Məhkəmə qərarları › İş №e-2(001)-3781/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3781/2020

12.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3781/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə İddiaçı və birləşdirilən iddia üzrə X3nun etibarnamə əsasında nümayəndəsi (vəkili) Vəkil, İlk iddia və birləşdirilən iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs etibarnamə əsasında nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdeh Bakı şəhəri 44 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi, bir icraatda birləşdirilmiş X3nun cavabdeh Bakı şəhəri 44 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər İddiaçı və X11 qarşı “borcun və maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında, xx xxxxxx 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Birinci iş barədə İddiaçı cavabdeh Bakı şəhəri 44 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 44 saylı Notariat ofisi tərəfindən aparılmış xx xxxx 2017-ci il tarixli, 3M-111 nömrəli icra qeydinin ləğv edilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 44 saylı notariat ofisində onunla üçüncü şəxs - Maraqlı şəxs arasında xx xxxx 2017-ci il tarixli, 3M-111 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1-ci bəndinə əsasən “Borc verən” “Borc alana” bu müqavilənin bağlandığı gün yəni, xx xxxx 2017-ci il tarixdə 50.000 ABŞ dolları məbləğində pulun borc verildiyi və onun həmin borcu xx xxxx 2018-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürdüyü yazılmışdır. Daha sonra, hazırki mülki iş üzrə üçüncü şəxs - Maraqlı şəxs ona Bakı şəhəri 44 saylı notariat ofisində təsdiqlənmiş xx xxxxxx 2020-ci il tarixli, **********591 nömrəli bildiriş göndərmiş və kredit müqaviləsi üzrə qalıq borcu 25.000 ABŞ dollarının yəni, 42.500 manat məbləğində əsas borc məbləğinin 30 gün ərzində ödənilməsi, əks təqdirdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Göstərilən bildirişə onun tərəfindən xx xxxx 2020-ci il tarixli məktubla cavab verilmiş və bildirişdə göstərilənlərin əsassız olduğu və üçüncü şəxs Maraqlı şəxs tərəfindən hazırki iş üzrə cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisinə yanlış məlumat verməklə barəsində icra qeydi aparmaq istəyinin anlaşılan olmadığını bildirmişdir. Göstərilən məktub həm cavabdehə, həm də üçüncü şəxsə poçt vasitəsilə ünvanlanmış və hər iki tərəfə müvəffəqiyyətlə çatdırılmışdır. Lakin, bundan sonra cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi borc müqaviləsinə əsasən tərəflərin arasında anlaşılmazlıq (mübahisə) olduğunu nəzərə almadan və tərəfləri dəvət edərək araşdırma aparmadan, üçüncü şəxsin göstərdiyi rəqəmlər əsasında birtərəfli qaydada icra qeydi aparmış və icra olunması üçün Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə yönləndirmişdir. İcra qeydinin aparılması və həmin icra qeydinə əsasən onun Maraqlı şəxs 42.500 manat məbləğində (25.000 ABŞ dolları) pul vəsaiti və 20 manat dövlət rüsumu ödəməli olduğu barədə məlumat isə, xx xxxx 2020-ci il tarixdə icra məmuru tərəfindən ona bildirilmiş və Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişi və “icraata başlamaq haqqında” qərarı ona təqdim olunmuşdur. Göstərilən icra qeydi əsassızdır və məhkəmə tərəfindən ləğv olunmalıdır. Belə ki, onunla üçüncü şəxs - Maraqlı şəxs arasında xx xxxx 2017-ci il tarixli, 3M-111 reyestr nömrəli kredit müqaviləsi bağlansa da və həmin müqaviləyə əsasən guya ona 1 il müddətinə geri qaytarmaq şərtilə 50.000 ABŞ dolları borc məbləği verilməsi göstərilsə də, faktiki olaraq həmin pul məbləği notariat kontoru vasitəsilə verilməmiş, həmçinin göstərilən pul məbləğinin təyinatı borc olmamışdır. Notariat ofisində həmin müqavilənin bağlanması sadəcə formal xarakter daşımış və həmin anda borc məbləği ona verilməmiş, habelə notariusun depozit hesabı vasitəsilə onun hesabına köçürülməmişdir. Ən əsası isə ondan ibarətdir ki, nə o, Maraqlı şəxs, nə də Maraqlı şəxs onu tanımır. Onlar, birinci və sonuncu dəfə Bakı şəhəri 44 saylı notariat ofisinin inzibati binasında görüşərək tanış olmuş və aralarında borc müqaviləsi bağlanmışdır. Hazırki iş üzrə üçüncü şəxs - Maraqlı şəxs ona verdiyi 50.000 ABŞ dollarının məqsədli təyinatı onun və qardaşı X9 ortaq tanışları olan şəxslərin məşğul olduğu sahibkarlıq sahəsinə (kondisionerlərin satışı) sərmayə qoyulması məqsədi olmuşdur. Belə ki, üçüncü şəxs Maraqlı şəxs qardaşı X9 tanışlarının məşğul olduğu biznes sahəsinə sərmayə qoyaraq, oradan aylıq haqq əldə etmək və eyni zamanda aylıq ödənişlər nəzərə alınmadan, istədiyi vaxt sərmayə kimi qoyduğu pulu tam şəkildə geri almaq hüququnu özündə saxlamaq təklifi ilə çıxış etmiş və əlində 50.000 ABŞ dollarının olduğunu bildirmişdir. Göstərilən bizneslə isə onların ortaq tanışları X12 və X18 məşğul idilər. Onlar Maraqlı şəxs təklifini bəyənərək, sərmayə kimi qoyulan əsas pul vəsaiti yerində qalmaqla, üçüncü şəxsə aylıq ödənişlər etməyə razılıq vermişlər. Bundan sonra hazırki iş üzrə üçüncü şəxs - Maraqlı şəxs qardaşına müraciət edərək, X7 və X15 şəxsən tanısa da, onun da zamin kimi durmağını xahiş etmiş və onunla borc müqaviləsi bağlayacağı təqdirdə, pulu onlara verəcəyini bildirmişdir. Qardaşı isə, həmin dövrdə biznesin yaxşı getdiyini gördüyü və heç bir risk olmadığını düşündüyü üçün, həmçinin hər 3 şəxsin israrlı təkidlərinə görə borc müqaviləsi bağlamağa razılıq vermişdir. Lakin, müqavilənin bağlanması üçün razılaşdırılan tarixdə qardaşı Bakı şəhərində olmadığı üçün, ondan Maraqlı şəxslə görüşməyini və onunla birlikdə Bakı şəhəri 44 saylı Notariat ofisində borc müqaviləsi bağlamağını xahiş etmişdir. O da qardaşının xahişinə əsasən xx xxxx 2017-ci il tarixdə üçüncü şəxslə birlikdə Notariat ofisinə yaxınlaşmış və öz adına borc müqaviləsi bağlamışdır. Lakin bir daha bildirir ki, borc müqaviləsi imzalanan günədək o və üçüncü şəxs bir-birlərini tanımamışlar, hətta bu gün də qarşılaşsalar bir-birlərini tanımazlar. Aralarındakı münasibətlər borc xarakteri daşımamışdır, belə ki, pul vəsaiti notariat kontorunda verilməmiş, həmin pul vəsaiti ona çatmamışdır. Bu halları qardaşı X16, biznesi idarə edən X12 və X18, eyni zamanda icra qeydi üzrə tələbkar, mülki iş üzrə üçüncü şəxs - Maraqlı şəxs məsələdən məlumatlı olan yaxın qohumu X17 da təsdiq edə bilər. Bütün bunlardan əlavə, araşdırmaları nəticəsində müəyyən etmişdir ki, icra qeydində göstərilən məbləğ əsassızdır. Belə ki, sərmayə kimi yatırılmış məbləğ verildiyi gündən sonrakı aydan etibarən hər ayın 20-25-i aralığında Maraqlı şəxs mütəmadi olaraq aylıq 1.800 manat ödəniş edilmiş, eyni zamanda ayrı-ayrı vaxtlarda şahidlərin də iştirakı ilə əsas borcdan ödənişlər edilmiş və yekunda 50.000 ABŞ dolları tam şəkildə ona qaytarılmışdır. Bunu şahidlərin ifadələri ilə də sübut etməyə hazırdır. Digər anlaşılmaz vəziyyət isə ondan ibarətdir ki, pulun verilməsindən keçən 3 il ərzində onunla bir dəfə də olsun görüşməyən və pul haqq-hesabını yuxarıda adını çəkdiyi şəxslərlə aparan Maraqlı şəxs, hazırda ondan 25.000 ABŞ dollarının tutulması barədə icra qeydi aparılması üçün cavabdeh Bakı şəhəri 44 saylı Notariat ofisinə müraciət etmiş və istəyinə nail olmuşdur. İcra qeydində Maraqlı şəxs aylıq faiz kimi aldığı məbləğlər nəzərə alınmamışdır. Halbuki, əgər cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi və üçüncü şəxs - Maraqlı şəxs icra qeydində borc müqaviləsinə əsaslanırsa, o zaman həmin müqavilənin 3-cü bəndinin şərtlərini pozmuş olurlar. Belə ki, müqavilədə göstərilmişdir ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Bu halda isə təbii olaraq sual meydana çıxır ki, bəs nə üçün Maraqlı şəxs icra qeydi hazırlanarkən aylıq aldığı faizləri bildirməmiş və bununla belə faizsiz verilməsi nəzərdə tutulmuş kredit müqaviləsinə əsasən barəsində icra qeydi çıxartdırmışdır. Cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi isə öz vəzifəsini layiqincə yerinə yetirməmiş, ilk öncə elə xx xxxx 2017-ci il tarixdə ortada heç bir pul vəsaiti olmadan, xx xxxx 2017-ci il tarixli, 3M-111 reyestr nömrəli etibarsız kredit müqaviləsini təsdiqləmiş, daha sonra isə işin əsl mahiyyəti barədə onlara rəsmi məlumat verərək ortada mübahisəli məqamlar olduğunu bildirsə də, məktubunda göstərilənləri araşdırmadan birtərəfli qaydada icra qeydi çıxartmışdır. Hazırda isə, cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun və “Notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 nömrəli Qərarına əsasən onun üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməmiş, borcun mübahisəli olması barədə (tam ödənilmiş olması barədə) rəsmi məktub almasına baxmayaraq, icra qeydi aparmışdır. Göründüyü kimi, mübahisə predmeti olan icra qeydi ilə bağlı həm pul məbləğinin verilməsinin təyinatı (borc, yoxsa şəriklik), həm də borcun məbləği və tam ödənilmiş olması ilə bağlı mübahisə vardır. Mübahisəli olan kredit müqaviləsi üzrə cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən icra qeydinin aparılması ilə onun hüquqları məhdudlaşdırılmışdır. Hesab edir ki, onun üçüncü şəxs - Maraqlı şəxs qarşı heç bir öhdəliyi yoxdur, icra qeydi öz əhəmiyyətini itirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İkinci iş barədə X3 cavabdeh Bakı şəhəri 44 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən aparılmış xx xxxxxx 2017-ci il tarixli, 3M-252 nömrəli icra qeydinin ləğv edilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 44 saylı notariat ofisində onunla üçüncü şəxs - Maraqlı şəxs arasında xx xxxxxx 2017-ci il tarixli, 3M-252 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1-ci bəndinə əsasən “Borc verən” “Borc alana” bu müqavilənin bağlandığı gün, yəni, xx xxxxxx 2017-ci il tarixdə 50.000 ABŞ dolları məbləğində pulun borc verildiyi və onun həmin borcu xx xxxxxx 2018-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürdüyü yazılmışdır. Daha sonra, hazırki mülki iş üzrə üçüncü şəxs - Maraqlı şəxs ona Bakı şəhəri 44 saylı notariat ofisində təsdiqlənmış xx xxxxxx 2020-ci il tarixli, **********593 nömrəli bildiriş göndərmiş və kredit müqaviləsi üzrə qalıq borcun 25.000 ABŞ dollarının, yəni 42.500 manat məbləğində əsas borc məbləğinin 30 gün ərzində ödənilməsi, əks təqdirdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Göstərilən bildirişə tərəfindən xx xxxx 2020-ci il tarixli məktubla cavab verilmiş və bldirişdə göstərilənlərin əsassız olduğu və üçüncü şəxs Maraqlı şəxs tərəfindən hazırki iş üzrə cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisinə yanlış məlumat verilməklə barəsində icra qeydi aparmaq istəyinin anlaşılan olmadığını bildirmişdir. Göstərilən məktubu həm cavabdehə, həm də üçüncü şəxsə poçt vasitəsilə ünvanlanmış və hər iki tərəfə müvəffəqiyyətlə çatdırılmışdır. Lakin, bundan sonra cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi borc müqaviləsinə əsasən tərəflərin arasında anlaşılmazlıq (mübahisə) olduğunu nəzərə almadan və tərəfləri dəvət edərək araşdırma aparmadan, üçüncü şəxsin göstərdiyi rəqəmlər əsasında birtərəfli qaydada icra qeydi çıxartmış və icra olunması üçün Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə yönləndirmişdir. İcra qeydinin çıxarılması və həmin icra qeydinə əsasən onun Maraqlı şəxs 42.500 manat məbləğində (25.000 ABŞ dolları) pul vəsaiti və 20 manat dövlət rüsumu ödəməli olduğu barədə məlumat isə xx xxxx 2020-ci il tarixdə icra məmuru tərəfindən ona bildirilmiş və Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişi və “icraata başlamaq haqqında” qərarı ona təqdim olunmuşdur. Göstərilən icra qeydi əsassızdır və məhkəmə tərəfindən ləğv olunmalıdır. Belə ki, onunla üçüncü şəxs - Maraqlı şəxs arasında xx xxxxxx 2017-ci il tarixli, 3M-252 reyestr nömrəli kredit müqaviləsi bağlansa da və həmin müqaviləyə əsasən guya ona 1 il müddətinə geri qaytarmaq şərtilə 50.000 ABŞ dolları borc məbləği verilməsi göstərilsə də, faktiki olaraq həmin pul məbləği notariat kontoru vasitəsilə verilməmişdir, habelə göstərilən pul məbləğinin təyinatı borc olmamışdır. Notariat ofisində həmin müqavilənin bağlanması sadəcə formal xarakter daşımış və həmin anda borc məbləği ona verilməmiş, həmçinin notariusun depozit hesabı vasitəsilə onun hesabına köçürülməmişdir. Hazırki iş üzrə üçüncü şəxs - Maraqlı şəxs ona verdiyi 50.000 ABŞ dollarının məqsədli təyinatı üçüncü şəxsin də, onun da ortaq tanışları olan şəxslərin məşğul olduğu sahibkarlıq sahəsinə (mobil telefonların satışı) sərmayə qoyulması məqsədi olmuşdur. Belə ki, üçüncü şəxs Maraqlı şəxs tanışlarının məşğul olduğu biznes sahəsinə sərmayə qoyaraq, oradan aylıq haqq əldə etmək və eyni zamanda aylıq ödənişlər nəzərə alınmadan, istədiyi vaxt sərmayə kimi qoyduğu pulu tam şəkildə geri almaq hüququnu özündə saxlamaq təklifi ilə çıxış etmiş və əlində 50.000 ABŞ dollarının olduğunu bildirmişdir. Göstərilən bizneslə isə o yox, onların ortaq tanışları X12 və X18 məşğul idilər. Onlar Maraqlı şəxs təklifini bəyənərək, sərmayə kimi qoyulan əsas pul vəsaiti yerində qalmaqla, üçüncü şəxsə aylıq ödənişlər etməyə razılıq vermişlər. Bundan sonra hazırki iş üzrə üçüncü şəxs - Maraqlı şəxs ona müraciət edərək, X7 və X15 şəxsən tanısa da, onun da zamin kimi durmağını xahiş etmiş və öz adına borc müqaviləsi bağlayacağı təqdirdə, pulu onlara verəcəyini bildirmişdir. Həmin dövrdə biznesin yaxşı getdiyini gördüyü və heç bir risk olmadığını düşündüyü üçün, həmçinin hər 3 şəxsin israrlı təkidlərinə görə xx xxxxxx 2017-ci il tarixdə Maraqlı şəxs ilə birlikdə Bakı şəhəri 44 saylı notariat ofisinə yaxınlaşmış və öz adına borc müqaviləsi bağlamışdır. Lakin bir daha bildirir ki, aralarındakı münasibətlər borc xarakteri daşımamış, pul vəsaiti notariat kontorunda verilməmiş, həmin pul vəsaiti ona çatmamışdır. Bu halları X12 və X18, eyni zamanda icra qeydi üzrə tələbkar, mülki iş üzrə üçüncü şəxs - Maraqlı şəxs məsələdən məlumatlı olan yaxın qohumu X17 da təsdiq edə bilər. Bütün bunlardan əlavə, icra qeydində göstərilən məbləğ əsassızdır. Belə ki, sərmayə kimi yatırılmış məbləğ verildiyi gündən sonrakı aydan etibarən müvafiq olaraq birinci ayda 300 ABŞ dolları, ikinci ayda 600 ABŞ dolları, üçüncü ayda 900 ABŞ dolları, dördüncü ayda 1.200 ABŞ dolları, növbəti aylarda isə stabil olaraq 1.500 ABŞ dolları ödəniş edilmişdir. Göstərilən ödənişlər 2019-cu ilin sentyabr ayınadək davam etmişdir. Eyni zamanda bu müddət ərzində Maraqlı şəxs qiyməti 2.000 manat olan 1 ədəd mobil telefon verilmiş və ayrı-ayrı vaxtlarda şahidlərin də iştirakı ilə əsas borcdan ödənişlər edilmiş və yekunda 40.000 ABŞ dolları ona qaytarılmışdır. Hazırda isə ödənilməmiş vəsait kimi qeyd edilmiş məbləğ 25.000 ABŞ dolları yox, 10.000 ABŞ dollarıdır. Bunu şahidlərin ifadələri ilə də sübut etməyə hazırdır. Hazırda isə icra qeydində Maraqlı şəxs aylıq faiz kimi aldğı məbləğlər nəzərə alınmamışdır. Halbuki, əgər cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi və üçüncü şəxs - Maraqlı şəxs icra qeydində borc müqaviləsinə əsaslanırsa, o zaman həmin müqavilənin 3-cü bəndinin şərtlərini pozmuş olurlar. Belə ki, müqavilədə göstərilmişdir ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Bu halda isə təbii olaraq sual meydana çıxır ki, bəs nə üçün Maraqlı şəxs icra qeydi hazırlanarkən aylıq aldığı faizləri bildirməmiş və bununla belə faizsiz verilməsi nəzərdə tutulmuş kredit müqaviləsinə əsasən barəsində icra qeydi çıxartdırmışdır. Cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi isə öz vəzifəsini layiqincə yerinə yetirməmiş, ilk öncə elə xx xxxxxx 2017-ci il tarixdə ortada heç bir pul vəsaiti olmadan, xx xxxxxx 2017ci il tarixli, 3M-252 reyestr nömrəli etibarsız kredit müqaviləsini təsdiqləmiş, daha sonra isə işin əsl mahiyyəti barəsində onlara rəsmi məlumat verərək ortada mübahisəli məqamlar olduğunu bildirsə də, məktubunda göstərilənləri araşdırmadan birtərəfli qaydada icra qeydi çıxartmışdır. Hazırda isə, cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun və “Notariat hərəkətlərinin aparılması qaydaları” haqqında təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 nömrəli Qərarına əsasən onun üzərinə qoyulmuş öhdəliklərini yerinə yetirməmiş, borcun mübahisəli olması barədə rəsmi məktub almasına baxmayaraq, icra qeydi aparmışdır. Göründüyü kimi, mübahisə predmeti olan icra qeydi ilə bağlı həm pul məbləğinin verilməsinin təyinatı (borc, yoxsa şəriklik), həm də borcun məbləği ilə bağlı mübahisə vardır. Mübahisəli olan kredit müqaviləsi üzrə cavabdeh Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən icra qeydinin aparılması ilə onun hüquqları məhdudlaşdırılmışdır. Hesab edir ki, onun üçüncü şəxs - Maraqlı şəxs qarşı heç bir öhdəliyi yoxdur və icra qeydi öz əhəmiyyətini itirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İşlərin bir icraatda birləşdirilməsi Yuxarıda qeyd edilən iki iş üzrə iddia ərizəsi Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuş və məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə qeyd edilən iki mülki iş bir icraatda birləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası barədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər İddiaçı və X11 qarşı “borcun və maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X9 hər birindən 25.000 ABŞ dolları olmaqla, cəmi 50.000 ABŞ dolları və öhdəliyin gecikdirilməsi ilə bağlı ona vurulmuş maddi zərərin qarşılığı olaraq 5.000 ABŞ dolları məbləğində pulun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasını onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı ilə aralarında bağlanmış xx xxxx 2017-ci il tarixli, 3M-111 nömrəli “Kredit müqaviləsi”nə əsasən ona 50.000 ABŞ dolları məbləğində borc və X16 ilə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 3M-252 nömrəli “Kredit müqaviləsi”nə əsasən onada 50.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Kredit müqavilələrinin 2-ci bəndinə əsasən cavabdehlər bir il müddətinə borcu tam şəkildə ödəməli idi. Hər iki müqavilə üzrə borc öhdəlikləri yerinə yetirilmədiyi üçün Bakı şəhəri 44 saylı notariat kontoruna müraciət edərək, icra qeydinin verilməsini xahiş etmişdir. Bundan sonra, xx xxx 2020-ci il tarixdə rəsmi qaydada hər iki müqavilə üzrə icra qeydi verilərək kredit müqavilələri üzrə qalıq 50.000 ABŞ dollarının cavabdehlərdən alınması müəyyənləşdirilmişdir. Binəqədi rayon icra və probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilərək borcun qaytarılması tələb edilmişdir. Bundan sonra İddiaçı və X16 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən aparılmış xx xxxx 2017-ci il tarixli, 3M-111 nömrəli və xx xxxxxx 2017-ci i tarixli, 3M-252 nömrəli icra qeydlərinin ləğv edilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia ərizəsində o, maraqlı şəxs qismində cəlb edilmiş və cavabdeh kimi işə qoşulmağına iddiaçı razı olmamışdır. Odur ki, müstəqil tələb irəli sürən üçüncü şəxs qismidə işə qoşulmaq üçün iddiaçılara qarşı yeni iddia irəli sürərək işə qoşulmuşdur. İlkin iddia ərizəsinin 2-ci abzasında göstərilir ki, “mənimlə üçüncü şəxs Maraqlı şəxs arasında xx xxxx 2017-ci il tarixli, 3M-111 reyestr nömrəli kredit müqaviləsi bağlansa da və həmin müqaviləyə əsasən guya mənə 1 il müddətinə geri qaytarmaq şərti ilə 50.000 ABŞ dolları borc məbləği verilməsi göstərilsə də faktiki olaraq həmin pul məbləği notariat kontoru vasitəsilə verilməmiş, habelə göstərilən pul məbləğinin təyinatı borc olmamışdır. Notariat ofisində həmin müqavilənin bağlanması sadəcə formal xarakter daşımış və həmin anda borc məbləği mənə verilməmiş, həmçinin notariusun depozit hesabı vasitəsilə mənim hesabıma köçürülməmişdir”. İlkin iddia ərizəsində göstərilən bu fikirin heç bir hüquqi və məntiqi əsası yoxdur. Belə ki, o, 100.000 ABŞ dollarını borc şəkilində qardaşlara vermirdisə nəyə görə aralarında kredit müqaviləsi imzalanırdı? Əgər onlar arasında hansısa bir biznes əlaqələri və ya sərmayə qoyuluşu sövdələşməsi var idisə yenə də həmin sual yaranır: Nəyə görə aralarında kredit, borc müqaviləsi imzalanırdı? İddiaçılar iddia ərizələrinin əvvəlində borcun verilmədiyini iddia etsə də ilkin iddia ərizəsinin 2-ci səhifəsinin 4-cü abzasında İddiaçı və Fariz Əliyev etiraf edir ki, 50.000 ABŞ dolları (hər birinə 50 000 ABŞ dolları olmaqla ümumilikdə 100.000 ABŞ dolları) pul məbləği tərəfindən onlara verilmişdir. Belə ki, həmin abzasda deyilir: (hər iki iddia ərizəsində eyni ifadələr mövcuddur) “hazırkı iş üzrə üçüncü şəxs - X6 mənə verdiyi 50.000 ABŞ dollarının məqsədli təyinatı onun da, qardaşım X9 ortaq tanışları olan şəxslərin məşğul olduğu sahibkarlıq sahəsinə (kondisionerlərin satışı) sərmayə qoyuluşu məqsədi olmuşdur”. Daha sonra ilkin iddiaçı qeyd edir ki, “Belə ki, üçüncü şəxs Maraqlı şəxs və qardaşım X9 tanışlarının məşğul olduğu biznes sahəsinə sərmayə qoyaraq, oradan aylıq haqq əldə etmək və eyni zamanda aylıq ödənişlər nəzərə alınmadan, istənilən vaxt sərmayə kimi qoyduğu pulu tam şəkildə geri almaq hüququnu özündə saxlamaq təklifi ilə çıxış etmiş və əlində 50.000 ABŞ dolları olduğunu bildirmişdir”. İlk olaraq qeyd etmişdir ki, cavabdeh X16 ilə 2015-ci ilin ortalarından tanışlıqları yaranmışdır. Bu müddət ərzində cavabdehin qardaşının telefon alqı-satqısı ilə məşğul olması ona məlum olmuşdur. Təxminən 2017-ci ilin əvvəllərində cavadehin qardaşı İddiaçı 50.000 ABŞ dolları borca ehtiyacı olduğunu bildirmişdir. Aralarında olan inam-etibara görə o, qardaşlara borc vermək qərarına gəlmiş və bu borcun notarial qaydada təsdiq edilməsini qərarlaşdırmışlar. Bundan sonra, Bakı şəhəri 44 saylı Notariat ofisinə gedərək xx xxxx 2017-ci il tarixdə 50.000 ABŞ dolları pulun cavabdeh İddiaçı borc verilməklə “Kredit Müqaviləsi”ni imzalamışlar. Daha sonra isə xx xxxxxx 2017-ci il tarixində 50.000 ABŞ dollarını da İddiaçı borc verilməklə “Kredit Müqaviləsi”ni imzalamışlar. Kredit müqavilələrinin 1-ci bəndində də göstərildiyi kimi “Borc verən” yəni o, “Borc Alana” bu müqavilə bağlandığı gün xx xxxx 2017-ci il tarixində 50.000 ABŞ dolları (xx xxxxxx 2017-ci il tarixində də 50 000 ABŞ dolları) məbləğində borc verir. Beləliklə, iddialar əsassız olduğu üçün rədd edilməli və tərəfindən verilən iddia ərizəsi isə təmin edilməlidir. Cavabdehlər tərəfindən bu müddət ərzində ona cəmi 50.000 ABŞ dolları pul qaytarılmışdır. Pulu qaytara bilməməklərinin səbəbi kimi həmişə bizneslərinin pis getdiyi səbəbini gətirirdilər. Belə ki, iddiaçıların iddiasında göstərilən fikirlər tamamilə yalandır. İddia ərizəsində göstərilən şəxslər, X12 və X5 Ramil Ələsgər oğlunun dostları olmuş və onun isə onlarla heç vaxt biznes əlaqələri olmamışdır. O, heç vaxt bizneslə məşğul olmamışdır. İddiaçı bizneslə məşğul olduğunu və hazırda borca ehtiyacı olduğunu bildirdiyi üçün o, bu məbləğdə pulu onlara vermişdir. Əgər onun bizneslə məşğul olmaq fikri, məqsədi və ehtiyacı olsaydı həmin məbləğdə pulla özü də sərbəst formada bizneslə məşğul ola bilərdi. İddiaçıların belə bir iddia ilə məhkəməyə müraciət etməsinin məqsədi icra prosesini yubatmaqdır. Notariusun icra qeydi əsasında başlamış icra işi bu şəxslərin bizneslərinə maneə törətdiyi üçün belə bir iddia qaldırılmışdır. İlkin iddiaların heç bir hüquqi əsası olmadığı üçün təmin edilməməlidir. Qeyd edilənlərə əsasən onun iddiası təmin edilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı və birləşdirilən iddia üzrə X3nun etibarnamə əsasında nümayəndəsi (vəkili) Vəkil ilk və birləşdirilən iddia ərizələrini müdafiə edərək, iddia ərizələrində qeyd edilmiş məzmunda izahat vermişdir. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, İddiaçı və X16 ilə Maraqlı şəxs arasında bağlanmış hər iki müqavilə formal xarakter daşıyır, belə ki, hər iki müqavilənin bağlanmasında məqsəd borc verilməsi deyil, biznes fəaliyyətinə görə sərmayə qoyulması olmuşdur. Başqa sözlə, qeyd edilən müqavilələr bir növ biznes fəaliyyətinə görə sərmayə qoyulmasının təminatı (qarantiyası) kimi bağlanmışdır. Bundan əlavə, Maraqlı şəxs sərmayə kimi qoyduğu puldan ödənişlər edilmişdir. Belə ki, İddiaçı müqaviləsi üzrə sərmayə kimi qoyulmuş 50.000 ABŞ dolları tam ödənilmiş, X9 müqaviləsi üzrə isə sərmayə kimi qoyulmuş 50.000 ABŞ dollarından 40.000 ABŞ dolları ödənilmiş, 10.000 ABŞ dolları isə qalıq borc məbləği kimi qalmışdır. Qeyd edilənlərə əsasən ilk və birəşdirilən iddiaların təmin edilməsi, üçüncü şəxsin iddiasının isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs etibarnamə əsasında nümayəndəsi (vəkili) X4 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, habelə ilk və birləşdirilən iddianın təmin edilməməsi, üçüncü şəxsin iddiasının isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, iddiada tələb edilən 5.000 ABŞ dolları əldən çıxmış faydaya görə dəymiş maddi zərərdir. Bakı şəhəri 44 saylı Notariat ofisinin məhkəməyə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, X16 ilə Maraqlı şəxs arasında bağlanmış müqavilə həmin dövrdə qüvvədə olan qanuna uyğun olaraq rəsmiləşdirilmişdir. Bütün hallarda olduğu kimi, qanunla tələb olunan zəruri sənədlər toplanmış, tərəflərin hüquq və vəzifələri onlara izah edilmiş, onların həqiqi niyyəti və fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Sonra onların arzu və iradələrinə uyğun olaraq müqavilə tərtib edilmiş və tərəfindən təsdiq edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 44 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk və birləşdirilən iddia təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiası isə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri 44 saylı Notariat ofisində, Maraqlı şəxs (borc verən) ilə İddiaçı (borc alan) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, “borc verən” “borc alan”a bu müqavilənin bağlandığı gün, yəni xx xxxx 2017-ci il tarixdə 50.000 ABŞ dolları məbləğində borc verir. “Borc alan” krediti bu müqavilənin müddətinin bitdiyi tarixədək, yəni xx xxxx 2018-ci il tarixədək “borc verən”ə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. Maraqlı şəxs tərəfindən İddiaçı göndərilmiş xx xxxxxx 2020-ci il tarixli, **********591 nömrəli notarial qaydada təsdiq edilmiş bildirişin surətindən görünür ki, İddiaçı xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 25.000 ABŞ dolları, yəni 42.500 manat qalıq borcunun ödənilməsi tələb edilmişdir. Borc 30 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılması barədə xəbərdar edilmişdir. İddiaçı Maraqlı şəxs, surətini isə Bakı şəhəri 44 saylı Notariat ofisinə ünvanladığı xx xxxx 2020-ci il tarixli bildirişə cavab məktubunda bildirmişdir ki, aralarında xx xxxx 2017-ci il tarixli, 3M-111 reyestr nömrəli kredit müqaviləsi bağlansa da və həmin müqaviləyə əsasən guya ona 1 il müddətinə geri qaytarmaq şərtilə 50.000 ABŞ dolları borc məbləğinin verilməsi göstərilsə də, faktiki olaraq həmin pul məbləği notariat vasitəsilə ona verilməmiş, habelə göstərilmiş pul məbləğinin təyinatı borc olmamışdır. Notariat ofisində həmin müqavilənin bağlanması sadəcə formal xarakter daşımış və həmin anda borc məbləği ona verilməmiş, həmçinin notariusun depozit hesabına köçürülməmişdir. Belə ki, ona verilmiş 50.000 ABŞ dollarının məqsədli təyinatı ortaq tanışlarının məşğul olduğu sahibkarlıq sahəsinə (kondisionerlərin satışı) sərmayə qoyulması məqsədi olmuşdur. Bundan əlavə, bildirişdə məbləğin yarısının ona ödənilməsi, qalan yarısının isə 25.000 ABŞ dollarının ödənilməmiş olması ilə bağlı bildirilənlər də əsassızdır. Belə ki, sərmayə kimi yatırılmış məbləğ verildiyi gündən sonrakı aydan etibarən hər ayın 20-25-i aralığında mütəmadi olaraq aylıq 1.800 manat ödəniş edilmiş, eyni zamanda ayrı-ayrı vaxtlarda şahidlərin iştirakı ilə əsas borcdan ödənişlər edilmiş və yekunda 50.000 ABŞ dolları tam şəkildə qaytarılmışdır. Bunu şahidlərin ifadələri ilə də sübut etməyə hazırdır. Digər anlaşılmaz vəziyyət ondan ibarətdir ki, pulun verilməsindən keçən 3 il ərzində onunla bir dəfədə olsun verilmiş pul məbləğinin tam qaytarılmaması ilə bağlı iradı olmasa da, bununla bağlı ona şifahi olsa belə müraciətin olmadığı halda hazırda ona 25.000 ABŞ dollarının ödənilməsi tələbi ilə bağlı bildiriş göndərilməklə notariat ofisinin notariusunu yanlış yönləndirilməyə cəhd edilir. Yekun olaraq bildirilir ki, formal olaraq aralarında bağlanmış xx xxxx 2017-ci il tarixli, 3M-111 reyestr nömrəli kredit müqaviləsinin predmetini təşkil edən 50.000 ABŞ dolları, yəni 85.000 manat məbləğində pul vəsaiti vaxtında və tam şəkildə geri qaytarılmışdır. İcra qeydi aparılacağı təqdirdə tərəfindən icra qeydinin ləğv edilməsi, kredit müqaviləsinin bağlandığı andan etibarsız sayılması və müqavilədə göstərilmədiyi təqdirdə ondan əlavə olaraq aldığı faiz məbləğinin geri qaytarılması tələbi ilə məhkəməyə, eyni zamanda notariat ofisinin qeyri-qanuni hərəkətlərinin araşdırılması barədə aidiyyəti qurumlara müraciət ediləcəkdir. Qeyd edilən bildirişə cavab məktubu “Royal Ekspress” kuryer xidməti vasitəsilə xx xxxx 2020-ci il tarixdə Maraqlı şəxs və Bakı şəhəri 44 saylı notariat ofisinə çatdırılmışdır. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarın surətindən görünür ki, xx xxxx 2020-ci il tarixdə icraata daxil olmuş Bakı şəhəri 44 saylı Notariat Kontorunun 3m-111 nömrəli, xx xxxx 2017-ci il tarixli icra sənədi nəzərdən keçirilmiş və borclu İddiaçı 42.500 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar Maraqlı şəxs xeyrinə ödənilməsi barədə icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən borclu İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişin surətindən görünür ki, borcludan Bakı şəhəri 44 saylı Notariat Kontorunun 3m-111 nömrəli, xx xxxx 2017-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuş, əks təqdirdə icranın məcburi qaydada təmin edilməsi barədə xəbərdar edilmişdir. Bakı şəhəri 44 saylı Notariat ofisində, Maraqlı şəxs (borc verən) ilə X16 (borc alan) arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, “borc verən” “borc alan”a bu müqavilənin bağlandığı gün, yəni xx xxxxxx 2017ci il tarixdə 50.000 ABŞ dolları məbləğində borc verir. “Borc alan” krediti bu müqavilənin müddətinin bitdiyi tarixədək, yəni xx xxxxxx 2018-ci il tarixədək “borc verən”ə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. Maraqlı şəxs tərəfindən X11 göndərilmiş xx xxxxxx 2020-ci il tarixli, **********593 nömrəli notarial qaydada təsdiq edilmiş bildirişin surətindən görünür ki, X8 xx xxxxxx 2017ci il tarixli kredit müqaviləsi üzrə 25.000 ABŞ dolları, yəni 42.500 manat qalıq borcunun ödənilməsi tələb edilmişdir. Borc 30 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılması barədə xəbərdar edilmişdir. X2 Həmid Müzəffər oğluna, surətinin isə Bakı şəhəri 44 saylı Notariat ofisinə ünvanladığı xx xxxx 2020-ci il tarixli bildirişə cavab məktubunda bildirmişdir ki, aralarında xx xxxxxx 2017-ci il tarixli, 3M-252 reyestr nömrəli kredit müqaviləsi bağlansa da və həmin müqaviləyə əsasən guya ona 1 il müddətinə geri qaytarmaq şərtilə 50.000 ABŞ dolları borc məbləğinin verilməsi göstərilsə də, faktiki olaraq həmin pul məbləği notariat vasitəsilə ona verilməmiş, habelə göstərilmiş pul məbləğinin təyinatı borc olmamışdır. Notariat ofisində həmin müqavilənin bağlanması sadəcə formal xarakter daşımış və həmin anda borc məbləği ona verilməmiş, həmçinin notariusun depozit hesabına köçürülməmişdir. Belə ki, ona verilmiş 50.000 ABŞ dollarının məqsədli təyinatı ortaq tanışlarının məşğul olduğu sahibkarlıq sahəsinə (mobil telefonların satışı) sərmayə qoyulması məqsədi olmuşdur. Bundan əlavə, bildirişdə məbləğin yarısının ona ödənilməsi, qalan yarısının isə 25.000 ABŞ dollarının ödənilməmiş olması ilə bağlı bildirilənlər də əsassızdır. Belə ki, sərmayə kimi yatırılmış məbləğ verildiyi gündən sonrakı aydan etibarən müvafiq olaraq birinci ayda 300 ABŞ dolları, ikinci ayda 600 ABŞ dolları, üçüncü ayda 900 ABŞ dolları, dördüncü ayda 1.200 ABŞ dolları, növbəti aylarda isə stabil olaraq 1.500 ABŞ dolları ödəniş edilmişdir. Göstərilən ödənişlər 2019-cu ilin sentyabr ayınadək davam etmişdir. Eyni zamanda bu müddət ərzində bir ədəd dəyəri 2.000 manat olan mobil telefon verilmiş və ayrı-ayrı vaxtlarda şahidlərin iştirakı ilə əsas borcdan ödənişlər edilmiş və yekunda 40.000 ABŞ dolları qaytarılmışdır. Hazırda isə ödənilməmiş vəsait bildirildiyi kimi 25.000 ABŞ dolları yox, 10.000 ABŞ dollarıdır. Bunu şahidlərin ifadələri ilə də sübut etməyə hazırdır. Hazırda isə ona 25.000 ABŞ dollarının ödənilməsi tələbi ilə bağlı bildiriş göndərilməklə notariat ofisinin notariusunu yanlış yönləndirilməyə cəhd edilir. Yekun olaraq bildirilir ki, formal olaraq aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 3M-252 reyestr nömrəli kredit müqaviləsinin predmetini təşkil edən 50.000 ABŞ dolları pul vəsaitinin 40.000 ABŞ dolları hissəsi geri qaytarılmışdır. Qalan 10.000 ABŞ dolları hissəsi isə yaxın vaxtda qaytarılacaqdır. 25.000 ABŞ dollarının ödənilməsi ilə bağlı icra qeydi aparılacağı təqdirdə tərəfindən icra qeydinin ləğv edilməsi, kredit müqaviləsinin bağlandığı andan etibarsız sayılması və müqavilədə göstərilmədiyi təqdirdə ondan əlavə olaraq aldığı faiz məbləğinin geri qaytarılması tələbi ilə məhkəməyə, eyni zamanda notariat kontorunun qeyri-qanuni hərəkətlərinin araşdırılması barədə aidiyyəti qurumlara müraciət ediləcəkdir. Qeyd edilən bildirişə cavab məktubu “Royal Ekspress” kuryer xidməti vasitəsilə xx xxxx 2020-ci il tarixdə Maraqlı şəxs və Bakı şəhəri 44 saylı notariat ofisinə çatdırılmışdır. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarın surətindən görünür ki, xx xxxx 2020-ci il tarixdə icraata daxil olmuş Bakı şəhəri 44 saylı Notariat Kontorunun 3m-252 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədi nəzərdən keçirilmiş və icra sənədi üzrə borclu X8 42.500 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumunun tutularaq tələbkar Maraqlı şəxs xeyrinə ödənilməsi barədə icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən borclu İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişin surətindən görünür ki, borcludan Bakı şəhəri 44 saylı Notariat Kontorununn 3m-252 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuş, əks təqdirdə icranın məcburi qaydada təmin edilməsi barədə xəbərdar edilmişdir. Məhkəmə ilk və birləşdirilən iş ilə bağlı qanunvericiliyin aşağıdakı normalarını qeyd edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın qeyd edilən bəndində həmçinin göstərilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə; Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Beləliklə, ilk və birləşdirilən işin mübahisəsiz hallarından görünür ki, Maraqlı şəxs ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış, lakin kredit öhdəlikləri sonuncu tərəfindən yerinə yetirilməmişdir. Eyni zamanda, Maraqlı şəxs ilə X16 arasında da kredit müqaviləsi bağlanmış, lakin kredit öhdəlikləri sonuncu tərəfindən yerinə yetirilməmişdir. Bundan sonra tələbkar tərəfindən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı borclulara bildirişlər göndərilmiş, öhdəlik bildirişlərin verildiyi müddətdə də icra edilmədiyinə görə notariat ofisi tərəfindən yuxarıda adı çəkilən Qanuna və Təlimata uyğun olaraq icra qeydləri aparılmışdır. Göründüyü kimi, notariat ofisi tərəfindən verilmiş icra qeydləri qanuni və əsaslı olmuş, icra qeydlərinin ləğv olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk və birləşdirilən iddialar əsassız olduğuna görə təmin edilməməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası barədə isə məhkəmə aşağıdakı normaları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; -740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs ilə İddiaçı arasında xx xxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış və sonuncuya xx xxxx 2018-ci il tarixədək qaytarılması şərti ilə 50.000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Həmçinin, Maraqlı şəxs ilə X16 arasında xx xxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış və sonuncuya xx xxxxxx 2018-ci il tarixədək qaytarılması şərti ilə 50.000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Lakin, cavabdehlər, tərəflər arasında bağlanmış müqavilələrə əsasən üzərlərinə götürdükləri öhdəlikləri icra etməmiş, borc məbləğlərini üçüncü şəxsə tam ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşlar. Qeyd olunan öhdəliklərin yerinə yetirilməsi ilə bağlı notariat ofisi tərəfindən icra qeydi verilməsinə baxmayaraq, öhdəliklər yerinə yetirilməmişdir. Buna görə də məhkəmə iddia tələbinin “cavabdehlərin hər birindən ayrı-ayrılıqda 25.000 ABŞ dollarının tutulması” hissəsi ilə bağlı hesab edir ki, cavabdehlər öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, onlar, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, hər biri ayrı-ayrılıqda 25.000 ABŞ dolları məbləğində vəsaiti üçüncü şəxsə ödəməlidirlər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında cavabdehlərin nümayəndəsi (vəkili) tərəfindən İddiaçı Maraqlı şəxs olan borcunun tam olaraq ödənildiyi, digər cavabdeh X9 isə üçüncü şəxsə 10.000 ABŞ dolları məbləğində borclu qaldığı bildirilsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə halın mövcudluğu öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarı). Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin “əldən çıxmış faydaya görə dəymiş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar isə aşağıdakı normaları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə müstəqil tələb irəli sürən üçün şəxsin iddia tələbinin “əldən çıxmış faydaya görə 5.000 ABŞ dolları məbləğində maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar isə belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, üçünçü şəxs tərəfindən əldən çıxmış fayda ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə əldən çıxmış fayda ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Halbuki, üçüncü şəxs tərəfindən cavabdehlərin mübahisəli puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosessual qanunvericilikdə nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin puldan faydalanmağa görə faizlər ödənilməsi hissəsini sübut olunmadığından əsassız hesab edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, ilk iddia üzrə İddiaçı cavabdeh Bakı şəhəri 44 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddiası təmin edilməməli və ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, bir icraatda birləşdirilmiş X3nun cavabdeh Bakı şəhəri 44 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddiası təmin edilməməli və birləşdirilən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər İddiaçı və X11 qarşı “borcun və maddi zərərin ödənilməsi” tələbi barədə iddiası qismən təmin edilməli, xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 25.000 ABŞ dolları məbləğində (ödəniş günü məzənnə üzrə manatla) borc və 14 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs xeyrinə tutulmalı, xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə X8 25.000 ABŞ dolları məbləğində (ödəniş günü məzənnə üzrə manatla) borc və 14 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlk iddia üzrə İddiaçı cavabdeh Bakı şəhəri 44 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddiası təmin edilməsin və ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Bir icraatda birləşdirilmiş X3nun cavabdeh Bakı şəhəri 44 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddiası təmin edilməsin və birləşdirilən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər İddiaçı və X11 qarşı “borcun və maddi zərərin ödənilməsi” tələbi barədə iddiası qismən təmin edilsin. xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində (ödəniş günü məzənnə üzrə manatla) borc və 14 (on dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs xeyrinə tutulsun. xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə X8 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində (ödəniş günü məzənnə üzrə manatla) borc və 14 (on dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs xeyrinə tutulsun. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar