Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3838/2023 18.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Mehriban Aslan qızı cavabdehlər X6 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X6 onun mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 ha (200 kv.m) torpaq sahəsinə mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mehriban Aslan qızı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 ha (200 kv.m) torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin hasarı X7 tərəfindən uçurulduğuna və torpaq sahəsi yararsız vəziyyətə salındığına görə 2018-ci ildə tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdi. Bundan sonra Cavabdeh2 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi ona qarşı iddia qaldıraraq onun adına verilmiş Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki işə baxılarkən Cavabdeh2 eyni zamanda çıxarışın verilməsi üçün əsas olmuş Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində yerləşən 330 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin X8 ayrılmasına dair 13 oktyabr 2004-cü il taixli, 245 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin inzibati işə baxılana kimi mülki işin icraatı dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-72/2020 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində yerləşən 330 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin X8 ayrılmasına dair Binəqədi bələdiyyəsinin 13 oktyabr 2004-cü il taixli, 245 nömrəli qərarının ləğv edilməsi barədə Cavabdeh2 iddiası rədd edilmişdir. Həmin qərardan Cavabdeh2 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2-1(103)- 1007/2021 saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2-1(102)-2222/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Bundan sonra mülki iş üzrə icraat təzələnmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(001)-11/2022 nömrəli qətnaməsinə əsasən həm onun zərərin əvəzinin ödənilməsi barədə iddiası, həm də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Cavabdeh2 iddiası rədd edilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(103)-6575/2022 saylı qətnaməsinə əsasən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(103)-6575/2022 saylı qətnaməsi də qanuni qüvvəyə minmişdir. Göründüyü kimi Cavabdeh2 həm daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həm də çıxarışın verilməsi üçün əsas olmuş bələdiyyə qərarının ləğv barədə iddiaları rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(103)-6575/2022 saylı qətnaməsinin: 26cı bəndində qeyd olunur ki,“... qəbul edilmiş məhkəmə aktları ilə Binəqədi bələdiyyəsinin 13 oktyabr 2004-cü il taixli, 245 nömrəli qərarının qanunsuz olmadığı, habelə bu qərarla ayrılmış 200 kv.m torpaq sahəsinin Cavabdeh2 ayrılmış 330 kv.m torpaq sahəsi ilə eyni torpaq sahəsinin olmadığı, hüquqi nəticə etibarilə Səməndər X1 hər hansı ölçüdə torpaq sahəsini tələb etmək hüququnun olmaması müəyyən edilmişdir.” 30-cu bəndində qeyd olunur ki, “... qanunvericiliyin tələbinə görə yuxarıda göstərilən faktlar Cavabdeh2 üçün məcburidir və o, həmin faktları yenidən mübahisələndirmək hüququna malik deyil.” Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən Cavabdeh2 həmin torpaq sahəsinə aidiyyatının və subyektik hüququnun olmaması təsdiqini tapmışdır. Lakin bundan sonra cavabdehlər tərəfindən darvazanın giriş qapısının açarı dəyişdirilmişdir. Əgər Cavabdeh2 iddiası subyektiv hüququn olmaması əsası ilə rədd edilmişdirsə, onun zərərinin əvəzinin ödənilməməsi barədə iddiasının rədd olunma səbəbi zərərin mövcudluğu, yəni, hasarın, torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı sübutları təqdim edilməməsi olmuşdur. Bunun səbəbi ondan ibarətdir ki, o, mülkiyyətində olan torpaq sahəsinin heç bir aidiyyatı olmayan şəxslər tərəfindən zəbt ediləcəyini öncədən görə bilməzdi ki, əvvəlki vəziyyəti əks etdirən sübutları olsun. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən Cavabdeh2 torpaq sahəsinə dair subyektiv hüququnun olmaması müəyyən olunsa da, o, yaxın qohumu X7 ilə birlikdə Azərbaycan Respublikasının adından çıxarılan və bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktlarına məhəl qoymur və yenidən torpaq sahəsinə müdaxilə etməyə cəhd edir. Buna görə də mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia qaldırmaq məcburiyyətindədir. Tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunaraq torpaq sahəsinə daxil olma, giriş darvazasının açarının dəyişdirilməsi və həmin torpaq sahəsi ilə bağlı digər hərəkətlərin edilməsi qadağan edilməsi ilə xahiş olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-16(001)-143/2023 saylı qərardadına əsasən ərizə qismən təmin edilmişdir. İddiaçı Mehriban Aslan qızının nümayəndəsi və vəkili Nümayəndə ərizəsi əsasında iddiaçı Mehriban Aslan qızı əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, mülkiyyət hüququ ilə Mehriban Aslan qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 ha (200 kv.m) torpaq sahəsi xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı satılmış və buna görə də onun adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Hal-hazırda cavabdehlər iddiaçının icazəsi olmadan mübahisəli torpaq sahəsinə daxil olur və darvazanın açarlarını dəyişdirərək, onun mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlər edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 ha torpaq sahəsi Mehriban Aslan qızının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 2222/2021 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Binəqədi rayon Bələdiyyəsinə qarşı “cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv.m torpaq sahəsinin 200 kv.m sahəsinə dair qəbul etdiyi qərarın və onun əsasında hər hansı sənəd (akt) vermişdirsə, həmin sənədin etibarsız sayılmasına dair” iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-72/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarı ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1007/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2- 1(102)-2222/2021 saylı qərarı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1007/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(001)-11/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Mehriban Aslan qızının cavabdeh Araz Novruzova (Novruzluya) qarşı “mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 hektar (200 kv.metr) ölçülü torpaq sahəsinin cavabdeh tərəfindən yararsız vəziyyətə salınması və torpaq sahəsinin hasarının cavabdeh tərəfindən uçurdulması nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə cəmi 8.200 manat məbləğində pulun tutularaq ona ödənilməsi”nə dair iddia tələbi və Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində Mehriban Aslan qızına qarşı “Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 595 saylı qərarı il ona ayrılmış, xx.xx.2006-cı il tarixində 682 saylı “Alğı-satqı müqaviləsi” bağlayaraq fərdi yaşayış evi tikmək üçün aldığı, faktiki olaraq onun istifadəsində və sahibliyində olan və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 330 kv.metr torpaq sahəsinin 200 kv.metr sahəsinə dair Mehriban Aslan qızının adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı “Çıxarışın” ləğv edilməsi barədə” müstəqil iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6575/2022 saylı 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli e-16(001)- 143/2023 saylı qərardadı ilə X13 qızı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizənin qismən təmin edilməsi, Mehriban Aslan qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 ha (200 kv.m) torpaq sahəsinə daxil olma, giriş darvazasının açarının dəyişdirilməsinin Cavabdeh2, X6 və digər şəxslərə qadağan olunması, ərizənin qalan hissədə təmin edilməməsi və müvəqqəti təminat tədbirinin 02 iyun 2023-cü il tarixdə qüvvədən düşməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 22023-cü il tarixli e-16(001)- 143/2023 saylı qərardadı ilə X4 “müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə yenidən baxılması” barədə vəsatəti təmin edilmiş və Mehriban Aslan qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 ha (200 kv.m) torpaq sahəsinə daxil olma, giriş darvazasının açarının dəyişdirilməsi Cavabdeh2, X6 və digər şəxslərə qadağan olunmuşdur. 18 may 2023-cü il tarixli aktın surətindən görünür ki, Binəqədi rayon icra şöbəsinin icra məmuru Nəbi Allahverdiyev, böyük icra məmuru Asəm Əhmədov, hal şahidləri X11 və X3 və mülki iş üzrə tələbkar Mehriban Aslan qızının etibarnamə ilə nümayəndəsi Nümayəndə iştirakları ilə bu aktı tərtib etmişlər ondan ötrü ki, Binəqədi Rayon Məhkəməsinin e-16(001)-143/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Binəqədi rayonu, 9-cu mkr, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 (200 kv.m) torpaq sahəsi yerləşən ünvana gəlmişlər. Həmin ünvanda cavabdehlər Cavabdeh2 və X5 torpaq sahəsinə daxil olması və giriş darvazasının açarlarının dəyişdirilməsi qadağan edilməlidir. Cavabdeh X2 məxsus mobil nömrə ilə əlaqə saxlanılaraq əraziyə gəlməsi təklif olunsa da, cavabdeh əraziyə gəlməmişdir. Tərəflərindən əraziyə ümumi baxış keçirilmiş, video çəkiliş aparılmışdır. Giriş darvazasının açarları tərəfindən dəyişdirilərək, tələbkarın nümayəndəsi Nümayəndə təhvil verilmişdir. İş üzrə gələcəkdə əraziyə girmələri və giriş darvazasının açarlarının dəyişdirilməsinin cəhd göstərməməsi ilə bağlı telefon vasitəsi ilə xəbərdarlıq edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və onun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 ha torpaq sahəsi Mehriban Aslan qızının xüsusi mülkiyyətində olmuş və həmin torpaq sahəsi İddiaçı satılmış, hal-hazırda onun xüsusi mülkiyyətindədir. İddiaçı tərəf hal-hazırda məhkəməyə müraciət edərək, cavabdehlərin İddiaçı icazəsi olmadan mübahisəli torpaq sahəsinə daxil olduğunu və darvazanın açarlarını dəyişdirərək, mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edildiyini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin torpaq sahəsinə qanunsuz daxil olmaqla və darvazanın açarlarını dəyişdirməklə, onun mülkiyyət hüquqlarını əsassız şəkildə pozur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh2 və X6 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsi qadağan olunmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 torpaq sahəsinə mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsi cavabdehlər Cavabdeh2 və X6 qadağan olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Cəfər Cabbarlı küçəsində yerləşən 0,02 torpaq sahəsinə mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsi cavabdehlər Cavabdeh2 və X6 qadağan olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3838/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3838/2023
18.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver