Məhkəmə qərarları › İş №e-2(001)-3967/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3967/2020

21.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3967/2020 21.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokuroru yanında X14 Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əmlak üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokuroru yanında X14 Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əmlak üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X17 qarşı borc müqaviləsi əsasında verilmiş 142500 manat pulun X9 alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddanın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(076)-2716/2019 saylı qərardadı ilə X12 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 81, M5, m3 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(076)-2716/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İddianı təınin etmək üçün cavabdeh X12 mülkiyyətində olan ünvan 2 M5, m3 ünvanında yerləşən mənzilə həbs qoyulduğundan, mənzil icra orqanı tərəfindən hərraca çıxarılmış və mənzil tələbkar İddiaçı təklif edilərək, onun tərəfindən qəbul edilmiş, X21 14 nömrəli, xx xxxxxx 2020-ci il tarixli protokol tərtib edilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədi almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nə müraciət etsə də, mənzilin üzərinə Azərbaycan Respublikasının Baş prokuroru yanında X14 Baş İdarəsinin İstintaq idarəsinin müstəntiqinin vəsatəti əsasındaBakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)- 725/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həbs qoyulduğundan müraciəti təminetmək mümkün olmamışdır. İddiaçı Azərbaycan Respublikasının Baş prokuroru yanında X14 Baş İdarəsinə müraciət etdikdə müəyyən olunmuşdur ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-725/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə səhvən ünvan 2 M5, m3 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Hazırda cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İddiaçı həmin cinayət işi üzrə də zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Göründüyü kimi qeyd olunan mənzilin üzərinə Şəmkir Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddianı təmin etmə tədbiri kimi həbs qoyulandan 1 aydan artıq vaxt keçəndən sonra müstəntiq həmin mənzilin üzərinə həbs qoyulmasına dair vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmə artıq üzərində həbs olan mənzilin üzərinə yenidən həbs qoymuşdur. İddiaçı tərəfindən rəsmi qaydada xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında X14 Baş İdarəsinə və Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edilmişdir. Qeyd olunan məsələ ilə bağlı yazılı cavab alınmasa da, iddiaçıya şifahi qaydada mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Hal-hazırda İddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması cinayət işi üzrə həbs qoyulması səbəbindən mümkün deyildir. Bu halın mövcudluğu İddiaçı mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 81, M5, m.3 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2018-ci il tarixdən X12 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(076)- 2716/2019 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh X17 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə eyni vaxtda İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh X22 ilə aralarında olan xx xxxx 2018-ci il tarixli 3M-200 saylı kredit müqaviləsinə əsasən cavabdehə borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh ona olan borcunu xx xxx 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ona olan borcunun təminatı olaraq özünə məxsus olan, ünvan 2 M5, m 3 ünvanında yeriəşən mənzilin sənədlərinin əslini ona vermişdir. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş və hazırki vaxtadək ona olan borcunu ödəməmişdir. Cavabdehin öz mülkiyyətində olan evi satması və ya hər hansı şəkildə özgəninkiləşdirməsi gələcəkdə iddiası təmin olunacağı təqdirdə qətnamənin icrasını ləngidə bilər. Bu səbəbdən də cavabdehə məxsus olan, ünvan 2 M5, m 3 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmaqla, üzərində sərəncam verilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad çıxanlmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd olunan qərardadla ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında cavabdeh X12 mülkiyyətində olan ünvan 2 M5, m 3 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinə qadağa qoyulmuş, qərardad dərhal icra edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(076)-2716/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh X9 142500 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(076)-2716/2019 saylı icra vərəqəsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(076)-2716/2019 saylı qətnaməsi xx xxxxxxx 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... İstintaq zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “X24” şirkətinin Azf-099 layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləmiş X22 aldatma və etibardan sui-istifadə etmə yolu ilə ayrı-ayrışəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə xalası oğlu X1 olduğu “X18” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırmışşəxslərə işin yekununda 7 və ya 10% gəlir ödəniləcəyini yalandan bildirərək belə niyyəti olmadan 2018-ci ilin aprel ayından 2019-cu ilin iyul ayınadək olan dövr ərzində hissə-hissə olmaqla tanışları İddiaçı 303.500 manat, X3 113.000 manat, X13 110.000 manat, X10 40.000 manat, X4 21.000 manat, X2 122.317 manat, X5 363.700 manat, X20 125.520 manat, X6 478.283 manat, X7 200.000 manat, X8 1.929.500 manat olmaqla, ümumilikdə 3.806.820 manat məbləğində pul vəsaitlərini alıb dələduzluq yolu ilə ələ keçirmişdir. xx xxxxxx 2019-cu il tarixdə X22 Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi iləşübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə Nicat Qarayevə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə Nicat Qarayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, X12 törətmiş olduğu cinayət əməli nəticəsində ayrı-ayrışəxslərə ciddi maddi ziyan vurulmuşdur. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********27 nömrəli məktubunda qeyd edilmişdir ki, X12 adına ünvan 6 M5, m3 ünvanında yerləşən mənzil və Bakışəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2219K saylı bağ sahəsi ünvanında yerləşən 0,07 ha torpaq sahəsi qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətindədir. Bundan başqa, istintaq zamanı müəyyən edilmişdir ki, X12 istifadəsində “X37 minik” markalı ** VK *** dövlət qeydiyyat nömrəli avtomobil olmuş və Nicat Qarayev həmin avtomobili atası X11 adına rəsmiləşdirmişdir. Odur ki, vurulmuş maddi ziyanın ödətdirilməsinin təmin edilməsi məqsədilə X17 məxsus, yuxarıda sadalanan daşınmaz əmlakların və avtomobilin özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə həmin əmlaklar üzərinə həbs qoyulması məqsədəmüvafiqdir”. İş materiallarında olan Hərrac Təşkilatının 14 nömrəli, xx xxxxxx 2020-ci il tarixli X21 Protokolun surətindən görünür ki, hərrac Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli, 2(076)-2716/2019 saylı icra sənədi və Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, xx/xx-153021/2019-9 saylı sifariş məktubuna əsasən keçirilmiş, hərracda X17 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzil 160500 manata satılmış, hərracın qalibi İddiaçı olmuşdur. İş materiallarında olan qəbzlərdən və X21 protokoldan görünür ki, İddiaçı tərəfindən hərrac keçirilən zaman 8025 manat və 9986,98 manat ödənilmişdir. İş materiallarında olan Xətai rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Vüqar Qasımov tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanlanan xx xxxxxx 2020-ci il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X9 142500 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. İcra tədbirləri zamanı borclu X12 adına olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M 5, 3 nömrəli mənzilin üzərinə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuş və Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlakın yerləşdiyi yer üzrə icra edilməsi üçün göndərilmişdir. Qeyd edilən mənzil “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 160500 manat məbləğində qiymətləndirilmiş və satışını təşkil etmək üçün “X15” MMC-yə sifariş göndərilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar borclu X12 adına olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M 5, 3 nömrəli mənzili "X15" MMC tərəfindən xx.xx.2020-ci il tarixli protokolla hərrac vasitəsilə satılmış və hərracın qalib alıcısı tələbkar İddiaçı olmuşdur. Odur ki, həmin mənzilin hərracın qalib alıcısı İddiaçı adına rəsmiləşdirilməsi xahiş olunur”. İş materiallarında olan ərizə və poçt qəbzlərindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinə və Azərbaycan Respublikası Baş Prokuroru yanında X14 Baş İdarəsinə xx xxxx 2020-ci il tarixdə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 81, M5, m.3 ünvanında yerləşən mənzilin üzərinə səhvən qoyulmuş həbsin götürülməsini xahiş etmiş, hazırkı iddia tələbi isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx xxxx 2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248.1-ci maddəsinə əsasən, əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədi ilə tətbiq edilir; əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir; bank əmanətlərinə tətbiq edildikdən sonra onlar üzrə əməliyyatların aparılmasına xitam verir. Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Beləliklə məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-725/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə səhvən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 81, M5, m3 ünvanında yerləşən mənzilin üzərinə təkrakən həbs qoyulmuşdur. Belə ki, qeyd olunan qərardad qəbul edilən zaman Şəmkir Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(076)-2716/2019 saylı qərardadı ilə X12 mülkiyyətində olan ünvan 2 M5, m3 ünvanında yerləşən mənzilin üzərinə iddianın təmini tədbiri kimi artıq həbs qoyulmuşdur. Göründüyü kimi qeyd olunan mənzilin üzərinə Şəmkir Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddianı təmin etmə tədbiri kimi həbs qoyulandan 1 aydan artıq vaxt keçəndən sonra müstəntiq həmin mənzilin üzərinə həbs qoyulmasına dair vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmə artıq üzərində həbs olan mənzilin üzərinə yenidən həbs qoymuşdur. Mülki iş üzrə iddiaçı (həmçinin cinayət işi üzrə zərərçəkmiş şəxs) İddiaçı cavabdeh X17 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli, 2(076)-2716/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd edilən mülki iş üzrə qətnamə qanuni qüvvəyə minmiş və iddianı təmin etmə tədbiri qismində cavabdeh X12 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 81, M5, m3 ünvanında yerləşən mənzilə həbs qoyulduğundan, qətnamə ilə tutulması qət edilmiş borc məbləği həmin mənzilə yönəldilmişdir. Mənzil icra orqanı tərəfindən hərraca çıxarılmış və tələbkar İddiaçı təklif edilərək, onun tərəfindən qəbul edilmiş, X21 14 nömrəli, xx xxxxxx 2020-ci il tarixli protokol tərtib edilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədi almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nə müraciət etsə də, mənzilin üzərinə ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-725/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həbs qoyulduğundan mənzilin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır.Hal-hazırda İddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mənzil üzərinə cinayət işi üzrə həbs qoyulması səbəbindən mümkün deyil, bu da onun mülkiyyətçi kimi hüquqlarını reallaşdırmağa maneə törədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (S.Bayramovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2012-ci il tarixli Qərarı) “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Satridis Yunanstana qarşı”, “Beyeler İtaliyaya qarşı”, “Tre Traktörer İsveçə qarşı”, “Van Marie və başqaları Niderlanda qarşı” qərarlarında X26 Məhkəməsi hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağı "hüquq" kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın "mülkiyyət hüququ" hesab edilməməsi, 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından "mülkiyyət" hesab edilməsinin qarşısını almır. Məhkəmə işin şərh edilən hallarını və sadalanan maddi hüqüq normalarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 81, M5, m.3 ünvanında yerləşən mənzil həbsdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 81, M5, m.3 ünvanında yerləşən daşınmaz əmlak həbsdən azad edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar