Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3797/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi İddiaçı Cavabdeh Bakı şəhəri 44 saylı Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Bakı şəhəri 44 saylı Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X1 cavabdeh Bakı şəhəri 44 saylı Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək mülki işlərin bir icraatda birləşdirilmələrini xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək mülki işlərin bir icraatda birləşdirilmələrini xahiş etmişdir. Məhkəmə mülki işlərin bir icraatda birləşdirilməsi ilə bağlı tərəflərin münasibətini dinləyib, hər iki iş üzrə eyni cavabdehin iştirak etməsini, iddiaçıların eyni cavabdehə qarşı eyni növlü iddiaları irəli sürmələrini nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-3797/2020 saylı və 2(001)-3781/2020 saylı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinin tələblərinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Ərizələr təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri 44 saylı Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi və sair tələbinə dair 2(001)-3797/2020 saylı mülki işlə X1 cavabdeh Bakı şəhəri 44 saylı Notariat Kontoruna və 3-cü şəxs Maraqlı şəxs qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair 2(001)-3781/2020 sayı mülki iş bir icraatda birləşdirilsin və mülki işə 2(001)-3781/2020 sayı verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-3797/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3797/2020
03.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver