Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3862/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X7 Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus **********20029 saylı abonent hesabına əsassız hesablanmış 3086 manat borcun silinməsi, cavabdeh tərəfindən tərtib edilmiş 265278 saylı, xx.xx.2022-ci il tarixli aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev onun şəxsi mülkiyyətindədir. Həmin ünvan üzrə cavabdehin **********20029 saylı kodu ilə abonentidir. Həmin ünvanda ona məxsus sayğac xx.xx.2022-ci il tarixdə oğurlanmış və o, bununla bağlı xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu 5 saylı Polis Bölməsinə müraciət etmişdir. Lakin bununla bağlı ona nəticə barədə heç bir cavab təqdim olunmamışdır. 2022ci ilin avqust ayının 10-da həmin ünvana protokol tərtib olunaraq yeni sayğac quraşdırılmışdır. Onun köhnə sayğac üzrə heç bir borcu olmamışdır. xx.xx.2022-ci il tarixdə onun yaşadığı ünvana təzə sayğac quraşdırılmasına baxmayaraq, daha sonra ona bildirmişlər ki, guya 3086 manat borcu vardır. Bu borcun yaranması mümkün deyildir, belə ki, həmin ünvanda ümumiyyətlə 1998-ci il tarixindən bügünədək yaşayış olmamışdır. Bu barədə fotoşəkillər təqdim edilmişdir. Əgər borcu var idisə, niyə bu vaxta qədər bu barədə məlumat verilməmişdir. Avabdeh tərəfindən qanunsuz olaraq ona yüksək məbləğdə cərimə yazılmışdır. O hesab edir ki, həmin borc əsassız və qanunsuz olduğu üçün silinməli və tərtib edilmiş akt ləğv edilməlidir. Sayğac çöldə quraşdırılmış, həmin sayğac oğurlandığından o, bu barədə cavabdehə yazılı olaraq xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bundan başqa, təqdim edilmiş fotoşəkillərdən də görünür ki, həmin ünvandan yaşayış yoxdur. Cavabdeh 3086 manat borcun mövcud olmasının bildirsə də, həmin borcun hansı səbəbdən yarandığına dair ona hər hansı sənəd təqdim etməmişdir. Sayğac evin çöl divarında quraşdırılmış ki, belə olan vəziyyətdə abonent sayğacın çıxarılmasına və ya onda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Tərtib edilmiş həmin akta əsasən ona borc hesablanmışdır. Halbuki, hər ay cavabdehin əməkdaşları tərəfindən əraziyə nəzarət edilməli və iddiaçının yaşadığı ünvanda elektrik enerjisindən istifadə ilə bağlı hər hansı pozuntu olardısa belə vaxtında aşkar edilməli idi. Cavabdeh tərəfindən tərtib olunmuş 265278 saylı, xx.xx.2022-ci il tarixli aktdan (AKT) isə görünür ki, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamışdır. Borcun tərəflərindən yarandığına dair hər hansı sənəd təqdim etməmişdir. Halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düçür. Belə ki, MPM-in 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların saktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşüt. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. İstehlakçı hüquqularının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, rüsum cavabdehdən tutularaq Dövlət Büdcəsinə alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının mənzilində yaşayışın olmaması inandırıcı deyil. Belə ki, abunə haqqında sənəddən göründüyü kimi, hər ay müntəzəm olaraq elektrikdən istifadəyə görə sərfiyyat olmuşdur. Ona görə də iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirmişdir ki, o, iddiaçının qonşusudur. Belə ki, onların mənzilləri Bakı şəhəri, A.Kunanbayev küçəsi, 2-ci binanın 1-ci mərtəbəsində yanbayandır. İddiaçıya məxsus mənzildə yaşayış olmamışdır və hazırda da yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X2 bildirmişdir ki, o, iddiaçının qonşusudur. Belə ki, o, Bakı şəhəri, A.Kunanbayev küçəsi, 2-ci binanın 3-cü mərtəbəsində yaşayır. İddiaçıya məxsus mənzildə yaşayış olmamışdır və hazırda da yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X1 bildirmişdir ki, o, iddiaçının qonşusudur. Belə ki, o, Bakı şəhəri, A.Kunanbayev küçəsi, 2-ci binanın 5-ci mərtəbəsində yaşayır. İddiaçıya məxsus mənzildə yaşayış olmamışdır və hazırda da yoxdur. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: MH 138396 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 2 nömrəli binanın, 29 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsudurş İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, borcun araşdırılıb silinməsi və sayğacının bərpa olunması üçün müvafiq strukturlara göstəriş verilməsi barədə "xxxx" ASC-yə müraciət etmişdir. 80 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 2 saylı evin, 29 nömrəli mənzildə qeydiyyat vəsiqəsinə əsasən mənzil 1998-ci ildən ona məxsusdur. Qonşuların tərtib etdikləri akta əsasən həmin mənzildə 1998-ci ildən hal-hazıradək heç kəs yaşamır. X2, X4 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı adına olan ünvan 2 ünvanında 1998-ci il tarixdən bu günə qədər yaşayış olmamasını qonşuları təsdiq etmişlər. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətində göstərilən ünvanda yerləşən mənzil "xxxx" ASC-nin informasiya məlumat bazasında X3 adına **********20029 abunə kodu ilə qeydiyyatdadır. Mənzildə uzun müddət yaşayış olmadığı üçün abunə kodu passivləşdirilmişdir. Mürcaiətində göstərilənlər nəzərə alınaraq mənzilin elektrik sayğacı ilə təmin edilməsi və abunə kodunun aktivləşdirilməsi üçün təsdiqləyici sənədlərlə aidiyyəti üzrə “ASAN Kommunal” xidmət mərkəzlərinə müraciət etməyi zəruri olduğu bildirilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətində göstərilən ünvanda yerləşən mənzil "xxxx" ASC-nin informasiya məlumat bazasında X3 adına **********20029 abunə kodu ilə qeydiyyatdadır. Mənzildə uzun müddət yaşayış olmadığı üçün abunə kodu passivləşdirilmişdir. Mürcaiətində göstərilənlər nəzərə alınaraq mənzilin elektrik sayğacı ilə təmin edilməsi və abunə kodunun aktivləşdirilməsi üçün müvafiq şöbəyə göstəriş verilmişdir. xx.xx.2022-ci il tarixli R 265278 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus ünvanda (abunə kodu - **********20029) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, abonentin elektrik sayğacı oğurlanmışdır, mənzildə yaşayış yoxdur. **********20029 nömrəli Abunə haqqında sənəddən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 2 nömrəli binanın, 29 saylı mənzilə elektrikdən istifadəyə görə 3084.29 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində yaşayış olmamışdır. Bu həm iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələri ilə, həm də cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. Əski cavabdeh tərəfindən hər hansı sübutla təkzib edilmədi. Belə olduğu təqdirdə iddiaçıya məxsus mənzildə yaşayış olmadığı və elektrik enerjisindən istifadə edilmədiyi halda ona 3.084,29 manat borcun hansı əsasla yazılması müəyyən edilə bilinmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli akt ləğv edilməli və 3084,29 manat iddiaçının abunə hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı 3086 manat məbləğində borcun silinməsini tələb etsə, abunə haqqında sənəddən məlum oldu ki, iddiaçıya 3084,29 manat məbləğində borc hesablanmışdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən, təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı (ünvan 1) elektrik enerjisindən istifadəyə görə hesablanmış 3084.29 manat məbləğində borc silinməli və Cavabdeh ASC-dən 50.84 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 265278 nömrəli akt ləğv edilsin, İddiaçı (ünvan 1) elektrik enerjisindən istifadəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 3084.29 (üç min səksən dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində borc silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 50.84 (əlli manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-3862/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3862/2023
31.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver