Məhkəmə qərarları › İş №e-2(001)-3947/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3947/2025

24.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3947/2025 24.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: hüquqi yardım, xidmət haqqı, pul tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1700 manat pul vəsaitinin və 37 (otuz yeddi) AZN məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh qızı ilə ortaq dostu, Kanadada yaşayan Kamran bəyin xahişi ilə 2024-cü ilin iyun ayının ortalarından “whatsapp” programı vasitəsi ilə ailə mübahisələri üzrə hüquqi məsləhətlər almaq üçün danışıqlara başlamış, bu tarixdən bir neçə ay əvvəl də Günel xanımla dostu Kamran bəyin telefonu ilə başqa bir hüquqi məsələ (vəsiqəsinin müddətinin buraya gəlmədən uzadılması) üzrə məsləhət vermişdir. Aralarında şifahi razılaşmaya əsasən Günel xanım Azərbaycana gəldikdən sonra onunla görüşüb hüquqi xidmətlərdən yararlanacaq və bunun üçün xidmət haqqı ödəyəcəkdir. Razılığa əsasən “nikahın pozulması, aliment, uşaqların ananın himayəsində saxlanılması” üzrə həm mediasiya üçün təklif və ərizə, təmsilçilik, həm də məhkəməyə iddia ərizəsinin hazırlanması və izlənilməsi üzrə rüsumlarla birlikdə xidmət haqqı olaraq 700 manat (yeddi yüz) məbləğində razılıq əldə etmişlər. O, Günel xanım gələnədək aralarındakı ortaq tanışlıq və səmimiyyətə inanaraq heç bir ödəniş almadan ilkin olaraq sənədlərə baxış, zəruri olan sənədlərin (xx.xx.2024 tarixli MAPS arayışı) toplanılması üzrə hüquqi addımlara başlamışdır. Günel xanım Azərbaycana gəldikdən sonra xx.xx.2024-cü il tarixində onunla əlaqə yaradaraq, həyəcanlı bir şəkildə yoldaşının uşaqlarla görüşdüyü halda uşaqların ölkə xaricinə aparılmasına razılıq ərizəsi verəcəyi vədinə inandığını, uşaqlar ataları ilə görüşdükdən sonra belə razılıq ərizəsi verilmədiyini və onun 3-4 gün sonra Kanadaya uçuşu olduğundan köməklik istəmişdir. Nəticədə müvəqqəti təminat tədbiri olaraq ərizə verə biləcəyini və bunun üçün xidmət haqqı 500 manat (beş yüz) olduğunu cavabdehə təklif etmiş, cavabdeh isə razılaşaraq həmin məbləği Kanada şəhərinə getdikdən sonra ödəyəcəyini bildirmişdir. Özü cavabdehin təklifi ilə razılaşmış, əlavə olaraq eyni məzmunla bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu izah etməklə, bununla bağlı xidmət haqqı olaraq 1200 manat xidmət haqqı təklif etsə də, cavabdehlə ilkin iddiaların xidmət haqqını (700 manat) ödəməsinə razılaşamışlar. Nikah pozulduqdan sonra isə “uşaqların atanın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına icazənin verilməsi üzrə də iddianı” məhkəməyə verməyin mümkünlüyünü və bu iş üzrə isə xidmət haqqını (1200 manat) həmin vaxt ödəyəcəyini bildirdi. xx.xx.2024-cü il tarixində “nikahın pozulması, aliment, uşaqların ananın himayəsində saxlanılması, əlavə xərcin tutulması, uşaqların atanın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına icazənin verilməsi” mediasiya təklifini cavabdehin həyat yoldaşına göndərmiş, xx.xx.2024-cü il tarixində Günel xanımla Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən ofisdə görüşərək “nikahın pozulması, aliment, uşaqların ananın himayəsində saxlanılması, əlavə xərcin tutulması” üzrə iddialar üçün 700 manat (yeddi yüz) xidmət haqqını nağd şəkildə Günel xanım ödəmişdir. “Uşaqların atanın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına icazənin verilməsi” üzrə MTT və əsas iddia üçün xidmət haqlarını daha sonra ödəyəcəyi ilə bağlı razılşamışlar. Günel xanımın özünün də iştirakı ilə MTT ərizəsi Binəqədi rayon məhkəməsinə göndərilmiş, məhkəmə e-16(001)-340/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə rədd edilsə də,qərardaddan şikayət verildikdən sonra məhkəmə e-16(001)-340/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə öz qərardadını ləğv edərək şikayəti təmin edilmişdir. Bir müddət sonra cavabdeh onunla məsləhətləşərək əmlak bölgüsü üzrə də iddia qaldırmağını xahiş etmiş, bu iş üzrə mediasiyada təmsilçilik və iddia ərizəsini yazıb məhkəməyə göndərməyi öhdəsinə götürərək məhkəmədə təmsilçilik üçün iş yoldaşı vəkil Natiq Məmmədova etibarnamə verilməsini xahiş etmişdir. Natiq bəy sorğular verərək, cavabdehin yoldaşının yalnız daşınar əşyalar olaraq avtomobillərdən ibarət olduğunu müəyyən etmişdir. Sorğunun da cavabını Günel xanıma göndərərək “əmlak bölgüsü üçün vəkil xərcləri və dövlət rüsumları ilə birlikdə 4000 manat (dörd min) xidmət haqqı və iş təmin olunduqda təmin olunan hissə üzrə 5% faiz bonus ödəməli olduğunu cavabdehə təklif etmiş, cavabdeh təkliflə razı olaraq qeyd edilən məbləğin iki dəfə olmaqla hissəli ödənilməsini xahiş etmişdir. Nəticədə cavabdehlə razılaşaraq iş üzrə prosesləri Natiq bəylə birlikdə başlatmış, mübahisə Günel xanımın da razılığı ilə barışıq sazişi ilə yekunlaşmışdır. Barışıq sazişinə əsasən “13.000 (on üç min manat) məbləğində pulu Cavabdeh verir. Məbləğin 8000 (səkkiz min) manatı saziş imzalanan kimi, qalan 5000 (beş min) manat isə mart, aprel, may, iyun və iyul aylar üzrə növbəti ayın 10-a kimi ödəniləcəkdir. Qeyd olunan məbləğin ödənilməsi gecikdirildiyi təqdirdə, ödənilən günə kimi qalıq məbləğin gündəlik 1 (bir) faizi məbləğində cərimə hesablanır və qalıq məbləğlə birlikdə ödənilir”. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat 2025-ci il mart ayının 13-də öncəki iddialar Binəqədi rayon məhkəməsinin e-2(001)-704/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə “nikahın pozulması, aliment, uşaqların ananın himayəsində saxlanılması, əlavə xərcin tutulması” qismən təmin edildi. Günel xanım artıq digər sonuncu iddia “uşaqların atanın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına icazənin verilməsi” üzrə ərizənin və ona əlavə olunan sənədlərin hazırlanaraq məhkəmə sisteminə yerləşdirdiyini və rüsumlarının ödənilməli olduğunu bildirdi. Günel xanım cavab olaraq bildirdi ki, barışıq sazişi üzrə 8000 manatdan ona 7000 manat pul köçürüldüyünü, qalan 1000 manatdan xərclərin çəkilməsini təklif etdi. O, xərcləri hesablayaraq və Natiq bəylə özünə çatası mükafat məbləğini həmin vəsaitdən çıxaraq xərcləri də ödəmişdir. Lakin üzərindən çox keçməyərək Günel xanım whatsapp-dan ona yazaraq əmr edərək kimi “siz mənə nikah haqqında adi pdf formatına kağız göndərmisiniz, bu nədir belə, mən Sizə xidmət haqqı ödəmişəm, siz mənə boşanma şəhadətnaməsini də verməlisiniz” ifadələr işlətmiş,bu ifadələrdən qəzəblənərək “bu qədər Sizə hörmət etmişəm, sizə vicdanla xidmət göstərmişəm, hələ iki ərizəm üzrə xidmət haqqını ala bilməmişəm Sizdən, sizin mənə bu şəkildə və birdən birə bu tərz danışıqlarınızın səbəbi nədir” deyərək iradını bildirmişdir. Günel xanım yenə cavab bütün işlərin pullarını ödədiyini bildirmiş, əlavə ödəniş etməkdən imtina etmişdir. Daha sonra özü də iki dəfə etiraf edərək boşanmaya görə və əmlaka görə pulları ödədiyini, işlərin pullarının da həmin məbləğlərə daxil olduğunu bildirmişdir. Cavabdehlə bu mübahisə davam etmiş, nəticədə məhkəməyə müraciət edilmişdir. İİ. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddia tələbini müdafiə etdi. Əlavə olaraq izahatında bildirmişdir ki, özü Vəkillər Kollegiyasının üzvü olmaqla vəkillik fəaliyyəti ilə məşğuldur. Cavabdehə göstərdiyi hüquqi yardıma dair razılaşdıqları xidmət haqqı aralarında bağlanmış müqavilədə öz əksini tapmamışdır. Onun tərəfindən cavabdehə fərqli mübahisələrlə bağlı hüquqi yardım edilmiş, cavabdehlə razılaşdıqları məbləğlərdən cavabdeh tərəfindən 5300 manat ödəniş edilsə də, 1700 manat ödənilməmiş qalmışdır. Bir neçə dəfə cavabdehə müraciət etsə də, cavabdeh ödəməyə razı olmamışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddianı tam müdafiə etdiyini və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə cavabdehin məhkəməyə məlum olan sonuncu yaşayış yeri üzrə, həmçinin sms bildiriş, elektron poçt xidməti vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdehin ölkə hüdudularından kənarda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş CD elektron daşıyıcıya baxış keçirilmiş və iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisələri ilə bağlı hüquqi yardım göstərilməsinə dair müxtəlif vaxtlarda “whatsapp” sosial yazışma programı vasitəsi ilə muzakirələr aparıldığı əks olunmuşdur. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyib, işdə olan yeganə sübut növü kimi təqdim edilmiş elektron daşıyıcıda olan məlumatları tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunuun 19-cu Maddəsi: İ. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İİ. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. İİİ. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdi Qaydalar: 2.1. Müştəri ilə vəkil qurumu və vəkil arasındakı münasibətlər yalnız müqaviləyə əsaslanır. Müştəri kateqoriyasına fiziki və hüquqi şəxslər, dövlət orqanları, idarə və təşkilatlar (müəssisələr), beynəlxalq təşkilatlar və müqavilə bağlamaq qabiliyyətinə (imkanına) malik olan digər şəxslər daxildir. 2.2. Vəkil tərəfindən göstərilən hüquqi yardım üzrə haqqın ödənilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 2.3. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin xidmət haqqının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və xidmət haqqının məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. 2.4. Hüquqi yardımın göstərilməsinə görə ödənilən xidmət haqqının məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ … Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, iddiaçı iddianın əsası kimi Mülki Məcəllənin 385.1-ci maddəsinə əsaslansa da mülki iş materiallarında tərəflər arasında iddiaçı tərəfindən cavabdehə göstərilən hüquqi yardım üzrə haqqın ödənilməsinin məbləği, qaydasına dair zəzuri şərtləri özündə əks etdirən xidməti müqavilə məhkəməyə təqdim edilməmiş, iddiaçı məhkəmə iclasında aldığı 5300 manat məbləğ də daxil olmaqla razılşadıqları xidmət haqqının müqavilədə əks olunmadığı etiraf edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar