Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3880/2025 05.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair (açar sözlər: borc tələbi, etiraf) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4350.00 AZN məbləğində borc pul, 290 AZN məbləğində əldən çıxmış fayda, 520 AZN məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ və 67 AZN məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2022-ci il tarixindən başlayaraq əvvəllər iş yoldaşı olmuş, İddiaçı, boşandığını, bank kreditlərinin olduğunu, qızının bağça xərclərini və atasının onkoloji xəstə olduğunu bildirərək, müxtəlif səbəblər gətirmiş və qaytaracağı vədi ilə iddiaçıdan ümumilikdə 4350 AZN borc pulalmış, lakin bugünədək borc məbləğini iddiaçıya qaytarmamışdır. Artıq neçə müddətdir ki, cavabdeh tərəfindən pul məbləği ödənilmədiyindən, iddiaçı pulunu geri tələb etmiş, cavabdeh isə hər dəfəsində müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasından boyun qaçırmışdır. Cavabdeh borcunu qaytarmadığından iddiaçı onun evinə getmiş və cavabdehin atasının onkoloji xəstə olmadığını və cavabdehin puldan öz şəxsi məqsədləri üçün istifadə etdiyini öyrənmişdir. İddiaçı tərəfindən müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə cavabdehin “WhatsApp”la göndərdiyi kart hesabına pul vəsaiti göndərilmiş və iddiaçı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” və "xxxx" ASC-dən əldə edilmiş hesab üzrə çıxarışlarda bu məlumatlar əks olunmuşdur. Cavabdehin borcunu etiraf etdiyi səs yazıları və WhatsApp yazışmaları da mövcuddur. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edilmiş, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ərizə əsasında yoxlama aparılmış və ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilməsiməqsədə müvafiq olduğu bildirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində WhatsApp üzərindən 750.00 AZN borcunun olduğu bildirilmiş; xx.xx.2022-ci il tarixində iddiaçıdan 100.00 AZN məbləğində borc pul; (iddiaçının 4098 0944 2044 3341 (Unibank) nömrəli kartından cavabdehin 5243 7544 4134 6697 (Unibank) nömrəli kartına mədaxil edilmişdir) xx.xx.2023-cü il tarixində tarixində WhatsApp üzərindən 800.00 AZN borcunun olduğunu; xx.xx.2023-cü il tarixində iddiaçıdan 100.00 AZN məbləğində borc pul; (iddiaçının 4098 0944 2044 3341 (Unibank) nömrəli kartından cavabdehin 4169 7388 3217 0820 (Kapital bank) nömrəli kartına mədaxil edilmişdir). xx.xx.2023-cü il tarixində iddiaçıdan 200.00 AZN məbləğində borc pul; (iddiaçının 4098 0944 2044 3341 (Unibank) nömrəli kartından cavabdehin 4169 7388 3217 0820 (Kapital bank) nömrəli kartına mədaxil edilmişdir) xx.xx.2023-cü il tarixində iddiaçıdan MilliÖn vasitəsi ilə 200.00 AZN borc pul; xx.xx.2023-cü il tarixində iddiaçıdan 200.00 AZN borc pul; (iddiaçının 4098 0944 2044 3341 (Unibank) nömrəli kartından cavabdehin 4169 7388 3217 0820 (Kapital bank) nömrəli kartına mədaxil edilmişdir) xx.xx.2023-cü il tarixində iddiaçıdan 200.00 AZN borc pul; (iddiaçının 4098 0944 2044 3341 (Unibank) nömrəli kartından cavabdehin 4169 7388 3217 0820 (Kapital bank) nömrəli kartına mədaxil edilmişdir) xx.xx.2023-cü il tarixində iddiaçıdan 300.00 AZN borc pul; (iddiaçının 4098 0944 2044 3341 (Unibank) nömrəli kartından cavabdehin 4169 7388 3217 0820 (Kapital bank) nömrəli kartına mədaxil edilmişdir) xx.xx.2023-cü il tarixində iddiaçıdan 500.00 AZN borc pul; (iddiaçının 5167 5133 4777 8516 (ABB) nömrəli kartından cavabdehin 4169 7388 3217 0820 (Kapital bank) nömrəli kartına mədaxiledilmişdir) xx.xx.2023-cü il tarixində iddiaçıdan 300.00 AZN borc pul; (iddiaçının 4098 0944 2044 3341 (Unibank) nömrəli kartından cavabdehin 4169 7388 3217 0820 (Kapital bank) nömrəli kartına mədaxil edilmişdir) xx.xx.2023-cü il tarixində iddiaçıdan 200.00 AZN borc pul; (iddiaçının 4098 0944 2044 3341 (Unibank) nömrəli kartından cavabdehin 4169 7388 3217 0820 (Kapital bank) nömrəli kartına mədaxil edilmişdir) xx.xx.2023-cü il tarixində iddiaçıdan 200.00 AZN borc pul; (iddiaçının 4098 0944 2044 3341 (Unibank) nömrəli kartından cavabdehin 4169 7388 3217 0820 (Kapital bank) nömrəli kartına mədaxil edilmişdir) xx.xx.2023-cü il tarixində iddiaçıdan 300.00 AZN borc pul alınmışdır. (iddiaçının 4098 0944 2044 3341 (Unibank) nömrəli kartından cavabdehin 4169 7388 3217 0820 (Kapital bank) nömrəli kartına mədaxil edilmişdir) Göründüyü kimi sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə ödənildiyindən borcun ödənilməsi 16 aydır gecikir. Ən son danışıqlarda isə may ayında 2000 manat ödəyəcəyini bildirmişdir. Lakin iddiaçı borclunun bu vəədlərinə inanmadığından iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (4350 manat X 5% = 217.5 manat : 12 ay = 18.125 manat X 16 ay = 290 manat)
İİ. Tərəflərin mövqeləri:
Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında videokonfrans vasitəsi ilə iştirakı təmin edilmiş Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, özü hazırda Qarabağ Universitetində müəllim kimi işlədiyinə və Xankəndi şəhərində yaşadığına görə məhkəmə iclaslarında iştirak edə bilməmişdir. İddiaçının iddia tələbini tam qəbul edir. Anasının onkoloji xəstəliyi ilə əlaqədar müalicə xərclərini qarşılamaq üçün qeyd edilən məbləğdə pulların borc kimi verilməsini xahiş etmiş, iddiaçı həmin xahişlər əsasında ona köməklik göstərmişdir. Gəlirlərinin olmaması və himayəsində azyaşlı uşağının xərcləri ilə bağlı aldığı borcları vaxtında qaytara bilməmişdir. İddianın təmin edilməsinə etiraz etmir.
İİİ. İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş:
- Unibank KB ASC-nin hesabdan çıxarışından görünür ki, xx.xx.2020-xx.xx.2024-cü il müddət ərzində İddiaçı məxsus 4098 0944 2044 3341 (Unibank) nömrəli kartından X1 məxsus 4169 7388 3217 0820 (Kapital bank) nömrəli kartınaümumilikdə 4350 manat mədaxil edilmişdir. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, 409858.9994 nömrəli karta 520 manat ödəniş edilmişdir. (VÖEN**********)
İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ … Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)”. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddianın dəlillərini və işin araşdırılan halları ilə müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda borca pul verilmiş, lakin cavabdeh tərəfindən həmin məbləğdə pullar iddiaçıya geri qaytarılmamışdır. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, lakin öhdəlik tam yerinə yetirilməmişdir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, üzərinə düşən öhdəlikləri tam icra etmədən iddiaçının pulundan istifadə etmiş, öhdəliyin icra olunmaması nəticəsində iddiaçı maddi zərərə uğramışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4350 manat məbləğində borc pul, 290 manat məbləğində əldən çıxmış fayda, 520 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ və 67 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4350 manat məbləğində borc pul, 290 manat məbləğində əldən çıxmış fayda, 520 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ və 67 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elnarə Vəliyeva