyük payında cırılmış yara və yara ətrafında qansızmalar: qara ciyərin böyük payında cırılmış yara və yara ətrafında qansızmalar ilə müşayiət olunan bədən xəsarətləri alaraq, hadisə yerində ölmüşdür. Qərardan daha sonra müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhəkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2889 nömrəli rəyinə əsasən Kia Rio markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndininin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qərardan daha sonra müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Xətai rayon şöbəsinin məhkəmə-tibb eksperti X1 14 mart 2020-ci il tarixli 08 nömrəli rəyinə əsasən vətəndaş E.Cavabdeh1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər - başın sol alın sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə qeyd olunan baş beynin əzilməsi, baş beynin yumşaq qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, başm sol alın - gicgah nahiyəsində hematoma, hər iki göz almasının ağlı qişasında qansızmalar, sol göz orbitası və sifətin sol yarısında şişkinli qançır və üzərində sol göz orbitasmın bayır səthində əzilmiş yara və sağ bazu nahiyəsində qançırlar bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni sürücü qismində yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malik olub, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Qərardan daha sonra müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 11:35 radələrində X5 etibarnamə əsasında idarə etdiyi **-UR-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobili ilə Babək prospekti Laləli park ətrafı ilə üzü H.Əliyev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olduğu zaman avtomobildə idarəetməni itirməklə yol kənarında olan səkinin üzərindən düzünə keçib həmin vaxt Yusif Səfərov küçəsindən H.Əliyev prospekti istiqamətində hərəkətdə olmuş X2 yol vərəqəsi əsasında idarə etdiyi Baku Bus MMC-yə məxsus **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa sağ təkərinin üst hissəsi ilə toqquşmuş, nəticədə aldığı xəsarətlərdən Emin Məmmədov hadisə yerində aldığı xəsarətlərdən ölməsi öz təqsiri üzündən baş vermişdir və hər hansı bir cinayət hadisəsi ilə əlaqədar deyildir. Qərardan daha sonra müəyyən olunur ki, ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. 2 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 007505 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 568 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Cavabdeh2 2 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli V-204/2019 saylı ərizədən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 ondan başqa vərəsəsi Cavabdeh1 olmasını, sonuncunun miras əmlakdan imtina etdiyindən ona Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 2, 4 saylı evin 35 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh1 5 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisində təsdiq olunmuş xx.xx.2019-cu i tarixli ərizənin surətindən müəyyən olunur ki, o, xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum X3 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından imtina edir və gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. 2 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-396 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 qardaşı X3 vərəsəsi olaraq Accessbank QSCnin Binəqədi filialında mərhum X3 adına olan AZ06ACAB******************** saylı və AZ42ACAB******************** saylı hesablar üzrə 105,27 manat məbləğində mirası qəbul etmişdir. 2 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-503 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 qardaşı X3 vərəsəsi olaraq xx.xx.1995-ci il tarixdə X4 verilmiş 30/63945 qeydəalma nömrəsi ilə 442 nömrəli kitabın 63945-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76,31 m2 olan 35 saylı mənzili miras olaraq qəbul etmişdir. Elektron sistem məlumatlarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 2-ci Yəhya Hüseynov döngəsi 4 saylı evin 35 saylı mənzili Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8346 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan Baku Bus MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı İveco Urbanway markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8017 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X5 etibarnamə əsasında idarə etdiyi Kia Rio markalı **-UR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq iddiaçı tərəfindən sığortalanan nəqliyyat vasitəsinin sahibinə ziyan vurmuş, iddiaçı sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, öz təqsiri üzündən hadisə yerində aldığı xəsarətlərdən ölən E.Cavabdeh1 vərəsələrindən Cavabdeh1 mirası qəbul etməkdən imtina etmiş, Cavabdeh2 isə xx.xx.2019-cu il tarixli 2V- 503 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, qardaşı X3 yeganə vərəsəsi olaraq Bakı şəhəri ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76,31 m2 olan 35 saylı mənzili miras olaraq qəbul etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, təxmini məbləği 8017 manat təşkil edən sığortalı avtomobilə dəyən ziyanın məbləğindən Standard İnsurance Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya 5000 manat ödənilmiş, ziyanın ödənilməyən hissəsi 3017 manat təşkil edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqlarından, iddiaçı Paşa Sığorta ASC-nin Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında 3017 manatının tutulmasına dair hissədə iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin, qalan hissədə təmin edilmir, məhkəmə xərcləri də Cavabdeh2 aid edilir. Məhkəmə Cavabdeh2 iddiaçının tələbinə iddia müddətinin təbiqi ilə bağlı ərizəsinə münasibət bildirib qeyd edir ki, sığortaçı şirkət ilə cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan (deliktdən) doğan öhdəlik münasibətləri olduğundan, iddiaçının tələbi üzrə ümumi iddia müddəti on il təşkil edir. Bu səbəbdən iddiaçı iddia müddətini ötürməmişdir. Məhkəmə Cavabdeh2 ziyan hesablanarkən azad olmanın nəzərə alınmaması ilə bağlı dəlili üzrə qeyd edir ki, Paşa Sığorta ASC-nin xx.xx.2018-ci il tarixli C-MİC-0631/18 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin ayrılmaz hissəsi sayılan 2 saylı əlavənin 4-cü bəndinə əsasən tərəflər yol nəqliyyat hadisəsi nəticəsində təqsirli şəxs 3-cü şəxs olarsa bu halda azadolma məbləğinin tətbiq edilməməsi barədə şərt müəyyən etdiklərindən iddiaçı tərəfindən azad olmanın təbiq edilməməsi düzgün olmuşdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 sığorta ödənişinə görə 3017 manat, dövlət rüsumuna görə 83,95 manat olmaqla cəmi 3100,95 manat Paşa Sığorta ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar