Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3823/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanla bağlı pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan **- KG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomaşına dəymiş ziyan məbləği olaraq Cavabdeh 8860 manat təmir xərci, eləcə də 110 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbini artıraraq, cavabdehdən 50 manat vəkil xərci, 9750 manat dəymiş ziyan və 110 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan **-KG-*** dövlət qeydiyyat nişanlı “Tayota Prius” avtomaşını etibarnamə ilə idarə edən Cavabdeh **-PD-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomaşınla toqquşmuş və nəticədə Cavabdeh idarə etdiyi mülkiyyətində olan avtomaşına yol nəqliyyat hadisəsi zamanı ziyan dəymişdir. Hadisənin baş veməsində təqsirli olan cavabdeh barəsində İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və onun barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək AR İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə olunmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində mülkiyyətində olan avtomaşına 8860 manat ziyan dəymiş, “My Auto Service” tərəfindən qüsur aktı tərtib edilmişdir. Hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində ondan 8860 manat dəymiş ziyana görə, eləcə də 110 manat isə dövlət rüsumu olaraq pulu tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin təqsirli olmasına dair iş materiallarında yetərincə sübut var. Eyni zamanda şəxsin pozulmuş hüququnun müdafiəsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclər də, artıq məhkəməyə məlumdur.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, inzibati xəta haqında protokolu və inzibati tənbeh vermə haqqında qərarı Səbail RPİ-nin X3 şöbəsindən əldə edərkən orada cavabdeh həmin qərardan dəfələrlə şikayət etmişdir. Etibarnamə cavabdehə qanuni əsaslarla verilib. Bu işin mübahisəsiz halıdır. Artıq qəzadan 1 il keçmişdir. Cavabdehin qeyd etdiyi kimi iddiaçı avtomobili günü 30 manata kirayəyə vermiş olsa idi, 10000 manatdan artıq gəlir əldə etmiş olardı. Avomobil bərpa olunası vəziyyətdə deyil. Avtomobilə dəymiş zərəri müəyyən etmək üçün avtomobil evakuatorla aparılıb və qaytarılıb. İddiaçı maşını Uber Şirkətinə verməmişdir. Avtomobil etibarnamə əsasında idarə etmək üçün cavabdehə verilmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, etirazını müdafiə edir və iddianı qəbul etmir. Belə ki, iddiaçının avtomobilinə görə o məsuliyyət daşımır. Həmin avtomobili İddiaçı yox, Uber şirkətindən götürmüşdür. İddiaçı ilə aralarında heç bir müqavilə bağlanılmamış, iddiaçı tərəfindən ona notarial qaydada etibarnamə verilməmişdir. Ümumiyyətlə iddiaçını tanımır. Avtomobili daha dəqiq Nəzakət xanımdan götürmüşdür. Belə ki, Nəzakət xanımla Uber şirkətinə getmiş və orada xanım vasitəsilə Nəbi müəllimlə tanış olmuşdur. Nəbi müəllim Nəzakət xanımın sürdüyü Toyota Prius markalı avtomobili ona vermiş, eyni zamanda avtomobili idarə etmək üçün 3 ay müddətinə onlayn etibarnamə də verilmişdir. Nəzakət xanım isə şirkətdən başqa avtomobil götürmüşdür. Belə olan halda iddiaçı hansı əsasla ona qarşı iddia qaldırdığı məlum deyil. Avtomobilə vurduğu ziyana görə Uber şirkəti ona qarşı iddia qaldıra bilər. Yol nəqliyyat hadisəsi olan günü hava yağışlı və küləkli idi. X4 İdman Kompleksinin yanında baş verib. Onun dairə nişanın ləğv olunmasında xəbəri olmamışdır. Mən Səbail DYPŞ-nə hadisənin qeydə alındığı video görüntünün ona təqdim olunması ilə bağlı dəfələrlə müraciət etmişdir. Lakin müraciətlərinə baxmayaraq video görüntü təqdim edilməmişdir. Bu barədə DİN-nin 102-ə məlumat vermişdir. Hadisədən 10 gün sonra o, atası, Nəzakət xanım və Nəbi müəllim Səbail DYPŞ-nə getmişlər. Orada olan zaman Nəbi müəllim köhnə polis əməkdaşı kimi səlahiyyətli şəxsin qəbuluna girdi, 5 dəqiqə sonra çıxaraq ona imza etməyini və oradan çıxıb getməyini bildirdi. O da, imza çəksə də, videogörüntünün təqdim olunmasını bildirsə də, ona bir daha görüntünü təqdim etmədilər. Bundan sonra heç kim ona zəng etməyib. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçının oğlu Fərid özünü polis əməkdaşı kimi təqdim edərək onunla görüşmüşdür. Fərid ona avtomobil üçün ilkin olaraq 4000 manat və 22 ay müddətinə aylıq 500 manat olmaqla ödəniş etməyi bildirmişdir. Ona imkanı olmadığı üçün aylıq 200 manat ödəniş edə biləcəyini bildirmişdir. Lakin Fərid onunla razılaşmadı. Fəridlə maşını ustaya göstərərkən usta maşının 5600 manat xərcinin olduğunu bildirdi. Hadisədən əvvəl FHN-də işləyirdi. Hadisədən sonra stress keçirtmiş, qorxudan xəstəliyə tutulmuşdur. Bundan sonra da, onu işdən azad etdilər. Hadisəni özü törədib. Lakin iddia ona qarşı qaldırılmamalı idi. Çünki o, iddiaçını tanımır. İddiaçı ilə arasında heç bir müqavilə bağlanmamış, ona etibarnamə verilməmişdir. İdarə etdiyi avtomobilin kimin adına olmasından məlumatsızlığı ilə bağlı verilən suala cavab olaraq bildirdi ki, texpasporta baxmamışdır.
9. Cavabdeh iddiaya dair etirazında göstərir: iddiaçı ondan 8860 manat pul istədiyi təqdirdə 9750 manat qiymətləndirib. Heç avtomobilin bazarda dəyəri o qədər deyil. Necə olur ki, iddiaçı ona bildirir ki, avtomobil çıxdaş olunmalıdır. Bəs onda vurulmuş avtomobil özü hardadır. Sənədlərin içində ona notarial qaydada verilmiş etibarnamə yoxdur. İddianı qəbul etmir. Hesab edir ki, həmin avtomobilə görə o, məsuliyyət daşımır. Ona iddiaçı tərəfindən notarial qaydada etibarnamə verilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
10. DİN-nin Dyp Veb portalından görünür ki, “Toyota Prius (Hıbrıd) minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı avtomobil BB232012 qeydiyyat nömrəsinə əsasən xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir.
11. Mülkiyyətçi İddiaçı tərəfindən verilən xx.xx.2022-ci il tarixli, ƏN-Vİ seriyalı, № 360186 saylı etibarnamədən görünür ki, “Toyota Prius (Hıbrıd) minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün 3 ay müddətinə xx.xx.2023-cü il saat 23:59-dək Cavabdeh etibar edilmişdir.
12. 27.12.2022-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 22:30-da Yeni Salyan şossesində “Toyota Prius (Hıbrıd) minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının pozmuş, tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və buna görə barəsində 60 manat məbləğində cərimə edilmə barədə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır.
13. “My auto servis” tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, zədələnmiş ehtiyat hissələrinin dəyəri 5960 manat, görüləcək təmir işlərinin dəyəri 2900 manat olmaqla, avtomobilin təmiri üçün cəmi 8860 manat vəsait tələb olunur.
14. "xxxx" MMC tərəfindən avtomobilə baxış keçirilməklə, fotoşəkilləri əlavə edilməklə təqdim edilən xx.xx.2023-cü il tarixli, 0105 saylı hesabatdan görünür ki, toplanmış materiallar, aparılmış təhlil və hesablamalar nəticəsində “Toyota Prius (Hıbrıd) minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın manatla ifadədə müəyyən edilmiş dəyəri 09 avqust 2023-cü il tarixinə yuvarlaq olaraq 9750 manat məbləğində müəyyən olunmuşdur. Rəydən görünür ki, avtomobilin yararsız vəziyyətə düşmüş və yeniləri ilə əvəz edilməsi tələb olunan hissələrinə 5960 manat, görüləcək usta işlərinə 2900 manat, yekun olaraq 8860 manat vəsait hesablanmışdır. Cari və gözlənilməyən xərclər (evakuator xidmət xərci və s.) ümumi məbləğin 10 % həcmində 886 manat hesablanmaqla, avtomobilin bərpası üçün yekun 9746 manat, yuvarlaq hesabla 9750 manat pul tələb olunur.
15. Avtomobil hazırda da təmir olunmamış və qəzalı vəziyyətdə dayanacaqda saxlanılmışdır.
16. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X1 tərəfindən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hüquq xidmət haqqı üçün 50 manat məbləğində ödəniş edilmişdir.
17. İddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 109 manat məbləğində dövlət rüsumu ödənilmişdir. (Qəbz № **********) Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
18. “Toyota Prius (Hıbrıd) minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Həmin avtomobilin idarə edilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixində 3 ay müddətinə (xx.xx.2023-cü il tarixinə kimi) etibarnamə verilmişdir. Cavabdeh etibarnamə ilə idarə etdiyi “Toyota Prius (Hıbrıd) minik” markalı, **- KG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olarkən, xx.xx.2022ci il tarixində saat 22:30-da Yeni Salyan şossesində yol nəqliyyat hadisəsi törətmiş və avtomobilə ziyan vurmuşdur.
19. Avtomobilin zədələnməsi ilə nəticələnən qəzanın baş verməsində cavabdehin təqsirli olması inzibati xəta haqqında qərarla sübut olunur.
20. Avtomobilin yararsız vəziyyətə düşmüş və yeniləri ilə əvəz edilməsi tələb olunan hissələrinə 5960 manat, görüləcək usta işlərinə 2900 manat vəsait tələb olunur. Bundan əlavə ekspert cari və gözlənilməyən xərclər(evakuator xidməti xərcləri və.s) üçün ümumi məbləğin 10 faiz həcmində, yəni 886 manat vəsaitin lazım olduğunu da rəyində göstərmişdir.
21. Cavabdeh isə izahatlarında yol nəqliyyat hadisəsini həqiqətən özü tərəfindən törədildiyini, lakin avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq üçün “Uber” adlı şirkətdən götürdüyünü, şirkət tərəfindən ona avtomobilin idarəsi üçün onlayn qaydada etibarnamə verildiyini və hazırda ona iddiaçı tərəfindən yox, nəqliyyat vasitəsini ona təqdim edən şirkət tərəfindən iddia qaldırıla biləcəyini əsas gətirməklə, iddianın rədd edilməsini xahiş edir. Həmçinin etirazının dəlillərindən biri də, iddiaçı tərəfindən ona etirbarnamənin verilməməsidir.
22. Bundan başqa cavabdeh avtomobilə dəymiş zərərin məbləğinin düzgün hesablanmadığını iddia etdiyindən mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli, 0105 saylı rəy ilə avtomobilin bərpası üçün yekun 9746 manat, yuvarlaq hesabla 9750 manat pul tələb olunduğu müəyyən edilmişdir . Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
23. Əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
26. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
27. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
28. - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
29. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
30. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
31. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir
32. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
33. Odur ki, Cavabdeh delikt törətməsi, bunun nəticəsində “Toyota Prius (Hıbrıd) minik” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, avtomobilin cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilməsi və həmin avtomobilin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz hallarıdır və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla da təsdiq olunur.
34. İşin cavabdeh tərəfindən mübahisələndirilən halları isə avtomobilə dəyən zərərin məbləği və iddianın əsl iddiaçı tərəfindən və əsl cavabdehə qarşı qaldırılıb, qaldırılmaması ilə bağlıdır.
35. Tələb edilən zərərin məbləği ilə məhkəmə o qənaətə gəlir ki, iddia qismən əsaslıdır. Belə ki, avtomobilə dəyən zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizası keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin zədələnmiş ehtiyat hissələrinin dəyəri 5960 manat, görüləcək təmir işlərinin dəyəri 2900 manat, evakuator xərci 886 manat təşkil edir. Məhkəmə ekspertin 886 manat evakuator daşımaları üçün vəsait tələb olunduğu barədə mövqeyi ilə razılaşmır. Belə ki, ekspertin həmin xərci ümumi məbləğin 10 faizi nisbətində müəyyən etməsinin hər hansı məntiqi və hüquqi açıqlaması yoxdur. Bundan başqa hər hansı əsaslandırma aparmadan sırf ekspert rəyində göstərildiyi üçün iddiaçı tərəfin tələbini həmin hissədə artırmasını məhkəmə əsaslı hesab etmir və hüquqdan sui-istifadə kimi qiymətləndirir.
36. Bu səbəblə məhkəmə hesab edir ki, avtombilə dəymiş zərərin həcmi 8860 manat məbləğində müəyyən edilməlidir.
37. Cavabdehin iddiaya etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, şəxs delikt nəticəsində vurduğu zərəri ödəməkdən o vaxt imtina edə bilər ki, zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuş olsun. Hazırki mübahisədə isə bu hal yoxdur. O ki qaldı onun nəqliyyat vasitəsini mülkiyyətçidən deyil, başqa şəxsdən götürməsi, bu hal təsdiq olunmuş olsa belə mülkiyyətçinin zərər vuran şəxsə qarşı tələbini istisna etmir. Həmin məsələ səlahiyyət verilməyən şəxsin əqd bağlaması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və ya əqdi sonradan bəyənməsi ilə bağlı olub, hazırki mübahisə üzrə tərəflərin hüquq və vəzifələrinə təsir etmir. Tətbiq edilən prosessual normalar:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
41. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
43. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır;
44. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
45. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8860 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
46. Bundan əlavə məhkəmə hesab edir ki, vəkilə ödənilmiş vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi hüquqi yardıma görə tələb etdiyi 50 manat məbləğ ağlabatandır.
47. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 8860(səkkiz min səkkiz yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 50(əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 109(yüz doqquz) manat məbləğdə pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev